AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə61/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
331 
 
 
 
MEMORĠZATĠON TECHNĠQUES FOR LEARNĠNG FOREĠGN LANGUAGES 
Mammadova A.J. 
Sumgait State University 
 
In  the  modern  world  of  globalization  learning  foreign  languages  is  becoming  more  and  more  actual. 
Among the large variety of learning techniques memorization plays a great role in getting familiar with any 
foreign language. Memorization can be defined as the process of committing something to memory, mental 
process undertaken in order to store something in one`s memory for later recall. 
The most important role of memorization is in the process of learning a language which is non-relative 
to  the learner`s  native  one,  when  no  parallels  can  be tracked  between  the two  languages  at  first  sight,  and 
there are different phonetic laws, lexical components, vocabularies, syntactic constructions.  For such cases 
various  methods  of  memorization  have  been  developed,  they  assist  easy  and  quick  learning  of  the  foreign 
language  material,  such  as  the  methods  of  keywords,  scenario,  mnemotechnics,  relaxation,  the  method  of 
―chain‖,  etc.    Our  article  gives  detailed  instructions  for  use  of  these  methods  for  learning  Turkish  –  a 
language of the country with a rich and diverse culture, long history and a great significance in the modern 
world, thanks to its unique geographical location.  
Memorization is a preliminary stage of learning a foreign language, since the quality of remembering 
determines the final result (TÖMER 2009: 32). The success of memorization depends on understanding of 
the language material by a student, since the process of remembering should be based on understanding of 
the  internal  logical  relations  between  parts  of  the  studied  material.  There  are  some  methods  for 
understanding: 
 
Method 1. Working with a text: 
 
Reading is the best way for students to get familiar with a large number of new words, since learning 
words only by vocabulary often seems ineffective and hard. 
The work with a text should consist of the following steps: 
1. Reading the text carefully. 
2. Making up and writing the questions about it. 
3.Highlighting the most important points. 
4. Retelling the text audibly so that to master the right pronunciation.  
5. Reviewing the text again and dividing it into logical parts.  
 
Мethod 2: Keywords: 
One of the  mnemonic strategy that has been developed  by researchers is the keyword mnemonic. This 
has been used successfully in various learning areas, including the area of learning vocabulary. 
The keyword mnemonic is certainly an effective technique, particularly for learning to read in another 
language, as opposed to writing or talking (where the learner have to remember the words, rather than simply 
recognizing them when he sees themselves or their images).  
                
 
MULTĠKULTURALĠZM ĠLĠ 
Məmmədova  S.M. 
Sumqayıt Dövlət Universiteti 
                                                        
Birləşmiş  Millətlər  Təşkilatının  Sivilizasiyalar  Alyansının  7-ci  Qlobal  Forumunun  2016-cı  ildə  Bakı 
şəhərində  keçirilməsi  barədə  qərar  qəbul  edilməsi  bəzi  dünya  ölkələrinin  ölkəmizə  olan  münasibətini 
köklündən  dəyişdirdi.  Hazırda  ölkəmizdə  olduqca  aktual  xarakter  daşıyan  multikulturalizm  dəyərlərinin 
Azərbaycan  modeli  barədə  geniş  danışılır.  Prezident  İlham  Əliyev  2016-cı  ili  Azərbaycanda 
―Multikulturalizm  ili‖  elan  etməsi  haqqında  Sərəncam  imzaladıqdan  sonra  multikulturalizm  dövlət 
siyasətinin  əsas  istiqamətlərindən  birinə  çevrildi.  Azərbaycan  modeli  üç  prinsipə  əsaslanır:  tarixi  milli 
dəyərlər, tolerantlıq və azərbaycançılıq. Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik 
Kamal  Abdullayev  ölkəmizdə  multikulturalizmin  həyat  tərzi  olduğunu,  respublikamızda  multikultural 
dəyərlərin,  tolerantlıq  ənənələrinin  əsrlərə  söykəndiyini  dəfələrlə  öz  cıxışlarında  qeyd  edərək  demişdir  ki, 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
332 
 
 
Azərbaycanda  normal  tolerant  mühit  var,  burada  müxtəlif  xalqların  nümayəndələri,  fərqli  dinlərə  mənsub 
insanlar  eyni  hüquqa  malikdir  və  əsrlərdir  qardaşlıq,  dostluq  şəraitində  yaşayırlar.  Ölkəmizin  ali  təhsil 
müəssisələri  ilə  yanaşı,  Azərbaycan  multikulturalizmi  dünyanın  müxtəlif  ölkələrində  də  təbliğ  və  tədris 
edilir. Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi dəyərlərə malik olan ölkə 
kimi tanıdılmasına zəmin yaradır. ―Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları‖ kitabının nəşri, 
―Azərbaycan multikulturalizmi‖ dərsliyinin yazılması, ―Multikulturalizm‖ jurnalının çap edilməsi, eyni adlı 
fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 15 ali təhsil ocağında 
tədris  olunan  ―Azərbaycan  multikulturalizmi‖  fənninin  faydası  bu  işin  həm  mürəkkəbliyini,  həm 
çoxşaxəliliyini,  həm  də  cəmiyyətimiz,  gələcəyimiz  üçün  vacibliyini  bir  daha  göstərir.  Tarixən  tolerant  və 
multikultural  dəyərləri  üstün  tutan,  əhalisinin  96  faizini  müsəlmanlar  təşkil  edən  Azərbaycanda  bütün 
dinlərin  nümayəndələri:  müsəlman,  xristian,  yəhudilər  əsrlərdir  sülh  və  qardaşlıq  şəraitində  yaşayırlar. 
Dünyadakı  bütün  problemlərin  həllinin  sivilizasiyalararası  dialoqlardan,  digər  dinlərin,  dillərin,  müxtəlif 
mədəniyyətlərin,  eləcə  də  ayrı-ayrı  irqlərin  nümayəndələrinə  bərabər  münasibətin,  hörmətin 
göstərilməsindən–multikulturalizmdən  asılı  olduğu  hamıya  məlumdur.  Hazırda  ölkəmizdə  multikultural 
dəyərlər, tolerantlıq, xalqımızın  milli-mənəvi dəyərlərinin qorunması istiqamətində bir sıra dövlət səviyyəli 
tədbirlər  həyata  keçirilir.  İnsanın  əsas  hüquq  və  azadlıqlarından  sayılan  vicdan  azadlığı  və  ana  dilində 
danışmaq  hüququnun  təmin  olunması  demokratik  cəmiyyətlərin,  dövlətlərin  ümumi  inkişafının  təməl 
prinsiplərindən sayılır. Vicdan azadlığı hər kəsin dinə münasibəti ilə bağlıdır. Azərbaycanda vicdan azadlığı 
hüququnun təminatı sırasında ən mühüm yerlərdən birini bərabərlik hüququ prinsipi tutur. Bu gün mövcud 
olan  əlaqələr  xalqlara  məxsus  mədəniyyətin  qarşılıqlı    mübadiləsini  sürətləndirməkdədir.  Ölkəmizdə  çoxlu 
sayda  mədəniyyət  nümunələrini  özündə  daşıyan  xalqların  nümayəndələri    yaşamaqdadır.  Çünki 
mədəniyyətin  əsas  daşıyıcıları  məhz  xalqlardır.  Gostərilən  bu  aspektlər  Azərbaycanı  çoxmillətli,  çoxdilli, 
multikultural,  demokratik  vətəndaş  cəmiyyəti  quruculuqlu  ölkə  kimi  tanıtmışdır.  Qeyd  edək  ki,  ölkəmizdə 
yaşayan  eyni   bir  doğma   ailə  kimi  tarixi  gerçəklik,  genetik-etnik  yaddaş  və  qarşılıqlı  münasibətlərin 
ötürücüsü  olan  müxtəlif  xalqlar:  talış,  ləzgi,  avar,    tatar,  udin,  tat  və  başqaları  da  özünü  azərbaycanlı 
adlandırır. 
 
 
ORĠJĠNALDAN TƏRCÜMƏYƏ KĠMĠ:  MÜƏLLĠF VƏ TƏRCÜMƏÇĠ MÜNASĠBƏTLƏRĠ 
Məmmədzadə N. 
Azərbaycan Dillər Universiteti 
 
Bədii tərcümədə tərcüməçinın bir fərd kimi rolu həmişə mübahisəli olub. Bu barədə V.S.Vinoqradov 
və A.V.Fyodorovun fikirləri də bir-birindən kəskin fərqlənir. Vinoqradovun fikrincə, tərcüməçinin fərdiyyəti 
ilə  şərtləşən  üslubi  cəhətlərin  paradoksu  arzuolunmaz  olsa  da,  qaçılmazdır.  Fyodorov  isə  Vinoqradovdan 
fərqli  olaraq  paradoksun  olduğunu  inkar  edərək  təsdiq  edir  ki,  tərcümənin  obyektivliyi  və  güclü  tərcüməçi 
şəxsiyyəti nəinki mümkündür, hətta bir digərinin olmasını vacib edir. 
Təbii  ki,  tərcüməçinin  proses  zamanı  öz  fərdiliyini  və  ünsiyyət  tərzini    göstərmək  imkanları 
tərcümənin yaradıcı başlangıcının çəkisindən çox asılıdır. Təsadüfi deyil ki, bu fərdilik və ünsiyyət tərzi daha 
çox  poeziyanın  tərcüməsində,  ümumilikdə  isə  bədii  tərcümədə  özünü  büruzə  verir.  Publisistik  janrda  olan 
mətnlərin  tərcüməsində  isə  vəziyyət  tamamilə  başqa  bir  rəng  alır:  bu  zaman  mətn  standartları  və  mətnin 
neytral olması əsas rol oynayır. Mətn janra uyğun olaraq yaranır və müəllifin fərdiyyəti burada  parlaq nəzərə 
çarpır(oçerk, feilyeton və s.). 
Yuxarida  deyilənlərdən  bu  nəticəyə  gəlmək  olar  ki,  tərcüməçinin  ünsiyyət  tərzində  onun  fərdi 
keyfiyyətləri ilə yanaşı, mədəni ənənə və tərcüməçi norması da özünü göstərir. 
Orijinal  mətnin  məna  və  üslubunun  tərcümə  olunan  dildə  tam  verilməsi  və  tərcümə  dilinin 
mükəmməlliyi  lap  əvvəlki  dövrlərdən  başlayaraq  son  vaxtlara  qədər  tərcümənin  bir  çox  normativ 
konsepsiyalarının əsasını təşkil edir. Alman ədəbiyyatının bir çox incilərini azərbaycan dilinə tərcümə etmiş 
görkəmli tərcüməşi Vilayət Hacıyev tərcümə və orijinalın əlaqəsindən danışarkən qeyd etmişdir ki, uğursuz 
tərcüməni,  yöndəmsiz  söz  yığınını  dilimizin  lüğət  tərkibinin  ―kasıb-lığı‖  ilə  izah  etməyə  çalışanlar  böyük 
səhv  edirlər.  Dilimiz  ən  ―qəliz‖  fikri  sərrast  ifadə  etmək  qabiliyyətinə  malikdir,  sadəcə,  səbrli  olmaq, 
müxtəlif variantları saf-çürük etmək lazımdır.  
Tərcüməyə  ikidilli  ünsiyyət  kimi  baxmaqla,  bu  ünsiyyətdə  iştirak  edən  tərəflərərin  müxtəlif 
mədəniyyət  daşıyıcaları  olması  faktını  xüsusi  qeyd  etmək  lazımdır.  Ona  görə  də  tərcümə  problemlər 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
333 
 
 
―bilinguale‖- ―ikidilli‖ yox, həm də ―bicultural‖- ―ikimədəniyyətlidır‖. Ona görə də bu iki tərəf - yəni ötürən 
və qəbuledən arasında həm də tərcüməçi iştirak edir. Xarici dildən ana dilinə tərcümə edən tərcüməçi proses 
zamanı tərcümə edilən dilə əsaslanır, yəni onun üçün əsas çətinlik orijinalın  ana dilində necə verilməsi olur. 
Ana  dilindən  xaricə  dilə  tərcümə  edən  tərcüməçi  üçün  isə  istinad  mətnin  təhlili  bir  qayda  olaraq  elə  də 
çətinlik  yaratmır.  Bu  halda  əsas  problem  ana  dilində  olan  məlumatın  xarici  dildə  verilməsi  üçün    düzgün 
ifadə vasitələrinin seçilməsi olur.   
Fransız humanisti, şair və tərçüməçi Etyen Dolenin, ingilis şairi, dramaturq, tənqidçi Con Draydnın və 
Britaniya tarixçisi, yazıçı Aleksandr Freyzer Taytlerin tərcüməçilər üçün irəli sürdükləri və onların  riayət 
etməli olduqları prinsipləri ümumiləşdirdikdə  aşağıdakı nəticəyə gəlirik; 
1)
 
Orijinal mətinin dilini və tərcümə etdiyi dili gözəl bilməlidir; 
2)
 
Sözbəsöz tərcümə etmək ənənəsindən qaçmalıdır, yoxsa bu, orijinal mətnin məzmununa xələl gətirərək 
onun formasının bütün gözəlliyini məhv edər. 
3)
 
Tərcümə edilən dilin ümumişlək sözlərindən istifadə etməlidir
4)
 
Sözləri düzgün seçib yerləşdirməklə orijinalın ifadə etdiyi fikri  eyni ―tonallıqda ― verməlidir. 
5)
 
Orijinal mətni müəllifinin fərdi xüsusiyyətlərini başa düşməlidir; 
6)
 
Orijinalı yaxşılaşdırmağa çalışmamalıdır; 
7)
 
Tərcümə də orijinal kimi asan oxunmalıdır; 
8)
 
Tərcüməçi öz bacarığını müəllifin bacarığı ilə bərabər tutmalıdır. 
Yuxarıda  sadalananlardan  çıxış  edərək  bu  nəticəyə  gəlirik  ki,  tərcüməçi  üçün  tərcümə  etdiyi  əsərin 
dilini mükəmməlliyi ilə bilmək kifayət deyildir, o eyni zamanda orijinal əsərin ruhunu korlamamaq üçün yad 
mədəniyyətin bütün özəlliklərinə tam bələd olmalıdır, müəllifin dərində gizlətdiyi fikir və ideyasını ustalıqla 
anlayıb verə bilməlidir, hər bir sözün ölçü-çəkisini bilib düz yerində qoymalıdır, belə ki, iki yaradıcı şəxsin – 
müəllif  və  tərcüməçinin  qarşıdurması  oxucuya    ya  əməkdaşlıq,  ya  da  münaqişə  vəd  edə  bilər.  Bu 
qarşıdurmanın əməkdaşlığa çevrilməsi üçün tərcüməçi təkcə müəllifin estetik dünyasına, onun fikir və xəyal 
aləminə  və  bu  fikirləri  ifadə  etmək  üsuluna  dalmamalıdır,  həm  də  müəyyən  bir  vaxt  üçün    bu  dünyada 
yaşamalı,  bu  fikir  və  xəyalları  özününküləşdirməli,  həmin  tərzdə  danışmalıdır.  Bunun  üçün  isə  tərcümə 
ediləcək  əsəri  təhlil  etmək  azdır,  müəllifin  digər  yazılarını  oxumaq,  onun  həyat  yolunu  öyrənmək,  onun 
haqqında ədəbi tənqidi yazılarla maraqlanmaq və müəllifin öz  əsərləri barədə nə  yazdığına və nə dediyinə 
baxmaq lazımdır.  
Tərcümə edilən dildə müəllifin obrazını  tamamilə yarada bilmək yalnız o tərcüməçilərə müyəssər ola 
bilər  ki,  tərcüməçi  özü  zəngin  şəxsi  təcrübəyə  malik  yaradıcı  şəxs  olsun  və  yad  mədəniyyətə  yüksək 
dərəcədə  uyğunlaşmağı  bacarsın,  tərcüməni    müəllifin  dünyagörüşünə,  etik  və  estetik  baxışlarına  və  bədii 
tərzinə dərindən  varmaqla etsin. 
Eyni  bir  əsərin  müxtəlif  tərcüməçilər  tərəfindən  edilmiş  tərcümələrini  müqayisə  etdikdə  onların 
istifadə etdikləri ifadə vasitələrinin fərqini görmüş olacağıq. Əslində, bu tərcümələr bir-birindən fərqlənirlər, 
çünki  hər  bir  tərcüməçi  müəllifin  fərdiliyini  özünəməxsus  şəkildə  dərk  edir,  hər  tərcüməçi  tərcüməsinə 
özündən  nəsə  qoyur,  bədii  ifadə  vasitələrini  yalnız  özünəməxsus  tərzdə,  təkrara  yol  vermədən  seçir. 
Tərcüməçiləri birləşdirən ümumilik onların yaradıcı yanaşmasında cəmiyyətin və yaşadıqları dövrün mənəvi 
ruhunun  onlar  qarşısında  qoyduğu  tələblərə  cavab  vermək,  fərdilik  isə  hər  bir tərcüməçinin  orijinal  mətnə 
özünəməxsus yanaşmasıdır. Buradan belə nəticə çıxır ki, əcərin tərcüməsinin keyfiyyətli alınması barədə rəy 
verdikdə orijinal mətndəki müəyyən anların nə qədər uğurlu verilməsinə yox, mətnin məzmun və formasının 
vahidliyinin nə qədər saxlanılmağa müyəssər olunduğuna nəzər yetirmək lazımdır.  
Tərcüməçinin vəzifəsi müəllifin fərdiliyini, yaradıcı şəxsiyyətini ört-basdır edib eybəcərləşdirmək yox, 
əksinə onu üzə çıxardıb göstərməkdir. Eyni zamanda da tərcüməçi olmadan, onun birgə yaşantısı, yaradıcı 
həmdərdliyi  olmadan    tərcümə  prosesi  gedə  bilməz,  tərcümə  bədii  cəhətdən  mükəmməl  alınmaz.  Deməli, 
bədii  ədəbiyyatın  müəllif  və  tərcüməçi  şəxsiyyətlərinin  münasibətini,  onların  qarşılıqlı  əlaqələrini,  yaradıcı 
şəxsiyyətini  istisna  etməklə  deyil,  əksinə,  az  və  çox  dərəcədə  bir-biri  ilə  axıb  birləşməsində  axtarmaq 
lazımdır.  
           
 
 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
334 
 
 
 
AZƏRBAYCAN VƏ ALMAN BƏDĠĠ ƏDƏBĠYYATININ QARġILIQLI TƏRCÜMƏ ƏLAQƏLƏRĠ 
Mərdanlı H.H. 
Sumqayıt  Dövlət Universiteti 
 
Ümumiyyətlə,  tərcümə,  xüsusilə  də  bədii  tərcümə  dünyanın  bir  –  birindən  uzaq  iqlim  guşələrində 
yaşayan,  maddi  və  mənəvi  nemətlər  yaradan,  müxtəlif  dillərdə  danışan,  fərqli  psixoloji  təbiətə  malik  olan 
xalqlar  arasında  qarşılıqlı  əlaqə  və  mötəbər  dostluq  körpüsüdür.  Dostluq  duyğularının  vüsəti  ölçüyə 
gəlmədiyi  kimi,  xalqların  bir–birini  daha  yaxından  tanımaq,  dünya  mədəniyyəti  inciləri  ilə  zənginləşmək 
arzusunun da hüdudu yoxdur. Dünya xalqlarını yaxınlaşdıran, onların qəlbinə yol tapan və mənəvi cəhətdən 
zənginləşdirən  vasitələrdən  biri  də  müxtəlif xalqların  ədəbiyyatlarından  edilən  tərcümələrdir. Xalqlar  məhz 
tərcümə  ədəbiyyatları  vasitəsilə  bir-birlərinin  tarixi,  adət-ənənəsi,  mədəniyyəti  ilə  tanış  ola  bilir,  söz 
ustalarının ölməz əsərlərini öz doğma dillərində oxumağa imkan tapırlar. 
Müəyyən bir dildə yaradılmış sənət inciləri başqa dillərin daşıyıcıları üçün də maddi-mənəvi abidəyə 
çevrilir, onun bədii-estetik dəyəri dar arealda deyil, geniş miqyasda yayılır. 
ХIХ  əsrin  dördüncü  оnilliyində  (1834)  bədii  tərcümənin  əsаsını  qоymuş,  еnsiklоpеdik  biliyə  mаlik 
оlаn görkəmli şаir və yаzıçı А.Bаkıхаnоv (1794-1847) tərəfindən yаrаdılmış Аzərbаycаn tərcümə məktəbi 
indiyə kimi хеyli inkişаf еtmiş və zəngin təcrübə qаzаnmışdır. Sоnrаkı dövrlərdə, yəni ХХ əsrin əvvəllərində 
А.Səhhət (1874-1918) milli tərcümə məktəbini dаhа dа fоrmаlаşdırmış, А.Şаiq (1881-1959), M.Sеyidzаdə 
(1907-1976)  və  digər  sənətkаrlаr  isə  bu  sаhənin  gеniş  inkişаfınа  çаlışmışlаr.  Аzərbаycаndа  bədii  tərcümə 
ХХ  əsrin  20-30-cu  illərindən  yеni  istiqаmət  götürsə  də,  əsаsən,  İkinci  Dünyа  mühаribəsindən  sоnrа  dаhа 
intеnsiv şəkildə inkişаf еtməyə bаşlаmışdır.  
Azərbaycan və alman xalqının bir–birini öyrənməsində, ədəbi–mədəni əlaqələrin inkişafında, qarşılıqlı 
təsir yolu ilə zənginləşməsində bədii tərcümənin rolunu və əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan 
yazıçıları bu sahədə çox böyük nailiyyət əldə etmişlər.  
Müxtəlif dövrlərdə müxtəlif alim və filosoflar  tərcümə işinə yüksək qiymət vermiş, mədəni əlaqələrin 
inkişafında onun əvəzsiz rolunu qeyd etmişlər. 
Təsadüfi deyil ki, tanınmış yazıçımız  M. İbrahimov da  tərcüməni «bəşəriyyət tarixində xalqları bir-
birinə bağlayan mənəvi körpü» adlandırmışdır.  
Dünya  şöhrəti  qazanmış  dahi  alman  mütəfəkkiri  Y.V.Göte  bədii  tərcümə  etməklə  yanaşı,  onun 
nəzəriyyəsi  ilə  də  məşğul  olmuşdur.  Göte  tərcümənin  dilə  təsirini  qeyd  edərkən  onu  (tərcüməni)  dili 
təmizləyən  və  zənginləşdirən   vasitə  sayırdı.  Məlumdur  ki,  bədii  tərcümə  öz  mürəkkəbliyinə  və  əhatə 
dairəsinə görə tərcümənin digər növlərindən fərqlənir, və təbii ki, başqa növlərin bir çox xüsusiyyətlərini də 
özündə birləşdirir.      
Alman  dilindən  Azərbaycan  dilinə  tərcümə  ilə  bağlı  elmi  tədqiqatlar  bu  baxımdan  olduqca  mühüm 
əhəmiyyət  kəsb  edir.  Fikrimizi  əsaslandırmaq  üçün  görkəmli  alman  şairi  Y.V.Götenin  Azərbaycan  dilinə 
tərcümə olunmuş «Səyyahın gecə nəğməsi» adlı şerinə diqqət edək:  
Über allen Gipfeln ist Ruh   
In allen Wipfeln spürst du kaum einen Hauch, 
 Die Vöglein schweigen im Walde –warte nur, bald  ruhest  du auch 
 
Dağlar uca göy qədər,dağlar zülmət yuxulu 
Səssiz,ünsüz  təpələr-  duman çiskin qoxulu 
Meşə laldır büsbütün,quşlar ötmür bu gecə 
             Vaxt gələr, sən də bir gün uyuyarsan beləcə 
Tərcümə o dərəcədə mükəmməl və  təbiidir ki, biz  oxucular onu orijinal əsər kimi qəbul edirik.  
Eyni  zamanda  Azərbaycan  ədəbiyyatının    mənəvi-ruh  dünyasının  incisi  hesab  olunan  ―Kitabi-Dədə 
Qorqud‖  dastanının, eləcə də  şifahi ədəbiyyatımızın, folklorumuzun  digər nümu- 
nələrinin  alman  dilinə  çevrilməsi  XIX  əsrə  təsadüf  edir.  1815-ci  ildə  H.F.von  Dits  ―Kitabi-Dədə 
Qorqud‖un  VIII boyunu, 1992-ci  ildə isə  Y. Kunoş ―Şah İsmayıl və  Gülzar xanım‖,―Aşıq Qərib‖, ―Tahir 
və Zöhrə‖ dastanlarını alman  oxucusuna çatdırmışlar.  Maraqlıdır ki, bu söz  inciləri  sonralar  da alman şair-
filosoflarının, tərcüməçilərinin diqqətini cəlb  etmiş, XX əsrdə  onların  tərcüməsinə  yenidən  qayıdılmışdır. 
Məsələn:  şərqşünas  alim  G.  Hayn  1958-ci  ildə  ―Kitabi-Dədə  Qorqud‖u  tam  şəkildə  alman  dilinə 
tərcümə  edərək 
nəfis 
şəkildə  çap 
etdirmişdir. Ümumiyyətlə, 
XX 
əsrdə 
alman  oxucusunda  Azərbaycan  ədəbiyyatına  maraq böyük olmuşdur.   

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
335 
 
 
Azərbaycan  ədəbi  nümunələrinin  alman  dilinə  tərcüməsi  XX  əsrin  50-ci  illərindən  daha  da 
intensivləşmişdir.  Ədəbiyyatımızın  o  dövr  üçün  orta  nəsli  hesab  olunan  M.  Hüseyn,  S.  Vurğun,  M. 
İbrahimovun  bir  neçə  əsəri  ilə  bərabər  60-cı  illərin  nümayəndələri  hesab  olunan  Anarın,  Elçinin, 
M.İbrahimbəyovun  əsərlərinin  alman dilinə  bir  neçə  dəfə  tərcümə  olun-ması  bunu  bir  daha  sübut  edir. 
Məsələn, 
Anarın  ―Beşmərtəbəli  evin  altıncı  mərtəbəsi‖  romanı  sabiq  Almaniya  Demokratik 
Respublikasında ―Der Lift fahrt vorbei‖ adı altında çap etdirilmişdir.  
 
 
TƏRCÜMƏġÜNASLIQ: NƏZƏRĠYYƏ VƏ TƏCRÜBƏ, TERMĠNOLOGĠYA 
Mirzəyeva K.Ş. 
AMEA,  Nəsimi adına Dilçilik İnstitutu 
 
Milli  zəmində  tarixi  tendensiyaların  təsirinin  xarakterizə  edilməsi  baxımından  tərcümə  əsərləri 
xalqlararası  qarşılıqlı  ədəbi  əlaqələrin  inkişafını  təsdiqləyən  faktor  olmaqla  yanaşı,  yazı  mədəniyyətinin 
mənbəyini təşkil edir. 
Kökü  qədim  tarixə  bağlı  olan  tərcümə  sənəti  ―müstəsna  xarakterli  olmuş  və  şifahi  şəkildə  həyata 
keçirilmişdir‖  və  dil-ədəbiyyat  tarixi  ilə  əlaqəli  şəkildə  yaranmışdır.  Bu  məsələyə  tarixi-ədəbi  aspektdən 
yanaşan tədqiqtçılara görə, tərcümə yalnız bədii tərcümə ilə məhdudlaşmır. Hətta bəşər tarixində yazılı olan 
hər şey ədəbiyyat nümunəsi kimi götürülsə də, geniş bir sahəni əhatə edən şifahi tərcümə diqqətdən kənarda 
qalmamışdır. 
Tərcümə işi ictimai-mədəni, elmi-fəlsəfi və ədəbi-estetik inkişaf prosesinin tərkib hissəsi kimi böyük 
sivilizasiya məkanında bir çox xalqların mədəniyyətlərini  zənginləşdirmişdir. Maraqlı haldır ki, antik elm və 
mədəniyyət də Şərqdən faydalanaraq inkişaf etmişdir. 
XVII əsr  nəzəriyyəçi alimlərə görə, tərcümə işi, əsasən, 3 prinsip  üzrə həyata keçirilirdi: 
      1. Hərfi tərcümə 
      2. Təbir ilə tərcümə  (parafrastik) 
      3. Təqlidi tərcümə. 
XVIII əsrdə isə bir çox nəzəri yanaşmalar sistemli şəkildə tətbiq edilir, tərcümə sənətinin öyrənilməsi 
üçün vəsaitlər (A.Teyler ―Tərcümənin əsasları‖ - 1791) meydana çıxırdı. XIX əsrdə isə bir-birnə zidd ideya 
irəli  sürən  nəzəriyyəçilər  qrupu  formalaşmışdır.  Bir  qrup  nəzəriyyəçilərə  görə  tərcümə  təfəkkür  və 
yaradıcılıq  qabiliyyəti  tələb  edən  bir  iş,  digər  qrup  nəzəriyyəçilərə  görə  isə  tərcümə  əsər,  yaxud  müəllif 
haqqında informasiya verən mexaniki funksiyanın yerinə yetirilməsi kimi qəbul edilirdi.     
Məlum  olduğu  kimi,  tərcümə  sənəti  ədəbiyyatla  əlaqəli  şəkildə  inkişaf  etdiyindən,  ədəbi  növ  və 
janrların  artması  tərcümə  əsərlərinin  artmasına  da  zəmin  yaradırdı.  Bu  prosesdə  isə  şifahi,  yaxud  yazılı 
olmasına baxmayaraq, təməl mərhələlər əsas götürülür: 
1. Deşifrə (əsərin əsas qayəsini, ideyasını çatdırmaq). 
2. Vasitəsiz tərcümə  
3.Kodlaşdırma (tərcümə dilinə çevirməklə əsəri ―özününküləşdirmə‖)  
Bu  baxımdan  tərcümənin  əsasını  təşkil  edən  təfsir  (interpretasiya)  yanaşma  arqumenti  kimi  tam 
sərbəstlik  (sərbəst  tərcümə  -  K.M.)  tələb  etsə  də,  ―sözlərin  sıralanmasında  bir  sokrallıq    duyulur‖.  Müəllif, 
mövzu və tərcüməçidən asılı olmayaraq, tərcümə əsərində itkilər qaçılmazdır. Hər bir hərfə itaətlə yanaşan 
―sözün qulu‖, yaxud ―sözün ağası‖ olan tərcüməçi həm də əsərin  həmmüəllifi kimi tanınır.   
Şərq  ölkələrində,  əsasən,  dini  yönlü  və  Avropada  çap  olunmuş  əsərlərin  tərcümə  edilərək  nəşr 
edilməsinə  daha  çox  üstünlük  verilir  və  Şərq    mədəniyyətinin  ayrılmaz  tərkib  hissəsi  olaraq  Azərbaycanda 
tərcümə  sənəti  bir  çox  daxili  və  xarici  xarakterli  müxtəlif  faktorların  təsiri  altında  formalaşmışdır.  Klassik 
əsər nümunələri istisna olmaqla, məhdud seçim imkanına malik  Azərbaycan tərcüməçiləri sovet dönəmində 
digər  vasitəçi  dildən  –  rus  dilindən  dünya  ədəbiyyatı  nümunələrini  dilimizə  çevirmişlər  ki,  bu  da  öz 
növbəsində ideoloji xarakter daşımışdır. Yəni tərcümə sənəti siyasi qəliblər müstəvisində ―inkişaf etmişdir‖. 
Müasir dövrdə isə tərcümə sahəsində məcburiyyət prinsipi bir növ könüllülük prinsipi ilə əvəz olunub. Onu 
da  qeyd  edək  ki,  son  illərdə  tərcüməçilik  işi  yaradıcılıq  sahəsindən  çox,  biznes  fəaliyyəti  kimi  qəbul 
edilməkdədir. Fransız  nəzəriyyəçisi Pyer Fransua Kaye XX əsri 20-ci əsri ―tərcümə əsri‖ adlandırmışdır.  
Çağdaş insanın fikir və mənəvi ehtiyaclarına uyğun əsərlərə tələb müəyyən mənada ―ödənilsə‖ də, tam 
deyildir.  Bu  tamlığı  bir  tərəfdən  kompüter  texnologiyasının  bugünkü  inkişaf  səviyyəsi  tarazlamağa  çalışsa 
da,  peşəkarlıq  səviyyəsinin  aşağı  olması  buna  imkan  vermir.  O  da  məlumdur  ki,  texniki  sahələrdə, 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
336 
 
 
terminlərin işlədilməsində kompüter texnologiyası kara gəlmir. Keçmiş sovet dönəmində tərcümə işi vasitəçi 
dil  olaraq  rus  dilindən  istifadə  ilə  həyata  keçirilirdi  və  həmin  dövrdə  aparıcı  xarakter  daşıyan  rus  dilinin 
mükəmməl tədris və təbliği nəticəsində hər sahədə olduğu kimi, ədəbiyyat sahəsində də, o cümlədən tərcümə 
əsərlərinin  ərsəyə  gətirilməsi  elə  də  problem  yaratmırdı,  əksinə  məşhur  tərcüməçilər  ordusu  bu  işin  öhdə-
sindən məharətlə gəlirdi. Buna misal olaraq  həmin dönəmdə dünya ədəbiyyatı kitabxanası seriyası ilə nəşr 
olunan  yüzlərlə  kitabları nümunə  göstərmək  olar.  Bu  gün  isə  həmin  tərcüməçilər  ordusunun işi  pərakəndə 
şəkildə  həyata  keçirilir.  Əsərlər,  əsasən,  türk  xalqlarının  dillərinə  tərcümə  olunur,  bu  da  daha  çox  elmi-
kütləvi  nəşrləri  əhatə  edir.  Məsələyə  bu  cür  yanaşma  tərcümə  sənətinin  yaranma  və  inkişaf  tarixinə  dair 
söylənilənləri bir qədər kiçiltsə də, türk xalqlarının mədəni irsinin mühafizəsi baxımından qarşımıza bir çox 
öhdəliklər qoyur.  
   
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin