AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   2   3   4   5   6   7   8   9   10   ...   23

Əbdürrəhimbəy  
Haqvərdiyev 
 
(1870-1933) 
 
Tərcümeyi-halı 
 
Böyük dramaturq və nasir Əbdürrəhimbəy Haqvərdiyev 1870-
ci il mayın 17-də  Şuşada bəy ailəsində anadan olmuşdur. Üç 
yaşında ikən atası  Əsəd bəy ölmüş, Haqvərdiyev  əmisi 
Əbdülkərim bəyin və sonra atalığı H.Sadıqbəyovun himayəsində 
qalmışdır. 
Rusca  əlifba savadını da atalığından öyrənmişdir. 
Haqvərdiyev 10 yaşına qədər kənddə qalır. 1880-ci ildə atalığı 
iflas etdiyindən  şəhərə,  Şuşaya köçürlər. Realni (rüşdiyyə) 
məktəbinə hazırlıq üçün Haqvərdiyev Yusif bəy Məliknəzərovun 
müvəqqəti yay məktəbinə daxil olur. Hazırlığı yaxşı keçir, bir il 
sonra realni məktəbə girir. 
Yusif bəyin teatr, səhnə  həvəskarlığı Haqvərdiyevə böyük 
təsir bağışlayır. O, dramaturgiya üzrə ilk qələm təcrübələrini 
burada edir. Müəllimi Yusif bəy, onun uşaqcasına yazdıqlarına 
əhəmiyyət verir, şagirdini daha da həvəsləndirir. Teatr ilə ilk 
tanışlığı da məhz müəlliminin vasitəsilə olur. 
"1884-cü ildə 14 yaşında ikən bir dəfə teatra getdim. Mirzə 
Fətəlinin "Xırs quldurbasan" pyesini oynayırdılar. Teatrda  

 
113
pərdə açılmayınca, mən bu əqidədə idim ki, fokus göstərəcəklər. 
Pərdə açıldı. Bir də baxdım ki, müəllimimYusif bəy  əynində 
çuxa, başında buxara papağı, belində  xəncər,  əlində tüfəng 
səhnədə dayanıb igidlikdən dəm vurur. Get-gedə tanıdığım 
müəllimlərin birini arvad libasında, birini polis libasında görüb, 
teatrın və komediyanın nə olduğunu anladım..."
1
. 1890-cı ildə 
Haqvərdiyev  Şuşa realni məktəbinin 6-cı sinfini bitirir, Tiflisə 
realni məktəbin 7-ci sinfinə gedir. Tiflis həyatı  və  təhsil onda 
teatra olan həvəsi daha da artırır. O, ruscadan "Nahaq qan" adlı 
bir pyesi tərcümə edir. 1891-ci ildə orta təhsilini bitirərək ali 
təhsil üçün Peterburqa gedir. Səkkiz il orada Yollar institutunda 
oxuyur və eyni zamanda azad müdavim sifətilə Peterburq 
univərsitetinin  şərq fakültəsinin dərslərində  iştirak edərək dil və 
ədəbiyyat problemləri ilə  məşğul olur. O zaman Aleksandriyski 
teatrında vərilən tamaşalar və ümumiyyətlə teatr həyatı 
Haqvərdiyevi artıq dərəcədə maraqlandırır. Tələbəliyinə 
baxmayaraq sıx-sıx tamaşalara davam edir. 1892-ci il yanvar, 
fevral aylarında ilk əsəri olan "Yeyərsən qaz ətini, görərsən 
ləzzətini" komediyasını yazır ki, ədəbi fəaliyyəti də bu tarixdən 
başlanır. Yenə Peterburqda ikən məşhur  əsəri "Dağılan tifaq"ı 
yazır. 
Ə.Haqvərdiyev 1899-cu ildə Azərbaycana qayıdır. Müəllimlik 
edir, teatrlarda vərilən tamaşalara rejissorluq edir. 1904-cü ilə 
qədər Bakıda çalışan Haqvərdiyev müasir ziyalılarla tanış olur, 
ictimai fəaliyyəti ilə yanaşı,  ədəbi fəaliyyət dairəsini daha da 
artırır. "Bəxtsiz cavan", "Pəri cadu" əsərlərini bu zaman yazır. 
1904-cü ilin mayında  Şuşa  şəhər idarəsinə üzv seçildiyindən 
vətəninə qayıdır. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və 
"Molla Nəsrəddin" məcmuəsində örtülü imzalarla felyetonlar, 
məzhəkələr çap etdirir.  
                                                 
1
 
Ə.Haqverdiyev. "Tərcümeyi-halım", (əlyazması). Nizami adına 
Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsi, inv. 6070. 
 

 
114
"Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şəban", 
"Xəyalat", "Ac həriflər" və sair əsərlərini yazır. Bu zaman 
Qafqazı,  İran və Türkiyəni gəzir. 1913-cü ildə  Ağdama köçür; 
orada 3 il yaşadıqdan sonra təkrar Tiflisə qayıdır. 1916-cı ilin 
axırlarında "Şəhərlər ittifaqının Qafqaz şöbəsi  əxbarı" adlı 
məcmuəyə müdirlik edir. Fevral inqilabı dövründə Borçalı 
qəzasında əhali arasında çalışır, sonra Tiflisə qayıdır. 
İnqilabdan sonra Haqvərdiyev Azərbaycanda teatr və 
incəsənət sahəsində çalışır. 1921-ci ildən 1930-cu ilə  qədər 
Azərbaycan Dövlət Univərsitetində dərs deyir. 
Bu dövrdə Haqvərdiyevin yaratdığı ən müasir əsərlər "Köhnə 
dudman", "Ağac kölgəsində", "Ədalət qapıları", "8 mart", 
"Vavəyla", "Kapitalizmlə mübarizə" və sairədir. 
Ə.Haqvərdiyev 1933-cü il dekabr ayının 11-də Bakıda vəfat 
etmişdir. 1928-ci ildə ona "Cümhuriyyətin  əməkdar incəsənət 
xadimi" adı vərilmişdir. 
 
Dramaturgiyası 
 
Ə.Haqvərdiyev xalq ilə  dərdləşmək, öz mütərəqqi fıkirlərini 
yaymaq üçün ən yaxşı vasitə olaraq dramaturgiya yolunu 
seçmişdi. Mirzə  Fətəli Axundovun irsini dərin bir həvəslə 
öyrəndikdən, Peterburq təhsili zamanı  mərkəzi teatrlar ilə, 
Şekspir, Ostrovski kimi klassiklər ilə tanış olduqdan sonra 
"Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri cadu" əsərlərini 
yazmışdır. Bu faciələr məfkurəvi istiqamətləri, daşıdıqları 
məqsəd etibarilə bir-birinə bağlı, daha doğrusu bir-birini 
tamamlayan, həm də bir dramaturq olaraq sənətkarın inkişafını 
göstərən əsərlərdir. 
Bu  əsərlərin hər üçündə  ədib, içərisindən çıxdığı mülkədar 
sinfini, tənəzzülə üz qoyan ağalıq xanimanlarını və bunun 

 
115
səbəblərini göstərməyə çalışmışdır. Xasiyyətinə  və zövqünə 
gözəlcə  bələd olduğu bu sinfin süqutu ədibə  zəngin material 
vərmişdir. 
"Dağılan tifaq"da Nəcəf bəy adlı bir mülkədar ilə tanış oluruq. 
Nəcəf bəy ağalıq ilə böyümüş, ağalığa alışmış, neçə para kəndi 
ilə, itaətdə saxladığı  rəiyyəti, hər gün keçirdiyi kef, qumar 
məclisləri ilə məğrur və sərxoşdur: "...Dünya beş gündür, beşi də 
qara. ...Pulun var, xərc elə, bağışla, ye, iç, vər kefə, ləzzətə, eyşü-
işrətə, beş gün qara dünyanın ləzzətini apar, öləndə  də dünyada 
bir təmənnan qalmasın..."
1

Amma işlər öz qaydasında getmir. Nədənsə, hansı bir qüvvə 
isə  Nəcəf bəyin çərxini çevirmək istəyir. Rəiyyət onun sözünə 
qulaq asmır, gəlir mənbələri kəsilir, dostlar üz döndərir, adam 
yerinə qoymadığı sövdəgər Məşədi Cəfər ona pul borc vərmir, 
oğlunu əxlaqsızlığına görə vurub öldürürlər. Arvadı Sona xanım 
nalə çəkir, qarğış tökür. Nəhayət, bütün ailə məhv olur. 
Ədib Nəcəf bəyin faciəsini  şəxsi səbəblərlə izaha çalışır. 
Nəcəf bəy mülkədar olduğu üçün məhv olmur, pis mülkədar 
olduğu üçün məhv olur. Təsərrüfatı idarə edə bilsəydi, qumara, 
şəraba qızışmasaydı, bugünün qədrini bilsəydi, sandığında ehtiyat 
saxlasaydı bu fəlakətə düşməzdi. Bunu Nəcəf bəy özü də axırda 
dərk edir: 
 
    Ey əzizan bir baxın dünya nə ibrətxanədir, 
Axırın fikr etməyən aqil deyil, divanədir! 
 
Dərvişin bu sözlərini eşidəndə  Nəcəf bəy peşmançılıqdan 
dəhşətə  gəlir. Bunlar hamısı,  əlbət ki, mülkədarlıqdan hələ 
üzülməyən gənc Haqvərdiyevin niyyəti idi. O, Nəcəfbəyləri islah 
etmək fikrində idi və bunu mümkün sayırdı. 
                                                 
1
 
Ə.Haqverdiyev. Seçilmiş əsərləri, Bakı, 1936, səh.71. 
 

 
116
Lakin sənətkarlıq elə mürəkkəb bir hadisədir ki, niyyət ilə 
qayənin, istək ilə  nəticənin həmişə uyuşacağına ümid bəsləmək 
olmur. Haqvərdiyevin əsərində hadisə o qədər həqiqi və əyanidir, 
əhvalat o qədər təbii və tipikdir ki, bizim nəzərlərimiz Nəcəf bəy 
ilə  məhdudlaşıb qalmır. Biz Nəcəf bəyə baxıb, bütün 
mülkədarlara nifrət edirik. Onun hərəkətlərini Nəcəf bəyin səhvi 
saymırıq, mülkədarlığın xarakter xüsusiyyətləri, taleyi sayırıq. 
Biz Nəcəf bəylərin islah olunacağına yox, məhv olacağına 
inanırıq. Bunu bir və ya iki ailənin talesizliyi saymırıq, bütün bir 
sinfin zəruri, labüd aqibəti sayırıq. 
"Bəxtsiz cavan"da ədib daha maraqlı bir adamı, mülkədarlıq 
içindən çıxmış, lakin oxumuş, əsrinin gözüaçıq bir ziyalısı, gənc 
Fərhadı bizə göstərir. 
Yeni ictimai quruluşun-kapitalizmin sürətli inkişafını  və 
Azərbaycan kəndlərində  tək-tək yetişən bu islahatçı, ziyalı 
gəncləri Haqvərdiyevdən qabaq da, sonra da bir sıra bədii 
əsərlərdə görürük. Fəxrəddin ("Müsibəti-Fəxrəddin"),  İsgəndər 
("Ölülər"), Rzaqulu xan ("Bədbəxt milyonçu") və s. "Atalar və 
oğullar" təzadını əks etdirən bu ədəbiyyat qəhrəmanları, arzu və 
məsləkləri etibarilə  nə  qədər yüksəkdirlərsə, müqavimət, 
mübarizə imkanları etibarı ilə o qədər məhdud və acizdirlər. 
Bu gənclər silsiləsində  Fərhadın yeri mühümdür. O, yalnız 
maarifçi, mədəniyyətçi deyil, həqiqi bir xalqçıdır. O, kəndliləri 
zülmdən qurtarmaq istəyir.  Əmisi ilə vuruşaraq onlara hüquq 
bərabərliyi tələb edir. Fərhad bütün əsər boyu məzlumların 
himayədarı kimi tanınır. O, oxuduğu elm ilə öz təsərrüfatına yox, 
xalqa xidmət etmək istəyir: "İnsan ki, elm oxudu, gərək onun 
elmindən elmsizlər mənfəətbərdar olsunlar. Elm oxuyanlar gərək 
korlara göz, qaranlıqda qalanlara çıraq olsunlar. Elmli adamlar 
hamıdan artıq bizlərə lazımdır. Çünki camaatımız başsızdır"
1

 
                                                 
1
 
Ə.Haqverdiyev. Seçilmiş əsərləri, Bakı, 1936, səh. 102.
 
 

 
117
Hacı  Səməd ağa Fərhadın elmindən ayrı  iş gözləyirdi. 
"Ətindən, qanından kəsib, ayda otuz manat sərf etmiş", qardaşı 
oğlunu oxutmuşdu ki, qələmi ilə ona kömək eləsin. Onun mülk-
malını idarə eləsin, mədaxil-məxaricinin hesabını aparsın. 
Hacı, Fərhadın məqsədini biləndən sonra onu oxumağa 
buraxmır, zor ilə bir qıza nişanlayıb, başını məşğul edir. Burada 
Fərhadın acizliyi, bacarıqsızlığı meydana çıxır. Biz danışıqlarına, 
fikirlərinə, kəndlilərə  vərdiyi vədlərə görə  Fərhada hörmət 
bəsləyirik. Ümid edirik ki, o kəndə yenilik gətirmişdir. Ancaq 
evlənəndə, bir otağa bağlanıb ah-zar etdiyini görəndə 
təəccüblənirik. Fərhadın yerində bir iradəli gənc olsaydı, əlbət ki, 
vəziyyətdən çıxardı. Buna imkan var idi. Kəndlilərin dərdinə çarə 
edə bilməsə də, özünə bir gün ağlardı, intihara ehtiyac görməzdi. 
Ancaq ədib Fərhadın faciəsi ilə mülkədarlığı döymək istəmişdir. 
Hacı  Səməd ağanın qəddarlığını, köhnə adətlərin necə 
bədbəxtliyə səbəb olduğunu göstərmək istəmişdir. 
Fərhad kitablardan, məktəblərdən,  şəhərlərdən ayrılıb kəndə 
qayıtmış, daşa dönmüş mülkədar münasibətli yurduna yenilik, 
maarifçilik hissi ilə  gəlmişdir. Özü məhv olsa da, bu fikirlər 
məhv olmayacaqdı  və olmadı da. Heç olmazsa, öz faciəsi ilə 
özündən sonra gələnləri düşündürdü. 
Dramaturji cəhətdən daha qüvvətli  əsəri olan "Pəri cadu" 
pyesində Haqvərdiyev mövzu etibarilə mülkədarlıq çərçivəsindən 
kənara çıxmış, ümumbəşəri hisslərlə bağlı dramatik bir münaqişə 
yaratmışdır.  Əgər  ədibin ilk dramlarında təlim-tərbiyə üsulu, 
əxlaqi məqsəd üstünlük təşkil edirsə, burada rəmzlər, rəmz 
vasitəsilə ictimai tənqid əsas yer tutur. 
Burada  ədib fantastik bir adam, simvolik bir həyat təsvirini 
vərmişdir. Məhəbbətində inkisari-xiyala uğramış  Pəri adlı bir 
qızın intiqam hissi ilə yaşadığını  və bunun üçün dəhşətli qara 
qüvvələrdən (şeytan, cin və s.) belə istifadə etdiyini 

 
118
göstərərək müəllif insan təbiətinə xas olan iki zidd qüvvənin 
çarpışmasına, klassik Şərq ədəbiyyatında çox dəb olan xeyir-şər 
mübarizəsinə  işarə edir. Ancaq bu işarə doğrudan da əsərdə bir 
"işarə" dərəcəsində olduğundan, hadisələr xəyalat, mövhumi 
səhnələr halında alındığından, adamlar və duyğular dumanlı bir 
pərdə ilə bürünüb mücərrədləşdirildiyindən əsər tam simvolik bir 
xarakter almışdır.  İctimai mübarizələrdən uzaq düşmək, bu 
mübarizələri bəzi cəhətdən "amansız tale", "qismət" ilə, yaxud 
fərdin  əhvali-ruhiyyəsi çərçivəsində izaha çalışmaq bu əsərdə 
dərhal gözə çarpır. Müəllif, cəmiyyətdə və ya "qəlblərdə" görüb 
duyduğu  şər qüvvələrin kökünü psixologiyada, fərdiyyətdə 
axtarır. 
Ə.Haqvərdiyev "Ağa Məhəmməd şah Qacar" (1907) adlı tarixi 
mövzuda yazılmış  əsərində  qəddar  İran  şahının Qafqaza 
hücumunu, talan və  təxribat törətməsini, nəhayət, fəlakətli 
aqibətini, öldürülməsini təsvir edir. 
Ə.Haqvərdiyev xırda  şəkilli səhnə  əsərləri də yazmışdır. 
"Millət dostları" (1905), "Ac həriflər" (1911), "Xəyalat" (1911), 
"Ədalət qapıları" (1926), "Vavəyla" (1926), "Qadınlar bayramı" 
(1928), "Yoldaş Koroğlu" (1932) və s. belə əsərlərdir. 
Ədibin dramaturgiya yaradıcılığında əsas üslub realizm olmuş, 
müasir, zəruri ictimai-siyasi mövzular onu daha çox məşğul 
etmişdir. 
"Molla Nəsrəddin"in nəşrindən sonra Haqvərdiyev 
yaradıcılığının ikinci dövrü başlanır. O, böyük realistlər qrupu ilə 
möhkəm cəbhə  təşkil edərək, xalq səadəti uğrunda, azadlıq 
uğrunda,  ədəbiyyatda realizm, xəlqilik, sadəlik, müasirlik 
uğrunda çalışır, xüsusən xırda hekayələr ustası kimi böyük 
hörmət qazanır. 

 
119
Hekayələri 
 
Realist hekayə janrı Azərbaycanda,  əsasən XIX əsrdən sonra 
inkişafa başlamışdır. Bu zamana qədər ancaq yazıya düşən 
nağıllar, "Min bir gecə"  əhvalatlarından,  Şərq  əfsanələrindən 
alınan parçalar ("Cehil tuti", "Bəxtiyarnamə" və sairə) var idi. 
Abbasqulu ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə"sini nəzərə 
almasaq, bugünkü şəkildə, Avropada yayılan - novəlla-hekayə 
formasına ilk dəfə  İsmayıl bəy Qutqaşınlı müraciət etmişdir 
("Rəşid bəy və  Səadət xanım"). Mirzə  Fətəli Axundov isə 
"Aldanmış kəvakib" əsəri ilə klassik, nümunəvi realist bir hekayə 
yazmışdır. 
Keçən  əsrdə yaranan bu əsərlərin hamısı  nə  qədər 
müvəffəqiyyətli olsalar da, ilk təcrübə, başlanğıc xüsusiyyəti 
daşımışdır. Hekayə forınası bu zaman kənar torpaqdan gətirilib 
əkilmiş, hələ iqlimə öyrənməmiş bitkiyə oxşayırdı. Bu "bitkini" 
yeni torpağa alışdırmaq, yaymaq, bağ-baxça halına salmaq lazım 
idi. Bu şərəf XX əsr Azərbaycan realistlərinə, klassik nəsrimizin 
banilərinə - Cəlil Məmmədquluzadəyə,  Əbdürrəhimbəy 
Haqvərdiyevə  və S.S.Axundova qismət olmuşdur. Bu ədiblər, 
hekayə gülüstanının bağbanı olmuşlar. Bunlar bağı, kənardan 
gətirilən ağaclar ilə yox, öz ağaclarımızı kənar ölkələrdə tapılan 
yeni üsulda bəsləməyə müvəffəq olmuşlar. 
Ə.Haqvərdiyevin hekayəçilik fəaliyyəti 1906-1907-ci illərdən, 
xüsusən "Molla Nəsrəddin"in nəşrindən sonra başlanır.  Ədib 
həmin məcmuənin səhifələrində, sonradan kitab halında 
gördüyümüz iki məşhur  əsərini - "Xortdanın cəhənnəm 
məktubları"nı  və "Marallarım"ı  təfriqə  şəklində çap etdirmişdir. 
Yenə həmin illərdə ədibin qəzetlərdə təfriqə və kitabça şəklində 
nəşr etdirdiyi "Ayın  şahidliyi", "Ata və  oğul", "Şeyx  Şəban" 
hekayələri, nəhayət, onun vəfatından sonra ələ keçib nəşr edilən 
bir neçə hekayəsi vardır. 

 
120
Ə.Haqvərdiyevin hekayəyə  gətirdiyi  ən mühüm şey canlı 
həyatdır. Bədii nəsrin bu şəklini Haqvərdiyev həqiqi həyatı, 
məişəti təsvir etmək üçün, xalqının, vətəninin zəruri ehtiyaclarını 
açıb göstərmək üçün, özünü düşündürən ümumi, ictimai 
məsələləlri vətəndaşlarına danışmaq üçün yaxşı bir vasitə kimi 
seçmişdi. 
Ədibin hekayələrində  də başlıca mövzu köhnə  həyat və 
münasibətlərin tənqididir. Öz vətəni olan Qarabağda, sonralar 
bütün islam Şərqində müşahidə etdiyi cəhalət, istismar və 
haqsızlıqları  kəskin satira atəşinə tutan, kəndli və  əsnafın 
avamlığını təbii bir gülüşlə bizə söyləyən ədib, böyük bir dövrü 
xarakterizə edən hekayələrində  əlvan tiplər silsiləsi yaratmış  və 
bunlara ümumi simvolik bir ləqəb vərib "Maral" adlandırmışdır. 
"Hər yer mənim marallarım ilə doludur. Gözəl marallarım, 
göyçək marallarım, hacı marallarım, kərbəlayi marallarım, 
məşədi marallarım, molla, rövzəxan, bəy, xan marallarım, keçəl 
marallarım, qotur marallarım; başları qapazlı, üzləri tüpürcəkli 
marallarım".
1
 Sonradan ədib ancaq bu marallardan təşkil olunmuş 
"cəmiyyəti", mənfı tiplərin həşərat kimi qaynaşdığı "cəhənnəmi" 
təsvir etmişdir. Cəhənnəm mövhumi bir şeydir. Ancaq 
Haqvərdiyevin yazdığı "Tənbihül-qafilin"lər, Ağa Bağır 
Məclisilər, Fazili-Dərbəndilər, "Abi şurəst, çi qabiliyyət darəd 
büdeh berizəd bəguri-pədərəş" (şor sudur, nə əhəmiyyəti var, vər 
töksün atasının goruna) deyə torpağını satan padşahlar, topal 
seyidlər, dəccəlabadlar, öskürək pirləri, cicim ocaqları, mütrüb 
dəftərləri bir həqiqətdir. Haqvərdiyev realist boyalarla yaratdığı 
canlı  mənzərələri ilə bizi bu həqiqətə inandırmışdır. Ancaq bu 
çox acı həqiqətlərdir. 
                                                 
1
 Ə.Haqverdiyev. Hekayələr, Bakı, 1927, səh.2. 
 

 
121
İnsan bir həqiqəti tapanda ürəyi təskinlik tapar, rahatlıq duyar. 
Ə.Haqvərdiyevin göstərdiyi həqiqətlərdən isə oxucu kədərlənir, 
iztirab çəkir. Bizim heç birimiz istəmirik və istəməzdik ki, ata-
babalarımız "Xortdanın cəhənnəm məktubları"nda göstərilən 
dəhşətli aləmdə yaşamış olsunlar. Madam ki, bu bir həqiqət imiş, 
biz keçmişə, bizi gözübağlı saxlayanlara dərin nifrət edirik, 
qəzəblənirik. Biz ədibin hekayələrindən ayrı  nəticə  çıxarırıq: 
köhnə cəmiyyətin mirası olan o cəhalət dəhşətlərinə son qoymaq, 
onun qalıqlarını  məhv etmək üçün camaata, lap avam camaata 
kömək etmək,  ən uzaq və  kənar güşədə, hətta  ən geridə qalmış 
adamları belə o köhnə  həyatın cəngəlindən, qalıqlarından xilas 
etmək uğrunda daha inadla, daha kəskin mübarizə lazımdır. 
Ə.Haqvərdiyev keçmiş  cəmiyyətə üzdən və ümumiliklə 
yanaşmamışdır. Onun bütün daxili varlığını, ictimai 
münasibətlərin mexanizmini açıb göstərməyə çalışmışdır. Ədibin 
hekayələrindəki insan surətlərini üç hissəyə bölmək olar. 
Birinci, Fazili Dərbəndilərdən, Hacı Mirzə  Əhməd ağalardan 
ibarət olan istismarçı, zalım, mənfəətpərəst adamlardır ki, ədib 
satira süngüsünü bunlara qarşı çevirmişdir. Bu adamların din, 
şəriət, qanun və ədalət adına nə müdhiş fırıldaqlar törətdiklərini, 
avam camaatı aldadıb qanını sorduqlarını açıq görürük. 
İkinci və  əksəriyyəti təşkil edənlər zəhmətkeşlərdir, 
məzlumlardır. Məzlum və  məhrum insanların nümunəsi olaraq 
Fərmanı, Kövhərtacı ("Odabaşını hekayəsi"),  Əkbəri ("Ata və 
oğul"), Gülsüm nənəni ("Şeyx  Şəban") və b. göstərmək olar. 
Ədibin hekayələrində bu adamlar sayca çox, simaca əlvan və 
müxtəlifdirlər. Ancaq hamısı eyni dərəcədə yazıq, məhrum və 
bədbəxtdirlər. Haqvərdiyevin  əsərlərində onlar böhtana düşmüş, 
günahsız müqəssirlərə oxşayırlar. Bu adamları döyürlər, qovurlar, 
  

 
122
məhrum edir, təhqir edir, hüququnu tapdalayır, çörəyini kəsir, 
həbsə salır, nəhayət öldürürlər. 
Bu adamların "günahı" nədir? 
Bu adamların "günahı" odur ki, təmiz və sağlam doğulmuşlar. 
Həqiqi, insani hiss sahibidirlər və öz insani meyllərini 
cidarlamırlar. Bunlar mərhəmət və  nəvaziş, qayğı  və  məhəbbət 
gördükləri ana qucağından ayrılanda ictimai mühitdən də həmin 
hiss və hörməti gözləyirdilər. Onlar öz həmcinslərinə, onları 
əhatə edən mühitdəkilərə də belə, sadə baxırlar. Halbuki, feodal 
mühiti və mühitin qaynar qazanında bişmiş  vəzifə, mənsəb 
sahibləri, adamların taleyini öz əlinə almış yüzbaşılar, pristavlar, 
mollalar, qazilər və başqaları ayrı xasiyyətdə olan adamlardır. 
Fərınan ilə Gövhərtacın azad sevgi hissi ilə bir-birinə 
bağlanması təbii və bəşəri hadisədir. Ancaq bu hadisə Hacı Mirzə 
Əhməd ağanın, Hacı Kamyabın kitabında yazılmayıb. Bu sevgi 
şəriət ehkamına ziddir. Müctəhid ağa Gövhərtaca tamah saldığı 
üçün Fərman sevgilisindən  əl çəkməlidir. Gövhərtac isə pak 
məhəbbətini və ömrünü adət və  şəriət qaydalarına qurban 
vərməlidir, məsum bir quzu kimi qəssabın əlində qalmalıdır. 
Bu adamların ikinci "günahı" ondan ibarətdir ki, yalan, hiylə, 
riya bacarırlar. Hakimlərin axmaq, qeyri-qanuni, şüursuz 
hökmlərinə tabe olub, boyun əymək istəmirlər. 
Bu adamların üçüncü "günahı" ondan ibarətdir ki, bu qədər 
ağır, bu qədər çətin və işgəncəli gördükləri həyatdan yenə də əl 
çəkmirlər. Yaşamaq istəyirlər. Həmin "günahlarına" görə  də 
məhkum və məhv olurlar. 
Ə.Haqvərdiyevin üçüncü qrup surətləri bir az başqa, daxilən, 
mənəviyyat etibarilə daha qüvvətli, möhkəm iradəli adamlardır. 
Bunlar da ikincilər kimi qayda-qanunların amansızlığını duyurlar. 
Bunlar da əvvəlkilər kimi zərbələr yeyir, 

 
123
cəfalar çəkirlər. Ancaq bunlar birincilər kimi şüursuz, küt, 
ikincilər kimi hünərsiz və aciz deyillər. 
Bunlar öz təbiətləri etibarilə nisbətən mübariz adamlardır. 
Bunlar öz mənliyini sevən, insanlıq ləyaqətini dərk edən, izzət-
nəfsini yüksək tutan və qoruyan, yalnız öz əqli və mühakiməsi ilə 
yaşayan adamlardır. Bunlar itaətə alışmayan, hakimlər, varlılar 
qarşısında səcdə etməyən yeni adamlardır. Bunlar insanlıq adını, 
şərəfini çox düşünürlər. Bunların ürəyində nə güzəran, nə vəzifə, 
nə cənnət-cəhənnəm qayğısı, nə həbs-sürgün qorxusu var. Onlar 
tək və adamsız olsalar da, kiçik və rütbəsiz olsalar da öz ləyaqət 
və  şərəflərini yüksək tuturlar. Şərəfli ölümü şərəfsiz həyatdan 
üstün tuturlar. Maddi nemətləri, bəzən ömürlərini mənəviyyata, 
heysiyyətə qurban verirlər. 
Təəssüf ki, belələri Haqvərdiyevin hekayələrində çox azdır. 
Əslinə baxsan, keçmişdə, zülm və zorakılıq hakimiyyəti zamanı 
belə adamlar həyatda təqib olunur, az görünürdülər. 
Ədibin "Mirzə Səfər" hekayəsində şirin yumorla təsvir etdiyi 
saatsaz Zeynalı  və  sıravi idarə  işçisi Mirzə  Səfəri bu surətlərə 
misal göstərmək olar. 
Mirzə  Səfərin cəmiyyəti-xeyriyyə  sədri Həsən ağaya çox işi 
düşə bilər. Həsən ağa bunu nəzərə alaraq Mirzə Səfərə yuxarıdan 
baxır, onu kiçik adam saymaq, öz ayağına gətirmək istəyir. Mirzə 
Səfər bunu duyur və əksinə hərəkət edir. Bu etinasızlıq və qürura 
görə onun uşaqların məktəbdən çıxarırlar. Çoxları Mirzəni 
danlayır ki, ağanın yanına getsin, üzr istəsin. Mirzə  Səfər bu 
təklifı edənlərə qəzəblənir: 
"Mən acından ölməyə razı olaram, oğlanlarımın ikisinin də 
başını  kəsərəm, amma gedib Həsən ağa kimi adama 
yalvarmaram!".
1
 
 
                                                 
1
 
Ə.Haqverdiyev. Əsərləri, III c, Bakı, 1941, səh.264

 

 
124
Mirzə Səfər oğlanlarını da özü kimi heysiyyətli böyütmüşdür. 
Ölüm yatağında vəsiyyət edərək deyir: 
"Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda 
nə  qədər çalışıb, məramıma çatmışam və xatircəm qeydsiz 
dünyadan gedirəm. Cəmi ömrümü işimdə  təmiz olmuşam. Bir 
adama təməlluq, yaltaqlıq eləməmişəm. Sizə mənim vəsiyyətim: 
ac qalsanız da Həsən ağa kimi adamlara gedib yalvarmayın... Siz 
təmiz, namuslu dolanarsınızsa, həmişə müvəffəqiyyət sizi tapar".
1
 
Doğrudur, Mirzə Səfər böyük ideyalar uğrunda çalışan ictimai 
xidmət sahibi deyil. Doğrudur, o cəmiyyətə, gələcək üçün bir 
yadigar, bir əsər qoymur. Haqvərdiyev onu namusuna görə, 
qeyrətli bir ata olduğuna görə bədii ədəbiyyata layiq görmüşdür. 
Öz ailəsi kimi məhdud bir dairədə  də olsa, Mirzə  Səfər insani 
heysiyyəti, halal əməyi uca və müqəddəs tutur, övladlarını 
mərifətlə, nəcib, çalışqan, özünə  və özgəyə hörmətkar, tələbkar 
izzət-nəfsli böyüdür. O, insanlıq  şərəfini heç vaxt, heç bir 
şəraitdə unutmur və hər şeydən uca tutur. 
Bunun özü bir xidmətdir. Bütün atalar Mirzə  Səfər kimi 
düşünsə  və etsəydilər Həsən ağalar, hər cür nanəcib alçaqlar 
cəmiyyətdə yuva salmağa imkan tapmazdılar və yeni 
cəmiyyətimiz onlar ilə mübarizə üçün uzun səy və vaxt sərf 
etməli olmazdı. 
Ə.Haqvərdiyevin bütün hekayələri müasir mövzuda yazılmış, 
ictimai-siyasi mətləblərə, xalqın məişətinə, adətinə,  ənənələrinə 
həsr olunmuşdur. 
Ədibin hekayələri sənətkarlıq cəhətdən də bitkin və 
mükəmməldir. O, obyektiv təsvir üsulu ilə, fakta, hadisəyə heç 
bir  şey  əlavə etmədən, məsələ haqqında fikir və mülahizəsini 
demədən yazır.  Ən coşğun qəzəb və kin bəslədiyi satirik tiplər 
haqqında da heç bir mənfi sifət işlətmir. Tipin 
 
                                                 
1
 
Ə.Haqverdiyev. Əsərləri, III c, Bakı, 1941, səh.267. 
 

 
125
daxili boşluğunu, qəddarlığını, ya alçaqlığını, onun öz sözləri, 
hərəkətləri və mühakimələri vasitəsilə göstərir. Müəllifin 
hadisəyə münasibətini ayrı-ayrı ifadələr və xasiyyətnamələrdə 
yox, əsərin ümumi ruhunda, hadisənin mahiyyətində axtarırıq və 
tapırıq. 
Ə.Haqvərdiyevin təbii, şirin, məzmunlu yumoru var. Həm də 
ictimai gülüş onun hekayələrində  əsasdır. Buna rəng demək də 
düz deyil. Bu yüksək bədii bir keyfiyyətdir. 
"Xortdanın cəhənnəm məktubları"nda belə bir yer var: müsafir 
Bərdədən Qərvəndə gəlir, qalmaq üçün mənzil axtarır: "Faytonçu 
məni ikimərtəbə evin qabağına gətirdi. O yan-bu yana baxıb 
çıxmağa yol tapmadım. Bir də gördüm, bir cındırlı kişi uzun 
nərdivanı sürütləyərək gətirdi, dayadı divara: 
- Nömrə lazımsa, buyurun, çıxın yuxarı. Soruşdum ki: 
- Məgər bu nömrələrin yolu yoxdur? 
- Dedi: Burada oğru-əyri çox olduğundan müştəriləri nərdivan 
ilə çıxarıb, sonra nərdivanı götürürük. 
Yuxarı mərtəbədə mənə bir otaq vərdilər. Pəncərələrin birində 
də şüşə yox idi. Onun da səbəbini xəbər aldım, dedilər: 
- Qərvənd çox ditdili və milçək olan yerdir. Pəncərələr 
şüşəli olanda milçək (otaqdan) çıxmağa yol tapmayıb qonaqlara 
əziyyət eləyir. O səbəbdən pəncərələr şüşəsizdir. 
Bu da mənim çox xoşuma gəldi..."
1

Bu gülüşün məna və incəliyi haqqında izaha ehtiyac yoxdur. 
Bəzən belə incəliklə deyilən iki kəlmə söz tam bir səhnə verir, bir 
adamı tanıdır. 
Ə.Haqvərdiyevin nəsrində gülüş ilə yanaşı lirika da, ictimai, 
bəşəri kədər də az yer tutmur. Xüsusilə "Ayın şahidliyi", 
 
                                                 
1
 Ə.Haqverdiyev. Əsərləri, III c, Bakı, 1941, səh.35. 

 
126
"Ata və  oğul", "Röya" hekayələrini oxuyanda biz kədərlənirik. 
Günahsız adamların faciəsi illərlə yadımızdan çıxmır. "Ayın 
şahidliyi" hekayəsində göstərilir ki, bir kənddən o biri kəndə 
gedən Səlman adlı kasıb bir kişi quldura rast gəlir. Quldur onu 
qarət edir, özünü də öldürmək üçün dərəyə çəkir ki, gedib şikayət 
etməsin. 
Səlman kişi nə qədər yalvarır, quldura əsər eləmir. Yazıq kişi 
üzünü göylərə çevirib Aya müraciət edir: 
"- Ey dünyanı illər ilə seyr edən Ay, şahid ol ki, sənin 
gözünün qabağında bir fəqir  əlsiz-ayaqsız sövdəgəri nahaq yerə 
öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim 
yetimlərimin üstünə  və deynən ki, yazıq balalar, atanız uzaq 
səfərə gedib, ona müntəzir olmayın. Gedin küçələrdə, qapılarda 
özünüzə gün ruzusu qazanın. Ey dağlar, daşlar, göllər, axan sular, 
əsən yellər burada sizdən savayı bir kəs yoxdur. Siz də şahid olun 
ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb onun yeddi 
balasını yetim qoydular".
1
 
Daş  qəlbli, qaniçən quldura əsər etməyən bu sözlər, qərib 
atanın bu nidalan bizim qulağımızda indi də səslənir. 
Ədib, qələmi ilə bizi güldürməyi, kədərləndirməyi bacardığı 
kimi, qəzəbləndirməyə də qadirdir. 
Yığcamlıq, bitkinlik, həyati hadisələri təsvir bu hekayələrin 
səciyyəvi xüsusiyyətidir. 
Ə.Haqvərdiyevin nəsr dili bu dövr realist nəsrimiz üçün çox 
səciyyəvidir. Bu dildə sünilik, ibarəçilik, zahiri bəzək,  əcnəbi 
təsir demək olar ki, yoxdur. Canlı danışıq dilimizi, onun gözəl 
xüsusiyyətlərini, zəngin  əlvan söz ehtiyatını, xalq məsəllərini, 
hakimanə sözlərini bu qədər cəsarətlə yazıya, bədii  ədəbiyyata 
gətirən iki ədibimiz varsa, biri Haqvərdiyevdir. Ona görə  də 
ədibin dili əlvan, söyləmə üsulu şirin,  ədası xoş, təsvirləri 
səlisdir. 
 
                                                 
1
 Yenə orada, səh.22. 

 
127
Ədib, məsləkdaşı Mirzə Cəlil kimi, xalq dilinə, canlı danışığın 
zəngin forma və ifadələrinə daha çox meyl göstərirdi. 
Müasirlərinin bəziləri kənar, uzaq mənbələrə, süni kitab, qəzet 
dilinə, bəzək-düzəkli ibarələrə meyl göstərdiyi halda, 
Haqvərdiyev canlı xalq dilini üstün tutur, cəsarətlə təbliğ edirdi. 
Yeknəsəklik, yoruculuq Haqvərdiyevin hekayələrinə yaddır. 
Onun ifadə, nağıl, söyləmə üsulu müxtəlif və əlvandır. Məsələn, 
"Şeyx  Şəban" hekayəsində  qəhrəmana xasiyyətnamə  vərən belə 
bir təsvir var: 
"Şeyx  Şəbanın atası başmaqçı idi. Özü də bir neçə müddət 
atasının dükanında başmaqçılıq edib axırda peşəsini unutdu. Bir 
neçə avara yoldaş tapıb, qurşandı cahıllığa. 
- Toylarda hamıdan yaxşı oynayan kim idi? 
- Başmaqçı oğlu Şəban! 
Qumarbazlar arasında ürəkli aşıq atan kim idi? 
- Başmaqçı oğlu Şəban! 
Şəhər cavanları arasında hamından iyid sayılan kim idi. 
- Başmaqçı oğlu Şəban!"
1
 
Burada xitab, sual, mükalimə, haşiyə, xatirə və başqa bir neçə 
ifadə tərzindən faydalanan ədib söyləməni elə şirin aparır ki, az 
qala hər cümlədə bədii əda dəyişir, lövhə bütün rənğ və rayihəsi 
ilə canlanır. 
Ədib bəzi ifadələrində  məcazi sözlərdən, sözün müxtəlif 
mənalarından faydalanaraq dərin ictimai fikir söyləyir. "Ayın 
şahidliyi" hekayəsində kəndin gecəsi belə təsvir edilir: 
"Düzlərdə  əkilmiş taxıl, nəsimin qabağında o yan bu yana 
yatıb dərya tək mövcilənirdi və dolu sünbüllər məzlum-məzlum 
başlarını  aşağı salıb, qətlinə  fərman vərilmiş müqəssirlər tək 
cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər 
başlarını yuxarı qalxızıb qürur ilə 
 
                                                 
1
 Ə.Haqverdiyev. Əsərləri, III c, Bakı, 1941, səh.230. 
 

 
128
sairlərinə baxırdılar. Amma səhv edirdilər. Onlar da cəllad 
əlindən qurtara bilməyəcəkdilər. Aricaq dolu baş, boş başdan 
artıq kəsiləcəkdi...".
1
 
Yenə orada deyilir: 
"Kənd yatmışdı... qəflətən kəndin ayağında bir xoruz banladı. 
O saat fikrimə  gəldi ki, yəqin sabah bu xoruzun bivaxt 
banlamasına görə başı cəllad əlində gedəcək. Əlbəttə bir yerdə ki, 
camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı 
gərək kəsilsin".
2
 
Bu təsvirlərdə, haqqında danışılan sünbül də, boş  və ya dolu 
baş da, cəllad da, vaxtsız səs salan xoruz da, yatanlar da, gecə də 
ikimənalıdır və oxucu bilir ki, nəyə işarədir. 
Azərbaycan bədii nəsrində Haqvərdiyevin sayca az, sambalca 
güclü olan hekayələrinə haqlı olaraq klassik nümunələr kimi 
baxılır. Bu əsərlərdə xalq dilinin canlı, orijinal xüsusiyyətləri 
həmişə aşkar görünür və hörmətlə qarşılanır. 
Ə.Haqvərdiyev öz həyatında və məişətində də öz vəziyyətinə, 
yaradıcılıq  ənənələrinə sadiq adam idi. Onun yaradıcılığı  əməli 
fəaliyyətini,  əməli fəaliyyəti isə yaradıcılığını tamamlayırdı. 
Bunun özü sənətkarın səmimiyyətini göstərən  ən böyük 
əlamətdir. 
Ə.Haqvərdiyev də, Mirzə  Cəlil kimi tənqidi realizm 
məktəbinə  mənsubdur, bu məktəbin böyük nümayəndələrindən 
biridir. Ancaq onun üslubu mürəkkəb, mübarizəli və çətin yol ilə 
inkişaf etmişdir. Onu yaddan çıxarmayaq ki, ədib özü mülkədar 
ailəsində böyüyüb tərbiyə alsa da, şüurunun müəyyənləşdiyi ilk 
günlərdən etibarən mülkədar həyatına, bu həyatın durğun, sönük 
və köhnə zövqünə qarşı  çıxmışdır. Bu, ədibin üz-üzə  gəldiyi 
birinci ziddiyyət idi. 
 
                                                 
1
Ə.Haqverdiyev. Əsərləri, III c, Bakı, 1941, səh.20. 
2
 Yenə orada. 

 
129
İlk dövrdə yazdığı faciələr bu ziddiyyətin təsvirlərindən, 
feodal xanimanlarının məhvinə  səbəb olan amillərin 
göstərilməsindən ibarət idi ("Dağılan tifaq", "Bəxtsiz cavan", 
"Ağa Məhəmməd şah Qacar"). 
Buradakı realizm bəlkə də janrın
 
tələbinə müvafiq olaraq, bir 
qədər "yüksək" ahəng almışdır. Müəllif hadisələri, Mirzə  Cəlil 
üslubunda olduğu kimi sakit, soyuqqanlı,  əks etdirməmişdir. 
Müəllifin rəyi, tərəfkeşliyi, hətta odlu ehtirası  dərhal nəzərə 
çarpır. Bəzən qəhrəmanlar bilavasitə müəllifi təmsil edir, onun 
fikirlərini açıq təbliğ edirlər (Fərhad -"Bəxtsiz cavan"da). Bu 
ehtiras, ədibin realizmindəki daxili gücü, duyğu və fikirlərin necə 
maddi qüvvəyə çevrilib cəmiyyəti dəyişmək üçün 
istiqamətləndiyini göstərir. Bu ehtiras şəxsi olmaqla, həm də 
ictimaidir. Bu ehtiras sönməzdir və müsbət qəhrəmanların  ən 
səciyyəvi cəhətidir. 
Bəzi  ədəbiyyatçılar,  ədibin faciələrindəki bu xüsusiyyəti 
nəzərə alaraq, Haqvərdiyevin üslubunu Şekspir üslubu ilə 
müqayisəyə çalışırlar. Bizcə belə müqayisəyə ehtiyac yoxdur. 
Ədibin sonrakı  əsərləri göstərdi ki, o, realizmin başqa tərəfini, 
sakit həyat və məişət tərəfini daha çox və daha müvəffəqiyyətlə 
əks etdirir. 
Buna görə  də Haqvərdiyevin dramlarında dəhşətli hadisələr 
yox, insanın hiss və  həyəcanları, ruhi həyatı üstündür. Əhvalat 
macəralar, intizarlar, gözlənilməz hallarla yox, qanuni, məntiqi, 
həyati dəlil və ziddiyyətlər yolu ilə, bəzən də uzun didaktiki 
söhbətlər, nəsihətlər yolu ilə inkişaf edir. 
Ə.Haqvərdiyev müəllim ruhlu, tərbiyə  vərməyi sevən  əxlaq 
üzərində çox düşünən yazıçıdır. Yaşadığı mühitin, o zamankı 
həyatın dərinlərinə vardıqca, qüvvətli müşahidəsini davam 
etdirdikcə, yalnız Azərbaycan deyil, bütün islam Şərqi ilə tanış 
olduqca məktəbə, tərbiyəyə, ümumən  əxlaqi vərdişlərin islah və 
inkişafına olan ehtiyacın kəskinliyini duyurdu. Buna görə  də 
əsərlərində məktəb, maarif, elm, mədəniyyət 

 
130
məsələlərinə  əsas yer verirdi. Haqvərdiyevin tənqidi çox güclü 
idi.  Ədibin realist qələmi köhnə dünyaya, köhnə  məişətə qarşı 
çevriləndə  hədd-hüdud bilmirdi. Məişətdən siyasətə, adi 
məsələlərdən cahanşümul tarixi hadisələrə  qədər hər yerdə, hər 
şeydə Haqvərdiyev zülm və mövhumat dünyasının qara kabusunu 
görür və bu kabusu dağıdırdı. Bu yolda tənqidi gülüş, istehza, acı 
qəhqəhələr ədibin kəsərli silahı idi. 
Avam, sadəlövh, eyni zamanda məsum, sədaqətli arvadını 
aldadıb "qiraət öyrənmək" adına aşnası Nataşanın yanına gedən 
və üstəlik "müctəhid" adına yazıq arvadına hazırlatdığı plovu 
götürüb kef məclisinə aparan "Maşaduşka"nı (Məşədini) 
xatırlayın ("Qiraət"). Bu əhvalat bir təsadüf deyil, zahirdə ailə 
qüdsiyyətindən, müsəlmanlıqdan danışan,  əslində isə  ən alçaq, 
pozğun həyat yaşayan "məşədi"lərin adətidir. Onlar bu yolda 
sümük sındırıb, "zövq" sahibi olublar. Məşədi Qulam özü bunu 
etiraf edir: 
"Allah kəssin müsəlmanın evini, eşiyini, dirliyini, səliqəsini! 
Gözəl xörəkləri ortalığa bir sifətdə  çıxarırlar ki, adamın ürəyi 
ağzına gəlir. Qab çirkli, sürfə bir halətdə ki, itin üstünə atsan 
qudurub qaçar. Qaşıqlar sınıq, iki ildən yuyulmamış əl dəsmalı... 
Tfu! Gedirsən Nataşanın evinə, süfrə qardan ağ, çəngəl biçaqın 
şəfəqindən göz qamaşır. Guya indicə fabrikdən çıxıb. Ağ libaslı, 
ağ döşlüklü qulluqçu gözəl səliqə ilə xörəyi ortalığa çıxarır. 
Nataşa özü paltarlarının  ən lətifini geyib, gəlib  əyləşir ustolun 
başında:  əl patiska ağı, sifət ay parçası, tüklərinin qoxusundan 
adam bihuş olur... Di gəl, arvad ölmüş  hər nə yarar paltarı var 
geyir toya, hamama, yasa gedir. Evdə  də adamın qabağında 
türkmən dilənçisi kimi dolanır. Üst-başından bozbaş iyi gəlir... 
Xülasə, hər kəsin aşnası yoxdur, canının rahatlığı yoxdur..."
1
  
                                                 
1
 Ə.Haqverdiyev. Əsərləri, III c, Bakı, 1941, səh.165. 
 

 
131
Acından həkimliyə başlayan, kəndlilərin başına saqqız 
yapışdıran fırıldaqçılar ("Acından təbib"), çeşməyini itirən və 
bunu dildən-dilə salıb dastan edən mahmudbəylər ("Çeşmək"), 
"ucuz düşsün" deyə xəstə dişi ilə birlikdə saf dişini çəkdirən hacı 
rüstəmlər ("Diş  ağrısı") çox yemək yarışına girişən və qarın 
ağrısından ölən axundlar, xanlar ("Yeni təbabət") hamısı köhnə 
dünyanın  əlvan mənzərəsini vərən surətlərdir.  Ədibin kəskin və 
təbii sənət boyaları bu adamları, onların mühitini elə canlı 
etmişdir ki, biz heç bir zaman onları unutmuruq, gözümüzlə 
görmüş, o hadisələrin şahidi olmuş kimi xatırımızda saxlayırıq. 
Ə.Haqvərdiyev dramaturgiyada olduğu kimi, bədii nəsrdə  də 
mükəmməl və yeni realist üslub sahibidir. Onun 
mükalimələrindəki təbiilik, canlılıq və  şirinlik bütün oxuculara 
məlumdur. "Privstav və  oğru" adlı kiçik hekayədə  ədib bir üsul 
işlətmişdir.  Əhvalatı iki adamın, qabaq-qabağa danışması ilə 
inkişaf etdirmişdir. Mükalimə o qədər müxtəsər, dinamik və 
mənalı qurulmuşdur ki, iki sətir söz arxasında, inkişaf edən 
hadisələrin uzun bir mərhələsi verilir. Ədib çox şeyi açıq demir, 
bir işarə ilə ifadə edir. Ancaq bu işarənin özü əhvalatın 
inkişafında məzmunu və məqsədi açan bir mərhələ təşkil edir. 
"Mirzə Səfər" hekayəsində belə bir mükalimə vardır: 
" - Mirzə, mənim kağızımı mümkünsə tez yaz aparım. 
- Dayan, bu saat yazaram, əlimdə özgə iş var. 
- Bilirsiniz, mən Həsən ağanın qohumuyam. Mirzə  qələmi 
əlindən buraxıb, kişinin gözlərinin içinə baxdı: 
- Doğrudan Həsən ağanın qohumusan? 
- Doğrudan. 
- Sən allah, Həsən ağanın qohumusan? 
- Vallah, doğru deyirəm... 
- Degilən sən öl, Həsən ağanın adamıyam. 
- Sən öl, Həsən ağanın adamıyam. 

 
132
- Bes elə isə gəl min mənim boynuma."
1
 
Mirzə  Səfər çox ustalıqla və  həm də hirslə öz qarşısındakına 
gülür və onun özgə kölgəsində yatmasını və başqalarını da bu ad 
ilə qorxutmaq istədiyini lağa qoyur. "Həsən ağanın adamı" öz 
hesabını aparır, camaat yanında qızarır, dediyinə peşiman olur. 
XX  əsr Azərbaycan realistlərinin  əsərlərində  ən çox köhnə 
həyatın mənfi tərəfləri, cəmiyyət quruluşunun nöqsanları, pis 
adamlar, pis xüsusiyyətlər göstərilir. 
Haqvərdiyev yaradıcılığında da belədir. Ancaq Haqvərdiyev 
keçmiş həyatı satiraya tutanda müsbət cəhətləri, əmək adamlarını, 
cəmiyyətin inkişaf meyllərini, gələcəyi göstərməyi də 
unutmamışdır. 
"Qoca tarzən" adlı hekayədə bir müəllimlə şagirdləri arasında 
məhəbbət və ehtiram hissi gözəl ifadə olunmuşdur. Burada həm 
keçmiş, həm gələcək vardır. Müəllim son nəfəsində ancaq bir 
müqəddəs arzu ilə yaşayır. O düşünür ki, "mən dünyada nə qoyub 
gedirəm". Buna görə də şagirdlərini başına yığır, sevdiyi havaları 
çalmağı xahiş edir. Rast muğamının təsiri ilə qoca tarçı artıq 
həsrətlə ölmür. Şagirdlərinin simasında o özünün gələcəkdə  də 
yaşayacağını düşünür, sənətin  əbədiliyinə inanır, öz əməyinin 
məhsuluna sevinir, bu sevinc və arxayınlıq hissi ilə  həyatdan 
ayrılır. 
Ə.Haqvərdiyevin realist üslubundakı gözəl xüsusiyyətlərdən 
biri də  şirin xalq yumorudur. Müdrik və  ağıllı fikirləri zarafat, 
gülüş vasitəsilə maraqlı formada ifadə etmək xalq danışıq dili 
üçün səciyyəvi cəhətdir. Azərbaycan xalq ədəbiyyatında tənqidi 
gülüş çox qüvvətlidir. 
Xalq idrakının bu cəhətini  ədibin hekayələrində  də  aşkar 
görürük. Bu gülüş, müəllifin müxtəlif macəralar vasitəsilə 
                                                 
1
 Ə.Haqverdiyev. Əsərləri, III c, Bakı, 1941, səh.261. 
 

 
133
doğurmaq istədiyi gülüş deyildir. Bu gülüş  əsərlərdə  təsvir 
olunan hadisələrdə, adamlarda, münasibətlərdədir. 
Bu cəhətdən "Bomba" hekayəsi daha maraqlıdır. Burada 
sadəlövh bir qaradovoy hökumət qulluğunda "mühüm xidmət 
göstərmək" xülyasına düşür. Rəisin hədəsindən qorxaraq "bomba 
tapmaq" istəyir, qarpız taylarından  şübhələnərək haray salır. 
Nəticədə yalan danos vərdiyi üçün qaradovoy işdən qovulmalı 
olur. Burada qaradovoyun həm gülünc və sadəlövh olması, həm 
də faciəsi, bədbəxtliyi meydana çıxır. 
Ə.Haqvərdiyevin dili də çox şirin, sadə  və milli koloritlidir. 
XX əsr ədiblərimiz arasında Mirzə Cəlildən sonra ən gözəl bədii 
dil Haqvərdiyevin dilidir. 
Ədibin dilindəki  əlvanlıq yalnız sözün, tərkibin sadə  və 
gözəlliyi ilə  məhdudlaşmır. Bu, həm də ifadənin, cümlənin 
xüsusi, müxtəlif formalarda qurulmasında görünür. O, təsvir və 
xasiyyətnaməni eyni qəlib halına düşmüş cümlələrlə başlamır. O, 
el məsəlindən, tipin öz ifadəsindən, şeirdən, cürbəcür misallardan 
istifadə edir. Xalq danışıq dilinin zənginliklərini, canlı, şirin söz 
və ifadələri cürətlə yazıya gətirir.  Əbdürrəhimbəyi, müəyyən 
mənada, yeriyən Azərbaycan adlandırmaq olar. 
Ə.Haqvərdiyev çətin  şəraitdə yaradıcılığa başlamışdır. O 
zaman ki, molla və mövhumatçıların qılıncının dalı da, qabağı da 
kəsirdi; satiraya tutulan adamın özü (bəy, xan, ya yüzbaşı) sağ idi 
və hökumət başında idi. Buna etina etməyən Haqvərdiyev sənətin 
inkişaf və tərəqqisi yolunda əlindən gələni cəsarətlə edirdi. 
Ədib xatirələrində Qarabağda bir Hacıdan tamaşada geyinmək 
üçün paltar xahişinə getdiklərini söyləyir. Hacı  əvvəl bunları 
yaxşı qarşılamış, elə ki, səhnə, tamaşa sözlərini eşitmiş, hamını 
qovmuş, həyətdəkilərə him etmişdir ki, "Ay uşaqlar, iti açın 
buraxın bunların üstünə". "Bəxtsiz cavan" Şuşada 

 
134
oynanandan sonra Qarabağ  bəyləri Haqvərdiyevi həmişəlik 
baykot etmişdilər. 
Ə.Haqvərdiyev ictimai məslək sahibi idi, uzaqgörən adam idi. 
Qoca vaxtında, yaradıcılığının son dövründə də ədib böyük enerji 
ilə çalışırdı. 
Ə.Haqvərdiyev on il Bakı Dövlət Univуrsitetində  dərs 
demişdir. Gənclərdə incə  ədəbi zövqün yüksəlməsinə, tarixə, 
ədəbiyyata,  ədib və  şairlərə  məhəbbət və hörmət hissinin 
artmasına səy etmişdir. Uzun müddət Azərbaycanı Öyrənən 
Cəmiyyətin rəhbərliyində olmuşdur. Onun elm sahəsində 
çalışmasını  nəzərə alaraq SSRİ Elmlər Akademiyası 
Ölkəşünaslıq Bürosu Haqvərdiyevi müxbir üzv seçmişdi. 
Ə.Haqvərdiyevin  ədəbiyyata, dilə, teatra aid bir sıra qiymətli 
məqalələri vardır. 

 
135
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin