Kür çökəkliyin Orta və Aşağı Kür seqmentləri zənıin neft və qaz yataqları (Tərsdəllər, Gürzündağ, Muraddxanlı, Naftalan) və təzahürləri (Ceyrançöl) vardır. Dünyada məşhur olan Naftalan nefi əsasında bir sıra xəstəliklər müalicə olunur. Naftalanda Maykop və Ağçaqıl çöküntülərindən özünün müalicə xüsusiyyyətlərinə görə dünyada yeganə olan neft də hasil edilir.
Aşağı Kür, Gəncə, Yevlax-Ağcabədi, Kür-Qabırrı çaylararsı perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Aşağı Kür rayonunda əsas neftli-qazlı dəstə «məhsuldar» qatdır. Qum, qumdaşı və gil təbəqələrinin növbələşməsindən ibarət olan bu dəstənin qalınlığı 4,0 km-ə (bəzi yerlərdə daha artıq) çatır.
İşlənən yataqlarda məhsuldar qatdan başqa, əsas neftli-qazlı çöküntülər Maykop dəstəsi, Eosen şöbəsi və üst Təbaşir çöküntüləridir. Quba Xəzəryanı rayonunda Siyəzən monoklinalı ilə əlaqədar olan yataqlarda Samrat mərtəbəsindən başlayaraq üst Təbaşir çöküntülərinə qədər bütün çöküntü kompleksləri (Sarmat, Çokrak, Maykop dəstəsi, Eosen, Paleosen, üst Təbaşir) neftli-qazlıdır. Kür-Qabırrı çaylararsı rayonunda da kəşf olunmuş yataqlarda neft-qaz Eosen yaşlı çöküntülərlə (Tərsdəllər yatağı) əlaqədardır.