AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


E.tenella ilə yoluxdurulan və müalicə edilən çil-çil cücələrin çəki artımının dinamikası



Yüklə 4,12 Mb.
səhifə7/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   2   3   4   5   6   7   8   9   10   ...   34

3.2.2. E.tenella ilə yoluxdurulan və müalicə edilən çil-çil cücələrin çəki artımının dinamikası

Təsərrüfatlarda eymeriyalara az sayda olsa da belə təsadüf edilməsi potensial təhlükə mənbəyidir. Müalicə profilaktika tədbirlərinin vaxtı-vaxtında aparılmaması xüsusilə böyük təsərrüfatlarda cücələr arasında xəstəliyin qəflətən baş verməsi qarşısı alınmayan itkilərə səbəb olur.

Bundan əvvəl qeyd edildiyi kimi, eymerioz zamanı cücələrin sağ qalmaları, xəstəliyin kiliniki əlamətləri, xəstəlik nəticəsində baş verən patoloji-anatomik dəyişkənliklər parazitin virulentliyi ilə yanaşı cücələrin cinsindən də asılıdır. Cücələrin virulent ştamlarla yüksək yoluxdurulması zamanı patoloji-anatomik dəyişkənliklər ancaq kor bağırsaqda deyil, digər orqanlarda da baş verir.

Yerli cinsdən olan çil-çil toyuq cücələri 8 qrupa ayrılmışdır. 1-ci, 3-cü və 4-cü qrupdan olan cücələr yoluxdurulmamış, 2-ci, 5-ci, 6-cı, 7-ci və 8-ci qrupun cücələri Eimeria tenella parazitinin 20000 sporlaşmış oosistası ilə oral yolla yoluxdurulmuşdur. İkinci qrupdan olan cücələr yoluxdurmadan sonra müalicə edilməmişdir. Müalicə məqsədilə istifadə edilən baykoks və acı yovşanın sağlam cücələrin çəki artımına təsirini müəyyənləşdirmək üçün 3-cü qrupdan olan yoluxdurulmamış çil-çil cücələrə baykoksun 3ml/l dozası, 4-cü qrupun cücələrinə isə A.absinthium toz halında yemlə qarışığı (1500 mq/kq yem) verilmişdir. Müalicə məqsədilə 5-ci qrupdan olan yoluxdurulmuş cücələrə yoluxdurulduqdan 1 sutka sonra 2,5%-li baykoks (toltrazuril) 2 ml/1l dozası, 6-cı qrupdan olan yoluxdurulmuş cücələrə isə 3ml/l dozası verilmişdir. 7-ci qrupdan olan cücələr acı yovşanın 1500 mq/kq dozası, 8-ci qrupun cücələri isə baykoks və acı yovşanın (2ml/l+1500 mq/kq) kombinasiyası ilə müalicə edilmişdir. Bütün qrupdan olan cücələr eyni tərkibli yemlə yemləndirilmişdir.

Yoluxdurma günündən başlayaraq 20 gün müddətində hər gün çəkilərək bir cücənin sutkalıq orta çəki artımı müəyyənləşdirilmişdir.

Yoluxdurulan cücələrdə eymeriozun klinik əlamətləri yoluxdurmanın 5-ci günü özünü göstərmişdir. Bu dövrdə cücələr bir yerə toplaşır, qanadları sallanır, lələkləri pırpızlaşır, az yem yeyib çox su içirlər. Bu vəziyyət patent dövrünün sonuna kimi davam etmişdir. Cücələri yardıqda bağırsaq çıxıntılarının qanla dolu olduğu və bağırsağın divarlarında zəif yara yerlərinin olduğu müşahidə edilmişdir. İnvaziyanın 5-ci və 6-ci günündən başlayaraq quşların zılında tək-tək hallarda çox zəif qan izlərinə təsadüf olunur ki, bu dövr xəstəliyin ən kəskin dövrü hesab olunur. Bu hal invaziyanın prepatent dövrünün sonuna kimi müşahidə edilmişdir.

Bütün qruplarda (2-ci və 6-cı qrup istisna olmaqla) olan quşlar arasında koksidiozun klinik əlamətlərinin müşahidə edilməsinə baxmayaraq ölüm halları olmamışdır.

İnvaziyanın 7-ci günündən sonra xəstəliyin kiliniki əlamətləri zəifləməyə başlayır, cücələr hərəkətli olur, yem yeməsi yaxşılaşır, artıq zıllarında qan izlərinə təsadüf olunmur.

Su qablarına baykoks (3ml/l) əlavə edilən cücələr yoluxdurulmamış cücələr arasında preparatın yüksək dozasının tətbiq edilməsinə baxmayaraq ölüm halları müşahidə edilməmişdir. Belə bir hal yeminə 1500 mq/kq acı yovşan əlavə edilən 4-cü qrupda da müşahidə edilmişdir. Bu qruplarda olan cücələrin çəki artımına nəzər saldıqda aydın olur ki, sağlam cücələrə baykoks və acı yovşanın verilməsinin ilk günləri (1-7-ci günlər) kontrol qrupun göstəriciləri ilə müqayisədə cücələrin çəki artımında əhəmiyyətli dəyişkənlik müşahidə olunmur (cədvəl 3.7). Sonrakı günlər hər iki qrupdan olan cücələrin çəki artımında kontrolla müqayisədə artım müşahidə edilir. 20 gün müddətində cücələrin sutkalıq çəki artımının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, yoluxdurulmayan cücələrin yeminə baykoksun əlavə edilməsi cücələrin çəkisində kontrolla müqayisədə 4q artıma səbəb olur. Yeminə A.absinthium əlavə edilən cücələrin göstəriciləri ilə müqayisədə isə 5,6 q az olmuşdur. Bu onu sübut edir ki, sağlam cücələrin yeminə 15q/kq dozada acı yovşan əlavə etməklə cücələrin çəki artımında müsbət nəticələr əldə etmək olar.

Yoluxdurulmuş cücələrdən fərqli olaraq müalicə olunan quşlarda preparatların effektliyindən asılı olaraq mənzərə də müxtəlif olur. A.absinthium-la müalicə olunan cücələrdə (7-ci qrup) xəstəliyin kiliniki əlamətləri yoluxdurulmuş, lakin müalicə olunmayan qrupda olan (2-ci qrup) quşlardakına nisbətən zəif olur. Baykoksla müalicə olunan cücələrdə (5-ci və 6-cı qruplar) xəstəliyin kiliniki əlamətləri demək olar ki, müşahidə edilmir. Quşları yardıqda onların kor bağırsağında zəif yara yerləri müşahidə olunur. Fekallarında isə qan izlərinə təsadüf edilmir. Belə bir hal A.absinthium-la və onun baykoksla kombinasiyası ilə müalicə olunan qruplarda (7-ci və 8-ci qruplar) olan cücələrdə də müşahidə edilmişdir.

Xəstəliyin prepatent, patent və postpatent dövrlərində cücələrin sutkalıq orta çəki artımında baş verən dəyişikliklər cədvəldə verilir (cədvəl 3.7).

Əldə edilən məlumatların analizindən aydın olur ki, yoluxdurmanın ilk gün-lərində cücələrin çəkisində azalma hiss olunur. Belə ki, əgər invaziyanın 1-ci günü

Cədvəl 3.7

E.tenella ilə yoluxdurulan və müalicə edilən çil-çil cücələrin çəki artımının dinamikası


Yoluxdurmadan sonrakı günlər

Kontrol

Yoluxdurulan

Kontrol

Müalicə edilən

Baykoks

3ml/l


A.absinthium

1500mq/kq



Baykoks

2ml/l


Baykoks

3ml/l


A.absinthium

1500mq/kq



Baykoks və

acı yovşanın

kombinasiyası

(2ml/l+1500 mq/kq)



Qrup I

Qrup II

Qrup III

Qrup IV

Qrup V

Qrup VI

Qrup VII

Qrup VIII

Prepatent dövrü

1

118,7±3,17

111,8±2,69

118,3±1,22

119,9±2,55

112,4±1,10

113,3±1,12

112,4±2,54

118,4±1,15

2

126,9±2,32

120,1±1,55

127,0±1,36

127,4±2,35

122,9±1,27

122,7±2,17

120,7±1,53

125,3±2,30

3

139,2±3,62

127,9±2,16

138,7±1,41

139,8±3,50

125,7±2,69

127,4±1,79

128,5±2,42

139,2±2,16

4

149,5±3,39

130,1±2,21

150,3±1,40

150,1±2,85

130,0±1,02

132,3±2,22

130,6±2,46

150,3±1,80

5

162,8±3,24

132,9±2,21

161,9±1,00

164,0±2,36

131,1±1,71

132,4±1,81

133,5±2,16

164,3±2,04

6

177,0±2,94

148,4±2,78

177,3±2,13

177,6±3,23

152,6±2,90

150,2±1,90

149,3±3,01

177,6±1,15

7

186,7±1,79

144,0±2,10

185,7±1,97

189,6±1,97

143,2±1,32

145,0±1,92

144,6±2,26

189,6±3,19

Patent dövrü

8

200,2±2,04

150,2±1,70

150,3±3,13

151,2±1,52

200,0±1,94

200,2±2,04

149,8±1,48

200,7±2,19

9

207,9±1,53

155,8±3,13

155,3±3,16

156,0±2,06

207,5±1,38

208,6±1,15

155,2±3,25

205,8±2,27

10

210,9±3,55

165,3±1,45

165,7±1,95

165,7±2,21

209,2±2,22

211,6±3,32

164,8±1,61

215,6±1,29

11

224,2±2,07

180,6±2,33

182,1±2,15

183,3±2,06

255,0±1,35

255,1±2,05

180,1±1,99

280,1±1,99

12

238,0±2,25

193,0±7,58

192,7±2,23

195,3±3,63

239,8±2,09

238,7±2,06

192,9±3,59

290,0±1,97

13

248,6±1,85

207,9±2,59

209,1±2,16

206,4±1,55

285,4±2,33

249,3±2,03

207,5±2,60

247,0±2,00

14

259,2±3,35

215,3±1,41

215,0±1,43

214,7±2,03

258,2±2,73

260,1±3,45

214,5±1,15

255,0±2,06

15

268,6±1,39

223,8±1,91

226,0±1,61

227,3±1,95

266,6±2,04

269,6±1,64

222,8±1,92

260,1±1,12

16

271,6±2,19

234,9±2,11

236,2±2,42

236,3±2,03

273,8±2,25

272,3±2,55

234,0±2,18

270,4±2,63

17

284,0±2,97

240,3±2,54

243,5±2,37

242,2±2,33

286,5±2,33

285,9±3,33

239,2±1,95

285,7±4,16

18

294,3±3,55

254,5±2,82

255,1±1,70

257,0±3,00

295,9±1,69

295,7±3,60

253,4±2,01

290,6±3,42

19

285,4±2,80

245,9±2,41

256,2±1,55

260,6±2,09

288,6±3,42

287,7±4,03

244,9±2,43

280,0±4,06

Postpatent

20

295,1±3,34

251,9±3,23

255,9±2,33

261,5±1,56

296,8±2,32

296,5±3,28

251,0±2,77

290,7±2,09

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin