AZƏrbaycanda insan hüquqlarina daiR 2014-CÜ İl hesabati



Yüklə 492,93 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix14.01.2017
ölçüsü492,93 Kb.
#5117
1   2   3   4   5   6

c. Din Azadlığı 

 

 

www.state.gov/religiousfreedomreport/ 



linkindən Dövlət Departamentinin 

Beynəlxalq Dini Azadlıq Hesabatına Nəzər salın.     

 

 



d. Hərəkət Azadlığı, Məcburi Köçkünlər, Qaçqınların və Vətəndaşlığı olmayan 

Şəxslərin Müdafiəsi  

 

 



Qanun ölkə daxili hərəkət, xaricə səyahət, emiqrasiya və repatriasiya ilə bağlı 

azadlıq təmin etmiş olsa da, hökumət bəzi hallarda xüsusən istintaqa cəlb 

olunmuş vətəndaş cəmiyyəti fəalları olmaqla, hərəkət azadlığını 

məhdudlaşdırmışdır. 

 

 

Hökumət məcburi köçkünlər, qaçqınlar, geri qayıdan qaçqınlar, sığınacaq 



axtaranlar, vətəndaşlığı olmayan şəxslərin və digər əlaqədar şəxslərin müdafiə 

olunması və onlara yardımların təmin edilməsində BMT-nin Qaçqınlar üzrə Ali 

Komissarlığı (BTM QAK) və digər humanitar təşkilatlarla əməkdaşlıq etmişdir. 

Dövlət Miqrasiya Xidməti qaçqınların statusunun təyin edilməsi daxil olmaqla, 

qaçqınlarla bağlı bütün məsələlərə görə cavabdehlik daşımışdır. Beynəlxalq QHT-

lər bu xidmətin səmərəsiz olaraq qaldığını və şəffaf şəkildə fəaliyyət göstərmədiyini 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

bildirməkdə davam etmişlər.   



 

 

Xaricə səyahət: Əvvəlki illərdən fərqli olaraq hakimiyyət orqanları daha çox sayda 



vətəndaş  cəmiyyəti  fəallarının  ölkədən  kənara  çıxmasının  qarşısını  almışlar. 

Məsələn, 28 aprel tarixində səlahiyyətli orqanlar Sülh və Demokratiya İnstitutunun 

Direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusovun konfransda iştirak 

etmək  üçün  Bruselə  getmələrini  qadağan  etmiş  və  pasportlarını  alaraq  onları  24 

saat  saxlamışdır.  Hakimiyyət  orqanları  bu  qadağanı  casusluqda  ittiham  olunan 

jurnalist  Rauf  Mirqədirovun  istintaq  işi  ilə  əlaqəli  olduğunu  bildirmişlər. 

Hakimiyyət  orqanları  həmçinin  avqustun  2-də  həbs  edilməsindən  öncə  İnsan 

Hüquqları Klubunun sərdi Rəsul Cəfərovun da ölkə ərazisindən kənara çıxmasına 

qadağa qoymuşlar.     

5 avqust tarixində hakimiyyət orqanları tanınmış fəal və Reportyorların Azadlığı və 

Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynovun Türkiyədə tibbi müalicə 

alması üçün səfər etməsinə icazə verməmişlər.   

3 sentyabr tarixində səlahiyyətli orqanlar həmçinin gənc fəal və ikili ABŞ və 

Azərbaycan vətəndaşlığı olan Səid Nurinin ölkədən kənara çıxmasına mane 

olmuş, 11 sentyabr tarixində isə ona ölkəni tərk etməyə icazə verilmişdir. 10 

noyabr tarixində bloqqer Mehman Hüseynovun ATƏT-in konfransında iştirak 

etməsi üçün ölkəni tərk etməsinə icazə verilməmişdir. Noyabr ayında rəhbər 

orqanlar tədqiqatçı jurnalist Xədicə İsmayılovanın Helsinki Komissiyasının 

dinləmələrində şahidlik etməsi üçün ölkə xaricinə səfər etməsini qadağan etmişlər. 

 

 



Hökumət 2006-cı ildən bəri pasportunu yeniləməkdən imtina etməklə Xalq Cəbhəsi 

Partiyasının sədri Əli Kərimlinin xaricə səfərlərinin qarşısını almışdır. Bu imtinanın 

zəmini kimi hökumət 1994-cü ildən bəri ona qarşı həll olunmamış cinayət xarakterli 

şikayətin olduğunu göstərmişdir, hərçənd şikayət verildikdən sonra bir neçə halda 

heç bir etiraz olmadan Kərimlinin pasportu yenilənmişdir. Məhkəmə sisteminin 

bütün səviyyələri onun şikayətini geri çevirmişlər. 2009-cu ildə Kərimli şikayətini 

AİHM-yə təqdim etmiş və bununla bağlı ilin sonuna kimi dinləmə keçirilməmişdir.   

 

Hərbi çağırış yaşına çatmış kişilərin qanuna əsasən xaricə səfər etməzdən öncə hərbi 



qurumlarda qeydiyyatdan keçməsi tələb olunur. Ali təhsil almaq istəyən oğlanlar öz 

təhsillərini tamamlamaq üçün möhlət götürə bilərlər. Hərbi xidmətlə bağlı qanunda 

tələbələr və yaxud aspirantlarla bağlı möhlətlər göstərilməsə də, hərbi idarələr 

ümumi olaraq universitetdə qeydə alınma ilə bağlı illik olaraq sübutun təqdim 

edilməsi əsasında bu cür möhlətləri təmin etmişlər. Milli təhlükəsizlik 

məlumatlarına çıxışı olan bəzi hərbi işçilər üçün müəyyən səyahət məhdudiyyətləri 

müəyyən edilmişdir.  

Cinayət törətməkdə ittiham olunan və yaxud törətmiş və şərti töhmət cəzası alan 

şəxslərə də ölkədən kənara çıxmağa icazə verilməmişdir.  

 

Rəsmi hökumət siyasəti ilə etnik Erməni əsilli vətəndaşlara səyahət etmək imkanı 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

verilsə də, verilən məlumatlara görə aşağı instansiyalarda fəaliyyət göstərən 



məmurlar rüşvət istəmiş və yaxud pasport üçün müraciət edən ermənilərə 

incitmişdir.  

 

Məcburi Köçkünlər  

 

 



İlin birinci yarısı üçün BMT QAK ölkədə 161 560 ailəni təmsil edən 622 892 

məcburi köçkünün olması ilə bağlı hesabat vermişdir. Bunların da böyük 

əksəriyyəti Dağlıq Qarabağ konflikti nəticəsində 1988-ci və 1993-cü illər ərzində 

öz evlərini məcburi şəkildə tərk etməli olmuşlar.  

 

 

İlkin olaraq məcburi köçkünlərdən yaşayış yerlərini səlahiyyətli orqanlarda 



qeydiyyatdan keçirmələri tələb olunurdu və onlar yalnız təsdiq edilmiş ərazilərdə 

yaşaya bilərdilər. Sovet İttifaqının dağılmasından sonra rəsmi olaraq dayandırılan 

bu “propiska” qeydiyyat sistemi əsas etibarilə separatistlərin Dağlıq Qarabağ və 

Azərbaycanın digər yeddi rayonu üzərində nəzarəti ələ almalarından sonra evlərini 

tərk etməyə məcbur olan şəxslərə qarşı tətbiq olunurdu. Hökumət bunu onunla 

əsaslandırır ki qeydiyyat məcburi köçkünlərə yardım göstərilməsi məqsədi ilə 

onların izini itirməmək üçün lazım olmuşdur. 

 

 



Məcburi Köçkünlərin Monitorinq Mərkəzinin verdiyi məlumata əsasən Bakıda 

məskunlaşmış məcburi köçkünlərin əksər hissəsi yaşayış yerində qeydiyyatdan 

keçə bilməmiş və yaxud rəsmi məşğulluq, hökumət yardımları, səhiyyə 

xidmətləri, təhsil və yaxud təqaüdlərdən yararlana bilməmiş və əmlak alan zaman 

çətinliklə üzləşmişlər. 

 

 



Kifayət qədər məcburi köçkün həddən çox sayda insanın yaşadığı kollektiv 

mərkəzlərdə yaşamağa davam edir ki, bu yerlərdə onlar məhdud məşğulluq 

imkanları və yoxsulluğun yüksək səviyyəsi nəticəsində cəmiyyətdən kənar 

qalmışlar. Qanun tələb edir ki, məcburi köçkünlər yaşadıqları rayonlarda 

qeydiyyatdan keçməlidirlər və qeydiyyatda məcburi köçkün statusunun alınması 

zəruridir. Məcburi köçkünlərin yaşadığı müvəqqəti qeydiyyat ölkə daxilində 

miqrasiyanı məhdudlaşdırmır.       

 

 



Hökumətdən verilən məlumata əsasən il ərzində məcburi köçkünlərə yardım 

məqsədi ilə 630 milyon manat (787, 5milyon ABŞ dolları) ayrılmışdır. BMT QAK-

dan bildirilmişdir ki, il ərzində hökumət 4450 ailəni evlə təmin etmişdir ki, bunlar 

da təxminən 22000 adamı əhatə edir. Mənzillər ilkin olaraq Abşeron və Mingəçevir 

rayonlarında təmin edilmişdir. 

 

 



Qaçqınların Müdafiə olunması  

 

 



Sığınacaq əldə etmə imkanı:  Qanun sığınacağın təmin edilməsi və yaxud qaçqın 

Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

statusunun verilməsinə imkan verir və hökumət Dövlət Miqrasiya Xidmətində 



Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi vasitəsilə bəzi qaçqınların 

müdafiəsini təmin etmək üçün sistem yaratmışdır. BMT QAK müəyyən 

irəliləyişlərin olduğunu qeyd etsə də, ölkədəki qaçqın statusunu müəyyən edən 

sistem beynəlxalq standartları qarşılamır.      

 

 

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə il ərzində ailə üzvləri daxil 



olmaqla, 399 nəfərin adından qaçqın statusunun alınması üçün 202 nəfər şəxs 

müraciət etmişdir.  

 

 

BMT  QAK  ilin  sonu  olaraq  ölkədə  1667  nəfəri  (BMT  QAK-ın  mandatı  ilə 



tanınan qaçqınlar, sığınacaq axtaranlar və mandat altına düşən şəxslər)  tanımış 

və onları BMT QAK-ın müdafiə məktubları ilə təmin etmişdir.    

 

Mənbə/Tranzit Ölkənin Təhlükəsizliyi:  BMT QAK-ın verdiyi məlumata əsasən, 



ölkə Çeçenistanda baş vermiş konfliktlə əlaqədar olaraq oradan köçmək istəyən 

Rusiya vətəndaşlarına milli sığınacaq prosedurlarından istifadə etməyə imkan 

verməmişdir. Bununla belə, BMT QAK qeyd etmişdir ki, ölkə Çeçenistandan olan 

sığınacaq axtaran şəxslərə qarşı tolerantlıq nümayiş etdirmiş və onlara müdafiə və 

humanitar yardımların təmin edilməsində BMT QAK-ın rolunu qəbul etmişdir.   

 

Əsas Xidmətlərdən İstifadə İmkanı:  Ölkədə hesablamaya əsasən 1000 nəfər 



qaçqının sosial xidmətlərdən istifadə imkanı yoxdur. 

 

 



Vətəndaşlığı olmayan şəxslər  

 

 



Uşaqlar doğulduqları ölkənin və yaxud valideynlərinin vətəndaşlığını 

götürürlər. Qanun vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq üçün müraciət 

etmək hüququnun olduğunu irəli sürsə də, bəzi şəxslər bu müraciət üçün tələb 

olunan sənədləri əldə edə bilməmiş və buna görə də rəsmi olaraq statusları 

tanınmamışdır. Vətəndaşlıqla bağlı qanun əcnəbilər və vətəndaşlığı olmayan 

şəxslərin vətəndaşlıq almasını çətinləşdirir.   

 

 

BMT QAK-dan verilən məlumatlara əsasən ölkədə 2009-cu ildə aparılmış milli 



siyahıya alma prosesində 3585 nəfər özünü vətəndaşlığı olmayan kimi təqdim 

etmişdir. Dövlət Miqrasiya Xidmətindən bildirilmişdir ki, 375 nəfər vətəndaşlığı 

olmayan şəxs vətəndaşlıq almaq üçün müraciət etmişdir. Dövlət Miqrasiya 

Xidməti 96 nəfər vətəndaşlığı olmayan şəxsə vətəndaşlıq vermiş, 83 nəfərə 

müvəqqəti yaşamaq üçün icazə, 50 nəfərə daimi yaşamaq üçün icazə və bir 

vətəndaşlığı olmayan şəxsə isə işləmək üçün icazə təqdim etmişdir. Vətəndaşlığı 

olmayan şəxslərin böyük əksəriyyəti Gürcüstan və yaxud İrandan olan etnik 

Azərbaycanlılar olmuşdur. QHT-lər əmindirlər ki, sənədsiz vətəndaşlığı 

olmayan şəxslərin sayı çoxdur və bu rəqəm yüz nəfərdən on min nəfərə kimi 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

dəyərləndirilir.   



 

 

Əsas etibarilə vətəndaşlığı olmayan şəxslər hərəkət azadlığı hüququndan istifadə 



edə bilmişlər. Qanunla vətəndaşlığı olmayan şəxslərə tibbi xidmətlər və 

məşğulluq kimi ilkin hüquqlardan istifadə imkanları sərgilənir. Buna 

baxmayaraq bəzi hallarda vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunun 

olmaması onların bu hüquqlardan istifadələrinə maneələr yaratmışdır.  

 

 

Bölmə 3. Siyasi Hüquqlara Hörmət: Vətəndaşların öz Hökumətlərini Dəyişmək 



Hüququ   

 

 



Konstitusiyada vətəndaşlara azad və ədalətli seçki yolu ilə öz hökumətlərini dəyişmək 

imkanı tanınsa da, hökumət seçki prosesinə müdaxilə etməklə bu imkanı 

məhdudlaşdırmağa davam etmişdir. Qanun müstəqil parlamentin olması üçün zəmin 

yaratmış olsa da, Milli Məclisin müstəqil fəaliyyəti məhdudlaşdırılmış və onun icraçı 

orqandan müstəqil şəkildə qanunvericilik təşəbbüsü az olmuşdur.  

 

Seçkilər və Siyasi Həyatda İştirak  

 

 

Son Seçkilər:  2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkiləri beynəlxalq 



standartları qarşılamamışdır. ATƏT-in Demokratik Institutlar və İnsan Hüquqları 

Bürosu və ATƏT-in Parlament Assambleyasının 2013-cü ilin oktyabr ayında ilkin 

aşkar edilmiş faktlar və seçkinin nəticələri ilə bağlı müştərək bəyanatlarında ölkənin 

ATƏT qarşısında olan öhdəliklərini tam şəkildə qarşılaması üçün tələb olunan ciddi 

çatışmazlıqlar vurğulanmışdır. Seçki günündə ATƏT/DİİHB müşahidəçiləri seçki 

qutusunun doldurulması, müşahidə edilmiş seçki məntəqələrinin 58 faizində səslərin 

sayılması ilə bağlı ciddi problemlər və qəbul edilmiş səslərin sayını qeydə ala 

bilməmək kimi prosedurla bağlı qanun pozuntularını müşahidə etmişlər. Seçki 

günündən öncə ATƏT/ DİİHB –dən verilən məlumata əsasən hökumət siyasi mühiti 

sıxışdırmışdır ki, bu da azad və ədalətli seçki rəqabəti üçün zəruri olan yığışma, 

birləşmə və ifadə azadlıqları kimi əsas azadlıqları məhdudlaşdırmışdır.  Hakimiyyət 

orqanları müntəzəm olaraq mətbuat və vətəndaş cəmiyyətinə müdaxilələr etmiş, 23 

günlük kampaniya ərzində bəzən və yaxud ondan öncə müəyyən hallarda güc tətbiq 

etməklə dinc aksiyaları və mitinqləri pozmuş və bir çox sayda müxalif və gənc 

fəalları həbs etmişdir. Nə seçki administrasiyası, nə də məhkəmə orqanları 

şikayətlərlə bağlı effektiv həll yolu təmin etməmişdir. Seçki Monitorinq və 

Demokratik Araşdırmalar Mərkəzi (SMDAM) kimi etibarlı QHT-lər oxşar 

çatışmazlıqlarla bağlı məlumat vermişlər.         

 

SMDAM-ın verdiyi məlumata əsasən 2013-cü ilin oktyabr ayında seçkidən sonra 



şikayətlərə baxılması prosesində Mərkəzi Seçki Komissiyasının bir üzvü istisna 

olmaqla məhkəmə və digərləri lazımi qaydada iştirak etməmişdir.  SMDAM 

həmçinin müşahidə etmişdir ki, Konstitusiya Məhkəməsi seçkidən sonrakı 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

araşdırmaların tamamlanması üçün təyin olunmuş son tarixdən dörd gün öncə 



seçkinin nəticələrini qəbul etmişdir. ATƏT/ DİİHB özünün 2013-cü ilin dekabr 

ayında nəşr etdiyi yekun seçki hesabatında eyni qüsurların olduğunu 

vurğulamışdır.  

 

 



2013-cü ilin oktyabr ayının sonlarında SMDAM-ın seçki sonrası tənqidi 

hesabatının ardınca hakim orqanlar bu qrup və onun tərəfdaşı olan Beynəlxalq 

Könüllülər Kooperasiyası İctimai Birliyinə qarşı vergidən yayınma və digər 

ittihamlar əsasında cinayət işi açmışdır. Yerli və beynəlxalq insan hüquqları üzrə 

təşkilatlar iki SMDAM rəsmisinin, sədr Anar Məmmədli və icraçı direktor Bəşir 

Süleymanlının 26 may tarixində müvafiq olaraq beş il yarım və üç il yarım həbs 

cəzası almasını sadəcə təşkilatların düzgün seçki monitorinq hesabat təqdim 

etmələri ilə əlaqələndirmişlər (5-ci bölməyə nəzər salın).    

 

Hakimiyyət orqanları seçki kampaniyası ərzində bəzi konstruktiv addımlar 



atmışdır ki, bunlara müxalifətin vahid namizədi olan Cəmil Həsənlinin qeydiyyata 

alınması, müxalifətin kampaniya çərçivəsində bəzi mitinqlərinə icazələrin 

verilməsi, ATƏT/DİİHB-in seçkiyə müşahidə etmək üçün dəvət olunması qərarı 

və seçki üçün səmərəli texniki hazırlıq işləri daxildir. 

 

 

Siyasi Partiyalar və Siyasi Həyatda İştirak:  Qeydiyyatdan keçmiş partiyaların sayı 



50 olsa da, hakim Yeni Azərbaycan Partiyası siyasi sistemdə dominantlıq etməyə 

davam etmişdir. Yerli müşahidəçilər bildirmişlər ki, hakim partiyanın üzvü olmaq 

dövlət vəzifələrində üstünlüyün verilməsi kimi bir çox üstünlükləri təmin edir. 

Ölkənin müstəqillik əldə etməsindən sonra ilk dəfə Milli Məclisə 2010-cu il 

seçkilərindən sonra Müsavat və Xalq Cəbhəsi müxalifət partiyalarından heç kim 

daxil olmamışdır.   

 

Müxalifət nümayəndələri digər vətəndaşlarla müqayisədə rəsmi təzyiq və əsassız 



şəkildə həbs və nəzarət altında saxlanma hallarına daha çox məruz qalmışlar.  

Yerli QHT-lərin siyasi məhbuslarla bağlı müştərək siyahılarına əsasən bir çox 

sayda siyasi məhbus və məhkumlar müxalifət partiyası və yaxud hərəkatının 

üzvləri olmuşdur. Məsələn 13 yanvar tarixində rayon məhkəməsi Müsavat 

Partiyası sədrinin  müşaviri Yadigar Sadıqovu xuliqanlıqda ittiham edərək altı il 

həbs cəzası vermişdir. 22 iyul tarixində apelyasiya məhkəməsi bu qərarı dörd ilə 

azaltmışdır. Yerli media və QHT-lər bu ittihamları Sadıqovun regionda müxalif 

fəaliyyətləri və hökuməti tənqid etməsi ilə əlaqələndirmişlər. Həmçinin belə 

müşahidələr olmuşdur ki, aid olduqları partiyadan istefa vermələrinin əvəzində 

hakim orqanlar həbsdən daha erkən çıxarılma kimi təkliflərlə müxalifət partiyası 

üzvlərinə təzyiq göstərmişlər.   

 

 



Rayon partiya üzvləri çox zaman öz toplantılarının məqsədlərini gizlətmələri 

olmuş və onları uzaq yerlərdə keçirmişlər. Müxalifət partiyasının üzvləri 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

bildirmişlər ki, polis çox zaman çay evlərində kiçik toplantıları dağıtmış və 



iştirakçıları sorğulamaq üçün həbsə almışlar. Müxalifət partiyaları ofis yeri 

kirayələməkdə çətinlik çəkməyə davam etmişlər, verilən məlumatlara əsasən 

bunun səbəbi ofis sahibləri rəsmi olaraq cəzalanmaqdan qorxmalarıdır, bəzi 

partiyalar partiya liderinin mənzilindən fəaliyyət göstərmişlər. 3 mart tarixində 

baş verən partlayış nəticəsində Xalq Cəbhəsi Partiyasının ofisi dağıdılmışdır ki, 

partiyanın sədri Əli Kərimli hakim orqanları bilərəkdən partiyanı ofisindən 

çıxarmağa cəhd etməkdə günahlandırmışdır.    

 

 



Qadınların və Azlıqların İştirakı:  Milli Məclisdə 19 qadın fəaliyyət göstərir. Bir 

qadın nazir səviyyəsində vəzifəyə malik olmuşdur. Talışlar, Avarlar, Ruslar və 

Yəhudilər kimi azlıqların nümayəndələri də Milli Məclisdə və hökumətdə təmsil 

olunmuşlar. 

 

 

Bölmə 4. Korrupsiya və Hökumətdə Şəffaflığın Olmaması   



 

 

Qanun vəzifəli şəxslər tərəfindən korrupsiya hallarına görə cərimələr nəzərdə tutur, 



lakin hökumət bu qanunu səmərəli şəkildə tətbiq etmir və vəzifəli şəxslər çox 

zaman cəza almadan korrupsiya hallarına cəlb olunurlar. Aşağı səviyyədə 

korrupsiya halları ilə mübarizədə hökumət müəyyən irəliləyişlər əldə etsə də, 

yüksək səviyyədə korrupsiya problem olaraq qalmaqdadır. “Transparency 

İnternational” və digər müşahidəçilər korrupsiyanı il ərzində geniş yayılmış bir hal 

kimi təsvir etmişlər.  

 

Korrupsiya:  İqtisadiyyatın əksər qeyri-neft sektorlarında mövcud olan 



monopoliyaların əsas benefisiarlarının bəzi yüksək vəzifəli şəxslərin ailələrinin 

olması ilə bağlı məlumatlar gəlməkdə davam etmişdir. Bir neçə sayda yüksək 

rütbəli vəzifəli şəxsin ittiham edilməsinə baxmayaraq, rəhbər orqanlar il ərzində 

rüşvətxorluq və idarəçilikdə korrupsiyanın digər formaları ilə bağlı müəyyən 

cinayət işlərinə başlamışlar. Müstəsna hallardan biri kimi Hərbi Dəniz Qüvvələri, 

Vitse Admiral Şahin Sultanovun pulların mənimsənilməsi və saxtakarlıq 

ittihamları ilə 23 aprel tarixində nəzarət altında saxlanması ilə bağlı qərar verilmiş 

və o, mart ayında Prezident tərəfindən azadlığa buraxılmışdır. 25 dekabr tarixində 

hərbi məhkəmə onun nəzarət altında saxlanması qərarını ev həbsi ilə əvəz etmişdir.   

 

5 may tarixində korrupsiya ittihamı ilə verilmiş üç il həbs cəzasının altı ayını 



çəkdikdən sonra Bakı apelyasiya məhkəməsi parlamentin keçmiş üzvü Gülər 

Əhmədovanı şərti cəza ilə azadlığa buraxmış, onun üç dəfə parlamentə seçilmiş 

olması, sosial və siyasi fəaliyyətləri, sağlıq durumu, himayəsində az yaşlının 

olması və bu ittihamın onun ilk cinayət işi olması faktları əsas kimi göstərilmişdir. 

Əhmədovanın 2005-ci ildə parlamentdə yer üçün bir milyon dollar məbləğində 

rüşvət əldə etməyə cəhd etməsi kameraya çəkilmişdir.  

 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

Hökumətdə korrupsiya halları ilə mübarizə aparmaq istəyən bəzi insan haqları 



müdafiəçiləri və jurnalistlərinin hakimiyyət orqanlarının hədəfində olması ilə bağlı  

davamlı məlumatlar təqdim edilmişdir. Məsələn, insan hüquqları müdafiəçiləri 

tanınmış vəkil Əliabbas Rüstəmovun rüşvət alma ittihamı ilə nəzarət altında 

saxlanması halını əsas etibarilə onun həbsindən öncə hökumətin yüksək 

səviyyəsində korrupsiyaya qarşı prezidentə ictimai şəkildə müraciət etməsi ilə 

əlaqələndirirlər. 

 

 

Hüquq mühafizə işçiləri arasında korrupsiya problem olaraq qalmışdır, hərçənd ki 



yerli QHT-nin verdiyi məlumata əsasən yol polisləri az məbləğdə rüşvət almağa 

cəhd etmişlər. Əmək haqlarının aşağı olması polis səviyyəsində korrupsiya 

hallarının olmasına yol açmağa davam etmişdir.   

 

 



Daxili İşlər Nazirliyi məlumat vermişdir ki, ilin ilk doqquz ayı ərzində korrupsiya 

ilə bağlı 48 halla əlaqədar olaraq 78 işçisinə qarşı intizam tədbiri görmüş, 35 nəfəri 

təşkilatdan çıxarmış və 28 nəfəri öz vəzifəsindən kənarlaşdırmışdır. Bu halların heç 

birində hər hansı bir şəxs istintaqa cəlb olunmamışdır.    

 

 

Geniş yayılmış fikirlərdən biri də ondan ibarətdir ki, 18 yaşdan 35 yaşa kimi kişilər 



məcburi olan hərbi xidmətdən yayınmaq üçün rüşvət ödəyə bilər. Vətəndaşlar 

həmçinin əmindirlər ki, kiçik rüşvət ödənişləri ilə hərbçilər öz təyinatlarını sadə 

hərbi vəzifələrə dəyişə bilərlər.   

 

 



Prezident və prezident administrasiyası dövlət inzibatçılığının daha aşağı 

səviyyələrində korrupsiya hallarını azaltmaq məqsədi ilə əsaslı şəkildə 

ictimailəşdirilən proqramın icrasına davam etmişlər. Hökumət İctimai Xidmətlər və 

Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi olan altı “ASAN” xidmət mərkəzi 

yaratmışdır ki, bunlar da doğum şəhadətnamələri, evlilik haqda şəhadətnamələrinin 

verilməsi kimi doqquz nazirliyin təmin etdiyi dövlət xidmətlərinin göstərildiyi 

vahid mərkəz kimi fəaliyyət göstərir.  

 

 



Baş Prokurorluğun daxilində olan Korrupsiyaya qarşı Mübarizə İdarəsi il ərzində 

333 şəxsin məhkəməyə cəlb olunmasını ehtiva edən 206 işi qeydə almışdır. KMİ 

cinayət  halları  nəticəsində  əldə  edilmiş  gəlirlərin  geriyə  bərpa  olunmasına  səy 

göstərir, tövsiyələr verir və korrupsiyaya şərait yaradan halları aradan qaldırmaq 

üçün məcburi təlimatlar təqdim edir.     

 

 



Ədliyyə Nazirliyində, verilən məlumata əsasən, 68 işçiyə qarşı nizam intizam 

tədbiri götürülmüşdür. Səkkiz nəfər işdən çıxarılmış, 22 nəfərin vəzifəsi 

kiçildilmiş, 12 nəfərə xəbərdarlıq edilmiş və 26 nəfərə isə töhmət verilmişdir.   

 

 



Maliyyə Açıqlamaları:  Qanun tələb edir ki, vəzifəli şəxslər maliyyə vəziyyətləri ilə 

Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

bağlı hesabat təqdim etməlidirlər və seçki məcəlləsinə əsasən bütün namizədlər 



maliyyə hesabatlarını təqdim etməlidirlər. Hesabatların təqdim edilməsi prosesi 

mürəkkəbdir və qeyri-şəffafdır, burada Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, 

parlamentin şöbələri, Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası daxil olmaqla 

qəbul edicilər kimi təyin edilmiş bir neçə sayda agentlik və təşkilatlar daxildir, 

hərçənd ki onların monitorinq rolu düzgün anlaşılmır. Bu hesabatlar ictimaiyyət 

üçün açıq deyil. Qanun uyğunsuzluğa görə inzibati sanksiyalar irəli sürsə də, bu 

sanksiyalar tətbiq edilməmişdir.  

 

Qanun biznes təsisçilərinin adlarının və kapital sərmayələrinin məbləğinin ictimai 



olaraq açıqlanmasını qadağan edir. Tənqidçilər iddia edirlər ki, qanuna edilən 

dəyişikliklər jurnalistlərin hökumət rəsmilərinin biznes maraqlarını 

araşdırmalarını cilovlamaq cəhdidir və informasiyalara ictimaiyyətin çıxışını 

azalda bilər. 

 

İnformasiyanın ictimaiyyət üçün açıqlığı:  Qanunla fərdlər və təşkilatlara 



hökumətlə bağlı informasiyalara çıxış təmin edilsə də, hökumət çox zaman bu 

çıxışa icazə vermir. Nazirliklərdə məlumatların əldə edilməsi ilə bağlı 

prosedurların mövcud olması iddiaları önə sürülsə də, müxtəlif nazirliklər  bu cür 

informasiyaların  onlarda olmadığını bildirərək, müntəzəm olaraq bu cür 

müraciətlərdən imtina etmişlər. Fərdlər bu imtinalarla bağlı məhkəməyə şikayət 

etmək hüququna sahib olsalar da, məhkəmələr ümumilikdə nazirliklərin qərarını 

qüvvədə saxlayır. 

 

 



Yüklə 492,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin