Azərbaycan Turizm və Menecment Universiteti, magistrant İOSİf ploşkonun yaradiciliğinda ismaiLİYYƏ Bİnasinin rolu the role of the ismailian building in the creation of iosif plosko


Şəkil 4: “a” rəsmindəki günbəzşəkilli tağlar Ploskonun layihəsinə uyğun olaraq çəkilmişdir, lakin bərpadan sonra “b” rəsmindəki piramidavari tağlar hazırlanmışdır



Yüklə 1,42 Mb.
səhifə5/6
tarix21.10.2023
ölçüsü1,42 Mb.
#158429
növüXülasə
1   2   3   4   5   6
İsmailiyyə, məqalə

Şəkil 4: “a” rəsmindəki günbəzşəkilli tağlar Ploskonun layihəsinə uyğun olaraq çəkilmişdir, lakin bərpadan sonra “b” rəsmindəki piramidavari tağlar hazırlanmışdır
Yüksək Orta Əsrləri əhatə edən Qotika dövrü papalıq və krallıq arasında bir güc əlaməti olaraq görünür. Bir sənət anlayışı və ya üslub kimi tanınan Qotik İncəsənətin yarandığı gündən etibarən özündən sonra gələn sənət üslublarına və hərəkətlərinə təsir göstərdiyini İsmayıliyyə Sarayının fasad dizaynında görmək olar [8].

Şəkil 5: “a” şəklindən daha möhtəşəm olan “b” şəklindəki qızılgül bənzəyən ornament bərpadan sonra binanın ikinci mərtəbəsinin fasad dizaynına əlavə edilmişdir
Başlanğıcda ortaya çıxan qotika memarlığının ümumi xüsusiyyətlərinə uclu tağlar, qızılgül pəncərələrin istifadəsi, pəncərə və açılışlara vurğu kimi bəzi xüsusiyyətləri İsmayıliyyə Sarayının fasadında da rast gəlinir [5]. Bu nümunəni aşağıdakı şəkildə görmək mümkündür.

Şəkil 6: İsmailiyyə sarayının ön fasadındakı pəncərələrdən birinin təsviri və Venesiyada qotika üslubunda tikilmiş “Kontarini Della fiquru” sarayının vizual təsviri
Sarayın fasadındakı qotik memarlıq nümunələrindən biri də binanın əsas siluet motivləri rolunu oynayan piramida formalı tağlara bənzər dizaynlardır. Bu cür dizaynları bir çox qotik memarlıq nümunələrində görmək mümkündür. Qotika memarlığının binaların uzununa böyüməyə meylli olması bu motivlərdə öz əksini tapmışdır [3].

Şəkil 7: İsmailiyyə sarayının fasadının əsas siluet motivləri olan frontonlara oxşar dizaynın və Bakıda qotika üslubunda tikilmiş “Saatlı bina”nın əyani təsvirinin çəkilməsi


Nəticə
Tədqiqatda 1923-cü ildə Bakıda İsmailiyyə sarayının restavrasiya zamanı fasad dizaynında istifadə olunan simvolizm anlayışı və simvolların təsiri araşdırılıb. Binanın bərpası zamanı fasad dizaynındakı dini, siyasi və qotik memarlıq dəyişiklikləri və binanın fasadındakı ad dəyişiklikləri rəsm və şəkillərlə araşdırılıb.
Sovet dövründə aparılan restavrasiya zamanı SSRİ-nin memar Ploskonun layihəsi ilə hazırlanmış günbəzlərin yerinə beşguşəli qırmızı ulduz və piramida formalı dizaynların əlavə edildiyini, həmçinin qotik memarlıq təsirini görmək mümkündür. Binanın ən vacib hissələrindən biri olan və ilk dəfə baxıldığında belə bina haqqında təəssürat yaradan fasad dizaynında istifadə olunan simvollar həmişə forma vasitəsilə insanlara ötürülüb.
Tədqiqatda tədqiq edilən İsmailiyyə sarayında SSRİ-nin forma və simvollar vasitəsilə öz izini qoymağa çalışdığı görünür. Bu rəmzlərə nəzər saldıqda belə düşünmək olar ki, bu tikililər Sovetlər İttifaqı dövründə tikilib və hələ də sovetlər ölkə üçün faydalı işlər görürlər.
Restavrasiyadan sonra memar Ploşkonun layihəsinə uyğun hazırlanmış günbəzlərin olmaması simvolizm kontekstində fasadda edilən mühüm müdaxilələrdən biridir.
İsmayılın xatirəsinə Müsəlman Xeyriyyə Cəmiyyətinin istifadəsinə verilən binanın bərpadan sonra adı və istifadəsinin dəyişdirilməsində Sovet İttifaqının gələcəyə iz qoyma səyləri aydın görünür.
Tədqiqat nəticəsində məlum olur ki, tədqiq etdiyimiz bina SSRİ-nin hakimiyyətdə olduğu 71 il ərzində fasadında edilən dəyişikliklər sayəsində bir çox binalara tətbiq etdiyi simvollarla özünü yaddaşlara həkk edib.
İsmailiyyə sarayı kimi dəyişikliklərə məruz qalmış strukturlar haqqında daha çox məlumat və sənədlər araşdırılmalı, lazımi məlumatlar gələcəyə və yeni nəsillərə çatdırılmalıdır.
1923-cü ildə restavrasiyadan sonra İsmailiyyə sarayının timsalında göründüyü kimi fasad dizaynında bəzi dəyişikliklər edilmişdir. Görünür ki, 19-cu əsrin sonlarında ortaya çıxan simvolizm əslində gözardı edilə bilməyəcək bir reallıqdır. Tədqiqat nəticəsində İsmailiyyə sarayının fasad dizaynında simvolizmin təsirləri açıq şəkildə görünüb.

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin