Azərbaycanda həbsdə olan siyasi məhbuslar hesabat noyabr 2016- cı IL Ümumi məlumat



Yüklə 0.72 Mb.
səhifə2/10
tarix22.04.2017
ölçüsü0.72 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Müdafiə tərəfinin verdiyi məlumata görə Fikrət Fərəməzoğlu Bakıda əxlaqsızlıq yuvalarını, gizli qumarxanaları himayə edən məmurlar haqqında yazdığı kəskin tənqidi yazılara görə həbs olunub. Xüsusən onun rəhbərlik etdiyi jam.az saytında dərc olunan “YAP-ın mərkəzi binasının yaxınlığında əxlaqsızlıq yuvası-VİDEO-FOTOLAR” (http://jam.az/index.php?sid=11277), “Zirzəmilərdə dövr edən milyonlar: QUMAR BİZNESİ” (http://jam.az/index.php?sid=8734), “DİQQƏT! Hansı otellərdə gizli kameralar quraşdırılıb?-ŞOK SİYAHI” (http://jam.az/index.php?sid=10813), “Hotel adı altında gizlənmiş əxlaqsız yuvası-VİDEO” (http://jam.az/index.php?sid=10427http://jam.az/index.php?sid=10427) və s. yazılar qeyd olunur.




  1. Cavid Ələsgər oğlu Şirəliyev


Saxlanma tarixi: 28 avqust 2014- cı il

İttiham: CM-in 182.2.4 (hədə- qorxu ilə pul tələb etmə) maddəsi

Saxlandığı yer: Gəncə İstintaq Təcridxanası

İş üzrə qısa arayış: Cavid Şirəliyev 1983- cü il noyabrın 5- də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Müxtəlif media orqanlarında çalışıb. 7 gun.az saytının baş redaktorudur. 28 avqust 2014- cü ildə DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Müdafiə tərəfinin və yaxınlarının verdiyi məlumata görə Cavid Şirəliyev əvvəllər polis orqanlarında çalışıb. Orda baş verən qanunsuzluğa və korrupsiya hallarına etiraz əlaməti olaraq polis sistemindən istefa verib. Jurnalist fəaliyyəti göstərib, müxtəlif media orqanlarında çalışıb. O, insan alveri, korrupsiya və s. mövzuda yazdığı yazılara və hakimiyyət orqanlarını tənqid etdiyinə görə həbs olunub. Cavid Şirəliyev 2 ildən çoxdur ki, həbsdədir. Jurnalist istintaq orqanından asılı vəziyyətə salınmış Şəfiqə Xankişiyevanın və Asif Orucovun izahatı əsasında həbs olunub. Əvvəlcə polis orqanında Ş. Xankişiyeva haqqında CM- nin 243.1- ci maddəsi (Fahişəliyə cəlb etmə) ilə cinayət işi açılıb, onun haqqında qəti- imkan tədbiri seçilib. O, C. Şirəliyevlə bağlı şikayət ərizəsini yazıb uyğun ifadə verdikdən sonra sərbəst buraxılıb, A. Orucov isə məhkəmədə ifadəsindən imtina edərək bildirib ki, o Cavidə qarşı ifadəni işgəncə altında verib. Asif Orucov Gəncə Apellyasiya Məhkəməsində bildirib ki, o, ibtidai istintaq zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi Hacı Əfəndiyevin sözləri ilə Cavid Şirəliyevə qarşı yazılmış ifadələri ağır işgəncələr altında imzalayıb. A. Orucov işgəncələr altında jurnalist Cavid Şirəliyevə böhtan atdığını bildirərək, ibtidai istintaqda verdiyi ifadədən imtina edib. O, AR CM-in 182.2.1 və 182.2.4 – cü maddələri ilə özünü təqsirli bilmədiyini, Gəncə Ağır Cinayətlər Məhkəməsində ifadələrin təhrif edildiyini materialların və sübutların açıq-aşkar saxtalaşdırıldığını qeyd edib.



Məhkəmədə ifadə verən Asif Orucov Cavid Şirəliyevlə birləşərək 2013- cü ilin iyun ayının ortalarında rüsvayedici məlumatlar yayma hədəsi ilə Xankişiyeva Şəfiqə İsmayıl qızından hər hansı məbləğdə pul tələb etməsi və almasına dair ittihamlara da aydınlıq gətirərək bildirib ki, o həmin ərəfədə həbsdə olub, bu mümkün deyil; “Çünki həmin vaxt Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkmişəm. Tənbeh tədbiri ilə əlaqədar 10 iyun 2013 –cü il tarixdən 10 iyul 2013-cü il tarixədək, konkret olaraq bir ay müddətinə, yəni 2013-cü ilin iyun ayının təxminən ortalarında müəssisənin ərazisindən kənara buraxılmamışam. Hətta töhmət aldığıma görə atamın yas mərasimində iştirak etməyimə də icazə verilməyib”.

Cavid Şirəliyev 2010- cu ildə Masallıdan deputatlığa namizəd olub, İctimai Palatanın üzvü olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 20 may 2016- cı il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan Apelliyasiya şikayəti verilib.



B) Yazarlar\şairlər 2 nəfər


  1. Həsənli Tofiq Xasay oğlu

Saxlanma tarixi: 12 oktyabr 2015-ci il

İttiham: CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası) İş üzrə qısa arayış: Cənab Həsənli hakimiyyəti və onun apardığı siyasəti tənqid edən şəxslərdən olub. O öz tənqidlərini yazdığı satirik şerlərdə ifadə edib və bu şerlərini Youtube portalındakı səhifəsində5 yerləşdirərək onları sosial şəbəkələrdə geniş şəkildə yayıb. Şerləri arasında Azərbaycanın keçmiş Prezidenti olmuş Heydər Əliyevin siyasətini tənqid edən “Heydərnamə” adlı silsilə şerlər toplusu6 və digər satirik şerləri onun təqib olunmasına səbəb olmuşdur. Şairin özü 2015-ci ilin yanvarında Azadlıq radiosuna verdiyi müsahibədə şerlərini görə hədələndiyini, həbs edilə biləcəyinin real olduğunu bildirmişdi7.

Cənab Həsənli ilk dəfə 2000-ci ildə şerləri ilə ANS telekanalında yayımlanan “Qulp” satirik verilişində çıxış edib, yazdığı tənqidi “Dirsək” şer ilə populyarlaşıb və həmin kanalda digər tənqidi şair Baba Pünhan tərəfindən müəllifi olduğu verilişə mütəmadi dəvət olunmağa başlayıb. Daha sonra “Millətin səsi” qəzetində fəaliyyətə başlayan şair qəzetin son səhifəsində 2015-ci ildə Youtube portalında yaydığı “Heydərnamə” adlı silsilədən 7 tənqidi şer çap etdirir. Sonradan qəzet bağlandığından cənab Həsənli müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq edir, bu əməkdaşlıq çərçivəsində onun “Xural” qəzetində “İlhamlı nəğmələr” silsiləsindən 3 şeri çap edilir. Bu şerlərinə görə o 2005-ci ildə tənqidi səslərə qarşı istifadə edilən narkotik maddə ittihamı ilə həbs edilərək nəzərdə tutulan ən yüksək cəza – 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilir (halbuki şair birinci dəfə idi ki, cinayət məsuliyyətinə cəlb edilirdi və praktikada bu cür işlərdə ən yüksək cəza 2 ilə qədər olurdu). O 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılmışdı.

2015-ci il oktyabrın 13-də sosial şəbəkələrdə və bəzi xəbər portallarında şairin yoxa çıxması ilə bağlı xəbərlər yayıldı. Bundan 5 gün sonra cənab Həsənlinin yaxınları onun həbs edildiyini və Bakı İstintaq Təcridxanasına köçürüldüyünü öyrənə biliblər. Polis şairin həbs edilməsi ilə bağlı xəbərləri onun həbsindən bir neçə gün sonra ictimaiyyətə açıqlayıblar, halbuki qanunla şəxsin həbs edilməsi ilə bağlı məlumat dərhal onun yaxınlarına verilməli, onun istədiyi vəkillə təmin olunmasına şərait yaradılmalı idi.

Cənab Həsənli satıcılıq etdiyi dükanda həbs edilib, o dükanı bağlamağa hazırlaşarkən dükana yaşadığı ərazidə hamı tərəfindən narkotik maddə istifadəçisi kimi tanınan şəxs dükana daxil olub, cənab Həsənli onu dükandan çıxardıqdan sonra dükanı bağlayıb, həmin yerdən uzaqlaşarkən polis əməkdaşları onu saxlayaraq geri dükana qayıdıblar və polis dükanda kassanın üzərində narkotik maddənin tapıldığını iddia edib ki, dükanda kassanın üzərində açıq şəkildə narkotik maddənin saxlanılması inandırıcı görünmür.

45 yaşlı şair Tofiq Həsənli Lənkəranda ahıl anası Zərifə Cəlalova ilə birgə yaşayırdı. Cənab Həsənlinin həbsindən sonra onun anasının bir neçə video müraciəti yayılıb ki, bu videolarda anası oğlunun qanunsuz həbs edildiyini, şerlərinə və haqq söz dediyinə görə ondan qisas alındığını bildirib və yerli ictimaiyyəti şairə yardım göstərməyə çağırıb.

  1. Şəkərli Saday Əsəd oğlu



Saxlanma tarixi: 23 dekabr 2015-ci il

İttiham: CM-nin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi

Saxlandığı yer: Penitensiar Xidmətin Müalicə Müəssisəsi İş üzrə qısa arayış: Cənab Şəkərli Vergilər nazirinin müşaviri Asif Cahangirovun şikayəti əsasında həbs edilib. İttihama görə şair adı çəkilən vəzzifəli şəxsdən onun barəsində mətbuatda rüsvayedici məlumatların yayılması hədəsi ilə 10 000 AzN tələb edib.

Bu hadisə şairin məhz Vergilər Nazirliyinin maliyyə dəstəyi ilə yazdığı  “Qurd ürəyi” kitabının çap edilməsindən sonra baş verib (şairin əvvəlki bir sıra kitabları da məhz Vergilər nazirinin dəstəyi ilə çap edilib və bu barədə qeyd kitablarda olub). Şairin həbsindən sonra onun evində axtarış aparılıb və mənzilində olan bu kitabın bütün nüsxələrini müsadirə edərək məhv ediblər, bu fakt hüquq-mühafizə orqanları tərəfindən rəsmiləşdirilməyib.

“Qurd ürəyi” kitabında Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev və hazırkı Prezident İlham Əliyev barədə tənqidi fikirlər yer alıb. “Qurd ürəyi” kitabından qısa bir hissə : “Ölkə prezidenti Əbülfəz Elçibəy hakimiyyəti başına buraxıb öz doğma kəndinə - Kələkiyə qaçdı. İqtidardakılar birmənalı şəkildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi ölkəni idarə etməyə dəvət etdilər. Xalqın etimad göstərib Prezident seçdiyi bir demokrat xalqın iradəsinə tüpürdü, xalqın iradəsi təsbeh kimi qırılıb ayaqlar altına səpələndi. Sovet illərindəki müsibətlər təkrarlanmağa başladı. Tutulasıları atdılar dama, başını götürüb ölkədən qaçanlardan hələ də xəbər-ətər yoxdu, qəzetlər öldürülənlərin siyahısını aradabir çap edib yadımıza salır. Bütün dünya siyasətçilərinin bir məqsədi vardı, Azərbaycanın təbii sərvətlərinə yiyələnmək. Dönə-dönə demişik ki, öz bölgələrinin, tayfalarının böyük adamı olmaqdan Azərbaycanın böyük adamı olmağa doğru ucala bilməyənlər özləri üçün böyüklük etalonunu əvvəlcə Heydərdə, sonra isə İlhamda görürlər. Onların H.Əliyevə münasibətini anlamaq olar. Günü bu gün onun ölüsündən də qorxurlar və torpağa verilməyincə diriləcəyinə inanmaqdadılar. Əgər ölkənin 112 professoru İlham Əliyevi özlərindən ağıllı hesab edirsə, əgər Qafqaz müsəlmanlarının ömürlük şeyxülislamı Paşazadənin, Azərbaycan yazarlarının ömürlük şeyxülislamı, Azərbaycan rəssamlarının, bəstəçilərinin və onların timsalında bütün adi azərbaycanlıların şeyxülislamlarıöz dövləti üçün İlham Əliyevi alternativsiz lider görürlərsə, Azərbaycanda din, elm, ədəbiyyat deyilən sahələrin durumunun çox-çox acınacaqlı olduğu göz qabağındadır”. 

Məhkəmə proseslərinin müşahidəsi göstərmişdir ki, şairə qarşı yeganə sübut Verrgilər nazirinin müşavirinin ifadəsidir, nə istintaq, nə məhkəmə şairin bu vəzifəli şəxs barəsində hansı rüsvayedici məlumatlara malik olub-olmamasını, onlar arasında bu məzmunda həqiqətən də söhbətin olub-olmadığını, telefon zənginin məhz şair tərəfindən edildiyini, ehtimal edilən rüsvayedici məlumatların hansı mətbu orqanda çap ediləcəyini və digər bu kimi məsələləri araşdırmayıb, şairin vəkilləri tərəfindən məhkəmədə verilən və işin mahiyyətinə təsir edə biləcək vəsatətlər təmin olunmayıb.


Şair Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əfqan Hacıyev) 16 may 2016-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Dövlət ittihamçısı cənab Şəkərlinin məhz 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Mövcud praktikada tətbiq olunmayan digər bir məqam ondan ibarət olmuşdur ki, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq şairin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəəsində çəkməsi barədə qərar çıxarılıb.

Bakı Apellyasiya Məhkəməsi 03 avqust 2016-cı il tarixdə cinayət qanunvericiliyinə edilən vurulmuş ziyanın həcmi ilə bağlı dəyişklikləri nəzərə alaraq cənab Şəkərliyə qarşı irəli sürülmüş ittihamı yüngülləşdirərək cəzanın 5 il müddətinə azaldılması ilə bağlı qərar çıxarıb.

C) Hüquq müdafiəçisi- 1 nəfər


  1. Rüstəmov Əliabbas Fəxrəddin oğlu

Saxlanma tarixi: 28 iyun 2014-cü il

İttiham: CM-nin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi

Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Əliabbas Rüstəmov “Yasavul” hüquq şirkətinin rəhbəri və tanınmış hüquqşünasdır. Həbsindən əvvəl cənab Rüstəmov hakimiyyətin açıq tənqidçilərindən biri kimi çıxış edib. Facebook profilində ardıcıl olaraq ölkədəki problemlərlə bağlı sərt tənqidlər söyləyib və tənqidi yazıları paylaşıb. Əliabbas Rüstəmov Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində müxalif blok olan Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyib və onun mitinqlərində iştirak edib. Seçkidən sonra da Milli Şuranın keçirdiyi tədbirlərə, ictimai dinləmə və marafonlara qatılıb.
Əliabbas Rüstəmov həbsindən öncə vicdan məhbusu Anar Məmmədlinin (SMDT rəhbəri) vergi ittihamı ilə bağlı məhkəmə prosesində onun nümayəndəsi olmaq üçün müraciət edib. Xatırladaq ki, o, bu sahə üzrə çox məşhur vəkil sayılır, lakin inzibati yollarla onun Anar Məmmədlinin müdafiəsində iştirak etməsinə əngəl yaradılıb. Həbsxanada olan Anar Məmmədli Əliabbas Rüstəmovun nümayəndə olmasına razılıq imzasını notariusun iştirakı ilə təsdiq etməli idi, lakin saxlanıldığı təcridxananın rəhbərliyi ona bu şəraiti yaratmayıb.
17 mart 2014-cü ildə isə Əliabbasov Rüstəmov prezident İlham Əliyevə ölkə ictimaiyyətinin diqqətini özünə çəkən çox sərt məzmunlu müraciət ünvanlayıb. Müraciət ilk öncə açıq məktub kimi “Azadlıq” qəzetində dərc edilib, sonradan digər KİV-lərdə və sosial mediada yayılaraq böyük rezonans yaradıb 8.
Dövlət başçısına “ətrafınızda olan yüksək rütbəli şəxslərin faktiki olaraq quldurluq fəaliyyəti barədə dolğun məlumat” sözləri ilə başlayan həmin müraciətdə 100 milyonlarla məbləğdə büdcə vəsaitinin oğurlanması barədə faktlar sadalanır. Bu məktubdan sonra Əliabbas Rüstəmovun həbs ediləcəyi deyilirdi və 28 iyun 2014-cü ildə, bu, doğrudan da baş verdi. Əliabbas Rüstəmov həbs olunan gün yalnız “Azadlıq” qəzetinin müxbiri ilə danışmağa macal tapıb. “Saxlanılan gün Əliabbas Rüstəmov mənə zəng elədi və rüşvət almaqda ittiham olunduğunu dedi. O özünün saxlanılmasını sifarişli və prezidentə müraciətlə bağlı olduğunu düşünür” - Azadlıq qəzetinin müxbiri Vidadi Məmmədov həmin gün BBC Azərbaycancaya vəkilin sözlərini çatdırıb.9
“Vəkilin öz müştərisindən necə rüşvət ala bilər və bunu necə iddia etmək olar?!” deyə yerli mətbuat Əliabbas Rüstəmova qarşı irəli sürülən rəsmi ittihamı “absurd” adlandırıb. Əliabbas Rüstəmovun həbsi tənqidi mövqeyi, müxalif mövqeli insanları müdafiə etməsi və dövlət başçısına sərt açıq məktub yazması ilə bağlıdır.
06 noyabr 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rahib Salmanov) hökmü ilə cənab Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 18 avqust 2016-cı il tarixli qərarı ilə hüquq müdafiəçisinin şikayətini təmin etməyərək onu həbsdə saxlayıb.

D) Gənc fəallar- 5 nəfər


  1. Rüstəmzadə İlkin Bakir oğlu

Saxlanma tarixi: 17 may 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrar törədilən xuliqanlıq) və 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilən xuliqanlıq) maddələri

Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Rüstəmzadə ictimai-siyasi proseslərdə fəal olan “Azad Gənclik” təşkilatının, həmçinin bir sıra müxalifət partiyalarının və vətəndaş cəmiyyəti təşkilatlarının birləşdiyi Milli Şuranın üzvüdür. “Nida” Vətəndaş Hərəkatının üzvləri ilə birgə ittiham edildiyinə görə elə həbsxanada bu hərəkata qoşulmuşdur. Həbsinə qədər Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırdı.

12 yanvar və 10 mart 2013-cü il tarixlərində Azərbaycan Ordusunda baş almış özbaşınalıq və qanunsuzluqlara, habelə dinc şəraitdə əsgərlərin ölümlərinə etiraz olaraq Facebook vasitəsilə Bakı şəhərinin mərkəzində “Əsgər ölümlərinə son” aksiyasını təşkil etmiş, nəticədə bu aksiyalara çoxsaylı etirazçı qatılmışdır. Məhz bu aksiyalar təşkil etdiyi üçün ona qarşı təzyiqlər başlamış, o polisə çağırılmış, bir neçə dəfə barəsində inzibati həbs seçilmişdir. İlkin Rüstəmzadə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror nəticəsində həlak olmuş şəxslərin anım günü - 2013-cü il 30 aprel tarixində gənclər tərəfindən təşkil edilən “Terrora yox” aksiyasında saxlanılaraq 15 sutka inzibati həbs cəzası almışdı. Bu həbs müddəti bitdikdən bir neçə gün sonra isə Rüstəmzadə Bakıda Dənizkənarı Parkda “Harlem Shake” musiqisi altında rəqsin videoçəkilişlərini apararaq və Youtube-da yerləşdirərək xuliqanlıq törətməkdə ittiham edilmiş və həbs edilmişdir. Sentyabrın 12-də həbsdə olan “Nida” Vətəndaş Hərəkatının üzvləri ilə bərabər ona qarşı da iğtişaşları təşkil etmə və ya iştirak etmə maddəsi ilə yeni ittiham irəli sürülmüş və onun işi “NİDA” Hərəkatının fəallarının cinayət işinə birləşdirilmişdir.



İlkin Rüstəmzadə 8 il müddətə azadlıqdan məhrum olunub.
Cənab Rüstəmzadə Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb10.



  1. Abdullayev Elvin Rəşadət oğlu



Saxlanma tarixi : 08 yanvar 2015-ci il

İttiham: CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi

Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Hakimiyyətə müxaif olan AXCP-nin üzvü kimi cənab Abdullayev həm təhsil aldığı Azərbaycan Pedoqoji Universitetində, həm də Facebook sosial şəbəkəsində hakimiyyəti tənqid edən mövqeyi ilə fərqlənib. Həbsindən qısa müddət əvvəl tələbə yoldaşları ilə hakimiyyətin siyasətii müzakirə etdikdən və tənqidlər səsləndirdikdən sonra universitetin prorektoru onu çağıraraq bunun yolverilməz olduğunu bildirib. Cənab Abdullayev müxalifət partiyalarının 10 noyabr 2014-cü il tarixdə keçirilən mitinqi ilə də bağlı aktiv fəaliyyət göstərən gənclərdən biri olub, mitinqə çağırışla bağlı hazırlanan video da iştirak edib11.
Cənab Abdullayev imtahandan çıxdıqdan sonra saxlanlıb və Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, 8 saat heç bir səbəb bildirilmədən burada saxlanılqdıqdan (bu isə qanunvericiliklə qadağandır) sonra ona bir sıra gənc fəallar və bloqqerlərə qarşı irəli sürülən ittiham - narkotik maddə ittihamı irəli sürülüb. Polisdə saxlandığı 8 saat ərzində cənab Abdullayev orda yediyi yeməyin və əlindəki qandalın şəklini çəkib özünün Facebook səhifəsində yerləşdirib və faktiki olaraq saxlanıldığını bildirib. İddia edildiyi kimi onun üzərində 3 qram heroin var idisə bu müddət ərzində o çox rahatlıqla həmin narkotik maddəni kənara ata bilərdi və ya üzərindən narkotik maddə tapılmış şəxsdən telefonunu və digər əşyalarını almalı idilər. Fotosunu yaydıqdan sonra dostları ona zəng etməyə başlayıblar, lakin polislər məlumat vermək əvəzinə telefonu onun əlindən alıb və qapadıblar. Onun istədiyi vəkilə təmin edilmək hüququ da pozulub.
Gənc fəalın səhhətində problemlər var, o psixoloji dispanserdə qeydiyyatdadır, gözlərinin görmə qabiliyyəti 85%-ə qədər azalıb.
Cənab Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Fikrət Qəribov) 01 iyun 2015-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 24 dekabr 2015-ci il tarixdə bu hökmü olduğu kimi qüvvədə saxlayıb. Ali Məhkəmənin 22 iyun 2016-cı il tarixli qərarı ilə cənab Abdullayevin ittiham edildiyi maddə yüngülləşdirərərək cəzası 2 il 6 aya endirilb.
Məhkəmə monitorinqinin nəticələri göstərir ki, məhkəmədə cənab Abdullayevin təqsirli olması sübuta yetirilməyib. Gənc fəalı şəxsən görməyən müstəntiq onun həbsi barədə vəsatət verir, məhkəmə həmin müstəntiqin məhkəmədə dindirilməsi barədə vəsatətini təmin etməyib. Hal şahidlərindən biri Dərgah Quliyev 2008-ci ildən etibarən Bakı və rayonlarda məhz narkotik maddə ittihamı üzrə işlərdə, o cümlədən digər siyasi işlərdə şahid kimi çıxış edib ki, bu da onun qərəzsiz hal şahidliyi etməsinə ciddi şübhələr yaradır. Lakin məhkəmə bu xüsusatı da araşdırmaqdan imtina edib, müdafiə tərəfinin digər vəsatətləri də bir qayda olaraq təmin edilməyib.
Cənab Abdullayev Amnesty International tərəfindən “vicdan məhbusu” kimi tanınıb12.
Eks Prezident Heydər Əliyevin heykəlinə şüar yazan gənclərin işi
10 may 2016-cı il tarixdə səhər saatlarından etibarən sosial şəbəkələrdə və bəzi xəbər portallarında Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin Bakının mərkəzində olan heykəlinin üzərində yazıları əks etdirən fotolar yayılmağa başladı. Fotolardan aydın görünür ki, heykəlin postamanetinə “Qul bayramınız mübarək” və “Fuck the System” ifadələri yazılıb və anarxistlərə məxsus simvoika da yazılarla bərabər postament üzərinə çəkilib. 10 may tarixində Azərbaycanda H. Əliyevin doğum günü ilə əlaqədar Gül bayramı keçirilir. Qeyd edilən yazıların həmin bayrama etiraz əlaməti olaraq yazılması şübhə doğurmur.

Mayın 11-də isə sosial şəbəkələrdə və xəbər portallarında iki gənc fəalın yoxa çıxması ilə bağlı məlumatlar yayıldı. Bununla belə rəsmi məlumat yalnız mayın 12-də yayılaraq bildirildi ki, hər iki gənc narkotik maddə ittihamı ilə mayın 10-da saxlanılıblar. Onların hər birindən 1 kq-dan artıq heroinin aşkar edilərək gtürüldüyü iddia olunub ki, kasıb ailədə yaşayan gənclərin bu miqdarda narkotik maddəyə sahib olması inandırıcı deyil.

Gənclərin saxlanması zamanı və saxlandıqdan sonra onlar döyülüblər və qeyri-insani rəftara məruz qalıblar. Mayın 12-də onlar barəsində Xətai rayon Məhkəməsinin qərarı ilə (hakim İbrahim İbrahimli) 4 aylıq həbs qət-imkan tədbiri seçilib (Bayram Məmmədov barəsində seçilmiş həb qət-imkan tədbirinin müddəti Xətai rayon Məhkəməsinin 06.09.2016-cı il tarixli qərarı ilə daha 2 ay uzadılıb, Qiyas İbrahimovun isə məhkəmə prosesi başlayıb) və məhkəmələri zamanı hər 2 gəncin döyülməsi və zorakılığa məruz qalması açıq şəkildə görünürdü. Bundan əlavə vəkil Elçin Sadıqov mayın 12-də gənclərin saxlandığı Nərimanov Polis İdarəsinin müvəqqəti saxlanma yerində Qiyas İbrahimovun polis idarəsinin ərazisini süpürməyə məcbur edildiyinin şahidi olub və bunu sənədləşdirmək üçün polis idarəsinin təhlükəsizlik kameralarından çıxarışların alınması məqsədilə sorğu ilə müraciət edib. Gənclər onlara verilən işgəncə ilə bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət ediblər1314.

BMT-nin Özbaşına Saxlanma üzrə İşçi Qrupu üzvlərinin həmin tarixlərdə Bakıya səfərləri olduğundan Qrupun bəzi ekspertləri hər iki gənclə görüşüblər. Səfərin nəticələri ilə bağlı dərc edilən hesabatda Qrup gənclərlə zorakı davranışın nəticəsi ola biləcək xəsarətləri gördüklərini qeyd ediblər15

Bundan əlavə gənclərə nə yaxınları, nə də istədikləri vəkil ilə əlaqə saxlamaq imkanı verilməyib ki, bu da ciddi qanun ozuntusudur, onların saxlanması faktiki olaraq 2 sutkaya yaxın gizli saxlanılıb. Mayın 11-də hər iki gəncin evində axtarışa gələn polislər ailə üzvlərinin evə daxil olmasına imkan verməyiblər, evə daxil olaraq qısa müddət ərzində narkotik maddə aşkarladıqlarını bildirərək oranı tərk ediblər.

Hər iki gənc həbs qət-imkan tədbiri seçilərkən iştirak etdikləri proseslərdə bildiriblər ki, postamentin üzərinə yazılar onlar tərəfindən yazılıb və polislər onlardan dövlət televiziyasının çəkilişi ilə heykəldən üzr istəməyi tələb edib və bunun əvəzində onları azadlığa buraxmağa hazır olduqlarını deyiblər.

Hər iki gənc Bakı Slavyan Universitetinin (BSU) sonuncu kurs tələbələri olublar, həbs edilən zaman ali məktəbi bitirmək üçün son 2 imtahanları qalıbmış, vəkili həm Penitensiar Xidmətə, həm də BSU-ya son imtahanlarını verməyə şəraitin yaradılması ilə bağlı müraciət etsə də buna şərait yaradılmayıb və faktiki onların universiteti bitirməsinin qarşısı alınıb. Hər iki gənc Azərbaycan telekanallarında yayımlanan intellektual oyunların iştirakçıları və qalibləri olublar.

Freedom House və Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatları gənclər barəsində həbs qərarı verildikdən sonra bəyənatla çıxış edərək ittihamların inandırıcı olmadığını və həbsin ifadə azadlığına zərbə olduğunu bəyan ediblər1617.

Amnesty International təşkilatı hər iki gənci “vicdan məhbusu” elan edib18. Hər iki gənc barəsində seçilmiş həbs qərarından Avropa Məhkəməsinə şikayət göndərilib.

Sentyabrın 14-də Səbail rayon Məhkəməsi gənclərin saxlandıqları zaman işgəncə və qeyri-insani rəftara məruz qalmaları ilə bağlı cinayət işinin açılmas üzrə verdikləri ərizə təmin edilməyib.




  1. Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə