Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə19/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

b)  Həzarələrin qışlaqlarının yaxınlığıında qoyun və at sürülərinə yetişdik. 

Şəxsən özüm dörd-beş yüzə qədər qoyun və iyirmi-iyirmi beş at yığdım. Ci-

varda Sultanqulu və iki-üç adam daha vardı, bunları aramızda bölüşdürdük. 

Axınlara iki dəfə  şəxsən iştirak etdim. Biri budur. Bir dəfə də bu türk-

mən həzarəsi Xorasandan gələndə axınçılarla gedib çoxlu qoyun və at gətir-

mişdik. 


Həzarələrin ailələri və uşaqları piyada halda qarlı təpələrə çıxdılar. Bir 

az ağır davrandıq. Vaxt da gec olmuşdu, bu səbəbdən geri dönüb həzarələrin 

evlərinə girdik. Bu qış qar hədsiz dərəcədə çox yağmışdı. Burada yoldan kə-

narda qar atın tam sağrısına çıxırdı. Gecə növbəyə  çıxanlar qarın çoxluğu 

üzündən sabaha qədər atın üstündə qalırdılar. 

Ertəsi gün qayıdıb həzarələrin Dəreyi-Xoşun içindəki qışlağında qal-

dıq. Oradan qalxıb Cəngliyə gəldik. Yarək Tağayi və bəziləri bir az geridə 

qalmışdılar. Onlara Şeyx Dərvişi oxla vuran həzarələri ələ keçirmələri əmr 

edildi. Qanları tutulmuş bu bədbəxtlər bir mağarada idilər. Oraya gedib tüs-

tü buraxaraq yetmiş-səksən həzarəni ələ keçirdilər. Çoxu qılıncdan keçirildi. 

Həzarə səfərindən dönüb Nicravdan vergi toplamaq niyyətilə Baranın 

alt tərəfindəki Aydoğdu civarına gəldik. Biz Aydoğdu civarında olanda Ca-

hangir Mirzə  də  (162 a)  Qəznədən mülazimətə

1

 gəldi. Bu zaman ramazan 



ayının on üçündə [=7 fevral 1506] şiddətli bir bel ağrısına tutuldum. O dərə-

                                                           

1

 Mülazimət: bir neçə mənası var: yavər, xidmət etmək, müşayiət etmək, məiyyətdə ol-



maq deməkdir. Mülazim isə əski dönəmdə hərbi rütbə olub leytenant deməkdir. 

Zəhirəddin Məhəmməd BABUR  

 

 



174

cədə ki, qırx günə qədər məni bir yandan digər yana bir adam çevirirdi. 

Nicrav dərələrindən olan Picqan dərəsi və  ələlxüsus da bu dərədəki 

Qeyn kəndinün böyüyü olan Hüseyn Qeyni ilə onun böyük və kiçık qardaş-

ları quldurluq və həyasızlıqla məşhur və məruf idilər. Əsgər Cahangir Mir-

zənin komandanlığı altında oraya göndərildi. Qasım bəy də onunla birlikdə 

idi. Gedib təpəyə çıxdılar və quldurların möhkəmləndirdikləri yeri zorla ala-

raq onları qorxutmaq üçün bir neçəsini edam etdilər. 

Bu bel ağrısı üzündən xərək kimi bir şey düzəldib Baran sahilindən 

şəhərə  qədər məni  əldə daşıyaraq Bostan saraya gətirdilər. O qış bir neçə 

gün Bostan sarayda oldum. Bu xəstəlik yaxşılaşmadan üzümün sağ tərəfinə 

bir çiban çıxdı. Nəştər vurdular. Bu xəstəlik üçün müshil də içdim. Yaxşıla-

şandan sonra çarbağa çıxdım. 

 

CAHANGİR MİRZƏNİN  SƏHV HƏRƏKƏTİ 

 

Cahangir Mirzə ziyarətə gəldi. Əyyubun oğulları Yusif və Bəhlul Mir-

zənin hüzuruna getdiklərindən bəri onu fitnə-fəsada, şər işlərə sövq edirdilər. 

Bu dəfə Cahangir Mirzənin əvvəlki kimi olmadığını gördüm. 

Bir neçə gün sonra təpədən qalxıb silahlanaraq təcili Qəznəyə getdi. 

Nani kurqanını alıb bir neçə adamı öldürərək əhalisini tamamən yağmaladı 

və bütün adamlarını (162 b) da yanında götürərək həzarə arasından Bamyan 

tərəfinə getdi. 

Allah bilir ki, məndən və mənim adamlarımdan belə bir küdurətə sə-

bəb ola biləcək heç bir iş və söz vaqe olmamışdı. Sonradan anlaşıldı ki, get-

məyə səbəb olaraq bu sözü bəhanə etmiş: Cahangir Mirzə Qəznədən gələr-

kən Qasım bəy ilə digər bəzi bəylər onu qarşılamağa getmişlər. Mirzə bildir-

çinin üstünə şahin buraxır. Quş bildirçini pəncələri arasına alarkən bildirçin 

özünü yerə atır. «Tutdumu, tutdumu?» deyə qışqırırlar. Qasım bəy də «Düş-

məni belə zəif bir hala gətirdikdən sonra necə buraxar ki, əlbəttə, tutar» de-

yir və bu söz Mirzəni rəncidə edir. Getməsinin səbəblərindən biri bu idi. Bir 

də bundan daha kiçık və önəmsiz bir sözü də bəhanə eləmişdi. 

Qəznəni o vəziyyətə saldıqdan sonra həzarə arasından aymaqlara getdi. 

Aymaqlar o zamanlar Nasir Mirzədən ayrılmış, lakin özbəklərə də qoşulma-

mışdılar, Yay, Əstər-Ab və civardakı yaylalarında olurdular. 

Bu zaman Sultan Hüseyn Mirzə Məhəmməd Şeybani xanı dəf etməyi 

qəti surətdə qərara alaraq bütün oğullarını çağırtmış, Seyid Sultan Əli Həb-

binin oğlu Seyid Əftalı göndərərək məni də dəvət etmişdi. Xorasan tərəfinə 

yürüş bizim üçün bir neçə baxımdan çox gərəkliydi. Bunlardan biri budur: 

Sultan Hüseyn Mirzə kimi Teymur bəyin (163 a) yerinə keçmiş bir padşah 

ətrafındakı  və civarındakı  oğullarını  və  bəyləri çağırıb toplayaraq Şeybani 

xan kimi bir düşmənin üstünə hücum niyyətində olanda hər kəs ayaqla getsə, 


BABURNAMƏ 

 

175



bizim başla getməyimiz, onlar zopayla getsə, bizim daşla getməyimiz lazım 

idi. Biri də bu idi: Cahangir Mirzə belə düşmənçilik və acıqla getdiyi üçün 

ya onun küdurətini dəf, ya da zərərlərini rəf etmək lazım idi. 

Bu il Şeybani xan Xarəzmdə [Sultan Hüseyn Mirzənin adamı] Çin Su-

fini on ay mühasirə etdikdən sonra yenərək aldı. Bu mühasirə zamanı çox 

müharibə oldu. Xarəzm igidləri fövqəladə cəsarət göstərdilər və heç bir xü-

susda qüsur etmədilər. Ox atmaqda elə məharət göstərdilər ki, dəfələrlə  qal-

xanı, zirehi və bəzən də ikiqat zirehi oxla dəlmişdilər. 

On ay boyunca mühasirə etdilər. Heç bir yerdən ümidləri qalmadı. Bə-

zi igidləri cəsarətsizlik göstərərək özbəklərlə danışıb bunları kurqana çıxar-

mışlar. Çin Sufi də bunu xəbər alıb özü şəxsən gəlmiş, kurqana çıxanları vu-

rub aşağı salmışdı. Ancaq öz çöhrəsi tərəfindən kürəyindən oxla vurularaq 

öldürüldü. Vuruşacaq adam qalmadı və kurqanı aldılar. Çin Sufi -Allah rəh-

mət  eləsin- cəsarətlə ölümün gözünə dik baxmaqda (163 b) bir an belə tə-

rəddüd etməmişdi. 

Şeybani xan da Xarəzmi Kibək Biyə verib özü Səmərqəndə gəldi. 

Bu ilin sonlarında zilhiccə ayında [=1506 may] Sultan Hüseyn Mirzə 

Şeybani xanın üzərinə qoşun çəkib Baba-İlahiyə gələndə Allahın rəhmətinə 

qovuşdu. 

 

SULTAN HÜSEYN MİRZƏ 

 

Doğumu və nəsəbi: 842-ci ildə [=1438] Heratda [Teymur bəyin oğlu] 

Şahrux Mirzənin hökmdarlığı dönəmində [1405-1447] doğulmuşdu.  Əmir 

Teymur oğlu Ömər  Şeyx oğlu Bayqara oğlu Mənsurun oğlu idi. Mənsur 

Mirzə ilə Bayqara padşahlıq etməmişlər. 

Anası Teymur bəyin nəvəsi Firuzə bəyimdi. Sultan Hüseyn Mirzə [ana  

tərəfindən Teymur bəyin oğlu] Miranşah Mirzənin də nəvəsidir. 

Sultan Hüseyn Mirzə ana və ata tərəfindən kərim və soylu bir padşah-

dı. İki doğma qardaş və iki bacı idilər: Bayqara Mirzə, Sultan Hüseyn Mirzə, 

Əkə bəyim və Əhməd xanla evli olan Büdəkə bəyim. 

Bayqara Mirzə yaşca Sultan Hüseyn Mirzədən böyükdü, amma onun 

xidmətində idi. Divanda iştirak etməzdi, lakin divandan kənarda olanda eyni 

döşək üzərində otururdular. Kiçık qardaşı ona Bəlx vilayətini vermişdi, bir 

neçə il Bəlxdə hökm sürdü. Üç oğlu vardı: Sultan Məhəmməd Mirzə, Sultan 

Veys Mirzə və Sultan İskəndər Mirzə. 

Əkə  bəyim  (164 a) [Sultan Hüseyn] Mirzənin böyük bacısı idi, onu 

Miranşah Mirzənin nəvəsi olan Sultan Əhməd Mirzə almışdı. Kiçık Mirzə 

adlı bir oğlu vardı, əvvəllər dayısına mülazimət edirdi, sonra sipahiliyi bura-

xıb kitab oxumaqla məşğul oldu, alim olduğunu söyləyirdilər. Kiçık Mirzə-

nin şairliyi də vardı. Bu rübai onundur: 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



176

Ömri be səlah məstudəm xudra, 

Dər şiveyi zöhd minəmudəm xudra, 

Çün eşq aməd qədəm zöhdü, çi səlah, 

Əlminnətülillah əz müdam xudra.   

 

Bütün bir ömür özümü salahla öydüm

Özümü zöhd yolunda göstərdim.  

Eşq gəlincə zöhd nə imiş, salah nə imiş, 

Allaha şükür olsun, özümü sınadım. 

Mollanın [Mövlana Əbdürrəhman Cami] rübaisi ilə təvarüd

1

 olmuşdur. 



Sonra həccə də getdi. 

Büdəkə bəyim Mirzənin böyük bacısı idı. Qazaxlıqlar zamanı Əhməd 

xan Hacı Tarxana vermişdi. İki oğlu olmuşdu, onlar Herata gəlib bir müddət 

Mirzənin mülazimətində bulundular. 



Şəkili və görkəmi: çəkik gözlü, şir əndamlı bir adamdı. Belindən aşa-

ğısı incəydi. Yaşı çox və saqqalı ağarmış olduğu halda xoş rəngli, qırmızı və 

yaşıl ipək paltar və qara quzu dərisindən börk, ya da qalpaq geyərdi. Bəzən 

bayramlarda kiçık sarığını yamyastı və  səliqəsiz şəkildə üç dəfə dolayaraq 

vağ lələyi taxıb namaza gedərdi. 

Əxlaqı və xasiyyəti: taxta çıxanda xütbədə on iki imamın adını (164 

b) oxutmağı düşünürmüş. Əlişir bəy [Nəvai] və digər bəziləri buna əngəl ol-

muşlar. Sonralar hər halı və hərəkəti əhli-sünnət və camaat məzhəbinə uy-

ğun idi. Məfsəl xəstəliyi üzündən namaz qıla bilmirdi. Oruc da tutmurdu. 

Zarafatcıl və xoş təbiətli bir adam idi. Xaraktercə bir az çılğın idi, sözü də 

məzacı kimiydi. Bəzi xüsuslarda şəriətə fövqəladə riayət edirdi: Bir dəfə 

oğullarından birini bir adamı öldürdüyü üçün qan davaçılarının əlinə verib 

məhkəməyə göndərmişdi. 

Taxta çıxanda altı-yeddi il tövbəli idi. Ondan sonra özünü içkiyə verdi. 

Qırx ilə yaxın Xorasanda padşahlıq etdi və günorta namazından sonra iç-

mədiyi heç bir gün yoxdu, lakin sabahlar heç içməzdi. Oğulları, sipahiləri və 

şəhər əhalisi hamısı bu vəziyyətdəydi. Aşırı dərəcədə işrətə və fisqə düşkün 

idilər. 


Ürəkli və  cəsur bir adamdı. Dəfələrlə  şəxsən qılınc çalmışdır. Hətta 

hər müharibədə bir neçə  dəfə  qılınc çalmışdır. Teymur bəy nəslindən olan 

və Sultan Hüseyn Mirzə qədər qılınc çalmış heç kim məlum deyildir. 

Şairliyi də vardı; bir divan tərtib etmişdi. Şeirlərini türkcə söyləyirdi. 

Təxəllüsü Hüseyni idi. Bəzi beytləri fəna deyildir, lakin divanı bütünlüklə 

eyni vəzndədir. 

Yaş  və  səltənət baxımından böyük bir padşah olduğu halda, uşaqlar 

(165 a) kimi qoç bəsləyir, göyərçin saxlayır və xoruz döyüşdürürdü. 

                                                           

1

 Təvarid: iki şairin bir-birindən xəbərsiz eyni misra və ya beyti söyləməsi. 



BABURNAMƏ 

 

177



Meydan müharibələri və digər döyüşləri:  qazaxlıq zamanında bir 

dəfə atla Gürgan çayını üzərək keçib xeyli özbəyi möhkəm məğlub etdi. 

Bir dəfə Sultan Əbu Səid Mirzə Məhəmməd Əli Bəxşinin başçılığı al-

tında üç min adamı ilqar [axınçı] olaraq göndərmişdi, Sultan Hüseyn Mirzə 

isə altmış igidlə  gəlib onları  dərhal məğlub etdi. Sultan Hüseyn Mirzənin  

yaxşı və parlaq işlərindən biri budur. 

Bir dəfə  Əstərabadda [Sultan Əbu Səid Mirzənin  oğlu və Baburun 

əmisi] Sultan Mahmud Mirzə ilə vuruşaraq onu məğlub etdi. 

Bir dəfə  Əstərabadda soğdlu Hüseyn Türkmən oğlu Sadla vuruşaraq 

onu məğlub etdi. 

Bir də taxtı aldıqdan sonra Çinaranda [Sultan Məhəmməd Mirzənin  

oğlu] Yadigar Məhəmməd Mirzə ilə vuruşaraq onu məğlub etdi. 

Bir dəfə  də Mürqab körpüsündən sürətlə  gəlib Baği-Zağanda sərxoş 

yatan Yadigar Məhəmməd Mirzəni ələ keçirdi və beləcə Xorasana hakim ol-

du. 

Bir dəfə də Əndəxud və Şaburqan civarında yerləşən Çikməndə Sultan 



Mahmud Mirzə ilə vuruşaraq qalib gəldi. 

Bir dəfə  də [Baburun əmisi]  Əba Bəkr Mirzə  İraqtan qaraqoyunlu 

türkmənləri ilə birlikdə gəlib Təkanə və Xumarda [Baburun digər bir əmisi] 

Uluğ bəy Mirzəni məğlub edərək Kabili almışdı, amma sonra İraq üzündən 

Kabili buraxıb Xeybərdən aşaraq Xoşab ilə Multan civarından keçməklə Si-

viyə çıxmış, oradan da gəlib Kirmanı almış, lakin orada da durmayaraq (165 



b) Xorasan vilayətinə getmişdi, iştə o zaman Sultan Hüseyn Mirzə  də sü-

rətlə gedib oranı ələ keçirdi. 

Bir dəfə də Püli-Çırağda oğullarından biri olan Bədiüzzaman Mirzəni 

yendi. 


Bir dəfə  də Halva-Çeşmədə iki oğlunu, yəni  Əbülmöhsün Mirzə ilə 

Kibək [Məhəmməd Möhsün] Mirzəni yendi. 

Bir dəfə də əsgər çəkib Qunduzu mühasirə etdi, lakin ala bilmədən ge-

ri qayıtdı. 

Bir dəfə də Hisarı mühasirə etdi, lakin onu da alammadan geri döndü. 

Bir dəfə də Zünnunun [bəy Arğun] vilayəti üzərinə yürüdü. Büst valisi 

Büstü təslim etdi, başqa heç bir şey etmədi və ən axırda Büstü də buraxıb 

geri qayıtdı. Sultan Hüseyn Mirzə kimi cəsur və böyük bir padşah bu iki-üç 

səfərdə padşahlara xas əzmini yerinə yetirə bilmədən və heç bir işi tamam-

laya bilmədən geri dönmək məcburiyyətində qaldı. 

Bir dəfə də Nişin çayırında Zünnunun oğlu Şah [Şüca] bəy ilə birlikdə 

gələn oğlu Bədiüzzaman ilə vuruşdu və onu məğlub etdi. Orada qəribə bir 

təsadüf olmuşdu: Sultan Hüseyn Mirzənin yanında əsgəri az imiş və əsgəri-

nin çoxunu Əstərabad civarina göndəribmiş. Əstərabada gedən əsgər tam bu 

savaş günündə gəlib ona qoşulur. Digər tərəfdən də Sultan Məsud Mirzə Hi-


Zəhirəddin Məhəmməd BABUR  

 

 



178

sarı [qardaşı] Baysunqur Mirzəyə təslim etmiş və Sultan Hüseyn Mirzənin 

yanına gəlirmiş, o da tam o gün gəlib qoşulubmuş. 

Torpaqları: Xorasan vilayəti idi. Şərqi Bəlx, qərbi Bistam (166 a) və 

Damğan, şimali Xarəzm, cənubu Qəndəhar və Sistandır. Herat kimi bir şə-

hər əlinə keçdiyi halda gecə-gündüz işrət və fisqdən başqa işi yox idi, hətta 

ətrafında və məiyyətində olanlardan da işrət və fisqlə məşğul olmayan heç 

bir adam yox idi. Cahangirlik və sərkərdəliyin əziyyət və zəhmətini çəkmə-

diyi üçün, təbii olaraq, adamları və vilayəti getdikcə azaldı. 



Uşaqları: on dörd oğlu və bir qızı qalmışdı. 

Bədiüzzaman Mirzə oğullarından ən böyüyü idi. Anası [Bikə Sultan 

bəyim] Səncər Mirzə Mərvinin qızıydı. 



Şah Qərib Mirzə öz xidmətindəydi. Xarici görkəmi [topal idi, bədəni 

də yöndəmsiz idi] pis olduğu halda, təbiəti yaxşı idi. Vücudu zəif olsa da, 

sözü gözəldi. Qəribi təxəllüsü ilə yazırdı. Türkcə və farca şeirlər söyləyirdi, 

bir divan da tərtib etmişdi. Bu beyt onundur: 

Dər güzər didəm pəriruye şodəm divaneəş, 

Çist nami, u, koca başəd nədanəm xaneəş.  



Yolda bir pəri üzlünü görüb divanəsi oldum, 

Adı nədir və evi haradadır, bilmirəm. 

Sultan Hüseyn Mirzə Heratın idarəsini bir müddət Şah Qərib Mirzəyə 

vermişdi. Atası həyatda ikən vəfat etdi. Uşağı olmadı. 

Müzəffər [Hüseyn] Mirzə: Sultan Hüseyn Mirzənin  ən çox sevdiyi 

oğluydu, ancaq seviləcək elə bir əxlaqı və hərəkəti yox idi. Oğullarının çoxu 

onu çox sevdiyi üçün atalarına düşmən oldular. 

Bu iki oğlunun anası Sultan Əbu Səid Mirzənin cariyəsi olan Xədicə 

bəyim idi. (l66 b) Mirzədən Ağ bəyim  adlı bir qızı da vardı. 

Əbülmöhsün Mirzə  və  əsil adı  Məhəmməd Möhsün olan Kibək 

Mirzə: bu ikisinin anası Lətif Sultan ağaçə idi. 



Əbu Turab Mirzə: əvvəllər onun çox fəzilətli olduğunu söyləyirdilər. 

Atasının xəstəliyi şiddətlənəndə başqa şeylər eşidərək kiçık qardaşı Məhəm-

məd Hüseyn Mirzə ilə birlikdə qaçıb  İraqa getdi. İraqda sipahiliyi buraxıb 

dərvişliyə keçmişdir. Sonralar ondan bir xəbər alınmadı. 

Söhrab Mirzə adlı bir oğlu vardı. Mən [özbək sultanları] Həmzə Sul-

tanla Mehdi Sultanın komandanlığında olan sultanları  məğlub edib Hisarı 

alanda mənim yanımdaydı. Bir gözü kor idi. Qəribə  və çirkin bir görkəmi 

var idi, əxlaqı da görünüşü kimiydi. Bir çılğınlıq elədi, elə ona görə də ya-

nımda qala bilməyib getdi. Əstərabad civarında çılğınlığı üzündən [Şah İs-

mayılın vəziri və sərkərdəsi] Nəcmi Sani onu işkəncə ilə öldürdü. 



Məhəmməd Hüseyn Mirzə:  İraqda onu Şah  İsmayıl ilə eyni yerə 

həbs etmişlər və elə o zaman onun müridi olmuş. Sonradan qatı bir rafizi

1

 

                                                           



1

 Rafizi: Babur bu təbirlə şiəliyi  nəzərdə tutur.  



BABURNAMƏ 

 

179



olmuşdu. Atası, böyük və kiçık qardaşları sünni olduğu halda o, rafızi idi. 

Əstərabadda batillik və xəta içində öldü. Onun olduqca cəsur və qəhrəman 

olduğunu söyləyirlər, lakin belə söyləməyə layiq bir işi görünmədi. 

Şairliyi də varmış. Bu beyt onundur: 

Aludeyi-gərdi zi payi seyd ki gəşti, 

Qərqi-əraqi dər dili-gərm ki qozeşti.  



Toza bələnmisən, kimi ovlamaq üçün gəzib tozdun, 

Tərə boğulmusan, kimin hərarətli könlündən keçdin.  

Firidun (167 a) Hüseyn Mirzə: yayı qüvvətli çəkir, yaxşı ox atırmış. 

Çəkdiyi oxunun qırx batman olduğunu söyləyirlər. Olduqca cəsur adamdı,  

lakin savaşda bəxti yoxdu, girdiyi hər müharibədə məğlub oldu. 

Ribati-Dudezdə Firidun Hüseyn Mirzə kiçık qardaşı İbn Hüseyn Mir-

zə, Teymur Sultan və Übeyd Sultan ilə birlikdə Şeybani xanın ilqarıyla vu-

ruşdular və məğlub oldular. O zaman Firidun Hüseyn Mirzə çox igidliklər 

göstərmişdir. 

Damğanda isə Firidun Hüseyn Mirzə ilə [böyük qardaşı Bədiüzzaman 

Mirzənin oğlu] Məhəmməd Zaman Mirzə Şeybani xanın əlinə düşdülər, am-

ma o, ikisini də öldürmədən buraxdı. Sonra Şah Məhəmməd Divanə Qalatı 

özbəklərə qarşı bərkidəndə oraya getdi, amma özbəklər Qalatı alanda o da 

onların əlinə keçdi və öldürüldü.  

Sultan Hüseyn Mirzənin bu üç oğlu Minqli Bi ağaçə adlı bir özbək ca-

riyəsindən doğulmuşdu. 



Heydər Mirzə: anası Sultan Əbu Səid Mirzənin qızı Payəndə Sultan 

bəyimdi. Atasının zamanında bir müddət Məşhəddə və Bəlxdə hökm sürdü. 

Sultan Hüseyn Mirzə Hisarı mühasirə edəndə Sultan Mahmud Mirzənin 

Xanzadə  bəyimdən doğulan qızını ona alıb barışaraq Hisarın mühasirəsin-

dən vaz keçmişdir. 

Həyatda qalan yeganə  uşağı yalnızca  Şad bəyim adlı  qızıydı. Bu qız 

daha sonra Kabilə gəldi və Adil Sultana verildi. 

Heydər Mirzə hələ atası həyatda ikən (l67 b) vəfat etdi. 



Məhəmməd Məsum Mirzə: atası ona Qəndəharı vermişdi. Bu müna-

sibətlə [Baburun əmisi] Uluğ  bəy Mirzənin bir qızını bu oğluna istədi və 

Herata gətirəndə böyük bir toy edib gözəl bir çadır qurdurdu. Düzdür, Qən-

dəharı ona vermişdi, ancaq yaxşı-pis hər şeyi Şah [Şüca] bəy Arğun edirdi 

və Məhəmməd Məsum Mirzənin heç bir etibarı və nüfuzu yoxdu. Buna görə  

də Qəndəharda qalmayıb Xorasana getdi, atası hələ həyatda ikən vəfat etdi. 



Fərrux Hüseyn Mirzə: ona çox yaşamaq nəsib olmadı və kiçık qar-

daşı İbrahim Hüseyn Mirzədən bir müddət əvvəl bu dünyadan köçdü. 



İbrahim Hüseyn Mirzə: təbiəti pis deyildi, amma Herat şərabını aşırı 

bir şəkildə içdiyi üçün atası hələ sağkən öldü. 



İbn Hüseyn Mirzə və Məhəmməd Qasım Mirzə: onlar haqqında irə-

Zəhirəddin Məhəmməd BABUR  

 

 



180

lidə bəhs ediləcəkdir. 

Bu beş mirzənın anası cariyələrdən Papa ağaçə idi. 

Sultanım bəyim: qızlarının ən böyüyü və anasını tək övladı idi. Anası 

Çöli bəyim azaq bəylərinin qızıydı. Çox söz bilir və sərbəst danışırdı. Atası 

onu böyük qardaşı Bayqara Mirzənin ortancıl oğlu Sultan Veys Mirzə ilə 

evləndirmiş, ondan bir qızı və bir oğlu olmuşdu. Qızını Şeybani sultanların-

dan Yolbars Sultanın kiçık qardaşı İsənqulu Sultana vermişdilər. Oğlu Mə-

həmməd Sultan Mirzədır və indi onu Qanuc vilayətinə hakim qoymuşam. O 

zaman Sultanım bəyim Kabildən (168 a) nəvəsini alıb [Hindistana] gələndə 

Nilabda vəfat etmişdi. Adamları onun cənazəsini alıb [Kabilə] döndülər; nə-

vəsi mənim yanıma [Hindistana] gəldi.  

 [Sultan Hüseyn Mirzənin] Payəndə Sultan bəyimdən doğulan qızları-

nın ən böyüyü Ağ bəyimdi. Onu [Əbülqasım] Babur Mirzənin kiçık bacısı 

Bikə bəyimin nəvəsi Məhəmməd Qasım Arlata vermişdilər. Qaragöz bəyim  

adlı bir qızı olmuş, bu qızı da [Baburun kiçık qardaşı] Nasir Mirzə almışdı. 

İkinci qızı Kiçık bəyim idi. Sultan Məsud Mirzə ona istəyirdi, amma 

bütün səyinə baxmayaraq [anası] Payəndə Sultan öz mülahizələrinə görə 

vermədi. Sonra Seyid Atanın [Xoca Əhməd Yəsəvi] nəslindən Molla Xoca-

ya vermişdi. 

Üçüncü qızı Bikə bəyimlə dördüncü qızı Ağa bəyimi kiçık bacısı Rə-

biə Sultan bəyimin oğulları Babur Mirzə ilə Sultan Murad Mirzəyə vermişdi. 

[Sultan Hüseyn Mirzənin] Minqli Bi ağaçədən iki qızı olmuşdu. Böyü-

yünün adı Bayram Sultandı.  Əndəxud seyidlərindən və Bayqara Mirzənin  

qız nəvəsi olan Seyid Abdullah Mirzəyə vermişdilər. Seyid Bərkə adlı bir 

oğulları oldu. Mən Səmərqəndi alanda mənimlə birlikdəydi. Sonra Ürgənc 

tərəfə gedib səltənət davasına girişdi və  qızılbaşlar tərəfindən  Əstərabadda 

öldürüldü. 

Digər qızının adı Fatma Sultandı. Teymur bəy nəslindən olan Yadigar 

Mirzəyə vermişdilər. 

[Sultan Hüseyn Mirzənin] Papa ağaçədən üç qızı olmuşdu. Ən böyüyü 

Sultan Nijad bəyimdi və Sultan Hüseyn Mirzənin böyük qardaşının [Bay-

qara Mirzə] kiçık oğlu [Sultan] İskəndər Mirzəyə verilmişdi. 

İkinci qızı Bəyim Sultandı; Sultan Məsud Mirzəyə gözünü (168 b) iti-

rəndən sonra vermişdilər. Bir qızı  və bir oğlu olmuşdu. Qızını Sultan Hü-

seyn Mirzənin  arvadı [və eyni zamanda Papa ağaçənin sütbacısı] Apağ bə-

yim böyütmüşdü. Bu qız Heratdan Kabilə gəldi və Seyid Mirzə Apağa ve-

rildi. Sultan Məsud Mirzə özbəklər tərəfindən öldürüldükdən sonra Bəyim  

Sultan oğlunu alıb Kəbəyə getdi. Bugünlərdə özünün və oğlunun Məkkədə 

olduqları xəbəri gəldi. Oğlu olduqca böyüyübmüş. 

Üçüncü qızını da Əndəxud seyidlərindən və daha çox Seyid Mirzə de-

yə bilinən birinə vermişdilər. 



BABURNAMƏ 

 

181



[Sultan Hüseyn Mirzənin] cariyəsindən də Ayşə Sultan adında bir qızı 

olmuşdu. Bu cariyə Həsən Şeyx Teymurun nəvəsi olan Zübeydə ağaçəydi. 

Bu qızı Şeybani sultanlarından Qasım Sultana vermişdilər və ondan Qasım 

Hüseyn [Sultan] adında bir oğlu olmuşdu. Bu oğlan Hindistanda mənim mü-

lazimətimə gəldi, Rana Senqa ilə müharibəyə qoşuldu və ona Bedaun verildi. 

[Ayşə Sultanı] Qasım Sultandan sonra onun qohumlarından olan Boran Sul-

tan adında biri aldı və ondan da Abdullah adlı bir oğlu oldu, ki indi mənim 

mülazimətimdədir, yaşı kiçık olmasına baxmayaraq xidməti pis deyil. 



Qadınları və cariyələri: ilk aldığı qadın Səncər Mirzə Mərvinin qızı 

Bikə Sultan bəyimdi. Bədiüzzaman Mirzə ondan olmuşdu. Çox deyingən idi 

və Sultan Hüseyn Mirzəyə çox əziyyət verirdi. Mirzə onun deyingənliyin-

dən bezdi. Axırda buraxdı və ondan qurtuldu. Nə (169 a) eləsin, haqq Mir-

zənin tərəfindəydi. 

Zəni bəd dər sarayi-mərdi-niku, 

Həm dər in aləm əst duzəxi-yu.

1

 



Yaxşı kişinin evində pis bir arvadıı olsa,  

Onun cəhənnəmi bu dünyada imiş. 

Allah heç bir müsəlmanı bu bəlaya salmasın. Ya rəb, pis xasiyyətli və 

deyingən qadın yer üzündə qalmasın! 

Çöli bəyim: azaq bəylərinin qızıydı. Sultanım bəyim  ondan olmuşdu. 

Şəhribanu bəyim: [Baburun babası] Sultan Əbu Səid Mirzənin qızıydı. 

Taxta çıxdıqdan sonra almışdı. Çikmən müharibəsində Mirzənin bütün ar-

vadları məhfədən

2

 çıxıb ata minəndə o, kiçık qardaşına arxayın olduğu üçün 



məhfədən çıxmır və ata minmir

3

. Bunu Mirzəyə çatdırırlar. Bu üzdən Mirzə 



Şəhribanu bəyimi buraxdı və kiçık bacısı Payəndə Sultan bəyimi aldı. Öz-

bəklər Xorasanı aldıqdan sonra Payəndə Sultan bəyim İraqa getdi və orada 

vəfat etdi. 

Xədicə bəyim: Sultan Əbu Səid Mirzənin cariyəsiydi və Mirzədən Ağ 

bəyim adlı bir qızı vardı. İraqda Sultan Əbu Səid Mirzənin məğlubiyyətin-

dən sonra Herata gəldi. Onu orada Sultan Hüseyn Mirzə aldı və çox sevdiyi 

üçün cariyəlik dərəcəsindən bəyimlik dərəcəsinə yüksəltdi. Sonralar fövqəl-

adə nüfuz sahibi olmuşdu. [Bədiüzzaman Mirzənin oğlu] Məhəmməd Mö-

min Mirzəni onun təhrikiylə öldürdülər. 

Sultan Hüseyn Mirzənin öz oğullarıyla düşmən olmasının  ən böyük 

səbəbi də bu qadındır. Özünü çox ağıllı sayırdı, lakin ağılsız və çox danışan 

bir qadındı. Eyni zamanda rafızi imiş. [Sultan Hüseyn Mirzənin oğulları] 

                                                           

1

 Sədi Şirazidən. 



2

 Məhfə: dəvə, fil kimi heyvanların belinə qoyulan, içində iki adamın qarşılıqlı otura bi-

ləcəyi şəkildə düzəldilmiş səbət. 

3

 Şəhribanu bəyimin güvəndiyi kiçık qardaşı Çikmən müharibəsində Sultan Hüseyn 



Mirzə ilə savaşan [Baburun əmisi] Sultan Mahmud Mirzədir. 

Zəhirəddin Məhəmməd BABUR  

 

 



182

Şah Qərib Mirzə ilə Müzəffər Hüseyn Mirzə (169 b) ondan doğulmuşdular. 

Apağ bəyim: heç uşağı olmadı. Mirzənin ən çox sevdiyi arvadı Papa 

ağaçə Apağ bəyimin süd bacısıydi. Öz uşağı olmadığı üçün Papa ağaçənin 

oğullarına öz uşağı kimi baxırdı. Mirzə  xəstə olduğu zamanlarda ona föv-

qəladə yaxşı xidmət edirdi, arvadlarından heç biri o qədər xidmət edə bil-

məzdi. Hindistana getdiyim il Heratdan gəldi. Mən də əlimdən gəldiyi qədər 

ona sayğı və hörmət göstərdim. Çəndirini mühasirə etdiyim zaman Kabildə 

vəfat etdiyi xəbəri gəldi. 

[Sultan Hüseyn Mirzənin] cariyələrindən biri də çərşənbehilərdən

1

 Lə-


tif Sultan ağaçəydi;  Əbülmöhsün Mirzə ilə Kibək [Məhəmməd Möhsün] 

Mirzə ondan olmuşdu. 

Cariyələrindən biri də özbəklərdən Minqli Bi ağaçəydi;  Əbu Turab 

Mirzə, Məhəmməd Hüseyn Mirzə və Firidun Hüseyn Mirzənin anasıydı və 

Şəhribanu bəyimin xidmətçilərindəndi. Onun iki qızı da vardı. 

Cariyələrindən biri də Apağ  bəyimin südbacısı olan Papa ağaçəydi. 

Mirzə onu görüb sevərək almışdı. Daha öncə söyləndiyi kimi, beş oğlu ilə 

dörd qızının anasıydı. 

Cariyələrindən biri də Bəgi Sultan ağaçəydi. Ondan uşağı olmadı. 

Bunlardan başqa da aşağı və əsil cariyələri vardı. Qadınlarından və ca-

riyələrindən mötəbər olanları yuxarıda sayılanlardır. 

Sultan Hüseyn Mirzə böyük bir padşah və Herat kimi islam şəhərinin 

padşahı olduğu halda, qəribədir ki, bu on dörd oğlundan ancaq üçü bic de-

yildi. Pozğunluq onun özünə, (170 a) oğullarına və əhalisinə fövqəladə də-

rəcədə xas idi. Belə böyük bir ailədən yeddi-səkkiz il içində [Bədiüzzaman 

Mirzənin oğlu] Məhəmməd Zaman Mirzə istisna olmaqla, heç bir nam-nişan 

qalmaması məhz onların bu uğursuzluğundan irəli gəlmişdir. 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin