Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan



Yüklə 446,41 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix06.05.2017
ölçüsü446,41 Kb.
#16998
  1   2   3   4   5   6

AZƏRBAYCAN

 

Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan 



respublikadır. Qanunvericilik səlahiyyəti Milli Məclisə həvalə edilmişdir. Faktiki 

olaraq prezident hakimiyyəti hökumətin icra, qanunvericilik və məhkəmə qolları 

üzərində üstünlük təşkil etmişdir. 7 noyabr parlament seçkiləri Avropada 

Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) demokratik seçkilərlə bağlı bir 

sıra əsas standartlarına cavab verməyib. ATƏT-in Demokratik Təsisatlar və İnsan 

Hüquqları Bürosunun (DTİHB) yekun hesabatına görə, seçki çatışmazlıqlarına 

namizədlərin qeydə alınma prosesindəki qüsurlar, sərbəst toplaşma və ifadə 

azadlıqlarına qoyulan məhdudiyyətlər, məhdudlaşdırıcı siyasi mühit, namizədlərin 

mediada qeyri-bərabər işıqlandırılması və səslərin sayılması, eləcə də protokolların 

tərtib edilməsində problemlər daxildir. Eks-prezident Heydər Əliyevin oğlu, 

Prezident Ilham Əliyev 2008-ci ildə qüsurlu seçkilərdə 2-ci müddətə seçilib; 

konstitusiya ilə mandatlaşdırılmış prezidentlik müddətinə qoyulmuş limit ciddi 

qüsurlar olan 2009-ci il referendumu vasitəsilə ləğv edilib. Ölkədə 50-dən çox 

siyasi partiya olsa da, prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan 

Partiyası siyasi arenada dominantlıq edir. Ermənistanın dəstəyi ilə etnik erməni 

separatçıları ölkənin Dağlıq Qarabağ bölgəsinin əksər hissəsinə və yeddi ətraf 

Azərbaycan ərazisinə nəzarət etməyə davam edib. Dövlət həmin ərazilərdə baş 

verən hallara heç bir nəzarət həyata keçirməmişdir.

 

Təhlükəsizlik qüvvələri 



üzərində nəzarət mülki qurumların səlahiyyətində olmuşdur. 

İfadə, toplaşma və birləşmə azadlıqlarına qoyulan

 

məhdudiyyətlər siyasi 



partiyaların fəaliyyətini pisləşdirmiş və vətəndaşların sülh seçkiləri yolu ilə 

hökuməti dəyişmək hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Polisdə 

və hərbi orqanlarda insanların döyülməsi və işgəncələr nəticəsində ən azı yeddi 

nəfərin ölümü və hüquq-mühafizə orqanlarının cəzasız qalması ilə bağlı məlumat 

vardır. Həbsxana şəraiti ümumiyyətlə sərt, bəzi hallarda isə insan həyatı üçün 

təhlükəli olmuşdur. Xüsusilə hakimiyyətə siyasi müxalif hesab edilən şəxslərə 

münasibətdə həyata keçirilən əsassız həbs və saxlamalar və məhkəmədən öncəki 

uzun müddətli saxlamalar davam etmişdir. Səlahiyyətli orqanlar həmin şəxslərdən 

bəzilərini il ərzində azad etsə də, dövlət siyasi motivlər səbəbindən insanları həbs 

etməyə davam etmişdir. Hüquq-mühafizə və məhkəmə orqanları da daxil olmaqla, 

geniş yayılmış korrupsiya halları davam etmişdir. Kütləvi informasiya vasitələrinə 

təzyiq və məhdudiyyətlər və siyasi iştiraka məhdudiyyətlər daha da pisləşmişdir. 

Bəzi hallarda dövlət dini azadlığı məhdudlaşdırmağa davam etmişdir. Qadınlara 

qarşı zorakılıq halları barədə məlumat verilmişdir. İnsan alveri problem olaraq 

qalmışdır. 

İNSAN HÜQUQLARINA HÖRMƏT

 


AZƏRBAYCAN 

2

 



Bölmə 1          İnsan toxunulmazlığına hörmət, o cümlədən:   

a.              Həyatdan əsassız yaxud qeyri-qanuni məhrumetmədən azadlıq 

 

Hökumət yaxud onun nümayəndələrinin il ərzində əsassız yaxud qanunsuz qətl 



törətməsi ilə bağlı məlumat daxil olmamışdı, amma insan hüquqlarının 

monitorinqini həyata keçirən şəxslər məlumat vermişlər ki, polis yaxud hərbi 

orqanlar tərəfindən nəzarət olunan təcridxanalarda ən azı yeddi nəfər vəfat etmişdir

.

 



Ceyhun Zərbəliyev martın 25-də Nəsimi rayon 19-cu polis bölməsində ölüb. Polis 

onu martın 23-də saxlamışdı. Rəsmilər Zərbəliyevin intihar etdiyini iddia edib. 

Daxili İşlər Nazirliyi bildirib ki, daxili tədqiqat aparıb, nəticədə üç nəfər daxili işlər 

orqanlarından xaric edilib və altı əməkdaş nizam-intizam komitəsi tərəfindən 

cəzalandırılıb. Nazirlikdən həmçinin bildirilib ki, Nəsimi rayon prokurorluğunun 

cinayət araşdırması polis tərəfindən vəzifə cinayətini aşkar edib.

 

43 yaşlı Vüqar Əzizov aprelin 14-də Salyan rayon polis təcridxanasında vəfat edib. 



O, narkotikdən istifadə ittihamı ilə saxlanılıb. Rəsmi olaraq ölümün səbəbi kimi 

narkotik aludəçiliyi və arterial qanaxma olduğu göstərilib.

 

21 yaşlı Urxan Məmmədov iyulun 14-də Şəki rayonunda yerləşən hərbi bölmədə 



vəfat edib. Hökumət qurbanın respirator çatışmazlıq, kəskin koronar çatışmazlıq və 

beyin şişi səbəbindən əzab çəkdiyi barədə məlumat verib. Ailəsi Məmmədovun 

bədənində kiçik qançırların olduğunu iddia edərək hökuməti məhkəməyə verib. 

İlin sonunda həmin iş Gəncə şəhər Apelyasiya məhkəməsində həllini gözləyirdi.

 

Məlumata görə, sentyabrın 28-də Nadir Abdullayev polisin suallarına kobud cavab 



verdiyinə görə Ucar rayon Polis idarəsində döyülərək öldürülüb. Abdullayevin 

qohumları bildirib ki, çoxsaylı bədən xəsarətləri ona işgəncə verildiyini sübut edir.

 

Namir Pirməmmədov sentyabrın 31-də Goranboy rayonunda yerləşən 157 saylı 



hərbi hissədə vəfat edib, onun başı və üzünə dəyən zərbələrdən vəfat etdiyi 

bildirilir.

 

Rauf Hüseynov noyabrın 17-də Şirvan şəhər polis şöbəsində vəfat edib. Rəsmilər 



saxlanma zamanı Hüseynovun ürək tutmasının olduğunu bildirib. Hüseynov 

Zərdab rayon hərbi komissarlığının rəisi olub. Fiziki işgəncə əlamətlərinə dair 

məlumat daxil olmayıb.

 

Dekabrın 11-də Cəlilabadda polisin Qəzənfər Seydanovu döydüyü iddia edilir. O, 



həmin gün aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

 


AZƏRBAYCAN

 

Vaqif Süleymanov, Toğrul Məmmədzadə, Rüstəm Əliyev yaxud Ağa Turabovun 



işlərinə dair hər hansı yenilik barədə məlumat olmamışdır. Onların hamısı 2009-cu 

ildə polis yaxud Ədliyyə Nazirliyinin təcridxanasında vəfat edib.

 

Rəşad Həziyev, Məhəmməd Rəhimov və ya Zaur Məmmədovun işlərinə dair hər 



hansı yenilik barədə məlumat olmamışdır. Onların hamısının cəsədi 2008-ci ildə 

polis şöbələrinin içərisində və ya ətrafında tapılmışdır. 

 

Orduda pis rəftar halları geniş yayılıb (bax Bölmə I.e.) və bəzən ölümlə 



nəticələnib.

 

Hökumət 2009-cu ildə orduya çağırılmış 6 əsgərin vəfatı barədə məlumat 



vermiş və bunları ermənilərlə təmas xəttində baş vermiş hadisələrə aid etmişdir. 

 

Ermənistanın dəstəyi ilə etnik erməni separatçıları ölkənin Dağlıq Qarabağ 



bölgəsinin əksər hissəsinə və ətrafda olan yeddi rayona nəzarəti davam etdirmişdir. 

Dağlıq Qarabağ münaqişəsi nəticəsində hər iki tərəfi ayıran hərbiləşdirilmiş təmas 

xəttində il ərzində baş vermiş atışmalar yenə də hər iki tərəfə aid çox saylı 

tələfatlarla nəticələnmişdir. Xarici İşlər Nazirliyi 2009-cu ildə təmas xəttində iki 

mülki şəxsin həlak olması barədə məlumat vermişdir. 2010-cu il üçün rəqəmlər 

olmamışdır

.

 

Ərazilərin minalardan təmizlənməsinə dair milli agentliyin verdiyi məlumata 



əsasən, minaların partlaması nəticəsində bir əsgər həlak olmuş və dörd nəfər 

yaralanmışdır (iki əsgər və iki mülki şəxs). Ərazilərin minalardan təmizlənməsinə 

dair Azərbaycan Milli Agentliyinə görə, 64 448 vahid partlayıcı qurğu məhv 

edilmişdir.

 

 

b.              İtkin düşmə



 

İl ərzində siyasi motivlər səbəbindən itkin düşmə hallarına dair heç bir məlumat 

olmamışdır. Lakin hökumət Dağlıq Qarabağ münaqişəsi nəticəsində Dövlət 

Komitəsində 4049 nəfərin itkin şəxs kimi qeydiyyatda olması barədə məlumat 

vermişdir.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində 



itkin düşmüş şəxslərlə bağlı işləri araşdırmağa davam etmiş və itkin düşmüş 

şəxslərin vahid siyahısının hazırlanması üçün hökumətlə birgə işləmişdir. 

BQXK-yə görə, il ərzində münaqişənin hər iki tərəfinin itkin düşənlərinin təsdiq 

edilən sayı 4558-dən 4571 nəfərədək artmışdır. 2008-ci ildə hökumətlə 

 

 

 

 


AZƏRBAYCAN

 

 

4

 

imzalanmış çərçivə sazişinin nəticəsi olaraq, BQXK 2008-ci ildə toplanmadan bəri         



3189 ailədən vəfata qədər olan vəziyyət barədə məlumat toplamışdır. Təmas 

xəttində hər iki münaqişə tərəfindən olan ailələrdən, eləcə də Ermənistanda 

toplanmış məlumatlar insan qalıqlarının tanınmasında dövlət komissiyasına yardım 

etmək üçün nəzərdə tutulmuşdur. Dekabrda BQXK hökumətlə lisenziya 

müqaviləsi imzalamışdır, məqsəd vəfata qədər/vəfatdan sonra məlumatlar bazasını 

təhvil verməkdən ibarətdir, bu, itkin düşmüş şəxslərin ailələrindən toplanmış 

məlumatın gələcək ekzqumasiyalar zamanı (vəfatdan sonra) toplanacaq 

məlumatlarla müqayisə edilməsinə imkan verəcəkdir.

 

 

 



BQXK hərbi və mülki əsirlərə (H/MƏ) xüsusi diqqət yetirməyə davam etmiş və 

onların beynəlxalq humanitar hüquq çərçivəsində mühafizə olunmalarına əmin 

olmaq üçün il ərzində səfərlər etmişdir. BQXK əlaqələrin yenidən qurulması və 

saxlanması məqsədilə H/MƏ və onların ailəsi arasında Qırmızı Xaç mesajlarının 

mübadiləsinə müntəzəm rəvac vermişdir. Hökumət bildirmişdir ki, BQXK bir 

hərbi əsirin və bir mülki əsirin repatriasiyasına, habelə dörd Azərbaycanlının (iki 

hərbi və iki mülki şəxs) qalıqlarının Azərbaycana qaytarılmasına/ötürülməsinə 

yardım etmişdir, əvəzində iki şəxsin qalıqları Ermənistana qaytarılmışdır.     

 

c.              İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan 



davranış yaxud cəza 

 

Konstitusiya və cinayət məcəlləsi bu cür əməlləri qadağan edir və 10 ilədək 



azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur; lakin etibarlı hesabatlara əsasən, 

təhlükəsizlik orqanları saxlanan şəxsləri etirafa vadar etmək məqsədilə döymüş və 

hərbçilər tabeçiliyində olan şəxsləri fiziki təzyiqə məruz qoymuşlar. İl ərzində yerli 

insan hüquqları müdafiəçiləri məlumat vermişdir ki, təhlükəsizlik orqanları 

tərəfindən 169 nəfər təcridxanada işgəncəyə məruz qalmışdır. Sonradan bu 

şəxslərdən ən azı yeddi nəfərin vəfat etməsi ilə bağlı məlumat daxil olmuşdur. 

Cəzasızlıq problem olaraq qalmışdır. Azərbaycanın İnsan Hüquqları Mərkəzinin 

(AİHM) və Beynəlxalq İnsan Hüquqları Federasiyasının (BİHF) 2009-cu ildə 

BMT-nin İşgəncələrə qarşı Komitəsinə təqdim etdiyi hesabata əsasən, rəsmilər 

habelə pis rəftar edildiklərini iddia edən saxlananların müstəqil ekspertizasının 

təmin edilməsinə de fakto qadağa qoymuş və vəkillə təmin edilməsini 

gecikdirmişdir.

 

Hərbi Prokurorluq yanvarın 28-də baş vermiş cinayətlərlə, o cümlədən rüşvət, hərbi 



şəxsin təhqir edilməsi, xəsarət yetirilməsi yaxud işgəncə verilməsi, səlahiyyətlərdən 

sui-istifadə, səlahiyyətləri aşmaq yaxud etinasızlıqla bağlı ordunun beş üzvünü həbs 

etmiş və onlara qarşı cinayət işi başlanmışdır. 

 


AZƏRBAYCAN

 

 

5

 

İyunun 12-də Ali Hərbi Dənizçilik Məktəbinin üç kadeti yoldaşları Röyal Musayevi 



döymüş, nəticədə Musayev xəstəxanaya düşmüşdür. İnsan Hüquqları üzrə 

Müvəkkil (Ombudsman) Elmira Süleymanova işin araşdırılması və qanun 

pozuntusuna yol vermiş şəxslərin ədalətə cəlb edilməsi üçün həm Baş Prokurorun 

müavininə, həm də hərbi prokurora müraciət etmişdir. İlin sonun bu şəxslərdən heç 

biri araşdırmaya başlamamışdı.

 

Avqustun 6-da Naxçıvanda insan hüquqları müdafiəçiləri bildirmişdir ki, 



səlahiyyətli orqanlar məlumatlara əsasən küçə ticarəti ilə bağlı qadağanı 

pozduğuna görə qanunsuz olaraq Cənnət Bağırovanı dövlət psixiatrik dispanserinə 

yerləşdirmişlər. Səlahiyyətli orqanlar çoxsaylı şikayətlərdən sonra həmin gün 

Bağırovanı azad etmişlər.

 

İl ərzində yerli qeyri-hökumət təşkilatı (QHT) insanların cinsi orientasiyaya görə 



polis tərəfindən döyülməsi ilə bağlı məlumat vermişdir (bax Bölmə 6).

 

Mirzə Zahidovun 2008-ci ildə döyülməsinə qarşı hər hansı məsuliyyətə cəlb edilmə 



barədə məlumat olmamışdır.

 

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, il ərzində dövlət 247 əməkdaşı insan 



hüquqlarını pozduğuna görə cəzalandırmış və 20 nəfəri vəzifəsindən azad etmişdir.       

 

Həbsxana və saxlanma mərkəzlərinin şəraiti



 

Həbsxana insfrastrukturunun davamlı olaraq təkmilləşdirilməsinə 

baxmayaraq, həbsxanalarda şərait sərt və həyat üçün təhlükəli olaraq qalır. 

 

Cox sayda məhbusun bir yerda saxlanılması, qeyri-adekvat qidalanma, istilik və 



ventilyasiyanın az olması və zəif tibbi xidmət kimi amillər birlikdə yoluxucu 

xəstəliklərin yayılmasını ciddi problemə çevirmişdir. Son zamanlar həbsxana 

infrastrukturunda aparılmış təkmilləşdirmə işlərinə baxmayaraq, əsasən, Sovet 

dovründən qalmış müəssisələr beynəlxalq standartlara cavab verməmişdir

Qapalı 


cəzaçəkmə müəssisələrində rəhbərlik məhbusların fiziki hərəkətlər etmələrinə, 

vəkilləri və ailə üzvlərinin onlara baş çəkmələrinə məhdudiyyət qoymuşlar. 

Məhbusların işləməsi və təlim alması üçün bəzi imkanlar olmuşdur.

 

İstintaq 



təcridxanasında yerləşdirilmiş bəzi saxlanılan şəxslər onlara edilmiş fiziki zorakılıq 

hallarının gizlədilməsi məqsədi ilə bir çox hallarda zirzəmilərdə yerləşən "təcrid 

olunma kameralarında" saxlanılmışlar. İfadə alınması məqsədi ilə belə kameralarda 

saxlanılan şəxslərin qidalanmasına və yatmasına imkan verilməmişdir. 

Yerli və beynəlxalq müşahidəçilər Qobustan qapalı həbsxanasında şəraitin pis 

olması barədə məlumat təqdim etməyə davam etmişlər. İl ərzində rəsmilər yeni 

binanın inşasına başlamışlar. Noyabr 2009-cu il hesabatında İşgəncələrin Qarşısının 

Alınması üzrə Avropa Komitəsi (İQAAK) qeyd etmişdir ki, 2008-ci ildə Qobustana 



AZƏRBAYCAN

 

 

6

 

edilən səfər zamanı həbsxana rəsmisi məhbusu İQAAK-dan gələn nümayəndə heyəti 



ilə danışmaması üçün hədələməyə cəhd göstərmişdir və rəhbərliyin bəzi məhbuslara 

nümayəndə heyətinə şikayət etməmələrinə dair xəbərdarlıq etməsi aydın idi. Bunlara 

baxmayaraq, nümayəndə heyəti məhbuslardan onlara qarşı həbsxana əməkdaşları 

tərəfindən qəsdən törədilmiş fiziki zorakılıq və gücdən həddən artıq istifadə halları 

barəda mötəbər məlumat almışdır. 

Daxili İşlər Nazirliyindən xəbər verilmişdir ki, il ərzində aşağıdakı cəzaçəkmə 

müəssisələrində təmir-bərpa işləri həyata keçirilmişdir: Qaçaqmalçılıqla Mübarizə 

Şöbəsi və Bakının Xəzər, Səbail, Nəsimi rayonlarının və Qusar, Göygöl və Lerik 

rayonlarının polis şöbələri. Nazirlikdən həmçinin bildiriblər ki, əlavə 20 saxlama 

müəssisəsində təmir-bərpa işləri həyata keçirilmişdir.

 

Sərt həbsxana şəraiti il ərzində çoxsaylı ölüm halı ilə nəticələnmişdir; Ədliyyə 



Nazirliyi məlumat vermişdir ki, il ərzində həbsxanada 106 nəfər vəfat etmişdir, 

2009-cu illə müqayisədə bu, 19% azdır. Nazirlik ölüm hallarının əksəriyyətinin 

müxtəlif xəstəliklər nəticəsində baş verdiyini qeyd etmiş, lakin vərəmdən vəfat 

edənlərin sayının digər xəstəliklərdən ölənlərin sayından çox olmasına 

baxmayaraq, vərəmdən ölüm hallarının sayının əhəmiyyətli dərəcədə azalması 

faktını vurğulamışdır.

 

Daxili Işlər Nazirliyi nəzdində olan cəzaçəkmə 



müəssisələrində intihar nəticəsində baş vermiş bir ölüm faktını qeyd etmişdir. Bu 

ölüm faktı ilə əlaqədar olaraq etinasızlığa görə rəhbərlik bir polis əməkdaşını işdən 

azad etmiş, digər iki əməkdaşı isə intizam məsuliyyətinə cəlb etmişdir. 

2009-cu ilin avqust ayında etnik azlıq olan Talış qrupunun tanınmış alimi və Tolışi 



Sədo qəzetinin sabiq baş redaktoru Novruzəli Məmmədov Ədliyyə Nazirliyinin tibb 

müəssisəsində vəfat etmişdir. Nazirlik bu ölümün ürək çatışmazlığı nəticəsində baş 

verdiyini qeyd etsə də, ailə üzvləri və yerli hüquq müdafiəçiləri ona müvafiq tibbi 

xidmətin gostərilməməsinə əmin olmuşlar. Məmmədovun dul qalmış həyat yoldaşı 

Ədliyyə Nazirliyini məhkəməyə vermiş və il ərzində Məmmədovun işini Avropa 

İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etmişdir. Bəzi yerli QHT-lər hesab 

edir ki, Məmmədovun həbsi onun etnik mənsubiyyəti və mədəni fəaliyyəti ilə bağlı 

olmuşdur. 

Il ərzində Ədliyyə Nazirliyinin təcridxanasında saxlanılan Arif Aslanovun 

2008-ci ildə baş vermiş ölümü ilə əlaqədar olaraq heç bir istintaq aparılmamışdır. 

Ədliyyə Nazirliyi vərəmə yoluxmuş 497 məhbusun müalicə olunması barədə 

məlumat vermişdir. Hökumət bildirmişdir ki, məhbuslar və saxlanılan şəxslər 

arasında ölümün digər əsas səbəbləri xərçəng, miokard infarktı, hepatik sirroz və 

ürək çatışmazlığı olmuşdur.

 

Hökumət və insan hüquqları müdafiəçilərindən ibarət həbsxanalar üzrə birgə 



monitorinq qrupu həbsxanalara giriş icazəsini yalnız Penitensiar 

AZERBAIJAN 

7

 



Xidməti əvvəlcədən xəbərdar etməklə əldə etmişdir. Məlumat verilir ki, il ərzində 

qrup əvvəlcədən xəbərdarlıq verilsə də müəssisələrə giriş icazəsinin əldə 

edilməsində çətinliklərlə qarşılaşmışdır. Qrup 2009-cu ildə çoxsaylı cəzaçəkmə 

müəssisələrinə səfərlər etmiş, həbsxanalarda daha yaxşı tibbi şərait üçün 

müvəkkillik etmiş, həbsxanalarda daha çox telefon quraşdırılmasını təşkil etmiş, 

həbsxanalara kitab bağışlamış və 47 məhbusa hüquqi yardım göstərmişdir. 

Qadın və kişilər istintaq təcridxanalarında bir yerdə saxlanılmış, lakin məhkum 

olunduqdan sonra qadınlar ayrıca həbsxanaya yerləşdirilmişlər. Azyaşlıların ayrı 

saxlanılması müəyyən edilsə də, beynəlxalq müşahidəçilər bəzi azyaşlıların 

böyüklərlə bir yerdə saxlandığını qeyd etmişdir. 

Hökumət BQXK, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi 

(İQAAK), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi də daxil olmaqla bəzi beynəlxalq və yerli 

humanitar və insan hüquqları qruplarının habsxanalara bir sıra səfərlər etməsinə 

icazə vermişdir.   

2009-cu ilin iyul ayından    etibarən Ədliyyə Nazirliyinə əvvəlcədən məlumat 

vermədan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə Nazirliyin müəssisələrinə səfər 

etməyə icazə verilməmişdir. Daxili İşlər Nazirliyinin nəzdində olan istintaq 

təcridxanalarına Komitənin hələ da maneəsiz çıxışı vardır

BQXK-nın Dağlıq 



Qarabağ münaqişəsi ilə əlaqədar olaraq saxlanılan hərbi və mülki əsirlərə, habelə 

Ədliyyə, Daxili İşlər və Milli Təhlikəsizlik Nazirliklərinin səlahiyyətində olan 

müəssisələrdə saxlanılan şəxslərə maneəsiz çıxışı olmuşdur.

 

Penitensiar Xidmət 



konsulluq tərəfindən edilən səfərlərdən başqa xarici ölkə səfirliklərinə həbsxanalara 

giriş icazəsi verməmişdir.

 

Bəzi beynəlxalq təşkilatların missiyalarına həbsxanalara 



monitorinq məqsədilə səfər etməyə icazə verilirdi.   

d.              Əsassız həbs yaxud saxlama

 

Qanun əssasız həbs və saxlamanı qadağan etsə də, hökumət ümumilikdə praktikada 



bu qadağalara riayət etməmiş və cəzasızlıq problem olaraq qalmışdır. 

Polis və təhlükəsizlik orqanlarının rolu

 

Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi daxili təhlükəsizliyə görə 



məsuliyyət daşıyır va birbaşa Prezidentə hesabat verir. Daxili İşlər Nazirliyi 

yerli polis qüvvələrinə nəzarət edir və daxili mülki müdafiə qoşunlarını 

saxlayır. Milli Təhlükəsizlik Nazirliyinin ayrı daxili təhlükəsizlik qüvvələri var. 

Təhlükəsizlik qüvvələri ümumən cəzasız hərəkət edə bilsə də, hökumət il ərzində 

insan haqlarının pozulması ilə bağlı 174 şikayətə görə 276 polis işçisinə qarşı 

tədbirlər görüldüyünü bildirmişdir. Hökumət cinayət məsuliyyəti barədə məlumat 

verməmiş, amma bildirmişdir ki, o, 20 polis işçisini Daxili İşlər Nazirliyinin 

sıralarından çıxarmış, 18 polis işçisini tutduğu vəzifədən azad etmiş və 238 nəfəri 

intizam məsuliyyətinə cəlb etmişdir. 


AZƏRBAYCAN 

8

 



Həbs prosedurları və saxlama yerində rəftar 

 

Qanunda nəzərdə tutulub ki, cinayətdə təqsirli bilinərək saxlanılmış, həbs edilmiş və 



ya ittiham edilmiş şəxslərə onların hüquqları, həbsin səbəbləri dərhal izah edilməli 

və müvafiq hüquqi proses təmin olunmalıdır. Bununla belə, təcrübədə hökumət bu 

müddəalara riayət etməmişdir. Çox vaxt polisə müqavimət kimi saxta ittihamlarla 

əsassız həbslər il ərzində problem olaraq qalmışdır. 

Qanun polislərə şəxsləri həbs-qətimkan tədbiri olmadan 48 saat saxlamağa və 

sorğu-sual etməyə icazə verir. Təcrübədə polis işçiləri həbs-qətimkan tədbiri 

olmadan şəxsləri bir neçə gün, bəzən həftələrlə saxlamışdır. Digər hallarda 

hakimlər həbs qərarını həbs faktından sonra çıxarmışlar

.

 

Baş  Prokurorluq  və  ya  digər  icraedici  orqanların  məmurlarının  təlimatına 



əsasən  fəaliyyət  göstərən  hakimlər  saxlanılan  şəxsləri  vəkillə  təmin  etmədən 

bir neçə saat ərzində həbs cəzası vermişlər.

 

Qanun saxlanılan andan vəkil tutmaq hüququnu nəzərdə tutur; təcrübədə, xüsusilə 



Bakı şəhərindən kənarda vəkillə təmin olunma aşağı səviyyədə olmuşdur. Qanunda 

nəzərdə tutulmasına baxmayaraq, imkansız məhbuslar vəkildən yararlana 

bilməmişlər. Səlahiyyətli şəxslər ailə üzvlərinin baş çəkməsini məhdudlaşdırmış və 

saxlanılanlar barədə məlumat verməmişlər və çox vaxt ailələr həbs olunmuş 

qohumları ilə bağlı hər hansı məlumat əldə etmək üçün günlərlə gözləməli 

olmuşlar. Rəsmi qaydada fəaliyyət göstərən zamindurma sistemi olmasa da, 

şəxslərə bəzən saxlanılanları zaminə götürərək onların məhkəmədən əvvəl istintaq 

zamanı şərti azadlığa buraxılmasına imkan verilmişdir. Siyasi baxımdan şübhəli 

şəxslər polis şöbəsində bəzən bir neçə saat, hətta günlərlə yazışma hüququ 

olmadan təkadamlıq kamerada saxlanılmışlar.

 

İl ərzində həbs və saxlama prosedurların çoxsaylı pozulma halları olub.



 

Noyabrın 12-də Şərur rayon polis idarəsi ittiham irəli sürmədən Sabit Əliyevi 

noyabrın 21-dək saxlamışdır. Sabit Əliyev 7 noyabr parlament seçkilərində 

namizəd olmuş qardaşı Səxavət Əliyevin seçki müşahidəçisi olmuşdur; qanunla 

ittiham 48 saat ərzində irəli sürülməlidir. Azad edilməzdən qabaq Sabit Əliyevdən 

kəndi tərk etməmək haqqında bəyanata qol çəkmək tələb edilmişdir (bax bölmə 3).

 

Noyabrın 9-da Bəxtiyar Hacıyev bildirib ki, 24 saat ərzaq və susuz saxlandıqdan 



sonra o, azad edilib. 7 noyabr parlament seçkilərində namizəd olmuş Haclyev 

həmçinin Azadlıq Radiosuna bildirib ki, rəsmilər saxlama zamanı onu hədələmiş 

və ailəsinə onunla görüşməyə icazə verməmişlər (bax bölmə 2.d). 


Yüklə 446,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin