8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə114/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   110   111   112   113   114   115   116   117   ...   126
Firidun Ağası oğlu
Cəlilov 1947‑ci ildə
Vedibasar bölgəsinin
Qarabağlar kəndində
anadan olub
Xalq təhsili naziri
vəzifəsində çalışıb
(1992–1993)
Türk dilinin qram matik
quruluşu, xal qımızın
etnogenezi, mifologiyası
və qədim tarixi barədə
100‑dən artıq elmi əsərin,
6 mo noqrafiya, dərslik və
dərs vəsaitinin
müəllifidir
«Göy Tanrı» romanının
müzakirəsi zamanı 
Şəkildə (soldan): 1.  Sabir Rüstəmxanlı –
xalq şairi, 2. Firidun Cəlilov – professor,
3. Qabil – xalq şairi, 4. Anar – xalq
yazıçısı


Azərbaycan türklərinin 4–5 minillik dövlətçilik tarixi
barədə elmi konsep siyasının tərəfdarları ilə birlikdə dəfələrlə
elmi seminarlar təşkil edib, Vaşinqton, Nyu‑York, Paris, An ‑
kara, İstanbul, Qahirə və digər şəhərlərdə bu mövzuda mə ru ‑
zələr edib. Həmin məruzə lərin və bu sahədə yazılan məqa ‑
lələrin bir qismi «Azər xalqı» (2000) kitabında yer alıb. Türk
etnosunun Mərkəzi və Orta Asiyada deyil, Azərbaycanın da
daxil olduğu Ön Asiyada yaranması haqqında irəli sürdüyü
yeni elmi nəzəriyyə artıq bir sıra alimlərin dəstəyini qazanıb.
Son 30 ildə bu sahədə apardığı elmi tədqiqatlar Azərbaycan
xalqının islamaqədərki tarixin ə aid 9 cilddə yazdığı kitabların
(«Doqquz Bitik») əsasını təşkil edir.
Firidun Cəlilov Azərbaycanın müstəqil lik Aktının (1991),
latın qrafikalı əlifbanın (1991), Dövlət himninin (1992), Təhsil
Qa nu nunun (1993) parlamentdə qəbul olunmasında yaxından
iştirak edib.
Elmi‑pedaqoji fəaliyyətlə yanaşı, ölkəmizin ictimai‑siyasi
həyatında da fəal olub, millət vəkili və Milli Məc lisin elm,
təhsil və mədəniyyət komissiyasının sədri seçilib. Azərbaycan
Respublikası təhsil nazirinin müavini, baş nazirin müavini
vəzifə lə rində  işləyib.
1992‑ci ilin avqustunda Azərbaycan Respublikasının xalq
təhsili naziri təyin edi lib. Həmin dövrdə ümumtəhsil məktəb ‑
ləri üçün müxtəlif ixtisaslar üzrə proqram və dərsliklər hazır ‑
lanıb, «Orta ümümtəhsil məktəblərinin V–XI sinifləri üçün
türk dili proqramı» (1993) çap olunub. 
206

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin