Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan



Yüklə 446,41 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix06.05.2017
ölçüsü446,41 Kb.
#16998
1   2   3   4   5   6

AZƏRBAYCAN 

26

 



Avqust ayının 9-da Turan Xəbərlər Agentliyi xəbər vermişdir ki, Bakı şəhər İcra 

Hakimiyyəti qeydiyyata alınmamış QHT-lərin yürüşünə icazə verməkdən imtina 

etmişdir. QHT-lər avqust ayının 4-də Ədliyyə Nazirliyinin yaxınlığındakı 

meydanda yürüş üçün icazə istəmişdilər. İcra Hakimiyyəti belə bir əsas gətirərək 

icazə verməmişdir ki, yürüş meydanda dincələn insanlara mane olacaqdır və dövlət 

binalarının yaxınlığında nümayişlərin keçirilməsinə icazə verilmir.

 

Oktyabr ayının 10-dan əvvəl AXCP – Müsavat bloku toplaşma azadlığına dəstək 



vermək məqsədilə yürüşə icazə almaq üçün Bakı şəhər İcra Hakimiyyətinə 

müraciət etmişdir. Verilən xəbərlərə görə, Mərkəzi Seçki Komissiyasının Sədri 

Məzahir Pənahov deyib ki, toplaşma seçki məcəlləsinə ziddir, çünki o, müəyyən 

edilmiş kampaniya dövründən kənar müddətdə olmuşdur. Müxalifət bloku yürüşün 

məqsədi ilə bağlı xarakteristika ilə razılaşmamış, amma yürüşün vaxtını oktyabrın 

17-nə dəyişmişdir. Bakı şəhər İcra Hakimiyyəti yenə icazə verməmişdir. Parlament 

seçkilərinə hazırlıq mərhələsində AXCP – Müsavat bloku heç bir icazəsiz yürüş 

keçirməmişdir.

 

Dekabr ayının 9-da Təhsil naziri Misir Mərdanov elan etmşdir ki, qızların məktəbə 



hicabla gəlmələrinə icazə verilmir. Xəbərlər agentlikləri bildirmişdir ki, yüzlərlə 

etirazçının iştirak etdiyi 10 dekabr yürüşü zamanı Təhsil Nazirliyinin qoyduğu bu 

qadağaya etiraz edilmişdir. Polis 12 nəfəri saxlamışdır. Dekabrın 15-də Masallı 

rayonunda təqribən 100 nəfərin hicab qadağasına etiraz yürüşündə iştirak etdiyi 

bildirilir. Dekabr ayının 16-da Nardaran kəndində bir neçə min nəfər qadağaya 

etiraz etmişdir.

 

Yusif Əlikramoğlu, Hacıqulu Həşimov və Azər Sarcanov məktəblərdə hicab 



qadağasına etiraz olaraq Bakı şəhərində məktəbdə pəncərə sındırmağa görə həbs 

edilmişdi. Dekabr ayının 23-də onlar azad edilmişdi. Dinin Müdafiəsi Mərkəzinin 

məlumatına əsasən, təqsirli bilinən şəxslər uydurma ittihamla həbs edildiklərini 

bildirmişlər.

 

Birləşmə azadlığı



 

Qanunda birləşmə azadlığı təmin edilməsi nəzərdə tutulsa da, təcrübədə hökumət 

bu hüquqa qoyduğu məhdudiyyəti il ərzində sərtləşdirmişdir. Qanunun bir sıra 

müddəası hökumətə icazə verir ki, siyasi partiya, dini qrup, biznes və QHT-lərin 

fəaliyyətini tənzimləsin. Bura həmçinin bütün təşkilatların Ədliyyə Nazirliyi, yaxud 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) qeydiyyatdan keçməsinə 

dair tələb daxildir. Qanunda qeydiyyat ərizələrinin hökumət tərəfindən 30 gün 

ərzində baxılması tələb olunsa da, qeyri-müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat 

prosedurları uzunmüddətli ləngimələrə səbəb olmuşdur ki, bu, vətəndaşların 


AZƏRBAYCAN 

27

 



azadlığını effektiv şəkildə məhdudlaşdırmışdır.   

2009-cu ilin iyununda Milli Məclis birləşmə azadlığına yeni məhdudiyyətlər 

qoymaq üçün QHT-lərə dair qanuna düzəlişlər etdi. Rəsmilər düzəliş edilmiş 

qanunun ilkin layihəsinin əksər problemli müddəalarını qanundan çıxarsa da, yeni 

düzəlişlərdə bəzi məhdudiyyətlər qalmışdır. Buraya QHT filiallarının rəhbər 

müavinlərinin Aəzrbaycan vətəndaşları olması və xarici QHT-lərdən ofis açmazdan 

əvvəl hökumətlə razılaşma imzalamasına dair tələb də daxildir. 2009-cu ilin dekabr 

ayında Prezident Əliyev QHT-lərə dair qanuna əlavə dəyişiklikləri nəzərdə tutan 

sərəncam imzaladı. Beynəlxalq və yerli QHT-lər onlardan əldə etdikləri bütün 

qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə dair bu sərəncamda nəzərdə 

tutulan yeni müddəadan narahatlıqlarını bildirmişdir.   

Bəzi QHT-lərin hesablamalarına görə, təxminən 1000 belə qrup ilin 

sonuna qeydiyyata alınmamışdı.

 

Məsələn, 2008-ci ildə qeydiyyatı Nazirlik tərəfindən ləğv olunmuş Seçkilərin 



Monitorinq Mərkəzi (SMM) QHT-si həmən ilin dekabr ayında yeni təşkilat, 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDAM) kimi 

qeydiyyatdan keçməyə cəhd etmişdir. Müşahidəçilər bu təşkilatın qeydiyyata 

alınmamasının əsassız olduğunu hesab etmişlər. 2009-cu ilin noyabrında SMM 

AİHM-ə apellyasiya şikayəti vermişdir. Fevral ayının 2-də SMDTM qeydiyyat 

müraciəti ilə bağlı Ali Məhkəməyə apelyasiya şikayəti vermişdir. Avqust ayının 

13-də Ali Məhkəmə işi Apellyasiya Məhkəməsinə qaytarmışdır, ilin sonunda iş 

hələ də orada idi

.

 

Human Rights Watch bildirmişdir ki, Ədliyyə Nazirliyi il ərzində üç dəfə 



Televiziya və Alternativ Media İnkişaf mərkəzinin qeydiyyatını rədd etmişdir.

 

c. 



Dini etiqad azadlığı

 

Dini azadlıqla bağlı daha ətraflı məlumat üçün bax: www. state.gov/g/drl/irf/rpt veb 



səhifəsi 2010-cu ildə Beynəlxalq Dini Azadlığa dair Hesabat.

 

d. 



Sərbəst hərəkət azadlığı, məcburi köçkünlər, qaçqınların müdafiəsi və 

vətəndaşlığı olmayan şəxslər 

 

Qanun ölkə daxilində sərbəst hərəkət, xarici səfər, emiqrasiya və repatriasiya 



(vətənə dönmə) azadlığını təmin etsə də, hökumət xüsusən də, məcburi 

köçkünlər üçün hərəkət azadlığını məhdudlaşdırmışdı. 

 

Hökumət məcburi köçkünlər, qayıdan qaçqınlar, sığınacaq üçün müraciət edən   



şəxslər, vətəndaşlığı olmayan şəxslər və aidiyyəti olan digər şəxslərin qorunması 

və dəstək göstərilməsi sahəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi 



(UNHCR) və digər humanitar təşkilatlarla əməkdaşlıq etmişdir. Qaçqın statusunun 

müəyyənləşdirilməsi daxil olmaqla qaçqınlarla bağlı bütün səlahiyyətlər Dövlət 

Miqrasiya Xidmətinə verilmişdir. Beynəlxalq QHT-lər 2007-ci ildə yaradılmış bu 

yeni idarənin səmərəli olmadığını və şəffaf fəaliyyət göstərmədiyini bildirməyə 

davam etmişdir. 

 

2006-cı ildən bəri hökumət Xalq Cəbhəsinin sədri Əli Kərimlinin pasportunu 



təzələməkdən imtina etməklə və bunu ona qarşı 1994-cü ildə qaldırılmış və hələ də 

qüvvədə qalan mülki işlə əsaslandırmaqla xaricə səfər etməsinin qarşısını almışdır. 

Hökumət bir sıra hallarda Kərimlinin pasportunu bu illərdə heç bir etiraz etmədən 

təzələmişdi. Kərimli bu qərardan şikayət etsə də, onun şikayəti məhkəmə 

sisteminin bütün səviyyələrində rədd edilmişdi. Kərimli 2009-cu ilin yanvar ayında 

şikayətini AİHM-ə təqdim etmiş və ilin sonunda qərarı gözləyirdi

.

 

Parlament seçkilərindən sonra hökumət keçmiş namizəd və demokratiya fəalı 



Bəxtiyar Hacıyevin ali təhsilini davam etmək məqsədilə Gürcüstan sərhədini 

keçməsinin qarşısını almış və bunu, onun məcburi hərbi xidmət öhdəliyi ilə 

əlaqələndirmişdir. Müşahidəçilər inanır ki, rəsmilər bunu Hacıyev tərəfindən seçki 

saxtakarlığı ilə bağlı sübutun You Tube-da yerləşdirməsi daxil olmaqla, onun   

fəaliyyəti səbəbindən etmişlər..

 

Qanun hərbi qulluq yaşına çatmış şəxslərin xaricə səfər etməzdən əvvəl hərbi 



qurumlarda qeydiyyatdan keçməsini tələb edir. Ali təhsil almaq istəyən şəxslər 

təhsillərini başa vurmaq üçün möhlət istəyə bilərlər. Hərbi xidmət haqqında qanun 

maqistrantlar yaxud aspirantlar üçün möhlət verilməsini təsbit etməsə də, hərbi 

komissarlıqlar ümumən növbəti kursa keçməklə bağlı illik sübut təqdim edildiyi 

təqdirdə belə möhlət vermişlər. Milli təhlükəsizliyə dair məlumata çıxışı olan bəzi 

hərbi heyət üzvlərinin xaricə səfərlərinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. 

Cinayət əməllərinə görə ittiham və ya məhkum edilmiş və şərti cəza almış şəxslərin 

xaricə səfər etməsinə icazə verilməmişdi. Rəsmilər pasport üçün müraciət edən 

şəxslərdən müntəzəm şəkildə rüşvət almışlar

.

 



Rəsmi hökumətin siyasəti etnik erməni mənşəyindən olan vətəndaşlara səfər 

etməyə icazə versə də, əldə edilən məlumata görə aşağı vəzifəli rəsmilər çox vaxt 

pasport üçün müraciət edən etnik ermənilərdən rüşvət tələb etmiş və ya onları 

incitmişdir. Qarışıq millətdən olan bəzi ermənilər şəxsiyyət vəsiqələrini almaq 

üçün müraciət edəndə pasport və qeydiyyat şöbəsində rəsmilərlə problemlərinin 

olduğuna dair yerli QHT-lərə məlumat vermişlər. Azərbaycan soyadlarını daşıyan, 

müraciət etmiş ərizəçilərin rüşvət ödəməsi istisna olmaqla, onlar başqa heç bir 

problemlə üzləşməmişlər

.

 

Hökumət 2003-cü ildə seçkidən sonra keçirilən mitinqlərdə iştirakına görə 2004-cü 



ildə mühakimə olunan Bakı Cümə Məscidinin sabiq imamı İlqar İbrahimoğlunun 

ölkədən kənara çıxmasının qarşısını almışdı. İlin sonunda onun statusu dəyişməz 

qalmışdı. 


AZƏRBAYCAN 

29

 



Qanun məcburi sürgünü qadağan edir və hökumət bundan istifadə etməmişdir   

Məcburi köçkünlər

 

İlin sonunda UNHCR (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı)bildirmişdir ki, 



ölkədə 151 085 ailəni təmsil edən qeydiyyatdan keçmiş 592 860 məcburi köçkün 

vardır. Onların böyük əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1988 – 

1993-cü illər ərzində öz evlərini tərk etmiş şəxslərdir. 

 

Məcburi köçkünlərdən öz yaşayış yerlərini səlahiyyətli orqanlarda qeydiyyata 



almaq tələb olunub və onlar yalnız təsdiqlənmiş ərazilərdə yaşaya bilirdirlər. 

Sovet dönəmindən qalmış bu



“propiska" sistemi, əsasən, etnik erməni separatçıları Dağlıq Qarabağ və onun 

ətrafında Azərbaycanın qərb hissəsindəki ərazilər üzərində nəzarəti ələ keçirdikdən 

sonra evlərindən qaçmağa məcbur olmuş şəxslərə tətbiq olunmuşdu. Hökumət 

qeydiyyatın məcburi köçkünlər haqqında məlumatın toplanması və onlara kömək 

göstərilməsi üçün lazım olduğunu bildirmişdir. Məcburi Köçkünlüklə bağlı 

Monitorinq Mərkəzinə əsasən, Bakı şəhərində yaşayan bir çox məcburi köçkünlər 

qeydiyyata düşmək, rəsmi məşğulluğa çıxış əldə etmək, hökumətdən yardım, 

səhiyyə, təhsil yaxud pensiya almaq iqtidarında olmamış və əmlak almaqda 

çətinliklərlə üzləşmişlər. 

UNHCR bildirmişdir ki, il ərzində hökumət Ağdam, Yevlax və Goranboy 

rayonlarında məcburi köçkünlərin məskunlaşması üçün üç qəsəbə (bir kənd və iki 

şəhər) salmışdır. Ötən il ərzində 7047 məcburi köçkün (1566 ailə) bu qəsəbələrə 

yerləşdirilmişdir. Ilin sonuna qədər yeni qəsəbələrin ümumi sayı 67 olmuşdur, 

burada 90 000 nəfərdən ibarət 20 000 ailə yaşayır.

 

Məcburi Köçkün və Qaçqınlarla İş üzrə Dövlət Komitəsi bildirmişdir ki, fevral 



ayının 27-də Qəbələdə 155 məcburi köçkün ailəsi yeni inşa edilmiş iki binaya 

yerləşdirilmişdir. O, bildirmişdir ki, noyabrın 10-da Yevlaxda 612 məcburi köçkün 

yeni binada yerləşdirilmişdir. Komitə bildirmişdir ki, noyabrın 11-də Ağdam 

rayonunda 689 ailə üçün yeni qəsəbənin açılışı olmuşdur. Bundan əlavə, Bakı 

şəhərindəki 70 məcburi köçkün ailəsi Abşeron rayonunda beşmərtəbəli binaya 

yerləşdirilmişdir. Komitə müvəqqəti olaraq Qəbələ rayonunun Zarağan kəndində 

məskunlaşmış 40 məcburi köçkün ailəsini yeni mənzilə köçürmüşdür. Goranboy 

rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün beşmərtəbəli binanın və 360 

şagird üçün məktəb binasının inşası tamamlanmışdır.

 

İl ərzində 2360 məcburi köçkün daimi işlə təmin edilmiş və 4458 şəxs mövsümi 



işlə təmin edilmişdir; 123 nəfər işsizliklə bağlı müavinət alırdı.

 


AZƏRBAYCAN 

30

 



Komitə 363 nəfəri peşə təhsilinə və 312 nəfəri ödənişli ictimai fəaliyyətə cəlb 

etmişdir. Məcburi köçkünlər üçün Sosial İnkişaf Fondu tərəfindən əlavə 97 

müxtəlif icma mikrolayihələri tamamlanmışdır.

 

Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsi  2010-cu  il 



büdcəsinin  2009-cu  ilin  307.8  milyon  manatdan  artırılaraq  ($375.4  milyon)   

340  milyon  manat  ($414.6  milyon)  olduğu  bildirmişdir.  Məcburi  köçkünlər 

aylıq qida subsidiyası və qışda qızdırıcı yanacaq subsidiyası almışlar.

 

Qaçqınların müdafiəsi



 

Ölkənin qanunu sığınacaq və ya qaçqın statusunun verilməsini təmin edir və 

hökumət Qaçqın Statusunun Müəyyən Edilməsi Departamenti vasitəsilə bəzi 

qaçqınlara müdafiə təmin edəcək sistem yaratmışdır. İdarə bir çox məsələlərdə 

irəliləyişə nail olsa da, bu irəliləyiş düzgün olmayan sığınacaq qərarlarından bütün 

şikayətləri rədd edən qaçqın statusunun müəyyənləşdirilməsinə dair bir sıra 

məhkəmə hökmləri ilə heçə endirilmişdir.

 

Təcrübədə hökumət qaçqınların irqi, dini, milli mənsubiyyəti, hər hansı xüsusi 



sosial qrupa üzvlüyü və ya siyasi əqidəsinə görə həyat və azadlıqlarının təhlükə 

altında qalacağı ölkələrə qovulması və ya qaytarılmasına qarşı bəzi müdafiə 

tədbirləri təmin etmişdir. Dekabr ayının 31-i tarixinə UNHCR-da 1965 nəfər 

qeydiyyata alınmışdır: 1891 qaçqın və 74 sığınacaq istəyənlər, 2009-cu illə 

müqayisədə bu, 9 faiz azdır. Dövlət Miqrasiya Xidməti bildirmişdir ki, o, il ərzində 

69 nəfərə qaçqın statusu vermişdir. UNHCR-a görə, bu fərdlərdən bir çoxu İrandan 

olan etnik Azərbaycanlılardır. Hökumət dövlət yaxud UNHCR tərəfindən qaçqın 

yaxud sığınacaq tələb edən şəxslər kimi tanınmışlara heç bir nəzərəçarpacaq 

yardım göstərməmişdir.

 

Çeçenlər və əfqanlar qaçqınlar arasında çoxluq təşkil edən qruplardır. Hökumət 



1951-ci il konvensiyasına əsasən qaçqınların çoxunu qaçqın kimi tanımır. Nəticədə 

UNHCR ölkədə aidiyyatı olan insanlara bütün müdafiə və yardım funksiyalarını 

yerinə yetirməyə davam etmişdir.

 

UNHCR çeçenləri və əfqanları qaçqın kimi tanısa da, yaşayış, qeydiyyata dair 



qanunlar, qaçqın və məcburi köçkün statusu onlara şamil edilməmişdi. Onlardan 

polis bölməsində qeydiyyatdan keçmək tələb olunmuş və Azərbaycanda yaşamaq 

üçün icazə almaq hüququ verilməmişdi. Rusiya ilə ikitərəfli pasport sisteminə 

əsasən çeçenlərə ölkəyə vizasız daxil olmaq icazəsi verilmişdir.

 

 

 

AZƏRBAYCAN 

31

 



UNHCR-ın məlumatına əsasən, 2009-cu ildə 82 çeçen il ərzində müvəqqəti 

müdafiə olunması üçün müraciət etmiş və bunu əldə etmişdir, əvvəlki illə 

müqayisədə bu göstərici 40 faiz azdır. Bütün qaçqın uşaqlarına dövlət 

məktəblərinə getmək icazəsi verilmişdir. Bununla belə, çeçen və əfqanların ölkə 

ərazisində qanuni rezident statusu olmadığına görə onların dövlətin səhiyyə 

xidmətlərindən bəhrələnməsinə icazə verilməmişdir. UNHCR onlar üçün əsas tibbi 

yardımı xarici donorların dəstəyi ilə təmin etmişdir

.

 



2009-cu il ərzində ölkəyə 100 nəfər əfqan gəlmiş və UNHCR-da qeydiyyata 

alınmışdır, ötən ilə nisbətən bu, azalma deməkdir. Əfqanlar polislərin onların 

evlərinə gəlməsindən və onları deportasiya etməklə hədələmələrindən şikayət 

etmişlər. Əfqanların məcburi geri qaytarılmasına dair məlumat olmamışdır. Əfqan 

icma liderləri bildirmişdir ki, UNHCR il ərzində 50 nəfərə müdafiə təmin 

etməkdən imtina etmişdir. Bundan əlavə, onlar bildirmişdir ki, UNHCR tərəfindən 

verilən müavinətlər onların ailələrinin təminatı üçün kifayət etmir və ölkə 

ərazisində qanuni yaşayış statusu olmadan iş tapmaq qeyri-mümkündür

.

 

Qaçqın statusuna malik olmayan şəxslərə müvəqqəti müdafiə təmin etmək



 

üçün 


hökumətin hüquqi mexanizmi yoxdur. Bununla belə, hökumət UNHCR-ın çeçen 

və əfqanlar üçün verdiyi şəxsiyyət vəsiqələrini tanımışdır.

 

Vətəndaşlığı olmayan şəxslər



 

Ölkə ərazisində vətəndaşlıq doğuşla və ya insanın valideynlərinin vətəndaşlığı ilə 

müəyyənləşdirilir. Qanun vətəndaşlığın olmamasına görə müraciət etmək 

hüququnu təmin edir. Bununla belə, təcrübədə əksər insanlar müraciət üçün tələb 

edilən sənədləri əldə edə bilməmiş və bu səbəbdən onların statusu rəsmi olaraq 

tanınmamışdır. Vətəndaşlıq haqqında qanuna 2008-ci ildə düzəlişlər edilərək xarici 

vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlığı əldə etmək hüququ 

çətinləşdirilmişdir

.

 

UNHCR-ın statistik məlumatlarına əsasən, hökumət 2009-cu ilin sonuna ölkədə 



2078 nəfər vətəndaşlığı olmayan şəxsin olduğunu bildirmişdir. Bu şəxslərin böyük 

əksəriyyəti Gürcüstan və İrandan gəlmiş etnik Azərbaycanlılardır. QHT-lərin 

hesablamalarına görə, ölkədə bir çox digər sənədləşdirilməmiş və vətəndaşlığı 

olmayan şəxslər vardır, təxmini hesablamalara görə yüzdən on minədək belə 

şəxslər olmuşdur, onların arasında statusu formal şəkildə tanınmayan və 

vətəndaşlığı olmayan şəxsiyyət vəsiqəsini almayan Məhsəti Türkləri də vardır.

 

Bölmə 3          Siyasi hüquqlara hörmət: Vətəndaşların öz hökumətini dəyişmək 



hüququ

 

Konstitusiya və qanunvericilik vətəndaşlara öz hökumətlərini sülh yolu ilə 



dəyişmək hüququnu təmin edir; bununla belə, hökumət seçkilərə müdaxilə etməklə 

təcrübədə bu hüququ məhdudlaşdırmağa davam etmişdir. Qanun həmçinin müstəqil 



AZƏRBAYCAN 

32

 



qanunvericiliyi nəzərdə tutur, lakin Milli Məclisin müstəqillliyi minimal səviyyədə 

olmuş və onun icraedici hakimiyyətdən müstəqil şəkildə qanunvericilik təşəbbüsü 

az olmuşdur. Ölkə müstəqillik əldə etdikdən bəri keçirilən seçkilərdən fərqli olaraq 

qüsurlu sayılan 7 noyabr parlament seçkilərində heç bir müxalifət partiyasının üzvü 

parlamentə seçilməmişdir.

 

Seçkilər və siyasi iştirak 



 

Noyabr ayının 7-də ölkə ərazisində keçirilən parlament seçkilərində iqtidar yönlü 

və müxalifət siyasi partiyalarının nümayəndələri iştirak edirdi. Lakin bu seçkilər 

demokratik seçkilərlə bağlı bir sıra beynəlxalq standartlara cavab verməmişdir. 

Yerli və xarici müşahidəçilərə görə, çatışmazlıqlara namizədlərin qeydiyyat 

prosesindəki qüsurlar, toplaşma və ifadə azadlığı ilə bağlı məhdudiyyətlər, 

məhdudlaşdırıcı siyasi mühit, namizədlərin mətbuatda qeyri-bərabər şəkildə 

işıqlandırılması və səlahiyyətli orqanların namizədlərə qeyri-bərabər münasibəti 

daxil olmuşdur. ATƏT/DTİHB-ın yekun sənədi belə qənaətə gəlmişdir ki, 

ümumilikdə seçkilər ATƏT-in demokratik seçkilərlə bağlı bir sıra öhdəliklərinə və 

yerli qanunvericiliyin mühüm elementlərinə cavab verməmişdir.

 

İyun ayında Milli Məclis zəifictimai müzakirə aparılmaqla seçki məcəlləsinə 



dəyişiklik etdi. Dəyişikliklərin bəziləri qismən Avropa Şurası və ATƏT tərəfindən 

qaldırılmış məsələləri əks etdirmişdir. Bununla belə, digər müddəalar ümumi seçki 

dövrünü və seçki kampaniyasını daha da qısaltmış və namizədlər üçün dövlətin 

məhdud maliyyələşdirməsini ləğv etmişdir. Dəyişikliklər uzun müddətli problem 

olan – seçki komissiyalarının strukturunun tarazlaşdırılmasında irəli getməmiş və 

namizədlərin seçilmə hüquqları, şikayət, apellyasiya prosedurları və səs bərabərliyi 

məsələləri ilə bağlı narahatlıqlar qalmışdır. 

Noyabr ayında parlament seçkilərinə hazırlıq mərhələsində hökumət belə mitinq və 

namizədlərin seçicilərlə görüşlərinin Bakının mərkəzindən uzaqda, çox vaxt ictimai 

nəqliyyatın məhdud şəkildə getdiyi yerlərdə keçirilməsini israrla qeyd edərək 

müxalifət partiyalarının toplaşma hüququnu məhdudlaşdırmışdır (bax bölmə 2.b.).

 

Müxalifət partiyaları və yerli QHT-lər namizədlərin qeydiyyat prosesinə 



müdaxilənin geniş vüsət aldığını bildirmişlər. Seçki rəsmiləri hakim Yeni 

Azərbaycan Partiyasının namizədlərinin təxminən 100 faizini, müxalifət 

partiyalarından isə namizədlərin yalnız 30 – 40 faizini qeydiyyata almışlar. 

Mətbuat müşahidəçiləri belə qənaətə gəlmişlər ki, xəbərlərdə işıqlandırma hakim 

Yeni Azərbaycan Partiyasının xeyrinə olmuşdur, bu, kütləvi toplaşma qanunlarının 

məhdudlaşdırıcı təfsirləri ilə birlikdə rəsmi kampaniya dövründə namizədlər üçün 

qeyri-bərabər imkanlar yaratmış və insanları heç bir mənalı siyasi debata cəlb 

etməmişdir. Mərkəzi Seçki Komissiyası (MKS) bütün namizədlər 



AZƏRBAYCAN 

33

 



üçün televiziyada dəyirmi masa təşkil etmiş, hər namizədə platforması və siyasi 

baxışlarını təqdim etmək üçün dörd dəqiqə vaxt ayırmışdı.

 

Hakimiyyət böyük sayda beynəlxalq və yerli müşahidəçiləri akkreditə etmişdi; 



bununla belə rəsmilər fərdi şəkildə ölkənin ən iri yerli müşahidə təşkilatı olan 

Seçkilərin Monitorinqi və Demokratyanın Tədrisi (SMDT) mərkəzindən 

müşahidəçiləri fərdi qaydada qeydiyyata almışdır, verilən məlumatlara görə 

ədalətli səbəb göstərmədən 40 nəfər SMDT müşahidəçisini akkreditə etməkdən 

imtina etmişdir. Beynəlxalq müşahidəçilər səfər etdikləri seçki məntəqələrinin 

yarısından çoxunda yerli müşahidəçiləri görsələr də, dairə seçki komissiyaları 

müstəqil yerli və beynəlxalq müşahidələrə maneələr yaratmışdır. SMDT 

bildirmişdir ki, noyabr ayının 6-da SMDT-nin sədrinin MSK-nın sədrinə şikayət 

etməsinə baxmayaraq, onun müşahidəçiləri seçki günü və ondan sonra yerli 

rəsmilər tərəfindən təzyiqə məruz qalmışlar. 

 

Beynəlxalq müşahidəçilər müşahidə aparılan seçki məntəqələrində səsvermə 



prosedurlarının 11 faizinə və səslərin sayılmasının 32 faizinə mənfi reytinq 

vermişlər. Onların fikrincə, səsvermə protokollarının tərtib edilməsi prosesi 

yetərincə şəffaf olmamış və çox vaxt prosedurlara müvafiq olmamışdır. ATƏT-in 

seçki ilə bağlı yekun hesabatı da belə qənaətə gəlmişdir ki, ümumən MSK və 

məhkəmələr seçkisonrası şikayətlər və müraciətlərin nəzərdən keçirilməsində 

lazımi prosesə riayət etməmişlər. İşlər hələ baxılmaqda ikən və müraciətlərlə bağlı 

bütün hüquqi tamamlama müddəti başa çatmazdan əvvəl Konstitusiya Məhkəməsi 

MSK-nın seçki ilə bağlı yekun nəticələrini təsdiq etmişdir. MSK-ya əsasən, 

seçicilərin aktivliyi 50 faizə yaxın olmuşdur, halbuki bir çox müstəqil 

müşahidəçilər bu rəqəmin 20 faiz civarında olduğunu bildirmişlər.

 

Seçkisonrası dövrdə seçki müşahidəçilərinə, namizədlərə və onların ailə üzvlərinə 



təzyiqlərin olması ilə bağlı xəbərlər olmuşdur.

 

Noyabr ayının 9-da SMDT seçki müşahidəçisi Ceyhun Əliyevin qardaşı Hafiz 



Əliyev biologiya müəllimi vəzifəsindən azad edilmişdir. Noyabr ayının 10-da 

Ceyhun Əliyevin atası tarix müəllimi vəzifəsindən azad edilmişdir.

 

Noyabr ayının 8-də 103-cü seçki dairəsinin sədri Xaliq Xudaverdiyev SMDT-nin 



seçki müşahidəçisi İmamverdi Vəliyevi seçkilərdəki pozuntu halları ilə bağlı 

formal şikayətlərini geri götürən rəsmi məktub tələb etmək üçün çağırmışdır.

 

7 noyabr parlament seçkilərindən bir gün əvvəl (müxalifət Müsavat partiyasının 



namizədi) Səxavət Əliyev ATƏT-in uzun müddətli müşahidəçilərinə öz 

rayonunda (2 saylı Şərur) 3 saylı dairə seçki məntəqəsinin imzalanmamış, lakin 

başqa şəkildə doldurulmuş seçki protokolunu göstərmişdir, sonradan Azadlıq 


Yüklə 446,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin