Baburnamə 3


ÇİHİL-DOXTƏRANDA ANİ BASQIN



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə13/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

 

ÇİHİL-DOXTƏRANDA ANİ BASQIN 

 

Bir gecə Əndicanın yaxınına gedib adam göndərərək şəhərin xocaları 



və başbilənləri ilə danışsaq bəlkə bizi bir tərəfdən içəri buraxarlar deyə dü-

şündüm. Bu niyyətlə Oşdan qalxıb gecə yarısı Əndicandan bir küruh məsa-

fədəki Çihil-Doxtəranın qarşısına gəldik. Qənbər  Əli bəylə  bəzi igidlər bir 

az irəli göndərildi. Onlar gizlicə kurqana adam göndərib xocalar və başbi-

lənlərlə danışacaqdılar. Biz də göndərilən bəyləri bekləyərək at üzərində du-

rurduq. Bəziləri mürgüləyirdi, bəziləri da dərin yuxuya dalmışdı.  

Gecənin üçüncü pəhəri olmuşdu. Birdən-birə davul səsləri və savaş 

nərələri duyuldu. Düşmənin az, ya çox olduğunu bilmədən qafil və yuxulu 

əsgər bir-birinə baxmadan anidən qaçmağa başladı. 

Mən əsgəri toplamağa vaxt tapmadan düşmənə doğru cumdum. Mir-

şah Koçin, Baba Şirzad və Dost Nasir da mənimlə birlikdə hərəkət etdilər. 

Bizim bu dörd adamımızdan başqa bütün əsgərimiz qaçmağa davam etdi. 

Biz bir az irəliləyincə qarşımızdakılar ox atıb qışqırararaq üstümüzə cumdu-

lar. Qaşqa atı olan biri mənim lap yaxınıma qədər gəldi. Onun atını oxla 

vurdum, dərhal yerə yuvarlandı. Bundan sonra sanki bir az geri çəkilən kimi 

(105 a) oldular. Mənimlə birlikdə olan o üç adam belə dedilər: «Qaranlıq 

gecədə düşmənin az və ya çox olduğu bilinmir. Əsgərimizin də hamısı getdi. 

Biz dörd adam düşmənə  nə edə bilərik. Yaxşısı budur ki, gedib dağılan 

adamlarımızı geri qaytarıb sonra vuruşaq». 

Dərhal gedib əsgərə yetişdik. Lakin nə qədər vurub qamçılasaq, nə et-

sək də əsgəri geri qaytara bilmədik. Bu dörd adamla təkrar dönüb ox atdıq. 

Bir az durdular. Bir-iki dəfə  bizim üç-dörd adamdan artıq olmadığımızı 

gördükləri üçün təkrar əsgəri təqib etməyə və atdan salmağa başladılar. Bu 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



120

şəkildə üç-dörd dəfə gedib bizim adamları saxlamağa çalışdım, ancaq onlar 

dayanmadılar. Belə olunca təkrar bu üç adamla qayıdıb ox ataraq düşməni 

qovdum. İki-üç adam əsgəri izləyərək Xarabuq və Bişamun qarşısındakı tə-

pələrə  qədər gəldik. Buraya çatanda qarşımıza Məhəmməd  Əli Mübəşşir 

çıxdı. «Bunlar azdır, gəlin üstlərinə at salaq « dedim. Durub at saldıq, onlar 

dayandılar. Dağılmış olan əsgər oradan-buradan gəlib bir yerə yığıldı. Bəzi 

yaxşı igidlər elə dağılmışdılar ki, gedib birbaş Oşa çatmışdılar. Bu işin əsli 

belə olmuşdur: Əyyub Bəycik tüməninə mənsub bir neçə moğol Oşda biz-

dən ayrılıb yağmaçılıq etmək üçün Əndican civarına gəlmişmiş. Bizim əsgə-

rin gurultusunu eşidərək gizlicə bir az irəli gəlib öz parollarını qışqırmışlar. 

Bu parol iki cür olur. (105 b) Biri hər qəbilənin öz paroludur. Məsələn, 

bəzi qəbilələrin parolu dürdanə, bəzisininki toqqay, bəzisinin də lülüdür 

[inci]. İkincisi isə bütün əsgərə məxsus və sadəcə bir əməliyyat üçün işlən-

mək üzərə iki sözü birləşdirərək düzələn paroldur. Bu zaman qarşılaşanda 

biri bir sözü söyləyir, digəri də onun qarşılığı olan sözlə cavab verir. Bu şə-

kildə dost düşməndən ayrılır, öz adamın yabançıdan seçilir. 

Bu səfər parol olaraq Daşkənd və Sayram sözləri müəyyən edilmişdi. 

Daşkənd deyiləndə Sayram, Sayram deyiləndə isə Daşkənd deyilməli idi. 

Bu qarşılaşmada Xoca Məhəmməd  Əli [Kitabdar] bir az irəlidə imiş. Mo-

ğollar «Daşkənd, Daşkənd» deyə gəlirlər. Xoca Məhəmməd Əli sart idi, hə-

yəcana qapılaraq o da «Daşkənd, Daşkənd» deyə cavab verir. Moğollar da 

onu düşmən sanaraq savaş  nərəsi çəkərək davul çalıb ox atırlar. Bax, belə 

bir yanlışlıq üzündən perişan olduq və nəzərdə tutduğumuz plan gerçəkləş-

mədi. Təkrar qayıdıb Oşa gəldik.  

 

BABURUN ƏNDİCANI ƏLƏ KEÇİRMƏ TƏŞƏBBÜSÜ 

 

Beş-altı gün sonra dağ, ova və kurqanlar təkrar mənim əlimə keçdiyi 



üçün Tənbəl və onun tərəfdarları dilxor olub qətiyyətlərini itirdilər, əsgərləri 

üç-üç, dörd-dörd dağlara və ovalara qaçmağa başladılar. Onların içindən 

bizim tərəfə keçən bəziləri dedilər ki, Tənbəlin işləri xarabdır, bu üç-dörd 

gün içində tam pozulacaq və o, geri çəkilməyə məcbur olacaq». 

Bu xəbər gəlincə Əndican üzərinə hərəkət etdik. Əndican kurqanında 

Tənbəlin kiçık qardaşı Sultan Məhəmməd Kəlpük (Gülbəy) vardı. Tutluq 

yoluyla gəlib  Əndicanın güney tərəfinə, Xaqan arxına  (106 a) günorta na-

mazı vaxtı axınçı göndərdik. Özüm də axınçıların arxasından Püşdə-Eyşin 

Xaqan arxı tərəfindəki ətəyinə gəldim. 

Kəşfiyyatçılar Sultan Məhəmməd Kəlpükün  əmrindəki adamlarıyla 

birlikdə şəhərin məhəllələrindən və bağlarından dışarı çıxaraq Püşdə-Eyşin 

ətəyinə getdiyini xəbər verdilər. Axınçılar hələ toplanmamışdı. Buna bax-

mayaraq dərhal düşmən tərəfinə hərəkət etdim. 


BABURNAMƏ 

 

121



Kəlpükün beş yüzdən artıq adamı vardı. Bizim adamlarımız ondan 

daha artıq idi, lakin əsgərimiz axına göndərilmişdi. Onunla qarşılaşanda biz 

də onlar qədər idik. Səf tutub nizama girməyi düşünmədən dördnala düşmən 

üstünə çapdıq. Yaxınlaşanda bizə müqavimət göstərə bilmədilər və bir-iki 

qılınc zərbəsindən sonra qaçıb dağıldılar. Onun adamlarını Xaqan qapısının 

yaxınına qədər atdan sala-sala təqib etdik. 

Düşməni məğlub edib məhəllələrin kənarına, Xoca-Kəttəyə çatanda 

axşam olmuşdu. Tez qapıya yürümək niyyətindəydim. Amma yaşlı və təcrü-

bəli böyük bəylərdən Dost bəyin atası Nasir bəy və Qənbər Əli bəy dedilər: 

«Artıq gecdir, qaranlıqda kurqana yaxın getmək ehtiyatsızlıq olar. Bir az 

geri çəkilib düşərgə quraq. Ertəsi sabah çarəsiz qalıb kurqanı necə olsa təs-

lim edərlər». Bu təcrübəli bəylərin sözünə qulaq asaraq məhəllələrin kəna-

rından  (l06 b) geri qayıtdıq. Qapıya qədər getmiş olsaydıq, heç şübhəsiz, 

kurqanı ələ keçirərdik. 

Yatsı namazı vaxtı gəlib Xaqan arxından keçərək Rabati-Ruzaq kən-

dinin yanında düşərgə qurduq. Tənbəlin nizamsız şəkildə qayıdıb Əndicana 

getməkdə olduğu xəbəri gəlməsinə baxmayaraq təcrübəsizlik üzündən  qəf-

lətə düşdük. Xaqan arxı kimi möhkəm bir arxın kənarında düşərgə qurmaq 

yerinə, arxdan keçib Rabati-Ruzaq kəndinin yanında düz yerdə dayanmış, 

qarovul  və çağdavul qoymadan yıxılıb yatmışdıq. Dan ağararkən əsgər şirin 

yuxuda idi. Qənbər Əli sürətlə gəlib «Düşmən gəldi, qalxın!» deyə bağırdı. 

Belə dedi və durmadan keçib getdi. 

Mən sülh dövründə belə daima paltarımı  çıxarmadan yatırdım. Qal-

xar-qalxmaz qılıncımı və oxdanımı bağlayıb dərhal atlandım. Tuğcunun tuğ 

bağlamasına vaxt qalmadı, tuğu əlinə alaraq ata mindi. Düşmənin gəlməkdə 

olduğu tərəfə getdik. Hərəkət edərkən yalnızca on-on beş adam idik. Bir ox 

atımı qədər yol keçdikdən sonra düşmənin axınçısına yetişdik. Bu vaxt mə-

nim yanımda ona qədər adam vardı. Sürətlə çapıb onlara çatdıq və ox atıb 

öndəki adamlarını ələ keçirərək yolumuza davam etdik. Təkrar bir ox atımı 

məsafə qədər təqib etdikdən sonra da mərkəzlərinə vardıq. 

Sultan Əhməd Tənbəl yüzə qədər adamıyla (107 a) hərəkətsiz dururdu. 

Tənbəlin özü bir adamıyla birlikdə səfdən bir az irəlidəydi və «Vur, vur!» 

deyə hayqırırdı. Lakin adamlarının çoxu yan dönüb, qaçaq, yoxsa qaçmayaq 

deyirmiş kimi dururdu. Bu əsnada yanımda üç adam qalmışdı; bunlar Dost 

Nasir, Mirzəqulu Göyəldaş, Kərimdad Xudadad Türkməndi. Kamandakı 

oxu Tənbəlin dəbilqəsinə atdım. Əlimi təkrar oxdana apardım və xan dayı-

mın verdiyi yaşıl boyalı, quşagir bir ox vardı, o çıxdı. Bunu atmaq istəmə-

dim. Bunu oxdana qoyana qədər bəlkə iki ox atacaq qədər zaman keçdi. Ka-

mana təkrar bir ox yerləşdirərək bir az irəlilədim. Yanımdakı üç adam bir az 

geridə qaldı. 

Qarşımdakı iki adamdan biri Tənbəl imiş, o da bir az irəli yürüdü. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



122

Aramızda böyük bir yol vardı. Mən bu tərəfdən, o da qarşı tərəfdən yola gi-

rərək yol üzərində qarşılaşdıq. Mənim sağ  tərəfim düşmənə, Tənbəlin sağ 

tərəfi isə bizə çevrilmişdi. Tənbəlin at zirehindən başqa hər silahı tamamdı, 

mənimsə oxdanımla qılıncımdan başqa heç bir silahım yoxdu. Əlimdəki oxu 

atıb onun qalxanıyla ox qabını bir-birinə tikdim. Bu vəziyyətdə ikən onun 

oxu sağ buduma sancıldı. Başımda dəbilqə vardı, Tənbəl başıma vurdu. Ba-

şım qılınc zərbəsindən sərsəmləşdi (l07 b). Dəbilqənin bir teli belə qopmadı, 

lakin başımda dərin bir yara açıldı. Qılınca əl ata bilməmişdim, qınında idi, 

lakin çıxarmağa vaxt qalmadı. İzdihamlı düşmən içində tək başıma qalmış-

dım, gözləmə zamanı deyildi və yüyəni çevirdim. Bir qılınc zərbəsi də ox-

dandakı oxlarıma dəymişdi. Yeddi-səkkiz addım geri dönmüşdüm ki, üç 

adam piyada olaraq mənə qoşuldu. Tənbəl məndən sonra Dost Nasirə də qı-

lıncıyla hücum etmişmiş. 

Bir ox atımı qədər dalımızca gəldilər. 

Xaqan arxı böyük bir çaydır və dərindir. Hər yerindən keçilməz. Allah 

rast gətirdi və birbaş bu arxın bir keçidinə gəldik. Dost Nasirin atı bir az zəif 

idi, arxı keçən kimi yıxıldı. Durub onu ata mindirdik və Xarabuq ilə Fərqanə 

arasındakı təpə üzərindən Oşa doğru getdik. Bu təpəyə çıxanda Məzid Ta-

ğayi də gəlib bizə qoşuldu. Onun da sağ ayağına, dizindən bir az aşağıya bir 

ox dəymişdi. Düzdür, dəlib keçməmişdi, ancaq Oşa gələnə qədər çox əziy-

yət  çəkdi. 

Bu çarpışmada mənim yaxşı adamlarım həlak oldular. Nasir bəy, Mə-

həmməd Əli Mübəşşir, Xoca Məhəmməd Əli, Xosrov Göyəldaş və Numan 

Çöhrə burada öldülər. İgidlərdən də xeyli adam vuruldu. 

 

BABURUN XAN DAYILARI İLƏ GÖRÜŞMƏSİ 

 

Xanlar Tənbəlin arxasından gəlib  Əndican civarına endilər. Böyük 



xan qoruğnun yanında (108 a) nənəm İsən Dövlət bəyimə məxsus Qoş-Ti-

girmən adlı bağa, kiçık xan isə Baba-Təvəkkül təkkəsinin yaxınına endi. İki 

gün sonra Oşdan gəlib böyük xanı Qoş-Tigirməndə gördüm. 

Xan o zaman mənim idarəmə girmiş olan yerləri kiçık xana vermişdi. 

Bəhanə olaraq da mənə belə dedi: «Şeybani xan kimi bir düşmən Sə-

mərqənd kimi bir şəhəri alıb böyüməkdədir. Bundan dolayı da kiçık xanı nə 

qədər uzaq yerdən gətirtmişik. Burada barınacaq yeri yoxdur, öz vilayətləri 

uzaqdadır. Başda  Əndican olmaq üzərə Xocənd çayının güney tərəfindəki 

vilayətləri kiçık xana vermək lazımdır ki, orada yurdu olsun». Sonra da baş-

da Axsi olmaq üzərə Xocənd çayının şimal tərəfindəki vilayətləri mənə ver-

məyi vəd etdi və buranın işi bittikdən sonra Səmərqənd vilayətini də alıb 

mənə verəcəklərini əlavə etdi. Ondan sonra Fərqanə bütünlüklə kiçık xanın 

olacaqmış. Hər halda bu sözlər məni qandırmaq üçün deyirdi. Bu işlər ol-


BABURNAMƏ 

 

123



duqdan sonra nə olacağı bəlli deyildi. Çarəsizlik üzündən istər-istəməz razı 

oldum. 


Böyük xanın hüzurundan çıxıb ata minərək kiçık xanı görməyə get-

diyim zaman Sallax deyə bilinən Qənbər Əli bəy mənə yaxınlaşdı və dedi: 

«Gördünüzmü, bugün mövcud vilayətləri aldılar. Bunlarla sizin işiniz irəli 

getməz. (108 b) Oş, Mərginan, Özgənd və idarənizə girmiş olan vilayət və 

əhali hələ əlinizdədir. Dərhal gedib Oşa girərək kurqanları qapayın, Sultan 

Əhməd Tənbələ adam göndərib barışaraq moğolu vurub çıxarın və vilayət-

ləri iki qardaş paylaşın». 

Mən də belə dedim: «Bu, mümkün deyil, xanlar mənim öz qohumla-

rımdır. Bunlara xidmət etmək, Tənbələ padşahlıq etməkdən daha yaxşıdır». 

Qənbər Əli bəy sözünün təsir etmədiyini görüncə peşman olub geri qayıtdı.  

Gedib kiçık xan dayımı gördüm, ilk görüşümüzə onun xəbəri olmadan 

getmişdim, kiçık xan atdan enməyə macal tapmamış və biz xüsusi ehtiram 

olmadan görüşmüşdük. Bu dəfə bir az yaxınlaşınca qaçaraq çadır iplərinin 

yanına qədər çıxdı. Ayağımdakı ox yarası üzündən əsaya söykənərək çətin-

liklə yeriyirdim. Gəlib mənimlə görüşdü, «Qardaşım, qəhrəmansınızmış» 

deyə əlimdən tutdu və kömək edərək çadıra götürdü. Çadır bir az kiçık idi. 

Əyalətdə böyüdüyü üçün çadırı  və yaşayış yeri səliqəsiz və qazaxlarınkı 

kimi idi. Qovun, üzüm və at ləvazimatı elə çadırının içində idi. 

Kiçık xanın hüzurundan çıxıb öz qərargahıma gəldim. Xan yarama 

baxması üçün Atikə  bəxşi adlı bir moğol cərrahını göndərmişdi. Moğollar 

yaxşı cərraha da bəxşi deyirlər. Atikə bəxşi cərrahlıqda fövqəladə mahir idi. 

İnsanın beyni (109 a) çıxsa, müalicə edir, hər cür yara üçün köklərdən dər-

hal bir dərman düzəldirdi. Bəzi yaralara mərhəm kimi dərman qoyur, bə-

zilərinə də yemək üçün bir dərman verirdi. 

Mənim budumun yarasına yandırılmış yun sürtməmi söylədi, fitil qoy-

madı. Bir dəfə də kök kimi bir şey yedirtdi. Özünün dediyinə görə, bir dəfə  

birinin ayağının incə sümüyü qırılıb dörd barmaq qədər yeri tamamən parça-

parça olmuşdu. Ətini yarıb sümüklərini tamamən çıxararaq yerinə dərmanı 

toz halında qoymuş  və o dərman sümüyü əvəz etmişdi. Belə  qəribə  şey-

lərdən çox danışdı. Vilayət cərrahları belə şeylər etməkdən acizdir.  

Üç-dörd gün sonra Qənbər  Əli söylədiyi sözlərdən xoflanaraq qaçdı 

və Əndicana getdi.  



 

BABURUN AXSİ ÜZƏRİNƏ GÖNDƏRİLMƏSİ 

 

Bir neçə gün sonra xanlar ittifaq edib Əyyub Bəyciyi tüməniylə, Can 



Həsən Barini barin tüməniylə və Sarıqbaş Mirzəni də çərikbəyi təyin edərək 

iki min qədər adamı yanıma qatıb məni Axsi tərəfinə göndərdilər. 

Axsidə  Tənbəlin kiçık qardaşı  Şeyx Bəyazid bəy və Kasanda isə 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



124

Şahbaz Karluq olurdu. O günlərdə  Şahbaz gəlib Nevkənd kurqanının önün-

də yerləşmişdi. 

Biçratanın qarşısından Xocənd çayını keçib Nevkəndə Şahbazin üzə-

rinə axın etdik. Sabahdan bir az öncə Nevkəndə yaxınlaşanda (109 b) bəylər 

belə ərz etdilər: «Bu adam gəlişimizdən mütləq xəbər tutub, səfləri pozma-

dan aydınlıqda getməmiz daha uyğun olar». Bir az yavaş yürüdük. Şahbazın 

xəbəri yoxmuş. Biz Nevkəndə yaxınlaşdığımız vaxt eşidib, tez qaçıb kur-

qana girmişdi. Buna bənzər şeylər çox olur. Düşmən xəbərdar olmuşdur de-

yə düşünənlər fürsəti qaçırırlar. Təcrübə bunu təsdıq edir. Deyirlər ki, iş qa-

pıya gələndə qeyrət və diqqətdə qüsura yol vermək olmaz, sonrakı peşman-

lıq fayda verməz. 

Dan ağarırkən kurqan ətrafında kiçık bir çarpışma oldu, lakin ciddi bir 

savaş olmadı. Sonra axın üçün Nevkənddən dağlara doğru, Bişharan tərəfinə 

getdik. Şahbaz Karluq fürsəti qənimət bilib Nevkəndi buraxdı və qaçıb Ka-

sana getdi. Biz də qayıdıb Nevkəndə yerləşdik. 

O günlərdə əsgərlər ətrafa bir neçə dəfə  axın etdilər. Bir dəfə  Axsinin 

kəndlərinə və bir dəfə də Kasana axın edildi. Şahbaz və Uzun Həsənin Mi-

rim adlı  oğulluğu onlara qarşı  çıxdı, savaşdılar və yenildilər, Mirim orada 

öldü. 


Axsinin möhkəm kurqanlarından biri də Bab kurqanıdır. Kurqandakı-

lar Bab kurqanını qapadıb bizə adam göndərdilər. Seyid Qasım bir neçə 

igidlə birlikdə oraya göndərildi.  (110 a) Onlar Axsinin yuxarı  tərəfindəki 

kəndlərinin qarşısından çayı keçib Bab kurqanına girdilər. 

Bir neçə gün sonra qəribə bir hadisə oldu. O günlərdə İbrahim Çapıq 

Tağayi,  Əhməd Qasım Kuhbər və Qasım Xatikə Arğun Axsidə  [Əhməd 

Tənbəlin kiçık qardaşı]  Şeyx Bəyazidlə birlikdə olurdular. Tənbəl bu bəhs 

edilən adamlara iki yüzə qədər seçmə igid qoşaraq bir gecə ansızın Bab kur-

qanı üzərinə göndərir. 

Seyid Qasım qəflətə düşərək ehtiyat tədbirləri görməmişdi. Bunlar 

kurqana varıb nərdivanla yuxarı  çıxaraq qapını  ələ keçirir və  xəndək kör-

püsünü endirib yetmiş-səksən yaxşı silahlı igidi kurqana buraxırlar. Seyid 

Qasım ancaq o zaman  bundan xəbər tutur. Gecə köynəyiylə qalxıb yanın-

dakı beş-altı adamla birlikdə ox ataraq, vura-vura bunları dışarı çıxarır. Bir 

neçə adamın da başını  kəsib göndərdi. Bu hadisədəki kimi bu cür qəflətə 

düşmək komandanlıq baxımından çox böyük bir qəbahət olsa da, az adamla 

silahlı bir çox igidi uğurla vurub çıxarmaq da böyük bir cəsarətdir.  

Bu arada xan dayımlar Əndican kurqanının mühasirəsi ilə məşğul idi-

lər. Kurqan əhalisi onları kurqana yaxınlaşmağa qoymurdu. İgidlər at üzə-

rində dışarı çıxıb vuruşdular.  



 

BABURUN AXSİ KURQANINI ƏLƏ KEÇİRMƏ CƏHDİ 

BABURNAMƏ 

 

125



 

Axsidən Şeyx Bəyazid özünü bizə tərəfdar kimi göstərərək adam gön-

dərməyə başladı və bizi israrla çağırdı. Bunun səbəbi məni hər cür hiylə ilə 

xanlardan ayırmaqdı. (110 b) Mən xanlardan ayrıldıqdan sonra onlar burada 

qala bilməzdilər. Bunu istəməsi böyük qardaşı Tənbəlin planı idi. Xanlardan 

ayrılıb bunlarla əməkdaşlığa getmək bizim üçün mümkün deyildi. 

Onun bu arzusunu xanlara çatdırdım. Xanlar da oraya gedib hər hansı 

bir şəkildə Şeyx Bəyazidi əldə etməyimi uyğun gördüşlər. Belə hiyləgərlik 

bizim adət və üsulumuz deyildi. Özəlliklə arada bir əhd olsa, əhdi bu şəkildə 

pozmaq necə olar. Lakin ağlıma bu gəldi: hər hansı bir şəkildə Axsiyə girə 

bilsək, onda Şeyx Bəyazid Tənbəl ilə əlaqəsini kəsərək bizim tərəfimizə ke-

çər, ya da iş tamam başqa səmtə yönələr və bizə də uyğun bir dövlət düşər. 

Biz də adam göndərdik. 

Əhd və  şərt bağlayıb bizim Axsiyə  gəlməmizi istədi, biz də getdik. 

Qarşılamağa çıxdı. Kiçık qardaşım Nasir Mirzəni də yanında gətirmişdi. Bi-

zi Axsi kurqanına götürdü. Dış kurqanda babamın imarətlərində  mənə yer 

və məqam təyin etmişlər, oraya yerləşdim. 

Tənbəl isə böyük qardaşı Bəy Tilbəni Şeybani xanın yanına göndərib 

itaətini bildirərək onun gəlməsini istəmişdi. O sırada  Şeybani xanın gəl-

məkdə olduğunu bildirən məktubu alındı. Bu xəbər xanlara çatanda onlar 

qorxudan yerlərində qala bilməyərək Əndicandan getdilər. 

Kiçık xan ədaləti və müsəlmanlığı ilə məşhur idi. Lakin Oş və Mərgi-

nan kimi onun idarəsinə girmiş olan kurqanlarda qoyduğu moğolları əhalini 

müdafiə etmək əvəzinə, tam əksinə, camaata əziyyət verir və pis rəftar (111 



a)  edirdilər. Xanlar Əndican üzərindən ayrıldıqdan sonra Oş  və  Mərginan 

əhalisi də hücum edərək kurqandakı moğolları tutub yağmaladı, qovub şə-

hərdən çıxardı. 

Xanlar Xocənd çayını keçməyərək Mərginan və Kənd-Badam yoluyla 

qayıdıb çayı Xocənddən keçdilər. Tənbəl də xanların arxasından Mərginana 

gəldi. Mənsə bu vəziyyətdə qərarsız idim. Qalmaq üçün bunlara o qədər eti-

madım yox idi, bir zərurət olmadan Axsidən çıxmaq da yaxşı görünməzdi. 

 Bir sabah Cahangir Mirzə  Tənbəldən ayrılaraq Mərginandan qaçıb 

gəldi. Mən hamamdaydım. Mirzə oraya gəldi, görüşdüm. O anda İbrahim 

bəy də həyəcanla içəri girdi, təlaşlı idi. Cahangir Mirzə ilə İbrahim bəy [Ta-

ğayi] dedilər: «Şeyx Bəyazidi yaxalayıb ərki ələ keçirməliyik». Gerçəkdən 

də, işin doğrusu bu idi. Ancaq mən «əhd elədik, indi bunu necə poza bilə-

rik» deyə qarşı çıxdım. Şeyx Bəyazid ərkə getdi. Körpüyə adam qoymamız 

lazm idi, bunu da eləmədik. Belə səhvlər təcrübəsizlikdən oldu. 

Dan ağararkən Tənbəl iki-üç min silahlı adamla gəlib körpüdən keçə-

rək ərkə girdi. Əslində, mənim adamlarım çox deyildi. Üstəlik, Axsiyə gir-

dikdən sonra bəziləri kurqanlara, bəziləri də valilik və  təhsildarlıq üçün 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



126

müxtəlif tərəflərə göndərilmişdi. Axsidə  mənimlə birlikdə  (111 b) yüzdən 

bir az artıq adam qalmışdı. Bu adamlarımla ata minib küçə başlarında igid-

ləri təyin edib müharibə hazırlığı görməklə məşğul olarkən Tənbəl tərəfin-

dən göndərilən Şeyx Bəyazid, Qənbər Əli [Sallax] və Məhəmməd Dost sülh 

haqqında danışmaq üçün tələsik gəldilər. Savaş üçün vəzifələndirilən igid-

ləri yerlərində qoyub danışıq üçün atamın türbəsinə endim və Cahangir Mir-

zəni də oraya çağırtdırdım.  

Məhəmməd Dost geri qayıtdı, Şeyx Bəyazid ilə Qənbər Əli bəy gəldi-

lər. Türbənin güney tərəfindəki eyvanında danışığa başlamaq üzərə idik, sən 

demə,  Cahangir Mirzə ilə İbrahim Çapıq [Tağayi] bunları yaxalamağı qəra-

ra almışlar. 

Cahangir Mirzə əyilərək qulağıma belə dedi: «Bunları yaxalamaq la-

zımdır». Mən də «Təlaş etməyin; indi iş yaxalamaqdan keçdi. Görək, bəlkə 

sülh yolu ilə  işi bir şeyə  bənzədə bilərik» dedim, çünki onlar çox, biz isə 

azıq. Üstəlik, onlar bu üstün qüvvələri ilə ərkdə, biz isə zəif qüvvələrimizlə 

dış kurqanda idik. Şeyx Bəyazid ilə Qənbər Əli də bu toplantıda iştirak edir-

dilər. 


Cahangir Mirzə  də  İbrahim bəyin tərəfinə baxıb onu dayandırmaq 

üçün işarə verdi. Amma o yanlış anladığı üçün, yoxsa anlamazlıqdan gəldiyi 

üçün, bilmirəm, tam tərsinə davranıb dərhal Şeyx Bəyazidi yaxaladı. Ətraf-

da duran igidlər də  hər tərəfdən  (112 a) yetişərək o iki adamı yaxaladılar. 

Artıq iş-işdən keçmişdi. Bu iki adamı birinə təhvil verib müharibə üçün at-

lara mindik. 

Şəhərin bir tərəfi Cahangir Mirzənin məsuliyyətinə verildi. Mirzənin 

adamı az idi, buna görə öz adamlarımdan bir qismini ona köməyə verdim. 

Öncə oraya gedib hər tərəfə müharibə üçün adamlar təyin etdikdən sonra öz 

yerimə gəldim. 

Şəhərin ortasında olduqca düz bir yer vardı. Orada bir dəstə igid qoy-

muşduq. Böyük bir atlı və piyada qrupu gəlib bunları oradan ataraq bir kü-

çəyə sıxşdırmışdı. Bu vəziyyətdə ikən mən yetişdim və gələr-gəlməz dərhal 

atı oraya çapdım. Qarşı çıxmadan qaçdılar. Onları küçədən qovub düz yerə 

çıxararaq, qılıncla hücum edərkən atımm ayağına ox atdılar. Atım yıxılaraq 

məni düşmənin tam ortasında yerə saldı. Dərhal ayağa qalxıb bir ox atdım. 

Sahibqədəm Kahilin çox zəif bir atı vardı, özü atdan enib onu mənə verdi, 

mən də o ata mindim. Oraya adam təyin edib başqa bir küçə başına getdim. 

Atımın zəifliyini görən Sultan Məhəmməd Veys öz atını mənə verdi. O ata 

mindim. 


Bu əsnada Qasım bəyin oğlu Qənbər Əli bəy də yaralı olaraq Cahangir 

Mirzənin yanından gəldi və dedi: «Artıq bir müddətdir ki, Cahangir (112 b) 

Mirzəni sıxışdırıb yerindən çıxardılar və Cahangir Mirzə  şəhəri tərk etdi». 

Biz çaşıb qaldıq. Elə bu vaxt Bab kurqanında olan Seyid Qasım da yetişib 



BABURNAMƏ 

 

127



gəldi. Bu çox vaxtsız bir gəliş idi. Belə bir zamanda elə möhkəm bir kurqanı 

əldən buraxmaq olardımı? 

«Nə edək?» deyə İbrahim bəydən soruşdum. Bir az yarası vardı, on-

dan, yoxsa təlaşından, əməlli bir cavab verə bilmədi. 

Bir an üçün «Körpüdən keçib sonra körpünü yıxaraq Əndicana doğru 

gedərik» deyə düşündüm. Baba Şirzad orada çox yaxşı hərəkət etdi və «Qa-

pıdan da zorlayaraq çıxarıq» dedi. Baba Şirzadin sözüylə qapıya doğru yü-

rüdük. Xoca Mir Miran da o əsnada cəsuranə sözlər söylədi. 

Küçə arasından gedərkən, Seyid Qasım və Dost Nasir Baqi Hız ilə 

çarpışdılar. Mən,  İbrahim bəy [Bəycik Tağayi] və Mirzəqulu Göyəldaş bir 

az irəlidə idik. Qapının qarşısına çıxanda  Şeyx Bəyazidin köynəyin üstün-

dən xirqə geymiş olduğu halda, üç-dörd atlı adamla birlikdə qapıdan gir-

məkdə olduğunu gördüm. Kirişimdəki oxu çəkib atdım, boynundan yarala-

dım, amma çox yaxşı bir atış idi. Təlaşla qapıdan girər-girməz sağ tərəfə dö-

nən küçədən qaçıb getdi. Biz də onun arxasından yürüdük. 

Mirzəqulu Göyəldaş bir piyadaya (113 a) toppuz tutuzdurdu. Bu arada 

başqa bir piyada Mirzəqulu keçincə  İbrahim bəyə ox çəkdi.  İbrahim bəy 

«hey-hey» deyə bağıraraq sürətlə keçincə, əsgərin çox yaxın məsafədən qol-

tuğuma atdığı ox mənə dəydi, kalmık zirehimin ikiqat yarpağını parçaladı. 

Əsgər qaçdı, amma mən də arxasından oxumu atdım. 

Bu əsada bir piyada da divarın üzərindən qaçırdı, oxumu atıb börkünü 

divara mıxladım. Börkü divarın kənarında qaldı, amma sarığı qoluna dola-

yaraq getdi. Bir atlı da mənim yanımdan  Şeyx Bəyazidin qaçdığı küçəyə 

doğru qaçırdı. Qılıncımla başına arxadan vurdum. Az qaldı atdan düşsün, 

küçənin divarına söykənib düşmədi, güc-bəla ilə qaçıb qurtuldu. 

Oradakı atlı  və piyadaları qapıya doğru qovaraq qapını aldıq. Artıq 

tədbir zamanı keçmişdi, çünki ərkdəki iki-üç min silahlı adama qarşı  dış 

kurqanda cəmisi yüz-iki yüz adam vardı. Cahangir Mirzəni az əvvəl qovub 

çıxarmışdılar və bizim adamlarımızın yarısı da onunla birlikdə çıxmışdı. Bu 

hala təcrübəsizlikdən düşməmizə baxmayaraq qapıda durub «Yaxındadırsa 

gəlsin, birlikdə gedək» deyə Cahangir Mirzənin dalınca adam göndərildi. 

Lakin artıq iş bu dərəcədən keçmişdi. 

İbrahim bəyin atı  zəif idi, yoxsa yaralı idi, bilmirəm, mənə «Atımın 

halı xarabdır» dedi. Məhəmməd Əli Mübəşşirin Süleyman adlı (113 b) ada-

mı orada idi, heç kim ona heç nə demədiyi halda öz atından düşüb onu İbra-

him bəyə verdi, çox mərdanə bir iş gördü. 

Biz o qapıda durarkən Kül şikdarı

1

 olan Kiçık Əli çox cəsarət göstərdi. 



O zamanlar Sultan Məhəmməd Veysin xidmətindəydi. Oşda da iki dəfə  

yaxşı hərəkət etdi. Mirzənin dalınca gedən adam geri dönənə qədər qapıda 

qaldıq. Gedən adam gəlib Cahangirin bir müddət əvvəl çıxıb getmiş olduğu 

                                                           

1

 Şikdar: hərbi bir vəzifədir. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



128

xəbərini gətirdi. Artıq durmaq zamanı keçmişdi. Biz də hərəkət etdik. Orada 

bu qədər durmağımızın heç bir da faydası yox idi. Yanımızda yanlızca iyir-

mi-otuz adam qalmışdı. Biz hərəkət etdikdən sonra arxamızdan bir çox zi-

rehli adam gəlib yetişdi. 

Biz tam xəndək körpüsündən keçmişdik ki, o körpünün şəhər tərəfinə 

də düşmənin adamları yetişdi. Qasım bəyin oğlu Həmzənin anasının atası 

[Qasım bəyin qaynatası] Bəndə Əli bəy oradan İbrahim bəyə bağıraraq dedi: 

«Həmişə yüksəkdən atır və inad edirdin, dur bir az qılınc oynadaq». İbrahim 

mənim yanımdaydı və «Gəl, qabağını nə kəsir!» deyə cavab verdi. Ağılsız 

adam belə bir məğlubiyyət anında da inad edirdi. Bu, inad edəcək zaman-

mıydı? Durmaq və gözləmək zamanı deyildi, tez yürüdük. Düşmən bizim 

arxamızdan adamlarımızı qıra-qıra dördnala gəlirdi. 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin