Azərbaycan texniKİ universiteti



Yüklə 1,32 Mb.
səhifə6/7
tarix01.12.2022
ölçüsü1,32 Mb.
#71787
növüYazı
1   2   3   4   5   6   7
Məktublar növləri və yazılma qaydaları

1. Müraciət hissəsi. Yazının bu hissəsində şəxsin adı, sənəti və hörmət əlaməti olaraq ona verilən təxəllüs göstərilməlidir. Bəzi hallarda müraciət olunan şəxsin ad və soyadı ayrı-ayrı nəzakət ifadələri ilə müşayiət olunur:

Məsələn: «Azərbaycan Respublikasının Bas naziri Rasim Həsənov cənablarına».

Məktub bir neçə ünvana göndərilməli olduqda bu zaman ünvan qeyd edildikdən sonra məktubun surətinin kimə göndərildiyi də əlavə edilir

Məsələn: «Göyçay rayon icra hakimiyyətinə.

Surəti: Göyçay səhəri, S. Rüstəm küçəsi, mənzil 45. Nüşabə Ramiz qızı Məmmədovaya» Məktubda əsas mətn 2 hissədən də ibarət ola bilər: məsələnin mahiyyəti (mövcud vəziyyət) və xahiş edilən mətləb. Məktubun əsas mətni həm sadə geniş cümlə şəklində, həm də mürəkkəb cümlə şəklində ola bilər. Mürəkkəb cümlə şəklində olan variant Azərbaycan dili üçün daha münasib, daha səlis səslənir. Müraciət hissəsi məktubun başlığı sayılır. Belə başlıq, əsasən, əmr cümləsi şəklində qurulur.

2. Ümumi hissə. Burada məktublasan şəxslərin əhval-ruhiyyəsi, vəziyyəti öz əksini tapır:

- Hörmətli dostum, necə istirahət edirsən, kefin necədir?

Arzum budur ki, həmişə gümrah və xoşbəxt olasan.

- əziz bacım, yaz görüm, dərslərin necə gedir? Dərs ilini hansı qiymətlərlə

basa vuracaqsan? Məndən narahat olma. Çalışıram ki, bütün qiymətlərim əla olsun və s.

3. Fərqləndirici hissə. Bu, məktubun əsasını, məzmununu əhatə edir. Burada yazılanlara aid olan xarakterik əlamətlər açıq səkildə şərh edilir:

3. Fərqləndirici hissə. Bu, məktubun əsasını, məzmununu əhatə edir. Burada yazılanlara aid olan xarakterik əlamətlər açıq səkildə şərh edilir:

«Hörmətli müəllim, Sizin təklif etdiyiniz kitablardan F. Kərimzadənin

«Çaldıran döyüşü», S. Rüstəmxanlının «Ömür kitabı», E. Mahmudovun «Kainat gəmisi» adlı əsərlərini oxumuşam. Onların hamısı xoşuma gəldi.


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin