AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   2   3   4   5   6   7   8   9   ...   23

Nəsri 
 
Cəlil Məmmədquluzadə bizim realist hekayəçiliyin binasını 
qoymuşdur. Onun hekayələri nəinki XX əsr  ədəbiyyatımızda, 
hətta ümumiyyətlə  nəsrimizdə  ən yüksək mövqe tutmaqdadır. 
Birinci dəfə  ədəbi və  bədii dil ilə danışıq dili arasındakı  səddi 
yıxan, həyat və məişət lövhələrini nəsrə mövzu edən, "seçilmiş", 
fövqəladə şəxsiyyətləri deyil, adi, həqiqi, kütləvi adamları, başqa 
dil ilə desək "kiçik" adamları bədii 
 

 
87
ədəbiyyata layiq görən, bədii təsvirdən süni bəzəyi, uydurmanı 
atan, həyatı  bədii təfəkkürün yeganə  əsası, məhək daşı sayan 
Cəlil Məmmədquluzadə olmuşdur. Onun hekayələrində keçmiş 
Azərbaycan məişətindən vərilən lövhə  və  səhnələr hər  şeydən 
əvvəl öz həqiqiliyi, inandırıcılığı  və  təbiiliyi ilə oxucunu valeh 
edir. "Danabaş  kəndinin  əhvalatları" povəsti, "Usta Zeynal", 
"Poçt qutusu", "Qurbanəli bəy", "Rus qızı", "İranda hürriyyət", 
"Atlar dayandı" və s. hekayələr bədii nəsrimizin  ən gözəl 
nümunələri sayılmalıdır. 
"Danabaş  kəndinin  əhvalatları"  əslində  məzəli bir hekayədir. 
Burada Məhəmmədhəsən  əminin, kasıb, avam, mömin bir 
kəndlinin Kərbəlaya getmək üçün bəsləyib hazırladığı  eşşəyin 
itmək macərası nağıl olunur. 
Ancaq bu, hadisənin zahiri və  əhvalat tərəfidir. Bu əhvalatın 
arxasında ədibin dərin mənalı istehzası, acı göz yaşları görünür. 
Ədib bu əsər haqqında belə deyir: 
"Miladın min səkkiz yüz doxsanıncı illərində Nehrəm 
kəndində müəllim olduğum vaxt kəndlərimizdə  qəribə hallar 
görərdim və gördüklərimi yazıya götürərdim. "Danabaş  kəndi 
əhvalatı" sərlövhədə Məhəmmədhəsən əminin eşşəyinin itməyini 
birinci dəfə hekayə surətində yazdım. Burada rəvayət olunur ki, 
nə tövr Danabaş  kəndinin yüzbaşısı Xudayar koxa 
Məhəmmədhəsən adlı bir fəqir kişinin eşşəyini aparıb  şəhərdə 
satır və o pula orada bir övrət siqə eləyir. Bə halon ki, 
Məhəmmədhəsən əmi var-yoxunu satıb bu eşşəyi almışdı və bir 
ayın müddətində bəsləyirdi ki, minib getsin Kərbəla ziyarətinə"
1

Bu  əsərdə realizm, həyat həqiqətinə  pərəstiş  ən qüvvətli 
cəhətdir. Məhəmmədhəsən əminin başına gələn bu gülməli, həm 
də ağlamalı macəra, böyük maraq, məzə ilə oxunur. Hər səhifədə 
insanın  dodağı qaçır, təbəssüm edir, gülür. Eyni za- 
 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh.549
.
 

 
88
manda insan acıyır, təəssüf edir. Məhəmmədhəsən əminin başına 
gələn  əhvalat, gülməli bir macəra deyil, əslində yanıqlı bir 
faciədir. Bu elə faciədir ki, yalnız Məhəmmədhəsən əminin deyil, 
minlərlə fağır, yoxsul kəndlilərin başına gələ bilərdi. Bu elə bir 
faciədir ki, yalnız Danabaş  kəndində yox, o zamankı 
Azərbaycanın bütün kəndlərində, hətta bütün islam dünyasında 
baş verirdi. Və belə faciələrin beş-on deyil, min il boyu davamı 
nəticəsindədir ki, Məhəmmədhəsən  əmilər elə yazıq, zavallı  və 
gücsüz, köməksiz bir vəziyyətə düşmüşdür. O, bu faciəni bir 
faciə kimi qəbul etmir, "qəzavü-qədərin" işi kimi, təbii, qanuni 
bir hadisə, "alnına yazılmış qismət" kimi qəbul edir və susur. 
Bu  əsərdə zülm və haqsızlığın, feodal zorakılığının nə 
dərəcədə hakim olduğunu və mülkədarların, burjuaziyanın din və 
şəriət xadimləri tərəfindən necə vicdansızcasına müdafiə 
olunduğu çox dərin və inandıncı bir təbiiliklə təsvir olunmuşdur. 
Realizmə eyni sədaqəti ədibin sonrakı hekayələrində də görürük. 
"Usta Zeynal" şərq ətalətinin timsalıdır. Usta Zeynal öz təbiəti 
etibarilə təmiz və salim bir kişidir. Öz əməyi ilə dolanan və ancaq 
buna göz tikən, kasıb və yoxsul həyatı ilə kifayətlənən bir 
fəhlədir. Onun şəxsi təbiətində, bir insan olaraq, pis, çirkli bir 
xasiyyət yoxdur. Ancaq onun bəlası avamlığında, möminliyində, 
sadəlöhvlüyündədir. O, mollaların axirət və  cənnət vədlərinə 
inanmışdır. O, bütün kafırlərin "cəhənnəm əhli" olduğuna inanır, 
ona görə  də  pərişan, yoxsul, cır-cındır içində olsa da, özünü 
çoxlarından "artıq" bilir. "Usta Zeynal" hekayəsi texnika, 
sənətkarlıq cəhətdən də çox mükəmməl və nümunəvi bir əsərdir. 
Mirzə  Cəlilin hekayələrində bir bitkinlik, müxtəsərlik, 
yığcamlıq, məna aydınlığı vardır ki, bütün kiassik nəsrimizdə 
davam və inkişaf etdirməkdədir. Bu hekayələr, bəzən böyük bir 
roman, cild-cild əsərlər qədər mənalı, əhatəedici və 
 

 
89
güclüdür. Cəlil Məmmədquluzadə  nəsri öz gözəl xüsusiyyətləri 
ilə böyük bir ədəbi məktəbi təmsil etməkdədir. 
Cəlil Məmmədquluzadə yaradıcılığının ədəbiyyatımızı inkişaf 
etdirən, Azərbaycan realizmini yeni, yüksək mərhələyə qaldıran 
bir sıra orijinal və gözəl sənətkarlıq xüsusiyyətləri vardır. 
C.Məmmədquluzadənin satirası yeni və xüsusi bir xassə daşıyır. 
Onun satirasında tənqid, acı gülüş  və istehza ilə yanaşı  dərin 
fəlsəfi fikir vardır. O, oxucunu mütəəssir etməklə kifayətlənmir. 
Bu təsir ilə onu düşüncə, təfəkkür aləminə, ictimai hadisələrin 
mahiyyətinə varmağa çağırır. Onun tənqidi gülüşündə  dərin 
ictimai məna və məzmun vardır. 
Ədibin satirasında köhnə dünyanın çirkinliklərini duyan, bu 
çirkabın qurbanlarına ağlayan həzin bir lirika duyulmaqdadır. 
"Ölülər" komediyasında  İsgəndərin öz bacısı Nazlı  və qardaşı 
Cəlal ilə danışıqları, Gülbaharın monoloqu, "İki qardaş", "İki 
alma", "Qoşa balınc" hekayələrindəki dərin psixoloji təsir bu 
lirikaya parlaq misal ola bilər. 
C.Məmmədquluzadənin yumorunda isə əksinə, şirin bir fərəh 
səslənməkdədir. "Quzu", "Poçt qutusu", "Usta Zeynal" 
hekayələrində bu fərəh daha aydındır; çünki bu üsulda ədib,  ən 
çox müsbət adamları, həyat,  əmək adamlarını, kəndliləri, 
fəhlələri, sənətkarları gülüş obyekti etmişdir. Bu zümrədən 
olanlar nə qədər avam, sadəlövh olsa da, ədib onları məhəbbətlə, 
hörmətlə təsvir edir. Onların tənqidini də şən gülüş, zarafat yolu 
ilə verir. 
C.Məmmədquluzadənin realizmi dərin, obyektiv realizmdir. 
Tərəfgirlik heç bir əsərin zahirində  nəzərə çarpmır.  Ən yüksək 
kin və  ədavət bəslədiyi düşmənə qarşı heç bir acı, mənfı söz 
işlətmədiyi kimi, ən çox sevdiyi, idealizə etdiyi dostu da mədh, 
tərif sözləri ilə  təsvirdən çəkinir.  Ədib hər iki halda bir yol ilə, 
həqiqəti göstərmək, həyatı olduğu kimi təqdim yolu ilə,  əsl 
realizm yolu ilə gedir. 

 
90
 
O, istər təsvir üsulunda, istər gülüşündə canlı xalq dilindən, el 
məsəllərindən ustalıqla istifadə edir. Ondakı gülüş, ruh etibarilə 
bizim xalqın, dünya görmüş, ömür sürmüş  ağsaqqal, müdrik 
xeyirxah kişilərin, Nizami əsərlərinin çoxunda ("İsgəndərnamə", 
"Yeddi gözəl"...) gördüyümüz nurani qocaların hikmətli söhbətini 
xatırladır. 
Ədibin heç bir əsəri, heç bir bədii təsvir üsulu bizi yormur və 
təkrar deyildir. Onun hekayələrini oxuyanda biz özümüzü nikbin, 
təcrübəli, etibarlı,  şən bir el babasının yanında, onun söhbətini 
dinləyən məqamda duyuruq. Hər dəqiqə dodağımız qaçır, 
gülürük. Bu gülüş bizi ciddiyyətdən uzaqlaşdırmır, daha da 
ciddiləşdirir; həyat hadisələrinə qarşı gözümüzü açır, bizi 
düşündürür, çox məchul və qapalı  mətləblərdən agah edir. Çox 
uzaqlarda, qalın kitablarda axtarmağa cəhd etdiyimiz neçə-neçə 
ictimai suallarımıza cavabın adi həyat hadisələri ilə  vərildiyini 
görəndə xoşhallanırıq. Bizdə hadisələrə,  ətrafımıza dərindən 
nəzər yetirmək meyli və həvəsi oyanır. 
C.Məmmədquluzadə  əsrinin xarakterik tiplər silsiləsini 
yaratmışdır. Onun yaratdığı adamları üç qrapa bölmək olar. 
Birincisi köhnə dünyanın adamları, feodal-patriarxal adət və 
ənənələri təmsil edən, bu adətlərdən dörd əlli yapışıb qalan 
mühafizəkar rahanilər, bəylər, mülkədarlar, hacılar, kərbalayılar, 
yalançı intelligentlər və sairədir. Şeyx Nəsrullah, Qurbanəli bəy, 
Qazı, Xudayar bəy, Pirvərdi bəy, Səməd Vahid bu qəbildəndir. 
İkinci dəstəyə daxil olan insanlar birincilərin  əksinə olaraq 
yenilik hissi ilə alovlanan, köhnəlikdən qılınc kimi sıyrılıb 
çıxmaq istəyən, ömrünü köhnəlik ilə mübarizəyə  sərf edən yeni 
adamlardır.  İsgəndər, Gülbahar bu nəsildəndir.  Əlbəttə, bu 
adamlar bugünün tələbi mənasında tam müsbət və ideal insanlar 
deyildir.  Ədib bunları tarixi inkişafda, keçmiş dünyanın 
mübarizələrində doğulub, yetişən, hələ köhnəliyin çəngəlindən 
tamam xilas ola bilməmiş adamlar kimi vərmişdir. 
 
  

 
91
Üçüncü dəstə cahanşümul mübarizənin heç bir qütbündə dura 
bilməyən, köhnə qanun və qaydaların məngənəsində  sıxılıb 
əzilən, hüququnu, insanlıq müqəddəratını itirən,  əsasən 
məzlumlar, məhramlar kütləsini təşkil edən adamlardır. 
Məhəmmədhəsən  əmi, Zeynəb, Qurban, Zaman, Nazlı, Usta 
Zeynal, Zəhrabəyim və qeyriləri bu qrupun nümayəndələridir. 
Bunlar insanlığa, cəmiyyətə xidmət edən zəhmət adamları olsalar 
da, köhnə, zülm və zorakılıq  şəraitində  ən ibtidai hüquqlardan 
belə məhram edilmişlər. 
Həyatda da, ədibin əsərlərində də bunlar çoxluq təşkil edirlər. 
Bu adamlar öz təbiətləri etibarilə daxilən, mənəvi cəhətdən təmiz 
və saf adamlardır; bir insan olaraq həmişə  təqdirəlayiqdirlər. 
Ancaq bunlar bədbəxtdirlər, mübarizədə acizdirlər. Sinifli 
cəmiyyətin quduz, dəhşətli qanunları bunları  məngənəyə salıb 
əzmiş, xırpalamış, istismarın, din təsirinin sayəsində lap 
kütləşdirmişdir. Bunların bəziləri mübarizə hissindən tamam 
məhramdurlar. Ya din, ya adət bunları o qədər  əsarət və 
məhramiyyətdə saxlamış, o qədər durğun, ölgün, məhbus həyata 
alışdırmışdır ki, bunlar səs eşitdikdə vahiməyə düşür, bir işıq 
gördükdə yanğın zənn edib "sonra içindən xata çıxar" deyirlər. 
Bu qrapa mənsub olanlar başları üzərində həmişə yumraq görmüş 
və ona görə  də  cəsarət etməyən, hətta zalımdan belə  mərhəmət 
uman avamlardır. Bunlar öz dost və düşmənlərini yaxşı tanıyacaq 
sinfi şüur dərəcəsinə qalxmamışlar. 
Ədib bu adamlara güldüyü kimi, onlara acıyır, ürəyi yanır. Bu 
silsilənin təsvirində  ədib öz demokratizmini daha aşkar, daha 
əyani və inandırıcı göstərir, realizmin bütün boyalarını  məhz 
məsələnin mahiyyətinə sərf edir. 
C.Məmmədquluzadənin sərt, ifşaçı realizmi dil, üslub 
məsələlərində  də öz qüdrətini saxlayır. O, xalis, doğma,  əlvan 
obrazlı, şirin Azərbaycan dilində, bəzən lap canlı danışıq dilində 
yazır. O, zəmanəsinin kitab, rəsmi mətbuat dili- 
 

 
92
nə ziddir. Ədib öz əsərlərində  əkinçinin, fəhlənin, xalqın canlı 
dilini əsas götürmüş, çox zaman dilçilərin, ədəbiyyatçıların qanun 
saydığı bir sıra rəsmi qaydalara qəti zidd olmuşdur. 
Bəziləri bunu ədibə qüsur tuturlar. Halbuki, 
C.Məmmədquluzadə bunu bilə-bilə edirdi. Xalq dilini, kütlənin 
canlı danışıq xüsusiyyətlərini çox sevdiyindən və o zamankı sərf-
nəhvin zəngin xalq dili xəzinəsini hələ tamam əks və izah 
etməkdən uzaq və aciz olduğunu duyduğundan, bu yolla gedirdi. 
O, xalqın təbii, səlis, məzmunlu, çox əlvan və mürəkkəb dil, ifadə 
xüsusiyyətlərini bir inci kimi tapıb mühafızə etmək tərəfdarı idi. 
Məhz buna görə  də  əsərlərini bu dildə, xalqın danışıq dilində 
yazırdı. 
Böyük ədibin bütün əsərlərində xalq ruhu hakimdir. Bu əsərlər 
həm məzmun, hem şəkil etibarilə Azərbaycan xalqının həyatını, 
məişətini, mübarizə  və  əmək eşqini, məhəbbət duyğularını, 
yeniliyə olan meylini, ictimai ədalət, tərəqqi istəyi kimi yüksək 
keyfıyyətlərini ifadə edən ölməz bədii tablolardır. 
C.Məmmədquluzadənin realizmi böyük, zəngin bir ədəbi 
məktəbdir. Qurtuluş, azadlıq, demokratizm, maarifpərvərlik bu 
məktəbin başlıca ideya və  məzmununu təşkil edir. M.Ə.Sabir, 
Ə.Nəzmi, 
Ə.Qəmküsar, 
Ə.Haqvərdiyev, M.S.Ordubadi, 
M.Ə.Möcüz, F.Koçərli, Ö.Faiq kimi böyük ədəbi simalar bu 
məktəbə  mənsub adamlardır. Bunların hər birində Molla 
Nəsrəddin realizmi üslubunun xüsusiyyəti bu və ya başqa 
dərəcədə davam və inkişaf etdirilmişdir. Mirzə Cəlil həyata ayıq 
baxan, həqiqəti hər şeydən yüksək tutan, cəsarətlə tənqid edən və 
inandıran ədib idi. 
 

 
93
Mühərrirlik fəaliyyəti 
 
Hələ "Molla Nəsrəddin" jurnalı  nəşrə başlamazdan  əvvəl, öz 
yazıları ilə  "Şərqi-Rus"da iştirak edən Mirzə  Cəlili Azərbaycan 
mətbuatı nə sayca, nə məzmunca təmin etmirdi. O, bu mətbuatda 
yüksək demokratik ideyaların tərənnümünü hələ görmürdü. Son 
zamanlarda (1938) Əziz  Şərifin Tiflis arxivlərindən tapıb nəşr 
etdiyi rus dilində iki məqalə Mirzə  Cəlilin bu dövrdəki 
mühərrirlik fəaliyyətini göstərən parlaq vəsiqələrdir
1

Bu məqalələr 1905-ci ildə Tiflisdə RSDF Partiyası Qafqaz 
ittifaqının orqanı olan "Kavkazskiy raboçiy listok" adlı  qəzetdə 
dərc olunmuşdur. Bunların biri "Obezdolennıe" (Binəsiblər)
2

ikincisi "Naputstvie" (Xeyir-du
3
 sərlövhəsi ilə Məmmədquluzadə 
imzası ilə  nəşr olunmuşdur.  Əziz  Şərif  ədibin üslubunu, bu 
məqalələrin  ədibin başqa yazıları ilə  məzmun  əlaqəsini və 
nəhayət, imzasını 
əsas alaraq, bu əsərlərin məhz 
C.Məmmədquluzadəyə  məxsus olduğunu iddia və isbat işində 
çox çalışmışdır. Birinci məqalədə müəllif məzlum  İran, daha 
doğrusu Cənubi Azərbaycan fəhlələrindən bəhs edir. Onların 
yazıq, huquqsuz, möhtac vəziyyətini, bir parça çörək üçün 
dərbədər düşüb iş axtarmağa gəldiklərini və qürbətdə  hər cür 
əziyyətə, təhqirə dözdüklərini yanıqlı bir dil ilə təsvir edir. İkinci 
məqalədə isə  həmin fəhlələrin vətənə qayıtması göstərilir. Bu 
fəhlələr məqsədlərinə nail olmadıqları, ailələrinə çörək 
qazanmadıqları üçün deyil, burada (Qafqazda) daha ağır dəhşətlər 
gördükləri üçün qayıdırlar. Müəllif üzünü Qafqazı  tərk edən bu 
fəhlələrə tutaraq belə de- 
  
                                                 
1
 
Bax: SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Xəbərləri, Bakı, 1944, 
№12.
 
2
"Kavkazski raboçi listok". Tiflis, 1905,13 noyabr, №13.
 
3
"Kavkazski raboçi listok". Tiflis, 1905, 9 dekabr, №19. 
 

 
94
yir: "Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları!.. Siz 
burada nəinki öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta 
öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada, 
vətəndə siz öz uşaqlarınız ilə  bəlkə  də ac qalacaqsınız. Buna 
baxmayaraq, siz yenə  də gedirsiniz. Siz haqlısınız, min dəfə 
haqlısınız. Bir yerdə ki, adamlar öz qonşularını, öz uşaqlıq 
yoldaşlarını öldürürlər, bir yerdə ki, onlar yüz illərlə bir küçədə, 
bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-
yoxunu yandırırlar, bir yerdə ki, adamlar bu cür "igidlik" 
göstərirlər və bunu nə üçün elədiklərini özləri də bilmirlər, belə 
yerdə yaşamağa dəyməz!"
1
 . 
Mühərrirlik sənəti Azərbaycanda, demək olar ki, Mirzə Fətəli 
Axundovdan sonra, xüsusilə  "Əkinçi"ni yaradan Həsən bəy 
Zərdabi ilə başlamışdır. Həsən bəy birinci dəfə olaraq mətbuatın 
nə olduğunu, Avropa ölkələrində bu dərəcədə inkişaf və  şöhrət 
tapan qəzetlərin xalqa, oxuculara nə  vərdiyini və ya nə  vərməli 
olduğunu geniş izaha çalışmış, öz əməli qəzetçilik fəaliyyəti ilə 
mühərrir sənətinin nümunələrini yaratmışdır. XX əsrin 
əvvəllərində Azərbaycanda mətbuat  şəbəkəsi genişlənməyə 
başlamış, qəzet yalnız siyasi-ictimai həyatın deyil, dini və şəriət 
işlərinin, mədəni-maarif həyatının, hətta məişətin zəruri 
məsələlərinin ümumi və mötəbər bir vasitəsi olmuşdu. 17 
Oktyabr bəyannaməsindən soma məhdud olsa da, mətbuat imkanı 
tapan yerli ziyalılar, hər kəs öz qüvvəsinə görə, öz məsləkinə 
uyğun bir qəzet və ya jurnal nəşrinə başladı. "Molla Nəsrəddin"in 
naşiri və mühərriri Mirzə  Cəlil də bu mütəşəbbüs ziyalıların  ən 
fəallarından idi. Onun qədər ürəyi söz ilə dolu olan, onun qədər 
xalq ilə dərdləşmək ehtiyacı duyan, onun qədər mətbuatın gücünə 
inanan və böyük ümidlər gözləyən adam az idi. Mirzə Cəlil təşkil 
et- 
 
  
                                                 
1
 C.Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh.39. 
 

 
95
diyi jurnalın ilk nömrəsindən etibarən işini camaata, kütlələrə 
səmimi bir müraciətlə başladı. 
İyirmi beş ilə yaxın bir müddətdə həmişə öz məsləkinə sadiq 
qalan və bu yolda çox çətinliklər, ağırlıqlar görüb dözən, onları 
dəf edən Mirzə Cəlil bütün mətbuat xadimləri və təşəbbüskarları 
arasında  ən ardıcıl və  ən prinsipial bir mühərrir kimi işini axıra 
qədər davam və inkişaf etdirdi. Milli mətbuatın bünövrəsini 
H.Zərdabinin "Əkinçi"si qoymuşdursa, bu mətbuatı XX əsrin 
tələbləri və  vəzifələri səviyyəsinə qaldıran, Azərbaycanda yeni 
bir sənət olaraq mühərrirliyin parlaq nümunəsini vərən Cəlil 
Məmmədquluzadə oldu. İnqilaba qədərki mətbuatımızda xalqın 
fikir və hisslərini ifadə edən, onun dərd və ehtiyaclarını duyan, 
onun mənafeyini hər yerdə  təmsil və müdafiə edən birinci 
məcmuə "Molla Nəsrəddin" olmuşdur. 
"Molla Nəsrəddin" jurnalını bu səviyyəyə qaldıran amillərdən 
başlıcası  və birincisi onun müdirinin mahir mühərrirlik qələmi 
idi. 
Mirzə  Cəlil öz nəsr üslubuna sadiq olaraq mühərrirlikdə  də 
satiranı, yumoru və ümumən tənqidi gülüşü əsas vasitə seçmişdi. 
Mirzə  Cəlilin acı gülüşləri o qədər zəngin və  mənalıdır ki, o 
qədər əlvan, çoxcəhətli və əhatəlidir ki, nəzəri cəhətdən geniş və 
dərin tədqiqə layiqdir. 
Mirzə  Cəlilin mühərrirliyini öz müasirlərindən ayıran nədir? 
Müəllif, 1905-ci ildə Bakıda nəşrə başlayan "Həyat" və Tiflisdə 
nəşrini dayandıran "Şərqi-Rus" qəzetləri haqqında danışarkən, bu 
qəzetlərin nə üçün ona xoş  gəlmədiyini belə izah edir: "...Elə 
bilirəm ki, səhv eləmərəm, əgər desəm ki, adi bir islam mübəlliği 
kimi və şəriət vaizi kimi müsəlman qardaşları islam dinində daha 
da sabit-qədəm və  bərqərar olmağa dəvət edirdilər. Mən onu 
bilirəm ki, o vədələr milli intibah dövrü idi... Ancaq islam 
tayfalarının uzun əsrlər müddətində  fəlakət və  cəhalətdən 
qurtarmamaqlarına, tək bircə is- 

 
96
 
lam dinini bais hesab edən bir dinsiz üçün o vaxt "Həyatın 
moizələri, əlbəttə, yenə xoş gələ bilməzdi"
1

Mirzə  Cəlil mətbuatın vəzifəsini ayrı  şeydə görürdü. Onun 
"ürəyinin dərdi çox idi". "Novruz" qezetini çıxarmağa icazə 
vərməmişdilər. Ürək sözlərini yazmağa bir vasitə axtarırdı: 
"Axırda mən də götürdüm bir hekayə yazdım. Yazdım ki, bir 
bədbəxt müsəlman zəhmətkeşi ... o qədər dini cəhalətə cumubdur 
ki, bu cəhalətin bərəkətindən həmişə zəhmətdədir"
2

Mirzə  Cəlilin məqsədi xalqı ayıltmaq idi, ictimai intibaha 
xidmət idi. Xalq ilə  dərdləşmək üçün, "ürəyinin mətləbini" 
demək üçün o başqa mühərrirlər kimi adi, müstəqim nitq və yazı 
üsulunu, izah, isbat və dəlil yolunu seçmədi. Azərbaycan xalqının 
ata-babadan qalma və həmişə hörmətlə qarşılanan, xalq idrakı və 
şüurunun  ən gözəl ifadə vasitələrindən biri olan kinayə  və 
istehzanı, rişxənd və zarafatı seçdi. Bu yol ilk baxışda bəzi 
ziyalılara qəribə  gəlirdi. Siyasət və elm aləmində davam edən 
ciddi və  kəskin mübarizə  və mücadilələrdən bu dil və üsul ilə 
danışıq çətin və  bəlkə  də qeyri-mümkün sayılırdı. Lakin Mirzə 
Cəlil, özü dediyi kimi, "qorxmadı". Sabir şeir aləmində məlum və 
bərkimiş, sədd halına gəlmiş  çərçivələri yıxaraq yeni bir cığır 
açdığı kimi, Mirzə  Cəlil də mühərrirlik sənətində, Avropada 
sınanmış olsa da, hələ  Şərqdə  tətbiq olunmalı satira üsulunu 
böyük bir məktəb halına saldı. 
Bu doğru bir yol idi. 
Mirzə Cəlil elə sadə və ümumi bir dil tapdı ki, onun vasitəsilə 
ən mürəkkəb siyasi-ictimai hadisələri ən avam və savadsız adama 
izah etmək olurdu. Mirzə  Cəlil dil və üslub etibarilə xalqa ən 
yaxın və doğma mühərrir oldu. Avamı ayıltmaq, gözünü açmaq 
üçün bu, ən doğru yol idi. 
 
 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, II cild, Bakı, 1936, səh.498-499.
 
2
Burada "Usta Zeynal" nəzərdə tutulur - M.C. 
 

 
97
 
Mirzə Cəlil bu yolu tutmaqla ilk gündən etibarən xalqın, əsas 
oxucu kütlələrinin hüsni-rəğbətini qazana bildi. Gülüş özü o 
zaman təsirli və güclü olur ki, onun istiqaməti doğru olsun. Mirzə 
Cəlilin satirası inqilabi satira idi. Yəni bu fəhlənin sahibkara, 
kəndlinin mülkədara,  şüurlu zəhmətkeşin, ziyalının avama, ayıq 
vətəndaşların mollaya, bəyə, xana gülməsi idi. Bu, həqiqətin 
röyaya, hiylə  və  təzvirə gülməyi,  əməyin istismara, yeniliyin 
köhnəliyə, həyatın "ölülərə" gülməyi idi. Bu gülüş, avamlıq və 
cəhalət aləminə qarşı çevrilmişdi. Cəhalət girdabına düşən yazıq, 
çarəsiz, avam Usta Zeynalların gözünü açmaq, onları bu zülmətli 
girdablardan çəkib çıxarmaq üçün olan gülüş idi: 
"Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir 
gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o 
qədər "xa...xa!..." edib güldünüz... o vaxt elə güman etməyin ki, 
Molla Nəsrəddinə gülürsünüz... Əgər bilmək istəsəniz ki, kimin 
üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə 
baxınız camalınıza...
1
". 
Jurnalın baş  məqaləsində yazılan bu sözlər onun istiqamətini 
və üslubunu aydınlaşdırmaq üçün çox əhəmiyyətlidir. Deməli, 
"Molla Nəsrəddin"də gülməli sözlər yazılacaqdır. Ancaq bu 
sözlərdən doğan gülüş, havayı gülüş deyil, bu gülüş "müsəlman 
qardaşlara" olan gülüşdür. 
Mirzə  Cəlilin satirasında hələ indiyə  qədər Azərbaycan 
ədəbiyyatında işlənməyən bir sıra yeni və  təsirli gülüş üsulları 
vardır. 
Bu üsullardan biri müqayisə üsuludur. 
Hələ  qədim zamandan bəri  şeirimizdə  bədii müqayisələr çox 
məqbul olmuşdur. Sözlərin, tərkiblərin, ifadələrin uyğunluq ya 
ziddiyyət cəhətdən müqayisə və ya müvazinəti qə- 
 
                                                 
1
 
"Molla Nəsrəddin", 1906,7 aprel, № l. 
 

 
98
zəl ədəbiyyatında böyük məharət sayılırdı. Mirzə Cəlil isə sözləri 
yox, hadisələri, tipləri, zövqləri, ictimai səhnələri müqayisə 
etmişdir. Bu müqayisələrdən geniş, ibrətli bədii mənzərələr 
yaratmışdır. Mirzə  Cəlil "həyasız" Avropa qadınlarının qiyafəsi 
ilə "həyalı" müsəlman qadınlarının gödək tumanlarını, "pak" 
məşədilər ilə "murdar" xaricilərin səhiyyə  vəziyyətini, 
mollaxanalar ilə Avropa məktəblərini müqayisə edir. Bu 
müqayisələrdə o qədər parlaq və insanı düşündürən səhnələr 
yaradılır ki, əlavə heç bir izah və tərifə ehtiyac qalmır. 
Böyük mühərrir müsəlman qadınlarına qarşı olan və "qanun" 
halına salınmış zülm və  ədalətsizlikdən kədərlənərək deyir: "Bu 
sözləri yaza-yaza akoşkadan baxıram qara buludlara. Gah elə 
xəyalıma gəlir ki, bu buludlar Qara dəryanın və Kaspi dəryasının 
rütubətidir ki, günün hərarəti onları  çəkib gətirib ki, burada 
onlardan yağış əmələ gəlsin. Gah elə xəyalıma gəlir ki, xeyir, bu 
buludlar müsəlman övrətlərinin ah və əfqanlarının buludlarıdır və 
bu yağışlar dərya suları deyil, bu bəxtiqaraların göz yaşlarıdır..."
1

"Molla Nəsrəddin"dəki gülüşün ikinci üsulu sözləri tamam əks 
mənasında olan kinayə üsuludur. Jurnal müsəlmanlar arasında 
mərəz halına keçmiş bir çox adət və xasiyyətləri bir neçə kəlmə 
ilə, "lüğət" adlandırdığı bir üsul ilə yazır. Burada sözlərin  əsl, 
həqiqi və hamıya məlum olan mənası deyil, "müsəlman" 
şüurunda, yəni avam, mövhumatçı və köhnəpərəslərin zənnindəki 
mənası yazılır. "Molla Nəsrəddin"in bu üsül ilə yazdığı "lüğətlər" 
istər yığcamlığı, istər  şirinliyi və istərsə  təsiri etibarilə satirik 
ifadənin  ən yaxşı nümunələrindən sayılır. Bu "lüğətlər" 
Azərbaycan mətbuatında o qədər məşhurdur ki, indi də bunlardan 
istifadə olunur. Mühərrir is- 
 
                                                 
1
 
"Molla Nəsrəddin", 1907, 12 may, № 219
 

 
99
tər bu "lüğətlər", istər "elan" və "atalar sözləri" vasitəsilə nə sözə 
ayrı-ayrı, hər kəsin mənfəətinə uyğun məna vərildiyini və bu 
mənanın haralarda şöhrət tapdığını göstərir. Boşboğaz natiq 
"nitq" sözünə  əlbəttə ki, belə  məna vərəcək: "rusca nitqə 
sözündəndir, uzatmaq deməkdir". 
Məlum atalar sözlərinə "müsəlman qardaşlar" belə məna verir 
və əməl edirlər: 
"Çox yaşayan çox bilməz - çox yatan çox bilər", "Plov 
olmasa, xalqın ağzını bağlamaq olmaz", "Halva könlün istəsə, 
dua elə qonşun ölsün", "Qoyuna rəhm eləmə, qurda zülm olar". 
Kinayə üsulu Mirzə Cəlilin məqalələrində də ən çox işlədilən 
bədii vasitədir. Onun məşhur bir sözü vardır: "Hamı dedi oxu 
alim ol, bir deyən olmadı oxu adam ol". Adamlıqdan uzaq olan 
yalançı alimlərə, elmi də, mədəniyyəti də xüsusi mənfəəti üçün 
alət edən burjua ziyalılarına qarşı bundan böyük, bundan qısa nə 
demək olar? Bu üsul təkcə mühərririn öz yazılarına deyil, 
jurnalın bütün yazılarına sima və sifət verir. Bütün müxbirlər 
böyük mühərririn kinayələrindən öyrənməyə, köhnə dünya 
hadisələrinə satirik münasibət bəsləməyə çalışırlar. Baş 
məqalədən tutmuş teleqraf xəbərlərinə, müxbirlərə olan cavablara 
qədər hər yerdə bu kinayə üsulu hakimdir. Bu isə yazıları 
maraqlı, şirin etməkdən başqa, oxucunu düşündürməyə, "mətləbi 
başa düşməyə" vadar edir. Buna görə də bəzən ünvansız yazılan 
lüğət, atalar sözü və ya "bilməli xəbərlər"də  əsas müqəssirdən 
başqa bir çoxları öz simasını görürdü. Çoxları güman edirdi ki, 
"burada Molla Nəsrəddin məni deyir". Bu yol ilə jurnal 
cinayətkarların, xain, riyakar, bədəməl adamların canına üşütmə 
salır, onların bu guclü və doğru sözlərdən vahiməyə düşməsinə 
səbəb olurdu. Buna görə  də çox yerdə qazılar, bəylər, 
müctəhidlər bu jurnalın mühərrirlərini təkfır edirdilər. 

 
100
"Molla Nəsrəddin" satirasının üçüncü üsulu örtülü gülüş 
üsuludur.  Ədib tənqidə tutmaq istədiyi bir hadisə  və ya adam 
haqqında guya tamamilə "bitərəfanə", soyuqqanlılıqla, "özünü 
onda qoymamaqla" söhbət açır. Söhbətdə özünün fıkrini demir, 
bəlkə üzünü başqalarına tutaraq xitab, ya nəsihət, ya dərs adı ilə 
mülahizələrini danışır. "İrşad" qəzetinin mühərriri  Əhməd bəy 
Ağayev öz yazılarında varlılara, bəylərə ehtiram bəsləməyi, 
onları "incitməməyi" mətbuatçılara məsləhət görür. "Molla 
Nəsrəddin" isə Əhməd bəy Ağayevin bu sözlərini "zarafat" sayır 
və iddia edir ki, Ağayev elə adam deyil, bu sözlər onun həqiqi 
rəyi deyil, bunlar sadəcə zarafatdır. Yaxud Şərqdə, eləcə  də 
keçmiş Azərbaycanda bir "dərs kitabı" kimi yayılan və 
mollaxanalarda təlim olunan "Məcməül-də-vat" adlı mövhumat 
kitabına gülərkən Mirzə  Cəlil zərrə  qədər öz etidadını pozmur. 
Əksinə, həmin kitabın üslubundan "istifadə" edir: 
"Bir uşaq ki, anadan təvəllüd etdi, lazımdır bir kağızın ki, iki 
arşın uzunu, iki arşın eni, ortasını kəsəsən dəyirıni həlqə kimi ola 
və haşiyələrinə "Məcməül-dəvat" kitabının 19-cu səhifəsində 
beşinci sətrdən mabəd yazılmış sözləri yazasan və  məzkur 
təvəllüd tapmış  uşağı 40 gün, hər gündə üç dəfə haman kağızın 
ortasından keçirdəsən"
1

 Məsələ aydındır. Bu "məsləhətdən" hər kəs öz payını aparır. 
Gülüşün dördüncü üsulu üçüncü şəxsin dilindən istifadə 
üsuludur.  Ədib çox vaxt üstünə güldüyü adamların, avamların 
dilindən danışaraq onların məfkurəsini,  əhvali-ruhiyyəsini açır. 
Bu halda avamın yaxud tənbəlin həyatından elə  məqsədəuyğun 
lövhə, mövzu seçir ki, bir neçə kəlmə ilə bitkin və səciyyəvi bir 
tip yaratmış olur. Müəllifin belə yazıları xüsusi- 
 
                                                 
1
 
"Molla Nəsrəddin", 1906,14 iyul, №15. 
 

 
101
lə ümumiləşdirici mövzulara toxunanda daha kəskin olur və 
yüksək ictimai bir məna kəsb edir. 
"Qeyrət" sözünün nə demək olduğu hamıya məlumdur. 1905-
ci il inqilabı dövründə, ictimai oyanına hərəkatı zamanında bu 
söz çox işlənirdi.  Əsl vətəndaşlardan olan tələb də bu idi. 
Fədailərin, mücahidlərin hünəri də, öz əməyini və  zəhmətini 
müdafiəyə qalxışan fəhlələrin səyi də, məktəb və maarif üçün pul 
əsirgəməyən varlıların hümməti də, həqiqi ziyalıların xalq 
yolunda gecə-gündüz istirahət bilmədən işləmələri də bununla, 
"qeyrət" kəlməsi ilə ifadə olunurdu. Hətta bəzi yazıçılar bu 
mövzuda kitablar yazırdılar
1
. "Molla Nəsrəddin" mətbəəsinə  də 
bu ad vərilmişdi. Ancaq bu sözü hər yerdə eyni mənada başa 
düşmür, hər yerdə bu sözə eyni məna vərmirdilər. 
Cahil müsəlmanların "qeyrət" haqqındakı mülahizələrini 
Mirzə Cəlil gözəl təsvir etmişdir: 
" - Məşədi Heydər, gəl gedək uezdni naçalnikə şikayət edək. 
- Qoy 
mən bir aftafa götürüm, gəlim. 
- Kərbəlayi Qasıməli, buyur sən gəl gedək. 
- Ay 
filankəs, paprus qutum qalıb hamamda, gedim 
götürüm, gəlim. 
- Ay 
Mirzə Şaftalıağa, buyur sən gəl gedək. 

Bu saat, vərim usta Zülfüqar dişimi çəksin, gəlim. 
- Ay 
Mirzə Hüseynağa, siz buyurun gedək. 
- Nökər bizim oğlanı  gətirib bazara, vərim dəllək başın 
vursun, gəlim. 
- Hacı, sən allah, siz təşrif gətirin, gedək. 
- Adə, sən allah insaf elə. Mən gedim murdar urusun birilə 
necə ağız-ağıza vərim..."
2

 
                                                 
1
 
M.S.Ordubadi. Qeyrət, Tiflis, 1907.
 
2
"Molla Nəsrəddin", 1906, 21 iyul, № 16. 
 

 
102
Hökümət idarəsinə işi düşmüş bir yazıq, məşədi, mirzə, ziyalı, 
mülkədar, hacı  vətəndaşlarından kömək umur.”Qeyrət”dən dəm 
vuran bu yalançı, riyakar, qorxaq, mənfəətpərəst adamların 
biqeyrətliyini təyin edir. Bu gülüş  də hadisədən, vəziyyətin 
özündən doğan gülüşdür. Zahirən burada gülməli heç nə yoxdur; 
olsa-olsa burada bir nəfərin xahişi rədd olunur. Əslində isə həm 
adı çəkilən adamların, "vətən-pərəstlik", "millətpərəstlik" ümməti 
aşkara çıxır, həm də  təkcə bu adamların yox, bunların mənsub 
olduğu bütün silklərin sözü ilə feli, dili ilə əməli arasında necə bir 
uçurum olduğu duyulur. 
Beşinci üsul ictimai istehza üsuludur. 
Burada şah məmurlarının alçaq, müstəbid tədbirlərindən, bəzi 
ruhanilərin camaata qurduğu hiylələrdən, sahibkarların hürriyyət 
əleyhinə çalışmalarından, çar jandarmalarının zülmündən acı 
gülüşlərlə bəhs olunur: 
"Teleqraf xəbərləri 1. Tehran-Əmir Bahadır həzrətləri Təbriz 
əhlinin xuliqanlığından və  tənbəlliklərindən çox məmnun olub 
rizaməndlik teleqramı göndərmişdir; 2. Bakı duması 
dağıldığından ötrü xozeyinlər gündüz qurbanlar kəsib, gecə 
çırağbanlar şadyanəliyi edəcəklər"
1

Altıncı üsul dilləşmə, yumor vasitəsilə  təbliğ  və  təşviq 
üsuludur.  Ədibin məqalələrində (hekayələrində olduğu kimi) 
yumor satiradan ayrılır. Bunlarda obyekt başqa olduğu kimi, 
ifadə xüsusiyyətləri də başqadır. Mirzə Cəlil xalq və mədəniyyət 
düşmənlərini satirası ilə  kəskin atəşə tutduğu, onların əməllərini 
açıb göstərdiyi kimi, xalqın içərisindən çıxmış, lakin avamlıq, 
savadsızlıq, köməksizlik ucundan cürbəcür müsibətlərə düçar 
olmuş adamları da düz yola dəvət etmək istəyir, onların nicatı 
üçün carə arayır. 
                                                 
1
 
"Molla Nəsrəddin", 1906,14 iyul, № l5. 
 

 
103
Belə adamlara müəllif məhəbbətli, hərarətli bir yumor ilə, 
mehriban dostların zarafat dili ilə yanaşır. Onların öz dili ilə, 
onların öz səviyyesinə münasib söhbətlər danışaraq, bu söhbətlər 
içində öz təbliği, təşviqi məqsədlərini də deyir. İlk nömrəsini nəşr 
edəndə "mənim müsəlman qardaşlarım" - deyə xitab etdiyi və 
məzlum, "günahsız", cəhalət qurbanı saydığı camaata xitab 
edəndə, ədib ictimai xəstəliklərin təcrübəli və mehriban həkiminə 
oxşayır.  Ədib müti, məzlum fanatiklər haqqında dərin təəssüf 
hissi ilə yazır: "Bütün yer üzündə heç bir məmləkət, heç bir tayfa 
mənim xəyalıma gəlmirdi ki, orada bir ruhani, ya bir alim çıxa 
minbərə və ağzına gələni deyə və camaat da gözlərini yumub və 
ağzını göyə  tərəf açıb deyə: "Bəli belədi, qurbanım olum"
1
. Bu 
gülüşdə böyük məqsədlər üçün can yandıran böyük bir 
vətəndaşın, üzünü kütləyə tutub nəsihət deməsi, onu bir böyük 
məqsədə doğru çağırması kimi yüksək bir hiss duyulmaqdadır. 
Bu çağrılan adamların cavabı, bu çağırışa əksi-sədası, doğrudur, 
jurnalda yoxdur və ola da bilməzdi. Mirzə  Cəlil o qədər 
təvazökar bir adam idi ki, heç bir zaman və heç bir məsələ 
haqqında özünün və jurnalının tarixi işini deməmiş  və bununla 
fəxr etmək istəməmişdir və istəməzdi də. Ancaq biz "Molla 
Nəsrəddin"in həmin avam, "oxutmuram əl çəkin" deyən 
vətəndaşların gözünü açmaqda, ictimai aləmin "ölülər"ini 
diriltməkdə  nə  qədər böyük tarixi iş gördüyünü bilirik. Deməli, 
ədibin bu çağırışları  hər zaman və  hər yerdə minlərlə adamın 
şüurunu oyadan, onların qəlbinə  qədər işləyən həqiqi dost və 
rəhbər çağırışı olmuşdur. 
Gülüşün mühüm üsullarından biri də eyham, işarə, rəmz və iki 
mənalı söz və ifadələr üsuludur. Müəllif bu üsulları  bəzən 
bilavasitə, mövzuya dair işlədirsə, bəzən də bir haşiyə haqqında, 
mətndən kənar bir ifadə olaraq işlədir. Xaricilər müsəl- 
 
                                                 
1
 
"Molla Nəsrəddin", 1907,10 fevral, № 6
 

 
104
man xəlifəsinin dörd yüz arvad almasını yazıb, heyrət edirdilər. 
Möminlər isə xaricilərin bu hərəkətinə etiraz edirdilər,  Ədib bu 
məsələyə dair yazılarının birində, zahirən möminlər tərəfində 
duraraq iddia edir ki: "Doğrudan da xaricilər bizim abrımıza 
toxunurlar (bu abır var, ya yoxdur, - bu başqa məsələ)". Həmin 
bu kiçik qeyd ümumən mətnin, məqalənin izahından daha dərin 
və daha əsasdır. Müəllif "abırdan" dəm vuran mömünləri başa 
salmaq istəyir ki, dörd yüz arvad alan xəlifəyə "bəli", "bəli" 
deyənlərin və onun bu hərəkətini müdafıə edənlərin özündə  nə 
həya və nə abır ola bilər. 
Çar jandarmalarından müdafıə  və hormət görən  İran sədri - 
əzəmi Mirzə Əli Əskərxanın təşəkkür məktubunda da belə təsirli 
işarə  və eyhamlar çoxdur. "Molla Nəsrəddin" bu məktubu belə 
bir qeyd ilə çap etmişdir: "Pismo, eto bılo dolojeno v poslednem 
zasedanii Soyuza Russkoqo naroda. Postanovleno predlojit 
mestnım otdelam, po napeçatanii v "Russk. Znameni" Çernoqo 
polumesyatsa, posılat persidskomu şaxu teleqramını o razqone 
medjlisa. No, eto poka sekret" 
1

Tamamilə ciddi planda teleqraf, ya müxbir məktubu kimi 
davam edən qeydin axırındakı cümlə yazının bütün əsasını 
dəyişir, sanki çar mətbuatının üzərindən qara pərdə götürülür. Bu 
fəqərəni hələlikdə "sekret" saxlayan Dubrovinlərin qəzetləri 
bütün hiylə və şahpərəst simaları ilə oxucuya tanıdılır. 
Müsəlman uşaqlarının arasında sünni-şiə davası salan 
inspektor Leontyevin ifşası da bu üsul ilə olur. Onun hərəkəti 
yumurta döyüşdürən uşaqların "dadışması" ilə yan-yana tutulur
2

Səmərqənddə  nəşr olunan və adını "Hürriyyət" qoyan bir 
qəzetdə quraqlığın, məhsulsuzluğun səbəbi belə izah olunurdu: 
"Bizə allahın yağış yağdırmaması ondandır ki, içimiz- 
 
                                                 
1
 
"Molla Nəsrəddin", 1907,10  sentyabr  № 34.
 
2
"Molla Nəsrəddin", 1907,17  mart,  № ll. 
 

 
105
də  nəmmam var. Bütün bədbaxtlığımızın baisi içimizdəki 
münafiqlərdir"
1
. "Molla Nəsrəddin" də bu son sözə şərik olur. 
Lakin jurnal axırda belə bir cümlə  əlavə edir: "Bunu necə 
anlayırsan, anla". 
Bu sözdən bir neçə  məna ayrılır.  Əgər "münafıq" sözü ilə 
Səmərqənd qəzeti binamazları, oruc yeyənləri nəzərdə tutursa, 
"Molla Nəsrəddin" həmin qəzeti çıxardanların özünü, 
müsəlmanlıq mübəlliğlərini nəzərdə rutur. 
Acı gülüşün bir üsulu da göstərınə üsuludur. Burada bir neçə 
sətirlik mükalimə, yaxud təsvir verilir. Zahirən adi görünən bu 
söhbət və ya lövhə ilə,  əslində böyük ictimai bir xəstəlik 
qamçılanır. 
Məlumdur ki, çar dövründə müxtəlif dini və rəsmi bayramlar 
münasibətilə idarələr, dükanlar bağlanır,  şəhərlərdə  hərəkət, iş 
dayandırıldı. Bu şəraitdə şəhərə düşən, işi çar dəftərxanalarından 
asılı olan kəndlilər küçələrdə  sərkərdan gəzir, hər yandan bu 
"bayramları" soruşur: 
" - Bu gün nə bayramıdır? 

Bu gün də Qriqorinin başına soyuq dəyib. 

Bu gün də müqəddəs Pyotr yuxu görüb. 

Bu gün Aleksandr bayramıdır. 

Bu gün Dianisi həzrətlərini suya çəkiblər"
2
. Aydındır ki, 
müəllif bu səhnədə yalnız rus bayramlarını deyil, daha tez-tez 
təkrar olunan bəzi müsəlman bayramlarını da nəzərdə tutur. 
"Molla Nəsrəddin" satirasının bir üsulu da şiddətli və 
müstəqim tənqidi gülüşdür. 
Bəzən müəllif elə  şiddətli, bariz, həyati nümunələri seçib, 
oxucunun mühakiməsinə təqdim edir ki, dərin düşünən adamların 
tükləri ürpəşir. Feodalizm dünyasında şüura uyma- 
 
 
                                                 
1
 
"
Molla Nəsrəddin", 1917, 5 may, №11
 
2
"Molla Nəsrəddin", 1917, 12 may,  №2I2
.
 

 
106
yan
 
lakin uzun illərdə vacib işlər hökmünə keçən adətlər çoxdur. 
Bu adətlər çox yerdə, çoxlarının  şüurunu o qədər kütləşdirmiş, 
korlaşdırmışdır ki, o adətlərdən xilas olmaq heç yada düşmürdü. 
Ancaq "Molla Nəsrəddin" kimi bir jurnal, Mirzə  Cəlil kimi 
mütəfəkkir bir ədib xalqın bu adətlərə dözməsinə dözməzdi. 
Mirzə  Cəlil belə adətləri hamıdan tez seçib, bir-bir ağıllı 
adamların mühakiməsinə verir və rədd edirdi. 
"Mübarəkbadlıq" sərlövhəli məqalədə hürriyyətdən narazı 
qalan istismarçı siniflərin kədərindən danışan ədib, müsəlmanları 
belə  təsnif edir: "hürriyyət yaxşı  şeydir, amma kimə  və  nədən 
ötəri. Müsəlmanlar bir neçə sinifdir. İndi birinə bayramdırsa, 
birinə qara bayramdır. "Paho! Bu da oldu mənə hürriyyət!". 
"Pək eyi" məqaləsində ana dilinə xor baxanlar, "Zənciri-
müqəddəs"də yarımçıq, məhdud hürriyyət və liberal ziyalılar, 
"Pyatiqorsk" məqaləsində içkiyə alışan və bu "hünərdə" 
avropalıları çoxdan geridə qoyan müsəlmanlar, "Mustafa bəy 
Əlibəyov" adlı  məqalədə yaltaqlar, özünü "ədib" qələmə  vərib, 
mənsəb sahiblərinə nökərçilik etmək istəyənlər  şiddətli satiraya 
tutulur. 
Mirzə Cəlilin istifadə etdiyi satirik tənqid üsullarından biri də 
hücumçu mübahisə üsuludur. Burada ədibin nifrəti  ən yüksək 
dərəcəyə çatır. Burada nifrət ilə yanaşı mühakimə də, təəssüf də, 
çağırış da vardır. Lakin bunların hamısı müəllifin  ən yüksək 
həyəcanı ilə davam edir. Həyəcan hər sözün, ifadənin  əsas 
rəngidir. Bu üsul, demək olar ki, əvvəlki üsulların bir çoxunun 
tərkibindən ibarətdir. Bu üsul ilə Mirzə  Cəlil  əsasən burjua 
ziyalılarına və mühərrirlərinə, ruhanilərə, "millət vəkillərinə" 
qarşı yazmışdır. Çünki o, bəyi, xanı, jandarmanı, padşahı, bir 
sözlə açıq düşmənləri o qədər qorxulu saymırdı, nəinki maskalı 
adamları. 

 
107
Azadlıq hərəkatı illərində istər Təbrizdə  və  İstanbulda, istər 
Bakıda və Tifiisdə tamahkar bir tacir zirəkliyi ilə cildini dəyişib, 
irəli atılan, malını, ictimai mövqeyini saxlamaq və  bəlkə  də 
artırmaq istəyən "natiqlər", "millətpərəstlər", "mücahidlər" çox 
idi. 
Bunlar nəinki xalqı aldadır, həm də azadlıq hərəkatını 
qarışdırır, hürriyyətin həqiqi mənasını  təhrif edir, diqqəti  əsas 
hədəfdən yayındırmaq, ya da "iğtişaşı yatırmaq" istəyirdilər. 
Təbrizdə məhərrəmlik təziyələrində guya "islam qeyrətini" təbliğ 
edib, baş yarmaq kimi adəti daha da gücləndirənlər, qızların 
üzüaçıq oxumağını "xilafi-şər" sayan şeyxülislamlar, qəzet və 
jurnalların "müsəlmanlara sataşmasına" zidd çıxan mühərrirlər - 
belə adamlar idilər. Mirzə Cəlilin bunlara qarşı yazdığı məqalələr 
nəzəri və elmi cəhətdən lazımı  qədər də  əsaslandırılmış 
əsərlərdir. Bu yazılarla müəllif, hərifin öz vasitə və iddialarından 
çıxaraq, onun istinad etdiyi dəlillərin puçluğunu isbat edir, onun 
mühakimələrinə gülür və rədd edir. 
1911-ci ildə Teymurxanşurada və  Mərvdə yaşayan və 
yuxarıda səciyyəsini dediyimiz bir neçə  nəfər adam "Molla 
Nəsrəddin"ə məktub yazıb şikayətlənirdilər. Jurnalın mühərririni 
qorxudurdular ki, "avam camaata toxunan mətləbləri nahaq 
yazırsan, belə getsən oxucularını itirəcəksən". 
"Molla Nəsrəddin" onlara belə cavab verirdi: "Haman avam 
camaata bizim də yazığımız gəlir. Biz arzu edərdik ki, haman 
avam camaat bizim məcmuəni xoşlasın. Amma əfsus ki, başa 
gələn iş deyil. Əgər bizim məcmuənin mətalibi avam camaata 
xoş  gəlmir, bu dəxi təəccüblü bir iş deyil. O səbəb ki, 
camaatımızın indiki halında məsləkini qara pula satmayan və öz 
başa düşdüyünü sidqi-dildən deyən çəridə avama xoş  gəlməz. 
"Molla Nəsrəddin"in iki-üç min məsləkdaşının qeyrəti, 
 

 
108
üç yüz milyon vəhşi qardaşlarda tapılmaz... Tarixdə avamın 
hümməti heç bir işdə görsənməyibdir"
1

Burada Mirzə Cəlil həm öz jurnalının məslək və məfkurəsini 
ifadə edir, həm də söz arası, müsəlman dünyasında nəşrə 
başlamış olan, azadlıq və maarifdən dəm vuran, əslində isə köhnə 
mövhumat kitablarından, "Tənbihül-qafılin"lərdən, "Təbiri-
xab"lardan, müctəhid risalələrindən o qədər də fərqli olmayan bir 
çox qəzet-jurnal mühərrirlərinin "məsləki qara pula satdıqlarını" 
cəsarətlə söyləyir. Belə qəzetçilər avamın da xoşuna gəlir, əyanın 
da; çünki belə  qəzetlər avamın yuxusuna şətəl qatmadığı kimi, 
əyanın eyşü işrətinə  də mane olmur. "Molla Nəsrəddin" isə 
tamam başqa məslək və  məqsəd sahibi idi. O, məhz "bir para 
mətləbləri" açmaq üçün meydana gəlmişdi. Başına vurulan qapaz 
və çomaqlara, yağdırılan lənət və təkfırlərə baxmadan öz yolunda 
davam edirdi. 
1907-ci ildə Mirzə Cəlilin şeyxülislamın ünvanına yazdığı iki 
məktubu da belə "mətləbləri" açmaqdadır. O zaman müsəlman 
dünyasında qəribə din xadimləri  əmələ  gəlmişdi.  Şeyxlərin, 
qazıların eləsi var idi ki, müasir hərəkatı, mədəniyyət dünyasını 
anlayır, başa düşürdülər. Nəinki qəzet oxuyur, hətta öz qızlarını 
rusca oxudur, həyata hazırlayırdılar. Buna baxmayaraq 
minbərlərdən, xitab kürsülərindən danışanda yenə də üsuli-cədid 
məktəbinə - şeytan işi, qadın azadlığına da - bidət deyirdilər. 
Mirzə  Cəlilin məktublarda müraciət etdiyi şeyxül-islam da belə 
sözü ilə işi arasında ziddiyyət olan din xadimlərindən idi. 
İnqilabdan qabaq Azərbaycanda mollaxana məktəbləri var idi. 
Burada əsas dərs kitabı "Camei-Abbas" və "Gülüstan" sayılırdı
2

Bu kitablardan birincisi şəriət ehkamını təbliğ  
                                                 
1
"Molla Nəsrəddin", 1911,12 may, № 44. 
2
Xüsusilə "Gülüstan" Azərbaycan mədrəsələrində müqəddəs kitab 
halına gəlmişdi. Zərbülməsəl var idi ki: "Yeddi yaşında oxuyan yetmiş 
yaşında anlayar". Doğrudan da yeddi-səkkiz yaşlı  uşaqlara başa 
düşmədikləri "Gülüstan" oxudurdular. 
 

 
109
edirdisə, ikincisi bu ehkamın  şərhini verir və bu əsasda nəsihət 
edirdi. Doğrudur, Sədi  İranın böyük şair və hükəmalarındandır; 
onun "Gülüstan" və "Bustan"ı  mədəniyyət aləmində  məşhur 
əsərlərdir. O da doğrudur ki, bu əsərlərdə  oğurluğu pisləyən, 
ədaləti təbliğ edən,  əxlaq və  tərbiyəni uşaqlar arasında yaymaq 
istəyən, uzun ömür sürmüş, dünya görmüş müəllifin zəngin 
təcrübəsinin nəticəsi olan maraqlı  və xeyirli əxlaqi məsləhətlər 
vardır. Ancaq təəssüf ki, Azərbaycan məktəblərində o zaman dərs 
vərən mollalar "Gülüstan"ın bu tərəflərini deyil, onun 
sənətkarlığını, bədii məharətini,  şerini deyil, xalis şəriət 
tərəflərini, məhz müsəlmançılığı, ibadəti, tərki-dünyalığı, 
müsəlman tarixini təbliğ edən cəhətlərini alır və yayırdılar. 
Birinci dəfə olaraq "Molla Nəsrəddin" bu məsələni müzakirəyə 
qoyub, açmaq cəsarətini göstərdi. Jurnalda neçə  dəfə misal 
gətirdiyi, istinad etdiyi "Səyahətnaməyi-İbrahim bəy" də bu 
ehkamın  əleyhinə idi. Mirzə  Cəlil baş  məqaləsində: "Zindəənd 
vəli mordə-mordəənd vəli zində" - deyə  həmin adamları, 
tərkidünya  əhvali-ruhiyyəsində yaşayan müsəlmanları  nəzərdə 
tuturdu. 
Mirzə  Cəlil  şiddətlə satiraya tutduğu  ətalət, tənbəllik, səbrə, 
qismətə  və taleyə uymaq, axirət xülyası ilə yaşamaq kimi 
adətlərin özünü rədd etməklə kifayətlənmir; bu adət və 
xasiyyətlərin nəzəri, tarixi kökünü baltalayırdı. Bu kök yalnız 
Ağa Bağıri-Məclisi, Fazili-Dərbəndidə deyil; bu həm də İran şahı 
və Türkiyə sultanının xalqı "bəli, bəli" deməyə  məcbur 
etməsində, həm də bir sıra şairlərin əsərlərindəndir. Bu kökü qırıb 
atmamış, avamın yaxasını qurtarmaq, gözünü açmaq, başa 
salmaq olmazdı. Mirzə  Cəlil bu ehtiyacı  kəskinliyi ilə öz 
oxucusuna başa salmaq istədiyi üçün şiddətli satiradan istifadə 
edirdi. 
 

 
110
*    *    * 
 
Mirzə  Cəlilin satirik məqalələri ilə yanaşı elmi, nəzəri və 
ictimai məsələlərə dair bir sıra maraqlı  məqalələri də vardır. 
1904-cü ildə  "Şərqi-Rus" qəzetində maarifpərvər ziyalı 
M.Sidqinin ölümü münasibətilə yazdığı  məqalədən başlayaraq 
ömrünün axırlarında 
Əli Nəzminin kitabına yazdığı 
müqəddiməyə  qədər o, mədəniyyətimizin, ictimai inkişafımızın 
bir sıra məsələləri haqqında qısa, lakin məzmunlu, ciddi və hələ 
də qiymətini itirməyən məqalələr yazmışdır. Mirzə  Cəlil 
satiralarında yalançı, qabiliyyətsiz, qafıyə-pərdaz, həqiqətdən və 
xalqdan uzaq olan "şeir bülbülləri"ni, "proletar şairlərini" tənqid 
atəşinə tuturdusa, ədəbiyyatımızı, sənətimizi, bunların həqiqi, 
yüksək məslək sahibi olan yaradıcılarını ürəkdən sevir və 
əzizləyirdi. Mirzə  Cəlilin Füzuli, Mirzə  Fətəli Axundov, Sabir, 
Qəmküsar, Molyer, Tolstoy, Qoqol haqqında olan xüsusi 
məqalələri və yaxud yeri gəldikcə etdiyi qeydlər, böyük bir 
sənətkarın, böyük bir xalq xadiminin bədii zövqünü göstərən, 
tamamilə  səmimi deyilmiş fikirlərdir ki, biz bunlardan istifadə 
etmişik, edirik və edəcəyik. 
Ədəbiyyat və  sənət haqqında danışarkən Mirzə  Cəlil öz 
demokrat və maarifçi məfkurəsini ifadə edirdi. O, sənətkardan 
birinci növbədə xalqın dərd və ehtiyaclarına cavab vərməyi, 
xalqın ürəyindəki "mətləbləri" yazmağı, bir sözlə  həyatın güclü 
həqiqətini tələb edirdi. Mirzə  Cəlil sənətkara xalq xadimi kimi 
baxırdı. Onu vətən və mədəniyyət qarşısında çox məsul bir şəxs 
sayırdı. Ona görə  də müasiri olduğu qərəzli, mənfəətpərəst, 
qafiyəpərdaz, qeyri-səmimi yazıçıları sevmirdi; həmişə onlara 
qarşı mübarizə aparırdı. Mirzə Cəlil eyni həqiqəti və səmimiyyəti 
teatrımızdan, səhnə xadimlərindən də tələb edirdi. Bəzən səhnəyə 
yol tapan və ancaq əylənmək istəyən yüngül ruhlu, meşşan 
adamların zövqünü 

 
111
oxşayan, "öpüşməkdən" ibarət olan əsərlərə qarşı hiddətlənir, 
Mirzə  Fətəlinin, Qoqolun və Molyerin ibrət göstərən, adamları 
şər işlərdən uzaqlaşdıran əsərlərini arzulayırdı
1

Mühərrir Mirzə  Cəlil, dramaturq və hekayəçi Mirzə  Cəlilin 
eynidir. Bu sahələr böyük və  cəsarətli bir sənətkarın ayrı-ayrı 
fəaliyyət sahələrində göstərdiyi eyni yorulmaz və ardıcıl 
mübarizənin parlaq nəticələridir. Böyük dahilərin fəaliyyəti heç 
zaman çərçivə və maneə tanımaz. Onlar, xalqını və vətənini xilas 
etmək uğrunda lazım gələn, mümkün olan hər vasitədən 
məharətlə istifadə edərlər. Mirzə Cəlil də öz məsləki yolunda belə 
qələm çalmışdır. 
Mirzə  Cəlilin mühərcirlik sənəti çox böyük şöhrət qazandığı 
kimi, bu aləmdə böyük də davamçılarının meydana çıxmasına 
səbəb oldu. 1906-1916-cı illər arasında "Molla Nəsrəddin" üsulu 
və  ədası ilə bir sıra gülüş  məcmuələri yarandı ("Arı", "Babayi-
əmir", "Zənbur", "Pirat", "Məzəli", "Azərbaycan", "Bəhlul" və 
s.). Bu satirik mətbuat cərgəsində  Təbrizdə Hacı Mirzə  Həsən 
tərəfindən nəşr olunan və "Molla Nəsrəddin"in nəinki ruhunu, 
hətta bir çox yazılarını belə alıb istifadə edən "Azərbaycan" 
(1906) xüsusi əhəmiyyətli bir orqan idi. Burada ana dilində, gülüş 
yolu ilə müasir İran istibdadi, şahpərəstlik və eləcə  də yalançı 
inqilabçı və məşrutəçilər sağlam tənqid atəşinə tutulurdu. 
Bu mətbuatın heç biri "Molla Nəsrəddin" yolunu davam və 
inkişaf etdirə bilmədi, bir neçə ay və ya bir neçə il sonra sönüb 
getdilər. Öz mübarizəsində axıra qədər möhkəm dayanmaq, 
böyük ictimai arzularını qalibiyyətə qədər gətirib çıxarmaq şərəfı 
ancaq Mirzə Cəlilin jurnalına müyəssər oldu. 
     
 
                                                 
1
 "Eşq mədrəsəsi", "Molla Nəsrəddin", 1923, 7 aprel, №19. 

 
112
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin