AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


TƏBĠĠ DĠLLƏRĠN MAġIN VASĠTƏSĠLƏ TANINMASI



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə65/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   61   62   63   64   65   66   67   68   69

 
TƏBĠĠ DĠLLƏRĠN MAġIN VASĠTƏSĠLƏ TANINMASI 
Vəliyeva K.A. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Təbii dillərin maşın vasitəsilə tanınması dedikdə burada iki tanınma: mətnin və şifahi nitqin tanınması 
nəzərdə tutulur.  Hər iki  tanınma  ayrı-ayrı  istiqamətlər  üzrə  öyrənilir  və  geniş sahəni  əhatə  etdiyi  üçün  biz 
burada yalnız qısa məlumat verməklə kifayətlənəcəyik. 
Mətnin  avtomatik  yolla  tanınması  üçün,  əlbəttə,  ilk  növbədə,  linqvistik  təminat  hazırlanmalıdır. 
Linqvistik təminata aşağıdakı məsələlər daxil edilməlidir. 
1.
 
 Qrafemlərin avtomatik (maşın vasitəsilə) tanınması; 
2.
 
 Morfemlərin avtomatik (maşın vasitəsilə) tanınması; 
3.
 
 Sintaktik səviyyədə morfemlər zəncirinin tanınması; 
Qrafem səviyyəsində dilin uyğun əlifbasını (mətndə qrafemini) maşın dilinə (maşın dili – əlifbası iki 
ədəddən  ibarətdir:  sıfır  -  0  və  vahid  –  1)  çevirmək  yəni  kodlaşdırmaq.  Azərbaycan  dilinin  əlifbası  32 
qrafemdən ibarətdir. Deməli, maşın dilinə çevirəndə 32 qrafem 0 və 1-dən ibarət rəqəmlərlə ifadə olunacaq, 
yəni kodlaşdırılacaqdır. 
Morfemlərin avtomatik tanınması zamanı morfemlər qrafemlər zəncirindən ibarət olduğundan onların 
kodlaşdırılması  uyğun  qrafemlərin  cəmi  ilə  ifadə  olunacaqdır.  Məlumdur  ki,  morfemlər  kök  və  şəkilçi 
morfemlərinə ayrılır. Qeyd etməliyik ki, kök və şəkilçi morfemləri maşın yaddaşına daxil edilməlidir. 
Sintaktik səviyyədə morfemlərin tanınması üçün frazeoloji vahidlər, sabit söz birləşmələri, bir sözlə, 
kodlaşdırılmış sintaqmalar eyni zamanda kompüterin yaddaşına daxil edilməlidir. 
Təbii dillərin kompüterdə tanınması üçün linqvistik təminatla yanaşı, riyazi təminat da hazırlanmalıdır. 
Əlbəttə  ki,  riyazi  təminata  qoyulmuş  məsələnin  həllinin  alqoritminə  əsasən  tanınma  proqramları 
hazırlanmalıdır.  
Hal-hazırda  müxtəlifsistemli  dillərin  tanınma  proqramları  sistemləri  mövcuddur.  Son  illərin  məhsulu 
olan skayner qurğuları vasitəsilə yazılı mətnlər kompüterə daxil edilir,və tanınma proqramlarının köməyi ilə 
həmin  mətnlər  kompüterdə  oxunur  və  onların  qarşısında  qoyulan  məsələ  ilə  əlaqədar  uyğun  əməliyyatlar 
aparmaq  mümkün  olur.  Danışıq  dilinin,  o  cümlədən  şifahi  nitqin  kompüter  vasitəsilə  tanınması,  yazılı 
mətnlərin  tanınmasından  xeyli  fərqlənirlər.  Doğrudur,  həll  metodunda  oxşar  cəhətlər  dilin  yanaşma  sə-
viyyəsində  özünü  büruzə  verir.  Burada  da  artıq  qrafem  əvəzinə  fonemləri  linqvistik  bazaya  təqdim  etmək 
üçün  onun  səslənməsinin  bir  tərəfdən,  frazeoloji  və  akustik  aspektdə  öyrənərək  tətbiq  etmək  lazım  gəlir, 
digər  tərəfdən  isə  fonemlər  sisteminə  aid  olan  bütün  məlumatlar,  fonemlərin  əsas  əlamətləri  və  statusu, 
onların  perceptive  və  funksional  aspekti,  korrelyasiyası,  linqvistik  bazaya  daxil  edilməlidir.  Bundan  başqa 
fonemlərin  allofonik  variasiyası,  kompleksiyası,  onların  tipləri,  orfoepiyası,  tanınma  funksiyası  linqvistik 
təminat hazırlanarkən nəzərə alınmalıdır. 
Şifahi nitqin tamamlanmasında başlıca rol hecaların üzərinə düşür. Buna görə də hecaların strukturu 
dərindən  öyrənilməli  və  formal  modelləri  hazırlanmalıdır.  Eləcə  də  şifahi  nitqin  tanınmasında  əsas 
amillərdən biri də vurğu problemidir. Dilçilik ədəbiyyatından məlumdur ki, müxtəlifsistemli dillərdə vurğu 
daşıdığı funksiyadan asılıdır.  
 
TƏRCÜMƏNĠN  BƏZĠ PROBLEMLƏRĠ 
Yunusova Ş.Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
  Bu,  bir  həqiqətdir  ki,  hər  bir  xalq  öz  varlığını,  özümlülüyünü  yalnız  başqa  xalqlarla  qarşılıqlı 
əlaqədə, qarşılıqlı mədəni təsirlərin fonunda və kontekstində təsdiq edir. Xalqların ədəbi əlaqələrinin başlıca 
forması isə tərcümə hesab olunur. 
Təsadüfi  deyil  ki,  müxtəlif  dövrlərdə  alim  və  filosoflar  tərcümə  işinə  yüksək  qiymət  vermiş,  mədəni 
əlaqələrin inkişafında onun əvəzsiz rolunu qeyd etmiş və bu mənada tərcüməni bəşəriyyət tarixində xalqları 
bir-birinə bağlayan mənəvi körpü adlandırmışlar. 
Tərcümə bir dildə olan informasiyanı digər dilin leksik - qrammatik, fonoloji – semantik, fonetik və s. 
vasitələri ilə müəyyən adresata çatdırmaq məqsədilə aparılan interlinqual əməliyyat kimi başa düşülür və hər 
hansı  bir  məlumatın  ilkin  dildən,  yəni  orijinalın  dilindən  tərcümə  dilinə  çevrilməsi  ilə  bağlı  yaradıcı–
intellektual  fəaliyyətdir.  Bəşəriyyətin  mədəni  inkişafında  tərcümənin  çox  böyük  rolu  və  əhəmiyyətu  var. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
352 
 
 
Tərcümə  sayəsində  bir  ölkənin  əhalisi,  həyatı,  adət  və  məişət  ənənələri,  ədəbiyyatı,  tarixi  və  elmi 
nailiyyətləri haqqında məlumatlar əldə edilir. 
Tərcümə  xalqın  mədəniyyət  göstəricisidir.  Bu  gün  Azərbaycan  Avropa  ilə  siyasi,  iqtisadi,  mədəni, 
elmi,  ədəbi əlaqələr qurmağa çalışır. Biz dünya ilə uğurlu dialoq qurmaq istəyiriksə, Azərbaycanı dünyaya 
olduğu  kimi  təqdim  etmək  məqsədimiz  varsa,  dünya mədəniyyətinin  uğurlarından  faydalanmağı  qarşımıza 
məqsəd qoymuşuqsa azərbaycan xalqının minilliklər boyu yaratdığı dəyərləri diqqətlə öyrənməli və olduğu 
kimi  dünyaya  çatdırmalıyıq.  Dünyanı  tanımağın,  özünü  dünyaya  tanıtmağın  ən  etibarlı  yollarından  biri 
budur. Tərcümə nəzəriyyəsinə aid olan nəzəri məsələlərin izahı tərcümə praktikası üçün xüsusi əhəmiyyətə 
malikdir. 
Tərcümənin qarşısına qoyulan tələb çox yüksəkdir və tərcüməçilik sahəsində həll edilməsi lazım olan 
problemlər  arası  kəsilmədən  meydana  çıxmaqdadır.  Mədəniyyətin  inkişafında  tərcümənin  rolu,  tərcümənin 
ictimai əhəmiyyəti, bədii əsəri tərcümə etməyin mümkün olub-olmaması, tərcümənin adekvatlığı və bu kimi 
məsələləri  aydınlaşdırmadan  tərcümənin  praktik  təliminə  keçmək  mümkün  deyil.  Tərcüməçi  dərin  savada 
malik hərtərəfli inkişaf etmiş fərd olmalıdır. Bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olan hər bir tərcüməçi 
yaxşı  yazıçı,  yaxşı şair,  elmi  –  texniki  ədəbiyyatı tərcümə  edən  bu  sahənin  gözəl  bilicisi, ictimai  –  siyasi, 
qəset  materiallarını  tərcümə  edən  isə  müasir  beynəlxalq  hadisələrdən  geniş  məlumatı  olmalı  və  eləcə  də 
ölkənin  dövlət  quruluşunu,  inkişaf  səviyyəsini,  iqtisadiyyatını,  mədəniyyətini,  ədəbiyyatını  kifayət  qədər 
yaxşi bilməlidir. Sadaladığımız sahələrə aid məlumatı olmayan tərcüməçi müəyyən səhvlərə yol verə bilər və 
ölkənin milli koloriti, ünsiyyətdə dil mədəniyyəti haqqında, ümumiyyətlə, ölkə barədə səhv təsəvvür yaradar. 
Bu  isə  tərcümədə,  təbii  ki,  yolverilməzdir.  Çünki  tərcüməçi  bir  əsəri  tərcümə  etməklə  müəllifin  fikirlərini 
təbliğ edir və xalqlar arasında dostluğun fəal bir nümayəndəsi olur. 
Tərcümə orijinal yaradıcılıqdan, tərcümə obyektindən asılılığı ilə fərqlənir. Tərcümənin tarixi hər hansı 
bir ölkənin ədəbiyyat tarixinin ayrılmaz hissəsidir. Tərcüməçi tərcümə etdiyi xalqın tarixi mənşəyini və adət-
ənənələrini dərindən, həm də mükəmməl bilməlidir. 
Bəzən tərcüməçi bilmədiyi sözləri lüğətdən tapıb onları tərcümə etdiyi dilin cümlə quruluşuna uyğun 
şəkildə ardıcıllıqla düzür. Belə tərcümə, şübhəsiz ki, müsbət nəticə verə bilməz. Müxtəlif dillərdə söz sırası 
həmin  dilə  xas  şəkildə  qurulmalı,  tərcümədə  həmin  dilin  cümlə  quruluşuna,  söz  sırasına  xüsusi  diqqət 
verilməli və bu prinsip əsas götürülməlidir. 
Tərcüməçi  hər  iki  dilin  qrammatik  quruluşunu  yaxşı  bilməli  və  zəngin  söz  ehtiyyatına  malik  olmalı, 
lüğətdən  düzgün  istifadə  etməyi  bacarmalı,  bəzi  dillərdə  sözlərin  çoxmənalılığını  nəzərə  almalı,  verilmiş 
sözlərdən məhz lazım olan uyğun sözü seçməli, cümlədə verilmiş aparıcı fikri düzgün təyin etməlidir. 
Göründüyü kimi, tərcüməçinin həm dilçilik, həm də ədəbiyyat sahəsində  dərin biliyi olmalıdır, çünki 
o, tərcümə zamanı bir çox problemləri, bir çox məqamları filoloji bilgilər əsasında həll etməli olur. 
Tərcümə  prosesində  tərcüməçinin  çıxartdığı  fərdi  qərarlar  orijinaldan  uzaqlaşmağa  gətirib 
çıxartmamalıdır.  Tərcüməyə  sırf  dəqiqlik  nöqteyi  –  nəzərdən  yanaşma,  orijinalı  olduğu  kimi  təqdim  etmə 
ayrı – ayrı təfsilatlara vararaq orijinaldan uzaqlaşır və nəticədə orijinalla tərcümə dili arasında uyğunsuzluq 
yaranır.  Odur  ki,  tərcüməçi  hər  iki  dilin  daşıyıcısı  olan  xalqların    daxili  hiss  və  duyğuları,  mədəni-milli 
etiketləri, mədəni davranış normaları, onların mədəniyyəti, psixologiyası, adət və ənənələri ilə tanış olmalı və 
tərcümə zamanı bunları nəzərə almalıdır. 
Tərcüməçilik  çox  çətin  peşədir.Tərcüməçi  ildən  –  ilə  püxtələşməli,  tərcümə  duyumunu  artırmalı, 
müəyyən  bacarıq  və  təcrübə  əldə  etməlidir.  Tərcümə  prosesində  mütərcim  yeri  gəldikcə  sərbəst  qərarlar 
çıxara bilər. Bu, tərcüməçinin yüksək peşəkarlığından irəli gəlir və hərfi tərcüməyə gətirib çıxartmır. 
Elmi – texniki, qəzet materiallarının və rəsmi sənədlərin tərcüməsində bədii tərcümədən fərqli olaraq, 
diqqət  və  dəqiqlik  mühüm  rol  oynayır.  Bədii  tərcümə  yaradıcılıq  işidir  və  bu  zaman  tərcüməçi  çox  vaxt 
dəqiqlikdən  qaçmaqla  özünün  seçdiyi  ifadə  tərzi  ilə  peşəkarlığından  və  məharətindən  asılı  olaraq  gözəl 
tərcüməyə nail olur. 
Məlumdur ki, ictimai-siyasi mətnlər, oçerklər və məqalələr daha emosional tərzdə yazılır. Tərcüməçi 
bu emosionallığı mümkün qədər saxlamalı, tərcümə dilinin daxili imkanlarından istifadə etməli, tərcümənin 
çətin  anlaşıqlı  olmaması  üçün  orijinala  həddən  ziyadə  aludə  olmamalıdır.  Yalnız  belə  tərcümə  asan  başa 
düşülər və tərcümə müvəffəq sayıla bilər. 
Texniki  mətn  və  sənədlərin  tərcüməsi  zamanı  isə  həmin  mətni  sonadək  oxuyub  anlamaq,  mətnin 
məramını  dəyərləndirmək,  orijinal  mətnlə  hədəf  mətn  arasında  yaranacaq  fərqlilikləri  müəyyən  etmək, 
tərcümənin formatını təyin etmək, tərcüməni cümlə-cümlə apararaq hədəf dilin təbiiliyini qorumaq üçün bəzi 
qrammatik dəyişikliklər etmək lazımdır. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
353 
 
 
Tədqiqatlardan  məlum  olur  ki,  tərcümə  prosesi,  hər  şeydən  əvvəl,  tərcümə  olunacaq  məlumatın  başa 
düşülməsi və başa düşülənin adekvat şəkildə tərcümə dilində ifadəsi kimi qiymətləndirilməlidir. 
Göründüyü  kimi,  tərcümə  işi  bəşəriyyətin  inkişafı  tarixində  mühüm  rolu  olan  xüsusi  bir  sahədir. 
Nəzərə almaq lazımdır ki, tərcümənin elmi əsaslarının müxtəlif istiqamətlərdə öyrənilməsi tərcüməşünaslığın 
istər  ümumi,  istərsə  də  xüsusi  nəzəriyyəsinin  inkişafında  dəyərli  rol  oynaya  bilər.  Tərcümə  prosesində 
yaranan  çətinlikləri  aradan  qaldırmaq  üçün  isə  son  elmi  –  texnoloji  uğurlardan  istifadə  olunmalı,  bu 
məsələlər ilə bağlı elmi metodlar hazırlanmalı,başqa ölkələrin təcrübəsi öyrənilməlidir. 
Bu gün dövlət başçısı cənab İlham Əliyevin 21 may 2012-ci il tarixli sərəncamına əsasən 2014-cü ilin 
avqust  ayının  16-dan  fəaliyyət  göstərən  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında  Tərcümə 
Mərkəzi  dil  və  tərcümə  sahəsində  bir  çox  islahatların  aparılmasına  yol  açmışdır.  Yeni  statusla  fəaliyyətə 
başlamış  Mərkəz  indi  təkcə  bədii  ədəbiyyatın  yox,  dünyanın  aparıcı  elmi  –  fəlsəfi,  ictimai  –  siyasi 
ədəbiyyatlarının tərcüməsi ilə, həmçinin dil və tərcümənin təhsil mərhələsındən başlayaraq təşkili, ali və orta 
təhsildə  istifadə  olunan  ana  dili  və  ədəbiyyat  dərsliklərinin  dil  və  məzmun  baxımından  təkmilləşdirilməsi 
məsələləri  ilə  məşğul  olur.  Mərkəzin  qısa  müddət  ərzində  həyata  keçirdiyi  layihə  tərcüməçilik  peşəsinin 
təkmilləşdirilməsidir  və  tam  məsuliyyətlə  deyə  bilərik  ki,  Azərbaycanda  layiqli  tərcümə  məktəbi 
formalaşmış, tərcümənin keyfiyyəti dünya standartları səviyyəsinə qalxmışdır.  
 
 
XƏYYAM RÜBAĠLƏRĠ ƏSASINDA MƏNZUM TƏRCÜMƏLƏR 
Yusifli Ş.K. 
Bakı Dövlət Universiteti 
 
Fars ədəbiyyatında dördlük formasında olan şeirlər həmişə qısa formada dərin mətləbləri ifadə etdiyinə 
görə seçilmişdir. Bu formada olan şeirləri yazmaq bir kənara, tərcümə etmək də şairlik istedadından savayı, 
özündə  ölçünü  təmin  edə  bilmə,  mənanı  vermə,  ruhu  saxlamaq  kimi  məsələləri  ehtiva  etmişdir.  Formaca 
daha  sərt,  mənaca  daha  dərin  olan  bu  dördlüklər  tarix  boyu  insanları,  cəmiyyəti  maraqlandırmış,  dillər 
əzbərinə  çevrilmişdir.  Böyük  məsələləri  bir  neçə  misrada  ifadə  edən  şair  ədəbiyyat  tarixində  qalmaqla 
yanaşı, dünya ədəbiyyatında da mövqe qazanmışdır.  
Fars  ədəbiyyatında  dördlüklər  rübai  və  dübeyti  olmaqla  iki  hissəyə  bölünür.    Dördlük  formasında 
yazılan ən məşhur mənzumələr isə rübailər hesab olunur. Rübailər bəzən təranələr kimi də təsnif oluna bilir. 
Nəzərə  çatdırmaq  lazımdır  ki,  rübai  forması  fars  şeirinin  doğma  qəlibidir.  Bu  qəlibdə  yazılmış  ən  gözəl 
nümunələr də fars poeziyasına məxsusdur. Fars ədəbiyyatında rübainin ilk müəllifi Rudəki olsa da, onu bir 
forma  kimi  dünyaya  məşhurlaşdıran    Qiyasəddin  Ömər  Xəyyam  Nişapuri  olmuşdur.  Nəzm  şəklində  olan 
rübai onun adıyla bağlıdır.  
Həqiqətən, həm daxili, həm də xarici quruluşuna görə rübai özünəməxsus bir şəklə malikdir. Bu, dörd 
sətirdən ibarət, özünəxas əruz qəlibləri ilə işlənən şeir şəklidir. Rübainin birinci, ikinci və dördüncü sətirləri 
həmqafiyə, üçüncü misrası isə sərbəst olur. Digər bir forması isə bütün sətirləri həmqafiyə olanlardır ki, bu 
növdən olanlara isə təranə deyilir. Rübainin bir də daxili quruluşu vardır. Daxili quruluş bütünlükdə tək bir 
ideyaya,  fikrə  qulluq  edir.  İncə  bir  düşüncə,  təsəvvüfə  və  fəlsəfəyə  aid  məsələlər,  bədbinlik    və  s  rübaiyə 
mövzu ola bilər. Rübai dəqiq bir fikri bildirir, burada müəyyən səliqəsizliyə yol verilmir. Qısa olsa da, dərin, 
dərin  olması ilə  də  mənaya  köklənən  şeir  tərzidir.  Rübai,  başqa sözlə,  şərq ədəbiyyatında  diqqətə layiq  bir 
təfəkkür mənzuməsidir. Böyük bir təfəkkür məsələsini kiçik bir formada ifadə edə bilmək rübaidə bacarıqlı 
olmaq  deməkdir.  Rübai  böyük  bir  həyəcanın,  hüsnün,  rəğbətin  dörd  misarada  ifadəsidir.  Bu  şeirlərdə  şüur 
altında olan fikirlər bir növ əllə tutulacaq şəklə gəlir. Bəlkə, elə həyəcanverici olması elə bundandır. 
Ömər Xəyyamın rübailəri Azərbaycan dilinə mənzum şəkildə tərcümə olunmuşdur. Təkcə XX əsrdə 
şairin lirik-fəlsəfi rübailəri Mikayıl Müşfiq, Mir Mehdi Seyidzadə, Əkrəm Cəfər kimi nüfuzlu qələm ustaları 
tərəfindən  doğma  dilimizə  tərcümə  edilmişdir.  Mikayıl  Müşfiq  keçən  əsrin  30  –cu  illərində  Xəyyam 
rübailərinin  bir  qismini  ana  dilimizə  çevirmiş,  görkəmli  əruzşünas  alim  Əkrəm  Cəfər  isə  şairin  bütün 
rübailərini öz vəznini və qafiyə sistemini saxlamaqla tərcümə edərək, ayrıca kitab halında nəşr etdirmişdir. 
Digər  böyük  alimimiz  Mir  Mehdi  Seyidzadə  isə  Xəyyamın  rübailərini  iki  dəfə  1955  və  1969-cu  illərdə 
tərcümə edərək, nəşr etdirmişdir.  
Böyük  mütərcimlərdən  sonra  doğma  dilimizə  şeir  tərcüməsi  bir  o  qədər  asan  olmasa  da,  Xəyyam 
şeirini  yeni  qəliblərə  tökməklə  mənzum  tərcümə  ənənələrini  davam  etdirmək  bizim  nəsillərin  də  öhdəsinə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
354 
 
 
düşür.  Bu  həmdə  böyük  tərcüməşünaslıq  məsələsidir.  Nəsrdə  tərcümə  etmək,  yazıçının  əsərini  təqlid 
etməkdir, nəzmdə isə yeni bir təfəkkür nümunəsi yaratmaq, orijinala rəqib olmaqdır.  
 
 
                       Uşaqdıq, böyüyüb biz ustad olduq
 
          
  Ustadlıq gözəldir, necə şad olduq. 
Sözümə fikir ver! Sonunda isə, 
     
 Bir qədər su idik, boş külək olduq. 
        
 
 Qədəhdir insanda ağıl yaratdı.             
                   
   Sevgidən min öpüş alın qızartdı.  
      
   Yaradan bu incə gözəl bir camı, 
                         Yaradıb, yenidən yerlərə atdı.
 
 
 
 
         
          Bir qətrə su ikən oldun bir dərya. 
      
   Bir zərrə qum idin, çöndün torpağa. 
    
Bilirsənmi nədir gəlişin bura? 
      
    Milçək tək gəlmişdin, tez çıxdın 
yoxa. 
 
 
               
 Dəyməz ona zərər bir kuzə meydən.  
               
 Ver digərin mənə, iç özün hərdən. 
               
  Bir az tez, ey sənəm, biz ölməmişdən
               
 Kuzəçi kuzəni düzəltməmişdən. 
 
 
                     
 Görmüşdüm bir qoca meyxanədə mən,   
                
    Dedim: ―eylə söhbət, gedənlərdən sən‖. 
                  
   Dedi ki, onlar tək sən də iç meydən. 
                    
 Bil yoxdur bir xəbər ol gedənlərdən. 
 
 
                          Bu ömür karvanı əcəb gedibdir. 
                        Axtarıb gözəl gün tapıb, seçibdir 
                        Ey saqi, sabahın qəmini yemə, 
                         Piyalə gətir sən, gecə keçibdir. 
   
 
 
       
    
Şərabın verdiyi məstlikdən həzz al. 
          
      
Surətin qızarsa, yenə ol xoşal.  
                
    Onsuz da yoxluqdur həyatın sonu. 
                  
Var ikən yoxluğun sən dadını al. 
 
 
    
Nə qədər ömrünü xudbin keçirdin. 
  
         
        Ya varlıq, ya da ki yoxluq seçirdin.   
  
Mey iç ki, məstliyin gerisində qəm, 
  
Ya yuxu getirir, ya da sərməst dəm. 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
355 
 
 
 
Biz, şərab, çalğıçılar küncü xərab. 
    
   Can, ürək, cam, bir də ki dolu şərab. 
     
Biganəyik rəhmətdən biz, xof, əzab. 
  
Od, su, torpaq, havadan da o uzaq. 
 
 
МУЛЬТИКУЛЬТУРАЛИЗМ КАК ПРИНЦИП ОСВОЕНИЯ ЯЗЫКА 
(на примере русского языка) 
Идаятова М.С. 
Сумгаитский государственный университет 
 
Сегодня  большинство  государств  хотя  бы  в  некоторой  степени  отличаются  культурным 
многообразием. Многие страны сегодня можно назвать многообразными в культурном плане, потому 
что они открыты внешнему миру – представители любых народов могут туда приезжать, уезжать, а 
иногда и оставаться. 
Задача  преподавания  русского  языка  состоит  в  том,  чтобы  помочь  студентам  получить 
возможность общаться на изучаемом языке с учетом его лингвистических и культурно-исторических 
особенностей.  
С  развалом  СССР  необходимость  того,  чтобы  каждый  человек  знал  русский  язык,  отпала. 
Сейчас  у  нас  в  республике  русский  язык  приобрѐл  статус  иностранного,  но  интерес  у  молодежи  к 
этому языку сохраняется. Основной трудностью на пути изучения русского языка является то, что по 
объективным  причинам  у  нас  очень  ограничилась  языковая  среда,  которая  раньше  способствовала 
тому, что человек постоянно слыша русскую речь, в какой-то степени усваивал еѐ. Теперь зачастую 
студенты, приехавшие из ре гонов республики, ранее очень мало знакомые с русской речью, изучают 
еѐ по учебникам.  
Одной из сложностей в изучении русского языка является его сложность с академической точки 
зрения. В отличие от таких родственных языков, как французский, испанский и немецкий, русский 
язык требует большего количества времени для того, чтобы добиться высокого уровня мастерства, а 
также упорного труда, старательности и высокой академической подготовки. 
Еще  одна  причина  усложняющая  положение  в  том,  что  некоторые  люди  думают,  что  наши 
культуры и менталитет очень сильно отличаются. Мы думаем, что, наоборот, нашу культуру сильно 
объединяет то, что, мы долгие десятилетия жили в едином государстве, имели общую идеологию и 
даже государственный язык.  
На мой взгляд, наши общества похожи друг на друга больше, чем мы обычно думаем. Россия и 
Азербайджан  мультиэтнические  и  мультикультурные  государство,  которые  пытаются  найти 
продуктивные  пути  мирного  взаимодействия  различных  этнических  и  культурных  групп,  создать  в 
обществе атмосферу согласия и взаимопонимания, равенства и справедливости. 
Как  мы  знаем  изучение  языка  сложный  и  трудоемкий  процесс.  В  целях  повышения 
восприимчивости  у  студентов  часто  приходится  делать  акцент  на  чьем-то  знакомом,  может  быть 
даже происходившем или происходящем в их жизни. Очень полезным и даже необходимым, на мой 
взгляд, может быть проведение параллелей непосредственно между культурами этих стран.  
Полезно, к примеру, объяснять учащимся, что на русском языке говорят не только русские, но и 
другие  народы,  которые  входят  в  состав  России.  Нужно  показывать  их  культуру,  их  роль  в 
становлении государства 
Идеи  мультикультурализма  можно  применять  не  только  на  высшем,  но  и  начальном  этапе 
обучения.  Студентам  начального  уровня  обучения  довольно  трудно  понять  особенности  
межнациональных отношений в России.  
Поскольку  это  один  из  основных  аспектов,  по  которому  можно  сравнивать  культуры, 
необходимо  искать  простейшее  выражение  этих  особенностей.  В  качестве  одного  из  удачных 
методических  приемов  можно  использовать  детскую  литературу.  Например,  чтение  произведений 
Корнея Чуковского и Самуила Маршака, Самеда Вургуна и др. идеально подходят для достижения 
педагогической цели. Наши студенты с удовольствием читают также стихи азербайджанских поэтов 
на русском языке, знают отрывки из стихотворений Самеда Вургуна, Мирза Алекбер Сабира и других 
поэтов  и  писателей.  Надо  сказать,  что  мы  редко  обращаем  внимание  на  чтение  сказок  на  старших 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
356 
 
 
курсах образования, считая это слишком «низким» занятием. И заблуждаемся … В стихах для детей 
заложен глубокий смысл, помогающий понимать другую культуру. Если мы рассмотрим литературу 
как  важное  средство  национальной  идентификации  и  вспомним  какую  значительную  роль  играла 
литература  для  детей  в  советском  обществе,  то  мы  поймем,  сколь  существенны  эти  ,  на  первый 
взгляд «банальные» тексты.  
Если мы хотим, чтобы наши студенты были разносторонне развиты, мы должны на занятиях по 
изучению иностранных языков преподавать студентам не только языки, но и рассказывать о жизни и 
культуре тех наций, которые используют данный язык для общения.  
Чтение простых произведений, не только дает возможность преподавателю объяснить основные 
грамматические категории, но и помогает студентам узнать о том, как русский народ – через призму 
литературы – рассматривал другие расы и другие культуры.  
Мы  считаем,  что  использование  литературного  материала  на  занятиях  по  русскому  языку 
поможет повысить уровень знания русского языка и позволит лучше узнать культуру других народов, 
в частности нашего близкого соседа – русского народа.  
 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin