Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 57,91 Kb.
səhifə7/48
tarix26.12.2016
ölçüsü57,91 Kb.
#3546
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   48



4.İŞÇİLƏRİN HÜQUQLARI



4.1 İşçi həmçinin aşağıdakı hüquqlara malikdir:
4.1.1. Əmək Məcəlləsində müəyyənləşdirilmiş prosedurlara və şərtlərə uyğun olaraq müqavilənin bağlanması, dəyişiklik edilməsi, xitam verilməsi;
4.1.2. Əmək müqaviləsində qeyd olunan iş ilə təmin edilmək;
4.1.3. Vaxtaşırı və tam həcmdə əmək haqqının ödənilməsi;
4.1.4. Qanunvericiliklə qadağan edilməyən bütün üsulları istifadə etməklə əmək hüququnun, azadlığının, qanunu maraqlarının müdafiəsi.




5.İŞÇİLƏRİN ÖHDƏLİKLƏRİ



5.1. İşçi həmçinin aşağıdakı öhdəliklərə malikdir:
5.1.1.Əmək öhdəliklərini vicdanla yerinə yetirmək;
5.1.2. Bu qaydalara, habelə İşəgötürənin digər prosedur və qaydalarına əməl etmək;
5.1.3. Əmək intizamına riayət etmək;
5.1.4.Kommersiya sirrini və İşəgötürənin digər məxfi məlumatını açıqlamamaq;
5.1.5. İşəgötürənin işçilərlə bağlı “Müstəqillik Siyasəti”nə əməl etmək və bütün aidiyyatı Prosedurları, o cümlədən, “Müstəqillik siyasəti” ilə tanışlıq üzrə təlim və testləri, Müstəqillik bəyannamələrinin illik prosedurunu və Müstəqilliyin Qlobal Monitorinqi Sisteminə qeydiyyatı yerinə yetirmək, həmçinin


  • İşə başladıqda və daha sonra İşəgötürənin qaydalarına uyğun olaraq vaxtaşırı lazımi müstəqil elektron təlim proramında iştirak etmək və keçmək;







  • Tələb olunduqda, (hal-hazırda menecerlər və daha yuxarı səviyyə) bütün maliyyə maraqlarını İşəgötürənin Qlobal Monitorinq sistemində qeydiyyata almaq və bu informasiyanı təkmil və əhatəli formada saxlamaq.


5.1.6. Vaxtaşırı İşəgötürənin yoxlama və testinq prosesini keçmək və İşəgötürənin yoxlama və testinq prosedurları aparmaq səlahiyyətinə malik olan işçiləri ilə əməkdaşlıq etmək.

5.1.7. İşə götürənin və digər İşçilərin əmlakını qoruyub saxlamaq;
5.1.8. İş günü ərzində işlə bağlı öhdəlikləri yerinə yetirmək və işin nəticələrini müəyyənləşdirilmiş vaxtda təhvil vermək.
5.1.9. İnsanların həyatına və səhhətinə təhlükə törədən halın yaranması, İşə götürənin əmlakının saxlanılması haqqında dərhal İşəgötürənə məlumat vermək.
6.İŞƏGÖTÜRƏNIN HÜQUQLARI
6.1.İşəgötürən həmçinin aşağıdakı hüquqlara malikdir:
6.1.1. Əmək Məcəlləsində və digər qanunverici aktlarda müəyyənləşdirilmiş prosedurlara və şərtlərə uyğun olaraq İşçilərlə fərdi əmək müqavilələri bağlamaq, dəyişikliklər etmək və xitam vermək;
6.1.2. İşçilərdən əmək öhdəliklərini yerinə yetirməyi və İşə götürənin və digər İşçilərin əmlakını qoruyub saxlamağı, bu qaydalara əməl etməyi tələb etmək;

6.1.3. İşçiləri effektiv əmək fəaliyyətinə görə mükafatlandırmaq;


Yüklə 57,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin