AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 4,12 Mb.
səhifə9/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

IV FƏSİL
YERLİ CİNSDƏN OLAN CÜCƏLƏRİN KOKSİDİOZU VƏ ONUN

MÜALİCƏSİ ZAMANI ZÜLALLARIN DİNAMİKASI

4.1.Eksperimental eymerioz (Eimeria tenella) zamanı cücələrin qaraciyərinin bəzi immunoloji göstəriciləri
Praktiki olaraq orqanizmdə bütün fizioloji və patoloji dəyişikliklər zülalların iştirakı ilə baş verir. Ümumi zülal albuminlərdən və qlobulinlərdən təşkil olunduğundan ayrı-ayrı fraksiyaların tədqiqi böyük diaqnostik əhəmiyyətə malikdir. Albuminlər, α-qlobulinlər və qlobulinlərin bir hissəsi qaraciyərdə, γ-qlobulinlər və β-qlobulinlərin bir hissəsi limfoid orqanlarda sintez olunur. İmmunoloji reaksiyalarda ayrı-ayrı qlobulin fraksiyalarının iştirakının müəyyənəşdirilməsi böyük maraq kəsb edir. Bu istiqamətdə tədqiqat aparan tədqiqatçılar bir yekdil fikirdədirlər ki, orqanizmin patoloji vəziyyəti zamanı β-qlobulinlərin miqdarının artması spesifik antitellərin əmələ gəlməsi ilə bağlıdır.

Qaraciyərin immunoloji göstəricilərini təyin etməklə xəstəliyin patogenezi və ümumilikdə törədicinin patogenliyi, sahibin immun sisteminin bu xəstəliyə qarşı necə mübarizə aparması və ümumilikdə həzm sisteminin fəaliyyətinin əsas göstəricisinin öyrənilməsi, parazitin həyat fəaliyyətinin bəzi məsələlərini aydınlaşdırmaqla parazitə qarşı mübarizəni asanlaşdırar.

Təcrübələr iki seriyada aparılmışdır. Birinci seriyada yerli cinsdən olan 20 günlük qara, ikinci seriyada isə çil-çil toyuq cücələrindən istifadə edilmişdir. Bütün təcrübə cücələri E.tenella parazitinin 20 min sporlaşmış oosistası ilə yoluxdurulmuşdur Yoluxdurmadan sonra quşlar invaziyanın prepatent (3-cü, 5-ci günləri) və patent dövrünə (7 və 10-cu günlər) uyğun olaraq hər dəfə 10 cücə, kontrol qrupdan isə xəstəliyin gedişinə paralel olaraq 3 və 7-ci günlərdə də hər dəfə 10 cücə dekapitasiya olunaraq toplanılan qanından tədqiqatlarda istifadə edilmişdir. Yoluxdurmanın 3 və 5-ci günləri dekapitasiya olunan cücələrin göstəriciləri, 3-cü gün dekapitasiya olunan cücələrin göstəriciləri ilə (kontrol 1), 7 və 10-cu gün kəsilən cücələrin göstəriciləri isə 7-ci gün dekapitasiya olunan cücələrin göstəriciləri ilə müqayisə edilmişdir (kontrol 2).

E.tenella parazitinin qara toyuq cücələrinin bəzi immunoloji göstəricilərinə (qaraciyərinin zülal spektrinə) təsirinin öyrənilməsindən alınan nəticələr cədvəl 4.1-də verilmişdir.

Cədvəl 4.1



E.tenella ilə yoluxdurulmuş qara toyuq cücələrin qaraciyərinin

bəzi immunoloji göstəriciləri (n=10, M±m, q%)



Cücələrin dekapitasiya olunduğu günlər

Ümumi zülalın miqdarı

Albumin

Qlobulinlər

α

β

γ

Kontrol 1

7,95±0,100

0,639±0,035

0,093±0,006

0,090±0,098

0,211±0,011

3-cü gün

6,27±0,11

P<0,001


0,514±0,018

P<0,01


0,141±0,138

P<0,01


0,082±0,005

P>0,05


0,263±0,010

P<0,01


5-ci gün

6,72±0,20

P<0,01


0,541±0,147

P<0,01


0,142±0,104

P<0,01


0,193±0,082

P>0,05


0,243±0,195

P>0,05


Kontrol 2

7,97±0,20

0,621±0,021

0,094±0,007

0,057±0,002

0,219±0,019

7-ci gün

6,63±0,01

P>0,05


0,577±0,030

P>0,05


0,149±0,005

P<0,001


0,079±0,003

P<0,001


0,245±0,007

P>0,05


10-cu gün

7,20±0,13

P<0,01


0,536±0,021

P<0,05


0,116±0,004

P<0,05


0,076±0,003

P<0,001


0,237±0,012

P>0,05

Cədvəl 4.1-də verilən məlumatlardan olaraq aydın olur ki, invaziyanın 3-cü günündən başlayaraq ümumi zülalın və onun fraksiyalarının miqdarında dəyişikliklər baş verir. Qaraciyərdə albuminlərin miqdarı azalaraq 0,514 q% (P<0,01), alfa və qamma-qlobulinlərin miqdarı müvafiq olaraq artaraq 0,141 və 0,263 q% təşkil edir (hər iki halda P<0,01). Beta qlobulinlərin miqdarında azalma hiss olunsa da statistik dürüst deyil (P>0,05).

İnvaziyanın 5-ci günü ümumi zülalın miqdarında 3-cü günə nisbətən 0,45q% artma müşahidə olunur. Qamma qlobulinlərin miqdarının isə invaziyanın 3-cü gününə nisbətən 0,029q% az, kontrola nisbətən isə 0,032 q% çox olduğunun şahidi oluruq. Qeyd etmək lazımdır ki, baş verən dəyişikliklər statistik dürüst deyil (cədvəl 4.1).

İnvaziyanın 7-ci və 10-cu günləri alınan göstəriciləri müqayisə etdikdə məlum olur ki, 7-ci gün ümumi zülalın miqdarında azalma müşahidə olunsa da, onun miqdarı 10-cu gün normaya yaxınlaşır (P<0,01). Albuminlərin miqdarında isə azalma hətta 10-cu gündə hiss olunur. Lakin, bu dəyişmə 7-ci gün statistik dürüst olmasa da, 10-cu gün statistik dürüstdür. 7-ci gün kontrola nisbətən alfa, beta və qamma qlobulinlərin miqdarı artır (müvafiq olaraq 0,05, 0,079 və 0,026 q%). Bu zaman statistik dürüst dəyişilmə alfa və qamma-qlobulinlərin miqdarında olur (P<0,05 və P<0,001).

İnvaziyanın 10-cu günü albuminlərin miqdarında azalma davam edir. Kontrolla müqayisədə alfa - və beta qlobulinlərin miqdarı artsa da, hələ də normaya qayıtmır (P<0,05 və P<0,001). Qamma qlobulinlərin miqdarı isə kontrolla müqayisədə 0,02q% yüksək olur (cədvəl 4.1).



Eimeria tenella parazitinin 20 min sporlaşmış oosistası ilə yoluxdurulmuş yerli çil-çil toyuq cücələrinin immunoloji göstəriciləri cədvəl 4.2-də verilmişdir.

Cədvəl 4.2



E.tenella ilə yoluxdurulmuş çil-çil toyuq cücələrin qaraciyərinin

bəzi immunoloji göstəriciləri (n=10, M±m, q%)




Cücələrin dekapitasiya olunduğu günlər

Ümumi zülalın miqdarı,

Albumin

Qlobulinlər

α

β

γ

Kontrol 1

5,80±0,08

0,704±0,078

0,021±0,008

0,017±0,002

0,246±0,006

3-cü gün

5,00±0,05

P>0,05


0,532±0,168

P<0,001


0,011±0,001

P<0,001


0,031±0,014

P>0,05


0,437±0,015

P<0,001


5-ci gün

5,78±0,017

P<0,01


0,526±0,012

P<0,001


0,014±0,001

P<0,001


0,028±0,011

P>0,05


0,432±0,014

P<0,001


Kontrol 2

6,00±0,23

0,719±0,007

0,030±0,003

0,020±0,001

0,231±0,025

7-ci gün

5,80±0,21

P<0,01


0,577±0,011 P<0,001

0,014±0,002

P<0,01


0,018±0,002

P>0,05


0,389±0,011 P<0,001

10-cu gün

5,90±0,18

P>0,05


0,640±0.019

P<0,001


0,046±0,024

P>0,05


0,018±0,002

P>0,05


0,318±0,017

P<0,05

Cədvəl 4.2-də verilən məlumatların analizindən məlum olur ki, E.tenella-nın sahibin bağırsağında inkişaf mərhələlərindən asılı olaraq qaraciyərdə albuminlərin miqdarı azalır.

Əgər invaziyanın 3-cü günü çil-çil cücələrin qaraciyərində albuminlərin miqdarı kontrolla müqayisədə 0,172 q% (P<0,01), alfa qlobulinlər 0,01 q% (P<0,01) azalırsa, beta-qlobulinlərin miqdarının isə əksinə olaraq 0,014 q% artmasına baxmayaraq statistik dürüst deyil. Qamma qlobulinlərin miqdarının artması isə statistik dürüst olub 0,191 q% təşkil edir (P<0,01).

İnvaziyanın 5-ci günündə albumin, alfa və qamma qlobulinlərin miqdarında baş verən dəyişiklik statistik dürüstdür. İnvaziyanın bu günüdə beta qlobulinlərin miqdarında baş verən dəyişiklik statistik dürüst deyil. İnvaziyanın 7-ci günü albuminlərin miqdarı kontrol qrupun göstəriciləri ilə müqayisədə 0,2 q% azdır (P<0,01), 10-cu gün onun miqdarı 7-ci günə nisbətən 0,1q% artır. Albuminlərin miqdarı da invaziyanın 7-ci günü azalır, 10-cu gün isə miqdarı kontrolla nisbətən az olsa da, 7-ci gün yüksək olur (P<0,01). Alfa qlobulinlərin miqdarı 7-ci gün kontrola müqayisədə 0,016q% az olsa da (P<0,01), 10-cu gün onun miqdarı çox olur. Beta qlobulinlərin miqdarında kontrolla müqayisədə azalma müşahidə edilsə də, invaziyanın 7 və 10-cu günləri beta qlobulinlərin səviyyəsi eyni dərəcədə olur. Qamma qlobulinlərin miqdarı kontrola nisbətən 0,159q% artır (P<0,001). Belə kəskin artma parazitin sahibin orqanizmində inkişaf dövrlərinə düşür. 10-cu gün qamma-qlobulinlərin miqdarı 7-ci günə nisbətən aşağı olsa da (P<0,05) kontrola nisbətən yüksəkdir (cədvəl 4.2).

Beləliklə, cədvəl 4.1 və 4.2-də verilən məlumatların analizindən məlum olur ki, qaraciyərdə albuminlərin miqdarı azalır. Bu azalma hər iki cinsdən olan cücələrdə aydın nəzərə çarpır. Həm qara və həm də çil-çil cinsdən olan kontrol cücələrin qaraciyərinin ümumi zülallarının miqdarını müqayisə etdikdə aydın olur ki, qara toyuq cücələrinin qaraciyərində ümumi zülalın miqdarı çil-çil cücələrinə nisbətən çoxdur. Bu da cinsin spesifik biokimyəvi xüsusiyyəti ilə izah edilə bilər.

Yerli qara və çil-çil cücələrin qaraciyərinin albumin göstəricisinin miqdarını invaziyanın bütün dövrləri ilə müqayisə etdikdə onların miqdarında azalmanın baş verdiyi aydın olur.

Məlumatların müqayisəli şəkildə analizindən məlum olur ki, E.tenella ilə yoluxdurulmuş hər iki cinsdən olan cücələrdə albuminlərin miqdarının azalması ilə parazitin inkişaf mərhələləri arasında asılılıq var. Belə ki, parazitin inkişaf mərhələ-lərinə uyğun albuminlərin miqdarı azalır. Buna səbəb parazitin sahibin orqanizmində

inkişaf mərhələlərinə uyğun olaraq yaranan toksiki maddələrin qaraciyərin zülal

sintezetmə funksiyasına təsiri ilə əlaqədardır.

Hər iki cinsdən olan cücələrdə alfa qlobulinlərin miqdarında baş verən dəyişikliklər arasında qanunauyğunluğun olduğu aşkar edilməmişdir. E.tenella ilə yoluxdurulmuş yerli cinsdən olan qara cücələrdə alfa qlobulinlərin miqdarında statistik dürüst dəyişikliklər bütün invaziya dövründə baş verir. Çil-çil cücələrin qaraciyərində isə invaziyanın 10-cu günü statistik dürüst dəyişikliklər baş vermir. Beta qlobulinlərin spektrində də dəyişikliklər hiss olunur. Qara və çil-çil cücələrin yoluxdurulması zamanı onların cinsindən asılı olmayaraq E.tenella ilə yoluxdurma üçün xarakterik olan beta qlobulinlərin artması müşahidə olunur.

Qara və çil-çil toyuq cücələrinin qaraciyərində beta qlobulinlərin ən yüksək miqdarına invaziyanın 3-cü günü təsadüf edilir. E.tenella parazitinin 20 min sporlaşmış oosistası ilə yoluxdurulması zamanı qara və çil-çil cücələrin qaraciyərində qamma qlobulinlərin miqdarı bütün invaziya dövründə artır.

Beləliklə, yerli cinsdən olan cücələrin eksperimental koksidiozu zamanı alınan nəticələrin müqayisəli analizindən məlum olur ki, qara və çil-çil cücələrin qaraciyərinin zülal fraksiyaların miqdarının dəyişilməsi arasında ciddi fərq yoxdur.

Ədəbiyyat məlumatlarının və xüsusi tədqiqatlardan alınan nəticələrin təhlilindən aydın olur ki, koksidilərin sahibin orqanizmində inkişafı zamanı onların maddələr mübadiləsinin son məhsulları olan toksiki maddələr qaraciyərin funksiyasını pozmaqla albuminlərin miqdarının azalmasına səbəb olur. Zülal fraksiyalarının əksəriyyətinin miqdarının azalması cücələrin cinsindən asılı olmayıb parazitin inkişaf mərhələlərindən asılıdır. Qlobulinlərin miqdarının sürətlə artmasını isə orqanizmin immun sisteminin broyler cücələrinə nisbətən tez səfərbərliyə alınması ilə izah edilə bilər. Yerli cinsdən olan qara və çil-çil cücələrin qaraciyərində qlobulinlərin miqdarında baş verən dəyişikliklərin arasında elə bir ciddi fərqin olmaması, E.tenella-nın maddələr mübadiləsinin son məhsulları olan – toksiki maddələrə qarşı sahibin eyni dərəcədə antitel sintez etməsi hər iki cinsin eymerioza qarşı eyni dərəcədə dözümlü olduğunu sübut edir.


4.2. Eksperimental eymerioz (Eimeria tenella) zamanı cücələrin qan zərdabının bəzi immunoloji göstəriciləri
Zülallar orqanizmin bütün maye mühitində mövcud olub, onun qanda keyfiyyət və kəmiyyət tərkibi ümümilikdə zülal mübadiləsinin vəziyyətini ifadə etdiyindən qan zərdabında ayrı-ayrı zülalların miqdarının dəyişməsi orqanizmin fizioloji və patoloji vəziyyətindən asılıdır.

Təcrübələr dörd seriyada aparılmışdır. Hər seriyada 30 təcrübə və 20 kontrol cücədən, ümumilikdə təcrübədə yerli cinsdən olan 20 günlük 100 baş qara və 100 baş çil-çil toyuq cücələrindən istifadə edilmişdir.

Bütün təcrübə cücələri E.tenella parazitinin 20 min sporlaşmış oosistası ilə yoluxdurulmuşdur. Yoluxdurmadan sonra quşlar xəstəliyin (invaziyanın 3-cü və 5-ci günləri) prepatent, invaziyanın (7-10-cu günləri) patent dövrlərində, hər dəfə yoluxdurulmuş qrupdan 7, kontrol qrupdan isə 5 cücə olmaqla dekapitasiya olunaraq ayrı-ayrı sınaq şüşələrinə toplanılan qandan istifadə edilmişdir.

Cədvəl 4.3-də verilən məlumatlardan aydın olur ki, yerli cinsdən olan yoluxdurulmuş cücələrdə patent mərhələsinin sonunda ümumi zülalın miqdarı nəzərəçarpaçaq dərəcədə artır, bu qara cücələrin qan zərdabında 0.48q/%, çil-çil cücələrin qan zərdabında isə 0.12q/% təşkil edir.

Beləliklə, aydın olur ki, invaziya nəticəsində yoluxdurulmuş quşlarda qan zərdabında da albuminlərin miqdarı azalır. Bu azalma qara cücələrdə daha aydın nəzərə çarpır, bu da onların yerli cinsdən olan çil-çil cücələrə nisbətən koksidioza nisbətən daha həssas olduğunu göstərir. Əgər invaziyanın 3-cü günündə qara cücələrin qan zərdabında albuminlər kontrolla müqayisədə 0.43q% azalırsa, əksinə yerli cinsindən olan çil-çil cücələrdə isə 0.05q% artır. İnvaziyanın ən kəskin dövründə (7-ci gün) qan zərdabında albuminlərin miqdarı yerli cinsdən olan qara cücələrin qan zərdabında 0.56q%-ə qədər azalır, çil-çil cücələrdə isə albuminlərin azalması invaziyanın 7-ci günü 0.07q% təşkil edir. Belə ki, onların miqdarı qara cücələrdə invaziyanın 3-cü günü 0.43q%, 5-ci günü 0.48 q%, çil-çil cücələrdə isə birinci halda albuminlərin miqdarı 0.05 q/% artır, ikinci halda isə azalaraq 0.07 q%

təşkil edir.

Hər iki cinsdən olan E.tenella ilə yoluxdurulmuş cücələrdə α-qlobulinlərin miqdarında baş verən dəyişikliklər arasında qanunauyğunluq yoxdur. E.tenella ilə yoluxdurulmuş yerli cinsdən olan qara cücələrdə α-qlobulinlərin miqdarında statistik dürüst dəyişikliklər invaziyanın 3-cü günündə, çil-çil cücələrin qan zərdabında isə invaziyanın 7-ci günü müşahidə olunur (cədvəl 4.3)

Cədvəl 4.3



E.tenella parazitinin 20 min sporlaşmış oosistası ilə yoluxdurulmuş qara və çil-çil cücələrin qan zərdabında ümumi zülallın miqdarı və zülal fraksiyaları


Cücələrin dekapitasiya olunduğu günlər

Ümumi zülalın miqdarı, q/%

Albumin

Qlobulinlər, q/%

α

β

γ

qara cücələr

Kontrol

3,22±0,03

1,26±0,17

0,28±0,14

0,46±0,13

1,22±0,25

3-cü gün

2,22±0,04

P<0,001


0,83±0,22

P<0,01


0,20±0,07

P<0,05


0,32±0,08

P<0,05


0,87±0,17

P<0,05


5-ci gün

2,47±0,61

P<0,05


0,78±0,46

P<0,05


0,24±0,10

P<0,05


0,36±0,15

P<0,05


1,08±0,09

P<0,05


7-ci gün

2,49±0,27

P<0,05


0,70±0,26

P<0,05


0,29±0,06

P>0,05


0,50±0,13

P<0,5


1,00±0,15

P<0,05


10-cu gün

2,70±0,35

P<0,05


0,81±0,36

P<0,5


0,25±0.05

P<0,05


0,57±0,13

P<0,05


1,07±0,19

P<0,05


çil-çil cücələr

Kontrol

3,28±0,24

1,07±0,14

0,26±0,08

0,54±0,11

1,41±0,17

3-cü gün

3,18±0,37

P<0,05


1,12±0,25

P<0,5


0,27±0,06

P>0,5


0,44±0,14

P<0,05


1,38±0,18

P<0,05


5-ci gün

3,19±0,41

P<0,05


1,40±0,20

P<0,05


0,24±0,07

P<0,05


0,54±0,14

P<0,05


0,98±0,31

P<0,05


7-ci gün

3,30±0,60

P<0,05


1,0±0,26

P<0,05


0,20±0,09

P<0,05


0,48±0,24

P<0,05


1,12±0,35

P<0,05


10-cu gün

3,30±0,60

P<0,05


1,00±0,26

P<0,05


0,20±0,09

P<0,05


0,48±0,24

P<0,05


1,62±0,47

P<0,05



E.tenella ilə yoluxdurma zamanı β-qlobulinlər spektrində də nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Qara və çil-çil cücələrin yoluxdurulması zamanı qan zərdabında qaraciyərdə olduğu kimi E.tenella ilə yoluxdurma üçün xarakterik olan β-qlobulinlərin artması müşahidə olunur. İnvaziyanın 5-ci günü β-qlobulinlərin miqdarı artır, çil-çil cücələrdə bu göstərici müvafiq olaraq 0.10 q/% təşkil edir. Qara cücələrdə β-qlobulinlərin miqdarı statistik dürüst invaziyanın 7-10-cu günləri artır,

çil-çil cücələrdə isə bu tendensiya invaziyanın 5-ci günləri müşahidə olunur.

Cədvəl 4.3-də verilən məlumatların analizindən məlum olur ki, müxtəlif cins-dən olan cücələrin E.tenella parazitinin 20 min sporlaşmış oosistası ilə yoluxdurul-ması zamanı qara və çil-çil cücələrin qan zərdabında γ-qlobulinlərin miqdarı bütün invaziya dövründə artır. Beləliklə, yerli cinsdən olan cücələrin eksperimental koksidiozu zamanı qan zərdabında zülal fraksiyalarının miqdarının dəyişilməsi arasında ciddi fərq müşahidə olunmur.

Bizim əldə etdiyimiz məlumatlara görə qan zərdabında ümumi zülalın miqdarı kontrola nisbətən yerli cinsdən olan hər iki, qara və çil-çil cücələrdə azalır. Lakin, bu azalma qara cücələrdə statistik dürüstdür. (Kontrol qrupda bu göstərici 3,22±0,03 q% təşkil edirsə, yoluxdurmanın 10-cu günü 2,70±0,35 q%-dir). Çil-çil cücələrin qan zərdabında ümumi zülalın miqdarında isə statistik dürüst dəyişkənlik baş vermir (bu göstərici kontrol qrupda 3,28±0,24 q%, yoluxdurulmuş qrupda isə invaziyanın 7-10-cu günləri 3,30±0,60 q%-dir).

Belə hesab etmək olar ki, koksidilərin və xəstə sahibin orqanizminin maddələr mübadiləsinin məhsulları qaraciyəri zədələyərək onun normal funksiyasını pozur. Böyrəklərin kapillyarlarının keçiriciliyinin artmasına səbəb olmaqla kiçik dispersiyon zülalların itkisinə səbəb olur, nəticədə yüksək dispersiyon zülalların – α və β-qlobulinlərin miqdarı artır. Zülalların böyük əksəriyyətinin itkisi parazitin endogen inkişaf mərhələlərinin müşahidə olunduğu yerdə - bağırsaqda baş verir, burada yüksək yoluxdurmalar zamanı qanaxma halları da müşahidə olunur.

Ədəbiyyat məlumatlarının və xüsusi tədqiqatlardan alınan nəticələrin təhlilin-dən aydın olur ki, koksidioz zamanı α və β-qlobulinlərinin miqdarının artması orqanizmin immun sisteminin səfərbərliyə alınması ilə əlaqədar olaraq antitellərin sintez olunması ilə bağlıdır. Qara və çil-çil cücələrin qanında qlobulinlərin miqdarının eyni olması (müvafiq olaraq 1.79 q/% və 1.80 q/%) onların koksidilərin həyat fəaliyyətinin məhsullarına qarşı daha eyni dərəcədə antitellərin sintez etməsi ilə bağlıdır. Yerli cinsdən olan cücələrin qanında β-qlobulinlərin miqdarının bu istiqamətdə dəyişməsi yerli cinsdən olan cücələrin broyler cinsindən olan cücələrə nisbətən eymerioza qarşı daha dözümlü olduğunu təsdiqləyir.



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin