Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Qavrayış və onun əsas xüsusiyyətləri. Appersepsiya



Yüklə 311,53 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix14.12.2023
ölçüsü311,53 Kb.
#179615
1   2   3
Fidan Cəfərova, 2304. Vasitəli və Vasitəsiz motivlər

Qavrayış və onun əsas xüsusiyyətləri. Appersepsiya 
Qavrayış prosesi də hissi idrakın mühüm mərhələsini təşkil edir. Burada 
cisim və hadisələr bütövlükdə, yəni bütün əlamət və xüsusiyyətləri ilə birlikdə əks 
olunur. Məsələn əgər avtomobildə olan əşyanı qavramaq istəyiriksə, avtomobilin 
rəngi, bütövlüyü, forması, markası, məkanda tutduğu yeri və həmin əşyanın hansı 
hissəsində yerləşməsini, hansı əşyalarla əhatə olunmasını bütövlükdə dərk edirik.
Beləliklə, əşyanın tam surəti beynimizdə hissi idrakın nisbətən mürəkkəb 
mərhələsidir. Elə buna görə də qavrayış duyğudan fərqlənir. Lakin hər ikisi üçün 
ümimi cəhətlər də vardır. Bu da ondan ibarətdirki, cisim və hadisələr hər iki halda 
hiss üzvlərinə təsir edir, hər iki halda rea l gerçəkliyin subyektiv surətidir.
Göründüyü kimi bunlar mexanizm etibarilə bir-birinə ta-mamilə yaxındır. Belə ki, 
istər duyğu, istərsə də qavrayış pro-sesində analizatorun (duyğunun əmələ gəlməsi 
üçün zəruri olan anatomik-fizioloji cihazın) fəaliyyət halına gəlməsi zəruridir.
 
Əks təqdirdə nə xarici, nə də daxili aləmdən gələn qıcıqlayıcılar əks etdirilə 
bilməz. Məlumdur ki, filogenezdə analizator ancaq uyğunlaşdığı xassəni əks etdiir.
Duyğunun bu xüsusiyyəti elmdə mono -modallıq adlanır və onu qavrayışdan
fərqləndirir. Analizatorun strukturuna nəzər salsaq görərik ki, o, reseptor, afferent 
və efferent sinirlər olmaqla üç hissədən ibarətdir. Bu hissələr vahid bir tam kimi 
işləyir. Onun normal fəaliyyəti duyğu ilə qav-rayışın əmələ gəlməsi üçün mühüm 
şərtdir. Duyğularla müqayisədə qavrayış surətləri bir neçə anali-zatorun iştirakı ilə 
baş verdiyinə görə nolimodallı olur. Yəni qavrayış prosesində müxtəlif 
analizatorlar arasında yaranan əlaqələr durur. Duyğularda cismin müəyyən 


keyfiyyətləri əks olunur. Qavrayış sayəsində isə əşyalar tam şəkildə əks 
olunur,çünki duyğularda əks olunan ayrı-ayrı keyfiyyətlərin hamısı burada 
qavrayış surətlərinin tərkibinə daxil olur. Əgər qı-cıqlandırıcıların kəmiyyət və 
keyfiyyət tərkibinə nəzər salsaq, görərik ki, duyğularda onların hər ikisi 
qıcıqlayıcının intensivliy-ini əks etdirir. Əksinə qavrayış surətləri intensivlik 
xassəsinə malik olmur. Məsələn, ağrı orqanizmin müəyyən hisəssi ilə bağlı olur.
Qavrayışda isə belə məhdudluq olmur. Duyğu surətlərinin yaranmasında 
emosionallıq üstün rol oynayır, qavrayışda isə əksinə, əşya hissi deyil, cismin 
surəti şəklində yaranır. Deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar 
ki,qavrayış ətraf aləm haqqında duyğularla müqayisədə daha mükəmməl və dolğun 
məlumat verir. Qavrayış prosesində, nitq, hafazə, təfəkkür və s. idrak prosesləri 
iştirak etdiyinə görə o daha mürəkkəb idrak pro -sesidir. Burada insanın keçmiş 
təcrübəsi də iştirak edir. Odur ki, əgər qavrama üçün şərait dəyişərsə belə, 
qavrayışın tamlığı və sabitliyi itmir. Məsələn, cisim uzaqlaşır, onun təsviri 
gözümüzdə kiçilir, lakin biz həmin cismi malik olduğu böyüklükdə qavrayırıq.
Belə sabitlik əsasında biz cisimləri müxtəlif cür qavrayırıq. Bunun da çox böyük 
idrak əhəmiyyəti vardır. Biz qeyd etdik ki, qavrayışda insanların keçmiş təcrübəsi 
də iştirak edir ki, bu da onun mə'nalı olmasına təsir edir. Yəni insanın keçmiş 
həyatı təcrübəsi, biliyi hər hansı hadisə haqqında nəticə çıxarmağa kömək edir.
Bütün bünlarla yanaşı qavrayış prosesində insanın dünyagörüşü, maraq, meyli 
emosional vəziyyət i də mühüm rol oynayır. Çünki eyni vaxtda insana müxtəlif 
cisim və hadisələr təsir edir. İnsan onların hamısını
qavraya bilməz. Onlardan yalnız ən əhəmiyyətli hesab ediləni ayırd edilir və 
qavranılır.

Yüklə 311,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin