8.2. Araz meqazonasının litostratİqrafiyası
Naxçıvan vilayətinin geoloji quruluşunda Kembriyəqədər-Kembri, Ordovik-Silur, Devon, Karbon, Perm, Trias, Yura, Təbaşir, Paleogen, Neogen və Dördüncü dövr yaşlı çöküntülər iştirak edir. (Əzizbəyov M.A. 1952,61,68).
Son vaxtlara kimi Naxçıvan vilayətində Kembriyəqədər-Kembri yaşlı çöküntülərin çıxışı məlum deyildi. Onlar Ermənistannin Zəngəzur rayonunda yer üzərinə çıxır. İlk dəfə (1965-1968-ci illərdə) Kembri-Kembriyəqədər yaşlı metamorfik süxur krmpleksi M.A.Əzizbəyov və M.İ.Rüstəmov tərəfindən Pazmara kəndindən 2 km şimali-şərqdə yerləşən Mehri-Ordubad batolitlərdə müşahidə olunmuşdur. Bu kompleks şistli-qneyslərin, amfibollardan, metabazitlardən təşkil olunmuşdur və Ermənistanın, İranın metamorfik kompleksi ilə çox yaşlı müqayisə olunur.
Dostları ilə paylaş: |