AZƏrbaycanda insan hüquqlarina daiR 2014-CÜ İl hesabati


Həbs Prosedurları və Saxlanılan Şəxslərlə Davranış



Yüklə 492,93 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix14.01.2017
ölçüsü492,93 Kb.
#5117
1   2   3   4   5   6

Həbs Prosedurları və Saxlanılan Şəxslərlə Davranış  

 

 



Qanuna görə, saxlanılan, həbs edilən və ya cinayətdə ittiham olunan şəxslərə öz 

hüquqları barədə dərhal məlumat verilməli, həbs olunma səbəbləri açıqlanmalı və 

onlarla ədalətli şəkildə davranılmalıdır. Hökumət bu şərtlərə hər zaman riayət etmir. 

 

 



Aprel ayında parlament Cinayət Məcəlləsinə dəyişiklikləri qəbul etmişdir ki, 

bununla da order olmadan polis tərəfindən şəxsin saxlanılması və sorğu-suala 

çəkilməsi müddəti 48 saatdan 96 saata artırılmışdır. Hakimiyyət orqanları bəzən 

heç bir order olmadan şəxsləri bir neçə günlüyə saxlamış və hüquq ekspertləri 

təsdiq etmişdir ki, digər instansiyalarda hakimlər saxlanma hallarından sonra order 

vermişdir. Saxlanılanların dediyinə görə, onlara qarşı qaldırılan ittihamlar barədə 

dərhal məlumatlandırılmamışdır.  

 

 



Qanunvericilik saxlanma anından etibarən vəkildən istifadəyə icazə verir, lakin 

məlumatlara görə, hakim orqanlar həm siyasi səbəblərdən, həm də adi hallarda 

vəkillərin müştəriləri ilə görüşməsini rədd etmişdir. Bizim Yol-un müstəqil 

jurnalisti Pərviz Həşimlinin və insan hüquqları müdafiəçisi  Leyla Yunusun 

hüquqşünasları bildirmişdir ki, bəzən öz müştəriləri ilə görüşmək istəkləri rədd 

edilirdi. Xüsusilə də Bakıdan kənarda hüquqşünaslarla əlaqə saxlanılması zəif 

olmuşdur. Qanun hüquqi məsləhəti təmin etsə də, buna ehtiyacı olan saxlanılan 

şəxslər üçün belə bir imkan yaradılmamışdır. 

 

 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

Siyasi cəhətdən həssas və digər məsələlərdə şübhəli bilinən şəxslər bəzən bir neçə 



saat, bəzən də bir neçə gün polis tərəfindən təcrid edilmiş formada saxlanılmışdır. 

Məlumata görə, bir hadisə zamanı polis müxalifətçi fəal Fərəc Kərimovu 10 gün 

təcrid edilmiş formada saxlayaraq narkotik vasitələrlə bağlı ittihamları qəbul 

etməsi üçün ona qarşı fiziki güc tətbiq etmişdir. Kərimov Facebook-da hökuməti 

tənqid etməsi və müxalif Müsavat Partiyasında çalışmasına görə tanınır. 

Amnesty International (AI) Kərimovu və Fərəcin fəallığı səbəbindən ondan altı 

gün əvvəl həbs edilmiş qardaşı Siracı vicdan məhbusu hesab etmişdir (bax bölmə 

1.e.).  


 

 

Məhbusların ailə üzvlərinin dediyinə görə, səlahiyyətlilər xüsusilə də 



məhkəmədən öncəki saxlanma hallarında şəxslərlə görüşləri bəzən 

məhdudlaşdırmış və bəzən də saxlanılan şəxslər barədə məlumatları gizlətmişdir. 

Ailələrin saxlanılan qohumları barədə məlumat alması bəzən bir neçə gün 

çəkmişdir. Səlahiyyətli orqanlar bəzən şəxsləri polisə təslim olmağa vadar etmək 

üçün onların ailə üzvlərindən istifadə etmişdir. Məsələn, 2 avqust tarixində polis 

Facebook və müxalif Xalq Cəbhəsi Partiyasının fəalı Ruslan Nəsirlinin atasını 

tutmuş və Nəsirli səlahiyyətli orqanlara təslim olana qədər onu saxlamışdır. 

Formal prosessual sistem mövcuddur, lakin hakimlər il ərzində ondan 

istifadə etməmişdir.  

 

Əsassız həbs: Səlahiyyətli orqanlar polisə müqavimət göstərmək, narkotik 



maddələri və ya silahları qanunsuz saxlamaq və yaxud ictimai asayişi 

pozmaq kimi saxta ittihamlar əsasında əsassız həbslər etmişdir. Yerli QHT-

lər, Aİ və Human Rights Watch (HRW) kimi beynəlxalq qruplar əsas 

hüquqlarından istifadə etmiş şəxslərin həbsi ilə bağlı hökuməti tənqid edərək 

qeyd etmişdir ki, səlahiyyətli orqanların onlara qarşı ittihamları saxtadır. 

Polis xüsusən də öz söz azadlığından istifadəyə cəhd edən şəxsləri 

saxlamışdır. Məsələn, 24 yanvar tarixində polis Facebook fəalı və bloqqer 

Ömər Məmmədovu həbs etmiş və ardınca onu narkotik maddə saxlamaqda 

ittiham etmişdir. 4 iyulda o, beş il həbsxana həyatına məhkum edilmişdir. 

Vətəndaş cəmiyyəti fəalları və müstəqil mətbuat nümayəndələri 

Məmmədovun həbsini və məhkum olunmasını onun hakimiyyəti internetdə 

tənqid etməsi ilə əlaqələndiriblər. 

 

 

Nəzarət altında saxlama: Səlahiyyətli orqanlar şəxsləri 18 aya qədər nəzarət 



altında saxlamışdır. Baş Prokurorluq istintaqı başa çatdırana qədər qanunda yol 

verildiyi kimi, ardıcıl bir neçə ay olmaqla şərti üç aylıq saxlama müddətini 

müntəzəm olaraq uzatmışdır. Verilən məlumatlara görə, konsulların səfərlərindən 

başqa, səlahiyyətli orqanlar Bakıdakı səfirlik nümayəndələrinin 2009-cu ildən 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

etibarən nəzarət altında saxlanılan dustaqlara baş çəkməsinə icazə verməmişdir. 



 

Amnistiya: 26 may tarixində prezident 171 məhbusu əfv etmişdir. QHT-lər 

onlardan üçünün siyasi məhbus olduğunu hesab etmişdir. 17 oktyabr tarixində 

prezident dörd nəfərin siyasi məhbus hesab edildiyi və kütləvi iğtişaş yaratmaqda 

təqsirləndirilərək həbs edilmiş N!DA gənclər hərəkatının üzvü (Bəxtiyar Quliyev 

və Şahin Novruzlu), N!DA üzvü və Facebook fəalı (Elsevər Mürsəlli) və QHT 

rəhbəri Həsən Hüseynli olmaqla 84 məhbusu əfv etmişdir. QHT-lər bunlardan 

üçünün siyasi məhbus olduğunu hesab etmişdir. Məlumata görə, səlahiyyətlilər bu 

dörd nəfəri keçmiş “səhvlər”i üçün üzrxahlıq məktubu yazmağa məcbur etmişdir. 

29 dekabrda prezident siyasi məhbus hesab edilən 10 nəfər daxil olmaqla 87 nəfəri 

əfv etmişdir:  

N!DA fəalı Zaur Qurbanlı və Üzeyir Məmmədli, jurnalistlər Avaz Zeynallı və 

Sərdar Əlibəyli, insan hüquqları müdafiəçisi Qurban Məmmədov, məktəblərdə 

hicab geyinməyə qeyri-rəsmi qadağaya etiraz etmək üstündə həbs edilmiş üç şəxs 

və 2013-cü ilin yanvarında İsmayıllı etirazlarında iştirakına görə həbs edilmiş iki 

şəxs.   


 

 

e. Ədalətli və açıq məhkəmə prosesinin aparılmasından imtina  

 

 

Konstitusiya məhkəmə sisteminin müstəqil olduğunu təsbit etsə də, hakimlər 



müstəqil şəkildə fəaliyyət göstərmir. Məhkəmə sistemində rüşvətxorluq olmuş və 

sistem səmərəsiz olaraq qalmışdır. Əksər hökmlərin hüquqi əsası olmamış və 

məhkəmədə verilən ifadələrlə heç bir əlaqəsi olmamışdır. Məhkəmənin nəticələri 

adətən əvvəlcədən planlaşdırılmışdır.  

 

 

Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasına (MHŞ) nəzarət edir. MHŞ məhkəmə 



sisteminə namizədlərin seçilməsi üçün imtahanları təşkil edən və məhkəmə işçiləri 

üçün uzunmüddətli təlim və seçim prosesinə nəzarət edən məhkəmə komissiyasını 

(altı hakim, bir prokuror, bir vəkil, MHŞ nümayəndəsi, Ədliyyə Nazirliyinin 

nümayəndəsi və bir elm adamı) təyin edir.  

 

 

 



Müvafiq məlumatlara əsasən, hakim və prokurorlar xüsusən də beynəlxalq 

müşahidəçilərin marağında olan işlərdə Prezident Administrasiyası və Ədliyyə 

Nazirliyinin təlimatları ilə hərəkət etmişdir. Müvafiq məlumatlarda hakimlər 

ənənəvi olaraq rüşvət götürmüşdükləri qeyd edilir. 

 

 

Məhkəmə Prosedurları 



 

 

Dövlət, kommersiya və ya peşə sirləri yaxud məxfi, özəl və ya ailə məsələlərini 



nəzərdə tutan işlər istisna olmaqla qanun açıq məhkəmə işlərinin keçirilməsini 

təmin edir. Qanunda aşağıdakılar təmin edilir: cinayət hadisələrində təqsirsizlik 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

prezumpsiyası; ittihamlar barədə dərhal məlumat almaq hüququ; şahidlik 



ifadələrinə baxmaq, şahidlərlə üzləşmək və məhkəmədə ifadə vermək hüquqları; 

imkansız müttəhimlərin məhkəmənin təsdiq etdiyi vəkillərə olan hüquqları; 

müdafiəçinin müvafiq vaxt və avadanlıqlarla təmin olunma hüququ; şahidlik etmək 

və ya günahı boynuna almağa məcbur edilməmə hüququ və həm müttəhimlərin, 

həm də ittihamçıların apelyasiya şikayəti vermək hüququ. Səlahiyyətlilər bu 

müddəalara hər zaman riayət etmir. 

 

 

Hakimlər bəzən hökmləri açıq formada oxumur və ya verdiyi qərarların 



arxasında dayanan əsaslandırmanı vermir, hökmün əsaslandırılması barədə 

ittiham olunan şəxs məlumatsız qalır. 

 

 

İyun ayında parlament məhkəmə prosesində andlıların iştirakına icazə verən 



mövcud (lakin heç vaxt icra edilməyən) qanunverici müddəaları ləğv etdi. 

Hökumət bu ləğvi onunla əsaslandırdı ki, “Azərbaycan əhalisi” cinayət işlərinin 

hökmündə vətəndaşların iştirakına “hazır deyil”.  

 

 



Casusluq və satqınlıq ittihamları istisna olmaqla, xarici və yerli müşahidəçilərə 

ümumilikdə məhkəmə proseslərində iştirak etməyə icazə verilmişdir. Qeyri-

müvafiq oturacaqları ilə kiçik məhkəmə zallarından istifadə və prosesin başlanma 

tarixində son anda edilən dəyişikliklər əhalinin bəzi məhkəmə proseslərindəki 

iştirakını məhdudlaşdırmışdır. Xüsusilə də Ağır Cinayətlər Məhkəməsində 

müəyyən istisnalar olmasına baxmayaraq, məhkəmənin keçiriləcəyi tarix və yerlər 

haqqında məlumat ümumilikdə mövcud olmuşdur. 

 

 



Konstitusiya dövlət ittihamçısı ilə vəkillərə bərabər status versə də, təcrübədə dövlət 

ittihamçıları hüquqları baxımından müdafiə tərəfini üstələyir. Mülki işlərdə hakimlər 

“üzrlü səbəb” -dən vəkilləri işdən uzaqlaşdırmaq hüququna malikdirlər. Cinayət 

işləri üzrə məhkəmə prosesində isə maraqların toqquşması olarsa və ya cavabdeh 

vəkilin dəyişilməsini tələb edərsə, hakim vəkili işdən uzaqlaşdıra bilər. 

 

 



İnsan hüquqları müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevə qarşı cinayət 

işlərində səlahiyyətlilər bəzi hüquqşünasları müdafiə komandasından 

kənarlaşdırmaq üçün müxtəlif metodlardan istifadə etmişdir. Azad Avropa \ 

Azadlıq radioları (AA\AR) 26 dekabrda (bax bölmə 2.a.) bağlandıqdan və bu 

radioların işçilərinin sorğu-suala tutulmasına başlandıqdan sonra hakimiyyət yerli 

vəkilin bu işdə işçiləri təmsil etməsinə imkan verməmişdir.  

 

 

Qanun cinayət işlərində vəkillərin iştirakını dövlət nəzarətində olan Kollegiyanın 



(vəkillər kollegiyası) üzvlərinin təmsil olunması ilə məhdudlaşdırır. Həssas işləri 

qəbul etmək istəyən və qəbul etməyə qadir olan müdafiəçi hüquqşünasların sayı 

Kollegiyanın prezidiumu (təşkilatın idarəetmə bölməsi) daxil olmaqla hakimiyyətin 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

gördüyü bir sıra tədbirlər səbəbindən il ərzində getdikcə azalmışdır. Məsələn, 



dekabrın 10-da Kollegiya Leyla Yunusun işindən kənarlaşdırılan iki 

hüquqşünasdan biri olan müdafiəçi-vəkil Xalid Bağırovu vəkillik hüququndan 

məhrum etmişdir. İlqar Məmmədovun və Tofiq Yaqublunun məhkəməsində 

Bağırovun hökumət əleyhinə bəyanatlar verdiyini təsdiqləyərək Kollegiya onu 

peşəkar fəaliyyətdə nalayiq davranış nümayiş etdirməsində təqsirkar bilmişdir. 

Bağırov vəkillik hüququndan məhrum edildikdən sonra Bakı polis rəisinə böhtan 

atması ittihamları ilə əlaqədar 2011-ci ildə lisenziyası da alınmışdır.  İl ərzində 

görülən belə tədbirlərə məşhur hüquqşünaslar Əliabbas Rüstəmovun 28 iyunda və 

İntiqam Əliyevin 8 avqustda saxlanılması da aiddir.  Həmçinin hüquqşünaslara 

qarşı polis zorakılığının olması barədə məlumatlar da daxil olmuşdur. 

 

 

Paytaxtdan kənarda fəaliyyət göstərən Kollegiya hüquqşünaslarının sayı 



təqribən 25 faiz olmaqla nisbətən sabit qalmışdır.  

 

 



Konstitusiya qeyri-qanuni yolla əldə edilmiş dəlillərdən istifadəni qadağan edir; 

lakin təqsirləndirilən şəxslərdən bəziləri verdikləri ifadələrin zorakılıq yaxud 

işgəncə yolu ilə əldə edildiyini iddia etsələr də, bu cür sui-istifadə halı baş 

vermiş işlərin heç birinə xitam verilməmiş və sui-istifadə halının yol 

verilməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir. Hakimlər 

polislərin pis rəftarı barədə sikayətlərə əhəmiyyət belə verməmişlər. Bir qayda 

olaraq istintaq zamanı əsas diqqət təqsirləndirilən şəxslərə qarşı əsaslı dəlillərin 

araşdırılmasına deyil, etirafın əldə edilməsinə yönəldilir. Məhkəməyə verilən 

ciddi cinayətlər çox vaxt məhkum olunma ilə başa çatmışdır, belə ki, hakimlər 

yalnız minimum dəlil tələb etmiş və ittihamçılarla yaxından əməkdaşlıq etmişdir. 

 

 

Ağır Cinayətlər Məhkəməsi istisna olmaqla, konstitusiya müttəhimin tərcümə 



xidməti ilə təmin edilməsi hüququnu təsbit etsə də, məhkəmələr çox vaxt tərcüməçi 

təmin etməmişdir. Məhkəmələr dinləmələr zamanı dövlət büdcəsi çərçivəsində 

tərcüməçi cəlb etməlidir. 

 

Məhkəmə prosesinin hərfi stenoqramları olmamışdır. Bakıdakı yeni məhkəmələrin 



bəzisi məhkəmə prosesini audio qeydə alsa da, əksər şahid ifadələri, şifahi fikirlər 

və məhkəmə qərarları qeydə alınmamışdır. Bunun əvəzində, məhkəmə icraçısı qısa 

qeyd götürmüşdür.  

 

 



Ölkədə vətəndaş hüquqları üzrə hakimlərin olduğu hərbi məhkəmə sistemi 

mövcuddur. Hərbi məhkəmə müharibə və ya hərbi xidmətlə bağlı hər hansı iş 

üzərində birinci dərəcəli yurisdiksiyaya malikdir. 

 

 



Siyasi Məhbuslar və Saxlanılan Şəxslər  

 

 



Hökumət siyasi məhbusların olmadığını bəyan etsə də, yerli və beynəlxalq QHT-lər 

Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

bu cür halların olduğu barədə məlumat vermişdir. QHT-lərin 1 noyabr tarixinə olan 



məlumatına görə, siyasi məhbusların sayı 24-dən 135-ə qədər artmışdır. Avqustun 

ortalarında insan hüquqları üzrə yerli müdafiəçi, jurnalistlər (bax bölmə 2.a.), insan 

hüquqları müdafiəçiləri (bax bölmələr 4 və 5), müxalifət üzvləri (bax bölmə 1.d.), 

gənc fəallar (bax bölmə 1.c.), mülki fəallar və dindar fəallar (bax həmçinin 

www.state.gov/religiousfreedomreport/ 

Dövlət Departamentinin Beynəlxalq Dini 

Azadlıq Hesabatı) daxil olmaqla siyasi motivli səbəblərdən həbs edilmiş və ya 

həbsə salınmış 98 nəfərlik siyahı hazırlamışdır.  

 

Aİ-nin vicdan məhbusu hesab etdiyi əksər şəxslər bu siyahıya daxil edilmişdir.  



 

 

17 martda səlahiyyətli orqanlar REAL müxalifət hərəkatının sədri və keçmiş 



prezidentliyə namizəd aspirant İlqar Məmmədovu, jurnalist və müxalifətçi Müsavat 

Partiyasının sədr müavini Tofiq Yaqublunu ictimai asayişi pozduğuna və 

səlahiyyətli orqanlara müqavimət göstərdiyinə görə müvafiq olaraq yeddi və beş il 

müddətinə azadlıqdan məhrum etmişdir. Məmmədov və Yaqublu İsmayıllıda 

hökumət əleyhinə iğtişaşlardan sonra məlumat toplamaq üçün 2013-cü ilin yanvarın 

sonlarında İsmayıllı şəhərinə getmişdir. Aİ daxil olmaqla beynəlxalq təşkilatlar 

QHT rəhbəri Anar Məmmədli (bax bölmə 3) və digərləri ilə yanaşı, onları vicdan 

məhbusu kimi tanımışdır.  

22 mayda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına görə, 

Məmmədov ittiham olunduğu hüquq pozuntusunu qəbul etməsi barədə heç bir əsaslı 

dəlil olmadan saxlanılmış və həbs edilmişdir. Məhkəmə qərar vermişdir ki, onun 

saxlanmasının faktiki məqsədi hakimiyyəti tənqid etdiyinə görə onu susdurmaq və 

ya cəzalandırmaq olmuşdur.  

 

 



6  mayda  hakimiyyət  narkotik  saxlama,  xuliqanlıq  və  ictimai  asayişi  pozmaqda 

səkkiz gənc fəalı təqsirli bilərək onları altı il altı aydan səkkiz il altı ay müddətinə 

həbsxana  şəraitinə  məhkum  etmişdir.  Prezident  səkkiz  nəfərdən  ikisini  17 

oktyabrda,  digər  ikisini  isə  29  dekabrda  əfv  etmişdir.  Aİ  daxil  olmaqla 

beynəlxalq  cəmiyyət  yalnız  mülki  fəallığına  görə  saxlanılmış  və  verilmiş  dəlil 

əsasında məhkum edilmiş fəalları vicdan məhbusu hesab etmişdir.  

 

 

14 iyulda hakimiyyət “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən 



Hüseynlini xuliqanlıqda ittiham edərək altı il həbs müddətinə məhkum etmişdir. 

Prezident 17 oktyabrda Həsən Hüseynlini əfv etmişdir. Yerli vətəndaş cəmiyyəti 

fəalları və beynəlxalq cəmiyyət Hüseynlinin həbsini onun mülki fəallığı və ölkə 

gəncləri ilə olan işi ilə əlaqələndirmişdir. 

 

 

30 iyulda hakimiyyət məşhur insan hüquqları müdafiəçisi, Sülh və Demokratiya 



İnstitutunun direktoru Leyla Yunusu həbs etmiş və onu dövlətə satqınlıq (həmçinin 

2012-ci il Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsinə müqavimət göstərdiyi 

üçün təqsirləndirilmişdir), vergidən yayınma və digər ittihamlarla mühakimə 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

etmişdir. 5 avqustda hakimiyyət onun həyat yoldaşı Arif Yunusu da eyni 



ittihamlarla üç aylıq məhkəmə öncəsi həbsə məhkum etmişdir. Rəsmilər onu 

jurnalist Rauf Mirqədirovla əlaqələndirir (bax bölmə 2.a.) və Dağlıq Qarabağ 

münaqişəsinin sülh yolu ilə həll edilməsinə yardım etmək məqsədi ilə Azərbaycan 

və Ermənistan vətəndaşları arasında dialoqun qurulmasının dəstəklənməsi 

istiqamətindəki cəhdləri ilə əlaqədar bu üç nəfərin casusluqda iştirak etməsini 

təsdiqləmişdilər. 

 

 

2 avqustda səlahiyyətli orqanlar İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərovu 



həbs etmiş və qəsdən vergidən yayınma, qeyri-qanuni sahibkarlıq və vəzifədən sui-

istifadə ittihamları ilə onu üç ay müddətinə məhkəmə öncəsi həbsə məhkum 

etmişdir. 8 avqustda səlahiyyətli orqanlar beynəlxalq səviyyədə tanınmış 

hüquqşünas və insan hüquqları müdafiəçisi İntiqam Əliyevi eyni ittihamlarla üç 

aylıq məhkəmə öncəsi həbsə məhkum etmişdir. Aİ yalnız insan hüquqları 

sahəsindəki fəaliyyətlərinə görə saxlanılmış bu iki nəfəri və Leyla Yunusu vicdan 

məhbusu kimi tanımışdır. Beynəlxalq cəmiyyət bu dörd nəfərin həbsini siyasi 

motivli səbəblərdən hesab etmişdir. 

 

 

13 avqustda səlahiyyətli orqanlar ruhani Taleh Bağırzadənin iki illik məhkumluğunu 



əlavə dörd ay müddətinə uzatmışdır. 

 

 



5 dekabrda müstəqil jurnalist Xədicə İsmayılova həbs edilmiş və şəxsi özünə 

qəsd həddinə çatdırmaqda təqsirli bilinərək iki ay müddətinə məhkəmə öncəsi 

həbsə alınmışdır. 

 

 



26 mayda Prezident Əliyev siyasi məhbus kimi qəbul edilən hüquqşünas və 

insan hüquqları müdafiəçisi Bəxtiyar Məmmədov, gənc fəal Daşqın Məlikov və 

jurnalist Fərəməz Allahverdiyevi əfv etmişdir. 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

 

 



 

Qanun siyasi məhbusları digər məhbuslar kimi eyni hüquqlarla təmin edir. Buna 

baxmayaraq, məhdudiyyətlər fərqli olur. Səlahiyyətlilər beynəlxalq humanitar 

təşkilatların siyasi məhbuslarla görüşünə şərait yaratmışdır.  

 

 

Mülki Məhkəmə Prosedurları və Hüquq-müdafiə vasitələri  



 

 

İnsan hüquqlarının pozulması zamanı dəymiş ziyana görə vətəndaşların məhkəmə 



prosesinə müraciət etmək hüququ vardır. Qanun mülki məsələlərdə andlılar 

məhkəməsini təmin etmir; bütün məhkəmələrdə hakim qərar verir. Rayon 

məhkəmələri birinci dinləmədə mülki işlər üzərində yurisdiksiyaya malikdir; 

Apelyasiya Məhkəməsi və sonra Ali Məhkəmə apelyasiyalara baxır. Cinayət 

məhkəmələrində olduğu kimi, Ali Məhkəməyə müraciət daxil olmaqla ölkə 

daxilindəki bütün hüquq orqanlarına müraciət etdikdən sonra bütün vətəndaşların altı 

ay müddətində AİHM-ə müraciət etmək hüququ vardır.  

 

 



 

Regional İnsan Hüquqları məhkəmələrinin qərarları  

 

 



Vətəndaşlar AİHM-ə müraciət hüququndan istifadə etmiş və İnsan Hüquqları üzrə 

Avropa Konvensiyası çərçivəsində hökumətin öhdəliklərini pozması iddialarını 

qaldırmışdır. Hökumətin AİHM-in qərarlarına riayət etməsi fərqli olsa da, İlqar 

Məmmədovun hüquqlarının pozulması üçün ona 22,000 Avro (($27,500) 

kompensasiya ödənilməsi barədə AİHM-in 22 may hökmü hökumət tərəfindən 

icra edilmişdir. 

 

 

f. Şəxsi iş, Ailə, Ev və Yazışmalara Əsassız Müdaxilə  



 

 

Şəxsi işlər və yazışmalara, habelə digər şəxsi əlaqələrə əsassız şəkildə müdaxilə 



edilməsi və nəzarət edilməsi qanunla qadağa edilir. Hökumət bu hüquqi qadağalara 

riayət etməmişdir. 

 

 

Konstitusiya yaşayış yerlərində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı ilə 



yaxud qanunda nəzərdə tutulmuş xüsusi hallarda icazə verir, lakin hakimiyyət 

orqanları çox vaxt müvafiq sanksiyalar olmadan axtarışlar keçirmişlər. Çoxları 

düşünür ki, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi xüsusilə də 

internetdə fəal olan gənclərin, bəzi siyasi və biznes xadimlərinin və beynəlxalq 

yazışma aparan şəxslərin telefon danışıqlarına və internet kommunikasiyalarına 

nəzarət etmişdir. 

 

 

Polis şübhəli cinayətkarlar və siyasi müxalifət üzvlərinin ailələrinə, habelə 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

müəyyən QHT-lərin işçiləri və rəhbərləri, onların ailə üzvlərinə hədə-qorxu 



gəlmiş, incitmiş və bəzən də həbs etmişdir. Məsələn, 30 iyulda səlahiyyətli 

orqanlar  Azərbaycanda olan Siyasi Məhbusların koordinatoru və keçmiş siyasi 

məhbus Oqtay Gülaliyevin oğlu 17 yaşlı Əli Gülaliyevə qarşı cinayət işi 

açmışdır. Məlumata görə, polis Gülalıyevi xəbərdarlıq etmişdir ki, Gülalıyev öz 

siyasi fəaliyyətlərini və siyasi məhbusları müdafiə etməyi dayandırmasa, onun 

oğlu hədəf atəşinə tutulacaq. Müxalifət iştirakçılarının ailə üzvlərinin həbsinə 

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynı Elnur Seyidov da daxildir. 

 

 



Həmçinin məlumatlara əsasən, hakim dairələr ailə üzvlərinin siyasi və ya 

mülki fəaliyyətlərinə görə şəxsləri işdən çıxarmışdır. 

 

 

QHT-lərin məlumatına görə, səlahiyyətli orqanlar şəxsi əmlakdan məcburi məhrum 



etmə və əmlakın müsadirəsi ilə bağlı qanunlara riayət etməmişdir. Ev sahibləri 

müsadirə edilmiş əmlaka görə bazar dəyərindən aşağı olan qiymətlə kompensasiya 

edilmiş və az hallarda dəymiş ziyanın əvəzini almışdır. Yerli yoxlamalar əmlak 

hüquqları ilə bağlı daxil olan şikayətlərin sayı əvvəlki illərlə müqayisədə artdığını 

göstərir. QHT-lərin verdiyi məlumata görə, bir çox vətəndaş məhkəmə sisteminə 

etimad göstərmir və buna görə də kompensasiya ilə bağlı iddia qaldırmağa meyl 

göstərməmişlər. Bakı sakinləri məcburi köçürülmədən və öz əmlakını tərk 

etməkdən imtina edənlərə qarşı zorakılıq hallarından şikayət etmişdir. İlin birinci 

yarım ilində Bakının “Sovetski” ərazisinin sakinləri arabir etirazlar təşkil etmişdir. 

4 martda polis yeddi etirazçını saxlamış və məhkəmə onların altısını 15 gündən 30 

günə qədər müddətdə inzibati həbs cəzasına məhkum etmişdir.  

 

 



Yüklə 492,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin