Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 311,53 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix14.12.2023
ölçüsü311,53 Kb.
#179615
  1   2   3
Fidan Cəfərova, 2304. Vasitəli və Vasitəsiz motivlər



AZƏRBAYCAN RESPULİKASININ ELM və TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
 
 
SƏRBƏST İŞ 
 
Fakültə: Məktəbəqədər təhsil 
İxtisas: Təhsildə sosial-psixoloji xidmət 
Qrup: 2304 
Fənn: Pedoqoji Psixologiya 
Müəllim: Sveta Nuriyeva
Tələbə: Fidan Cəfərova 
Mövzu: Vasitəli və Vasitəsiz motivlər 
 
 
BAKI-2023 


Vasitəli və Vasitəsiz motivlər
İdrak obyektiv aləmin insanın hiss üzvlərinə təsirindən yaranan inikas 
prosesidir. Bu təsir nəticəsində subyeklə obyekt arasında qarşılıqlı münasibət 
yaranır. İdrak prosesinin yaranması isə həmin qarşılıqlı münasibətdən asılıdır. 
Materialist idrak nəzəriyyəsi də idrakın bünövrəsini belə qarşılıqlı təsirdə axtarır. 
Fəlsəfədən məlumdur ki, həmin nəzəriyyənin bünövrəsini məhz inikas prinsipi 
təşkil edir. İnikas prinsipi həm aktiv, həm də passiv ola bilər. Passiv qarşılıqlı 
təsirə misal olaraq şəlaləni göstərmək olar. Şəlalənin suları qayalara toxunaraq 
parçalanıb tökülür. Bu zaman tədricən qayalarda ovulma baş verir. Məlumdur ki, 
mühitdə olan təsirlərə, hər hansı varlıq aktiv inikas prinsipi əsasında cavab verir.
Deməli, hər hansı orqanizm öz ehtiyacını məhz idrak fəaliyyəti nəticəsində dərk 
edir. Bu səviyyədə ancaq insana məxsus olan yeni bir idrak fəaliyyəti növü-insan 
şüuru bu fəaliyyətə qoşulur. Nəticədə orqanizmlə mühit arasında müvazinət 
yaranır, yəni insan öz davranışını tənzim edə bilir və gələcəkdə ola bilənlərə 
münasibətini təmin edir. Bütün bunların sayəsində insan özünün gələcək işlərini 
planlaşdırır.
Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır. Maraqları 
məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif etmək olar.
Məzmununa görə maraqları təsnif edərkən insanın idrak tələbatlarının
obyektləri əsas götürülür. İdrak tələbatları obyektlərindən hansının insanı cəlb
etməsi bu sahədə onun marağının məzmununu müəyyənləşdirir. Bu baxımdan
maraqların əhəmiyyətlilik dərəcəsi onun məzmununun nə dərəcədə düzgün 
seçilməsindən asılı olur. Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola
bilir. İnsan üçün əhəmiyyətli olan obyektin emosional cazibədarlığı vasitəsiz 
marağın meydana gəlməsinə səbəb olur. Bu zaman həmin obyektin özü bilavasitə 
bizi özünə cəlb edir. Onunla maraqlanmağa başlayırıq. Vasitəli maraqlara
gəldikdə bunlar qarşıya qoyulmuş məqsədə çatmaq üçün zəruri olan
vasitələrlə əlaqədar meydana gəlir. Vasitəli maraqların insanın əmək və tədris
fəaliyyətinin təşkilində əhəmiyyəti olduqca böyükdür. Maraqları özlərinin 
genişliyinə görə də təsnif edirlər. Həyat təcrübələri göstərir ki, bəzi adamlarda 


maraqlar yalnız bir sahə üzrə mərkəzləşdiyi halda, bəziləri isə bir çox obyektlərlə 
maraqlanırlar, başqa sözlə onlarda maraqların əhatə dairəsi geniş olur. Əgər
bu maraqların genişliyi onların dərinliyi ilə uzlaşarsa daha səmərəli xarakter 
daşımış olar. Maraqların dərinlik səviyyəsi şəxsiyyətin mühüm keyfiyyəti kimi
qiymətləndirilir. Bu cür maraqlara malik olan insanlar bu və ya digər fəaliyyət 
sahəsində həmişə yüksək müvəffəqiyyətləri ilə fərqlənirlər. Özlərinin
davamlılığına görə maraqlar davamlı və davamsız ola bilir. Bəzi adamlarda 
maraqlar davamlı olduğu halda, başqalarında davamsız, keçici xarakter
daşıyır. Davamlı maraqları insanın formalaşmağa başlayan qabiliyyətlərinin
göstəricilərindən biri kimi qeyd edirlər. Maraqları passiv və fəal olmaqla da
təsnif edirlər. Heç bir iş görmədən, nəiləsə sadəcə olaraq maraqlanmaq insanın 
həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraqlar mənfi hal 
olmaqla şəxsiyyətin ümumi inkişafına heç bir dəyərli təsir göstərmir. Fəal 
maraqlara gəldikdə, əksinə, bu cür maraqlar bizi fəaliyyətə təhrik edir, bu zaman 
bizə qüvvə verir, işi ruh yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə 
etdiyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına müsbət təsir göstərir.
Fəlsəfə elmi öyrədir ki, idrakın hissi və mənliqi olmaqla iki səviyyəsi vardır.
İdrakın bu səviyyələri onun vasitəli və vasitəsiz formalarını da izah etməyə imkan 
verir. Məlumdur ki, hissi idrak əsasən vasitəsiz, məntiqi səviyyə isə vasitəli inikas 
for masıdır. Lakin həm filogenezdə, həm də ontogenetik inkişafda hissi idrakdan 
məntiqi idraka keçid prosesi tədricən baş verir.
Burada aralıq proseslər adlanan, yeni keyfiyyət fərqləri əmələ gəlir. Bunlar da 
nəzərə alınsa psixi inikasın-hissi-perseptiv, tə-səsvvürlər və məfhum təfəkkür 
səviyyələrini ayırd etmək olar. Hissi idrak da daxil olmaqla, ümumiyyətlə idrakın 
düzgünlüyü məhz praktikada yoxlanılır. Hissi idrak duyğudan başlanır. Onun əsas 
vəzifəsi ətraf aləmdə, eləcə də orqanizmdə baş verənlər barədə subyektə mə'lumat 
verməkdir. Bütünlüklə idrak proseslərinin bünövrəsini duyğular təşkil edir. O, 
orqanizmlə mühit arasında ilkin əlaqədir. Deməli, xarici aləm haqqında 
biliklərimizin mənbəyidir. Onun vasitəsilə insan varlığı dərk edir. Duyğular-indiki 


anda hiss üzvlərinə təsir edən cisim və ha-disələrin ayrı-ayrı keyfiyyətvə 
xassələrinin beyində inikasıdır.
Beləliklə, duyğular həm ətraf aləmdə baş verən hadisələri,həm də 
orqanizmin daxilində olan proseslər barədə məlumat verir ki, bunun sayəsində də 
orqanizm ətraf mühitə bələdləşir. Hər bir insan duyğuların verdiyi məlumata 
istinad edir, beyində isə bu məlumatlar təhlil olunur, nəticədə mürəkkəb idrak 
fəaliyyəti baş verir.

Yüklə 311,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin