Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Yüklə 3,18 Mb.
səhifə2/5
tarix16.02.2017
ölçüsü3,18 Mb.
#8558
1   2   3   4   5

Beynəlxalq Təcrübə
Dünyanın əksər ölkələrində sığorta təbabəti həm özəl, həm də tamamilə dövlət maliyyələşdirilməsi ilə müqayisədə üstünlük təşkil edir. Səhiyyə sahəsinə cəmiyyət tərəfindən ayrılan resursların kəmiyyət və keyfiyyəti, onların səmərəli istifadəsi ölkədə formalaşmış iqtisadi, siyasi, siyasi, mənəvi-etik və digər münasibətlərin mürəkkəb sistemi ilə müəyyən olunur. Demək olar ki, bütün sənaye ölkələrində xərclərin əksər hissəsi ya hökumət, ya da sosial sığorta müəssisələri tərəfindən həyata keçirilir. Bütün mövcud səhiyyə sistemləri 3 əsas iqtisadi modeldə əks olunur:


  1. Özəl tibbi sığortadan istifadə etməklə bazar münasibətlərinə əsaslanan ödənişli səhiyyə - bazar modeli;

  2. Büdcə maliyyələşdirilməsi sisteminə əsaslanan dövlət səhiyyəsi – dövlət modeli;

  3. Sosial sığorta prinsiplərinə əsaslanan və çoxkanallı maliyyələşmə sistemi ilə tənzimlənən səhiyyə sistemi – sosial-sığorta modeli.

ABŞ səhiyyəsi əsasən birinci modelə söykənir: ölkədə səhiyyə sisteminin təşkilinin əsasını özəl tibbi xidmətlər bazarı təşkil edir, onu dövlət tibbi xidmət proqramları tamamlayır.


İkinci modeldə səhiyyənin maliyyələşdirilməsi başlıca olaraq büdcə hesabına həyata keçirilir. Ölkə əhalisi tibbi yardımı ödənişsiz əldə edir. Burada bazar münasibətləri bir qayda olaraq, dövlətin nəzarəti altında olmaqla ikinci dərəcəli rola malikdir. Bu model 1948-ci ildən başlayaraq Böyük Britaniyada mövcuddur. Sonradan başqa ölkələrdə də tətbiq olunmağa başlamışdır.

Baxmayaraq ki, Böyük Britaniyada demək olar ki bütün səhiyyə xərcləri dövlət tərəfindən ödənilir, arzu edənlər özəl tibb müəssisələrində tibbi pull tibbi müayinədən keçə bilərlər. Milli Sağlamlıq Xidməti (NHS) İngiltərənin dövlət hesabına maliyyələşən səhiyə sistemidir. NHS Britaniya vətəndaşı olan hərbir şəxsə normal tibbi xidmətləri pulsuz təklif edir, baxmayaraq ki göz və diş müayinəsi, və başqa şəxsi müayinələr üçün əlavə vəsait ödəmək lazımdır.

NHS sistemi 1948 ci ildən fəaliyyətə başlayıb və onunla bərabər Özəl tibbi müayinə sitemi də mövcudluğuna davam edib. Özəl tibbi müayinə sistemi əsasən fərdi sığortalar hesabına maliyyələşir ki, indi də bu sistemdən əhalinin cəmi 8 %-ə qədəri yararlanır və əsas dominantlıq NHS sistemində qalmaqdadır.

NHS sisteminin əsas maliyyə mənbəyi ümumi vergilərdəndir ( əsasən Milli Sığorta Xidmətindən edilən ödənişlərdən). Xərclərin çoxluğu bəzi kritiklərin diqqət mərkəzində durur, belə ki, Britaniya Səhiyyə Departamentinin 2008-2009 illər arasındakı xərcləmələrinin əsas hissəsi, 99 milyard funt sterlinqi NHS sisteminə, əhalinin tibbi müayinəsinin təşkil edilməsinə yönəldilib. Bundan başqa, NHS dünyada ən böyük səhiyyə xidməti göstərməklə yanaşı həm də ən çox işçinin çalışdığı dördüncü qurumdur.


Səhiyyənin maliyyələşdirilməsinin büdcə hesabına həyata keçirilməsi yəni, ölkə əhalisinin tibbi yardımı ödənişsiz əldə etməsi bəzi mütəxəssislər tərəfindən təqdirə layiq hesab edilsə də bu modelində bir sıra çatışmazlıqları var. Misal olaraq, tibbi müayinə əhali üçün pulsuz olan ölkə xəstəxanalarında elə hallar yarana bilər ki, tibbi müayinə olunmaq istəyən şəxs xəstəxanaya müraciət etdiyi halda uzun növbələrdən əziyyət çəkə və onun müayinəsinin müddəti uzadıla bilər. Bu kimi halların baş verməsi təbii ki arzuolunan deyil, ən əsası ona görə ki müayinə üçün müraciət etmiş şəxsə dərhal tibbi kömək göstərilməlidir. Əgər yerindəcə müayinə aparılmırsa təbii ki bu həmin şəxs üçün gələcəkdə müəyyən fəsadlar törətmək ehtimalını artırmaqla və dövlətin insanları pulsuz müayinə etməsi sistemini səmərəsiz edir.
Üçüncü model qarışıq iqtisadiyyat prinsiplərinə söykənir. Bu model ölkə əhalisinin bütün təbəqələri üçün icbari tibbi sığortanın mövcudluğu ilə səciyyələnir. Dövlət burada gəlirlərinin səviyyəsindən asılı olmayaraq əksər vətəndaşların tibbi yardıma olan təlabatlarının ödənilməsinin təminatçısı rolunda çıxış edir. Maliyyələşmənin çoxkanallı (büdcədən, sığorta təşkilatlarının mənfəətindən, əmək haqqından ayırmalardan və s.) sistemi sosial-sığorta modelinə əsaslanan səhiyyənin maliyyə bazasında zəruri çeviklik və sabitlik yaradır. Bu model Almaniya, Fransa, Hollandiya, Avstriya, Belçika, İsveçrə, Kanada və Yaponiyada daha qabarıq şəkildə nəzərə çarpır. Fransada tətbiq olunan sosial-sığorta modelində bazar elementləri üstünlük təşkil edir.
Digər dövlətlərin səhiyyəsinə nəzər yetirsək görərik ki, Çində səhiyyənin inkişafı 3 mərhələdə olmuşdur. Belə ki, birinci mərhələ 1949-1978-ci illəri əhatə edir. Bu dövrdə olduqca qit resurslar və daha yaxşı sosial şərtlər ilə Çin dramatik olraq səhiyyə statusunu təkmilləşdirmişdir. İkinci dövr 1978-2000-ci illəri əhatə edir. Bu illər ərzində səhiyyə sistemindəki islahatlar iqtisadi sistemdəki islahatlar ilə uzlaşdırılmışdır. Üçüncü mərhələ isə 2000-ci ildən sonrakı müddətdir. Belə ki, 21-ci əsrdə Çində səhiyyə islahatları əsasən regionları, kənd yerlərini əhatə etmişdir. Ölkə ərazisinin 85 faizində səhiyyə islahatlarının hədəflərinə çatılmışdır. Lakin, buna baxmayaraq ölkədə sığorta sisteminin tətbiqində çətinliklər hələ də qalmaqdadır. Ölkə əhalisinin yalnız 20 faizi tibbi sığortadan istifadə edir.
1950-ci illərin ortalarından başlayaraq Vyetnamda “hamı üçün pulsuz səhiyyə” yanaşması ölkədə prioritet olmağa başlamışdır. 1975-1989-cu illər Vyetnam post-müharibə ölkəsi olraq çətin vəziyyətə düşmüşdür. Sosialist sisteminə malik ölkələrdəki iqtisadi problemlər ilə bağlı olaraq Vyetnama yardımların həcmi azalmış və Amerika Birləşmiş Ştatlarının bu ölkəyə tətbiq etdiyi embarqo ilə əlaqədar Vyetnam beynəlxalq sistemdən izolyasiya olunmuşdur. Bu müddətdə tibbi xidmətlərin pulsuz olmasına baxmayaraq, demək olar ki, heç bir xidmət göstərilməmişdir. 1989-cu ildən başlayaraq aqrar sektorun inkişafı ilə bağlı olaraq səhiyyə sisteminin maliyyə imkanları gücləndirilmişdir.

1979-1981-ci illərdə Filippində səhiyyə sistemində pilot siyasət həyata keçirilmişdir. 1991-ci ildən başlayarq regionlarda və kəndlərdə səhiyyə xidmətinin tətbiqi genişlənmişdir.

Iranda səhiyyə xidməti həyata keçirilən tibb məntəqələri səhiyyə evləri kimi tanınır və fəaliyyət göstərir. Bu evlər ilkin səhiyyə xidməti göstərir, ana və uşaqların sağlamlığı ilə bağlı müxtəlif məsləhətlər verir və yerlərdə yayılan endemik xəstəliklərə qarşı mübarizə aparırlar. Iranda icmanın iştirakı səviyyəsi olduqca yüksəkdir. Belə ki ölkə əhalisinin 90 faizindən çoxu sığortalanmışdır. Qalan əhalinin böyük hissəsi isə icma üçün oloan güzəştlərdən istifadə edirlər.
Araşdırmalara görə dünyanın ən uzun ömürlüləri Yaponiyada yaşayır. Son 50 ildə Yaponiya hökuməti yerli hakimiyyət orqanlarının səhiyyənin maliyyələşdirilməsində rolunu artırmaq siyasətini həyata keçirmişdir. 1994-cü ildə yeni icma səhiyyə Qanunu qəbul edilmişdir. Bunun nəticəsində son illər səhiyyə mərkəzlərinin sayı 850-dən 600-ə azalmışdır.
Qərbi Avropa ölkələrinin əksəriyyətində səhiyyə xidməti sistemləri mərkəzləşdirilmiş qaydada bir və ya daha artıq nazirliklər tərəfindən müəyyənləşdirilir. Almaniya və İspaniyada isə mərkəzləşdirilmiş sistemə baxmayaraq özəl sektorun müdaxiləsinə də imkan verilir. Belçika, Fransa, Almaniya və Hollandiyada sosial sığorta həm dövlət, həm də özəl qurumlar tərəfindən həyata keçirilir. Birləşmiş Krallıqda istənilən tibbi xidmət formalarını həyata keçirən qurumlara səhiyyə orqanları tərəfindən nəzarət həyata keçirilir.

Dünyanın ən liberal iqtisadiyyata malik ölkələrindən hesab edilən ABŞ-da da səhiyyə sistemində dövlətin özəl sektoru “sıxışdırması” tendensiyası müşahidə edilir. Ötən əsrin ortalarında Amerikada səhiyyə sistemi daha liberal olmuşdur və bu xidmətlərin mütləq əksəriyyəti özəl sektor subyektləri tərəfindən həyata keçirilmişdir. Məsələn, 1960-cı ildə səhiyyə xidmətinin ödənilməsinin yalnız 25-ni dövlət qarşılamışdır. Hal hazırda Birləşmiş Ştatlarda səhiyyə sisteminin mülkiyyəti əsasən şəxsi əllərdədir. Bir neçə yerdə hökumət xəstəxanaları əsasən şəhər hökumətlərinə aiddir. Cari qiymətlər bütün Birləşmiş Millətlər Təşkilatı üzvü dövlətləri arasında Ümumi Daxili Məhsulun, yalnız ABŞ səhiyyəsini qoyur. Ümumi Daxili Məhsulun səhiyyədə payı 2017-ci ilə kimi 19.5 faiz olacağı gözlənilir. Birləşmiş Ştatlarda səhiyyədə xərclənən hər dollardan 31% xəstəxana ehtiyatlılığına, 21% həkim xidmətlərinə, 10% farmasevtik preparatlara, şəxsi sanatoriyalara, 7% inzibati xərclərə və 23% bütün başqa kateqoriyalar (diaqnostik laboratoriya xidmətlərinə, apteklərə), tibbi qurğuya gedir.


Bununla belə, ötən əsrin sonundan başlayaraq ABŞ səhiyyə sistemində dövlətin rolunun artması tendensiyası müşahidə edilməyə başlamışdır. 2005-ci ildə dövlət sektorunun səhiyyə sistemində payı 46 faizədək yüksəlmişdir və artım tendensiyası sa davam etməkdədir.
Səhiyyənin dövlət büdcəsindən maliyyələşdirmə miqyasları müxtəlif ölkələrdə bir-birindən fərqlənir. Bu fərqi səhiyyə xərclərinin adambaşına düşən məbləği, bu xərclərin ÜDM-də payı, əhalinin sağlamlığı ilə bağlı ümumi xərclərdə dövlət xərclərinin xüsusi çəkisi, əhalinin hər on min nəfərinə düşən tibbi heyətin, həmçinin xəstəxana çarpayılarının sayı və s. kimi mühüm göstəricilərə diqqət yetirdikdə daha aydın görmək olur.
BMT-nin 2005-ci hesabatında qeyd edilir ki, Fransada səhiyyə xərclərinin 76,9 faizi dövlət tərəfindən təmin edilir. Səhiyyə xərclərinin ÜDM-ə nisbətinə görə yalnız ABŞ və İsveçrədən geri qalan Fransada həmin xərclərin adambaşına düşən məbləği 2125 dollar (ABŞ-da 3724 dollar) təşkil edir.

Dünya təcrübəsində misal üçün Birləşmiş Ştatlar cəmiyyəti səhiyyə xərclərini maliyyələşdirmək üçün ildə 2 trilyon dollar vəsait xərcləyir ki, bu da həmin ölkədə formalaşan ÜDM-in 15 faizinə bərabərdir. Bu vəsaitin 30 faizi xəstəxanaların saxlanılmasına, 21 faizi həkimlərin məvacibinə, 10 faizi isə dərmanların alınmasına xərclənir. Xərclənən vəsaitlərin 44 faizi dövlətdən, 37 faizi isə özəl sığortadan maliyyələşdirilir. Birləşmiş Ştatlarda yaşayan əhalinin 54 faizi iş yerləri vasitəsiylə özəl tibbi sığortaya malikdir. Proqnozlara görə, 2030-cu ildə ABŞ-da yaşı 65-də yuxarı olan əhalinin sayı 22 faizi ötəcək. Hesablamalar göstərir ki, 2015-ci ildə bu ölkədə məcmu səhiyyə xərcləri ÜDM-in 20 faizinə çatacaq. ABŞ-da 1990-cı ildə əhaliyə göstərilən bütün tibbi xidmətlərin 70 faizini əhalinin yalnız 10 faizi istehlak etmişdi. 1960-cı ildə ABŞ-da səhiyyə xidmətinin ödənilməsinin yalnız 25 faizini dövlət qarşılamışdı. 75 faizini isə özəl sektor qarşılamışdı. Bununla belə ötən əsrin sonundan başlayaraq ABŞ səhiyyə sistemində dövlətin rolunun artması tendensiyası müşahidə edilməyə başlamışdır. Amma artıq bu iki sektorun payı bu sahədə eyniləşməyə başlamışdır. 2005-ci ildə dövlət sektorunun səhiyyə sistemində payı 46 faizədək yüksəlmişdi və sonra da bu artım davam etmişdi.

Adambaşına düşən ÜDM( Ümum Daxili Məhsul) un səhiyyəyə xərclənməsinə görə ABŞ demək olar ki bütün ölkələri geridə qoyur. 2008 ci il “Health Affairs” jurnalının araşdırmalarına görə ABŞ OECD( İqtisadi Əməkaşlıq və İnkişaf Təşkilatı) yə üzv ölkələrinin hamısından səhiyyəyə daha çox pul xərcləyir, baxmayaraq ki səhiyyə xidmətinin səviyyəsi OECD ölkələrinin demək olar əksəriyyətindən geri qalır. Səhiyyə xərcləmələrinin əksər hissəsi biotexnologiya sahəsində yeni innovasiya texnologoyalarının yaradılmasına, sınaqdan keçirilməsinə və tətbiqinə sərf edilir. Bu səhiyyənin inkişafı üçün aparılan araşdırma və təhqiqat işlərinə dünya ölkələrinin əksəriyyətindən daha çox vəsait və resurslar sərf edilir.

İllik səhiyyə xərcləri ÜDM –in 15.3%-ni təşkil etməklə Timor Leştidən sonra dünyada ikinci yerdə durur. Xərclərin sürətli artımı onu proqnozlaşdırmağa imkan verir ki 2017 ci ildə bu rəqəm artıq ÜDM-in 20 faizini təşkil edəcək. Xərclərin strukturunu araşdırdıqda görmək olar ki, səhiyyəyə xərclənən hərbir dolların 31% i xəstəxanaların saxlanılmasına, 39% i fiziki xidmətlərin təmin edilməsinə, 7% i administrativ xərclərə , 23% isə digər kategoriyalara ( diaqnostik labaratoriyalara və.s) ayrılır.

2007-ci ildə, ABŞ səhiyyə xərclərinə 2.26 trilyon dollar xərcləyib ki bu da adambaşına 7,439 dollar deməkdir. Maraqlı cəhət ondan ibarətdir ki, tibbi sığorta xərcləri əmək haqqı və inflyasiyadan iləbəil daha çox artır. Bunun neqativ cəhətlərindən biri kimi səhiyyə borcu olan əhalinin müflisləşməsini göstərmək olar. Səhiyyə xərclərinin sürətli artımının əsas səbəbi kimi sürətli texnoloji inkişaf və əsasən əhalinin gəlirlərindəki böyük artımlar qeyd edilir. Bu da sığorta xidmətinin qiymətini artıran əsas amillərdən biri kimi rol oynayır.

2008 ci ilin sentyabrında məşhur “The Wall Street “ jurnalının araşdırmasına görə iqtisadi böhranın davam etdiyi şəraitdə insanlar tibbi sığorta və səhiyyə xərclərini azaltmağa çalışırlar. Aparılan sorğunun nəticələri göstərir ki, 22% respondentlər daha az həkim köməyindən istifadəni, 11% isə dərmanlardan istifadəni azaldıb.

ABŞ da xəstəxana və həkimlər göstərdiyi xidmətə görə əsasən pasiyentlərdən və sığortdan gələn gəlirlər hesabına maliyyələşirlər. Əhalinin 84.7% ə qədərinin tibbi sığortası mövcuddur. Amerikada əhalinin tibbi müayinə məbləğini qarşılayan dövlət sığorta kompaniyası fəaliyyət göstərmir. Tibbi sığortaya malik olmayan əhali 15.3% təşkil edir, 45.7 milyon nəfər. Tibbi sığortanın əksər hissəsi işə götürən kompaniya tərəfindən ödənilir. İşə götürənlərin ödədiyi tibbi sığortanın hissəsi (59.3%) təşkil edir. Əhalinin yalnız 9% i tibbi sığortasını öz hesabına əldə edir. Baxmayaraq ki, tibbi sığorta sistemi tamamilə özəl sektor üzərində qurulmuşdur, dövlətin də təqdim etdiyi bir sıra paketlər var.

Dövlət programları əhalinin 27,8 %-ə (83 milyon fərdə) yönəlir ( bura daxildir, veteranlar, qocalar, əlillər və kasıblar). Dövlət xərcləmələri ümumi səhiyyə xərclərinin 45-56.1 % i arasında ilbəil dəyişir ki, bu da ABŞ ı səhiyyədə dövlət xərcləmələrinə görə lider ölkələrdən birinə çevirir. Dövlət tərəfindən maliyyələşən proqramlara daxildir:



Medicare , 65 yaşın keçmiş uzunmüddətli vətəndaşların.

Medicaid, aşağı gəlirli insanların bir sıra kategoriyalar daxil olmaqla xərclərinin maliyyələşdirilməsi , uşaqlar, hamilə qadınlar və əlillər.

Tricare, hərbçilər üçün

Veterans Administration, veteranlara onların ailələrinə
Aparılan araşdırmalar göstərir, tibbi sığorta qiymətlərinin ABŞ da digər OECD ölkələrindən xeyli yüksək olmasından asılı olmayaraq, göstərilən səhiyyə xidməti müqayisə olunan müvafiq ölkələrə nisbətdə müxtlif göstəricilərə görə geri qalmaqdadır. Buradan belə bir nəticə çıxartmaq olar ki, səhiyyə və tibbi sığorta üçün ödənişlər digər ölkələrdən kifayət qədər yüksəkdir. 2008 ci ildə aparılan araşdırmalar onu göstərir ki, əhalinin səhiyyə üçün ən çox pul xərcləyən 1%-lik hissəsinin xərcləmələri bütövlükdə səhiyyə xərcləmələrinin 27%-ni təşkil edir.

Bəzi ekspertlər hesab edir ki, qabaqlayıcı ( preventativ) müayinələrin aparılması gələcəkdə yarana biləcək tibbi xərcləmələrin məbləğini azaldır. Lakin, uzun müddət üçün bu kimi tədbirlər heçdə hamı üçün tibbi xərclərə qənaət etmək şansını qazandırmır. Belə ki, xəstələnmə ehtimalı az olan və demək olar ki ömrü boyu heçbir xronik xəstəliyə tutulmayan şəxslərin mütəmadi qabaqlayıcı müayinə xərcləri, gələcəkdə xəstələnmə riskləri olan pasiyentlərin uğurlu müayinə xərcləri ilə cəmləndikdə xeyli böyük rəqəm alınır. Buna baxmayaraq, bu kimi xərclər uzun müddətdə pasiyentin daha çox yaşamasına və onun həyat illərinin uzanmasına töfvə verir.

Səhiyyə maliyyələşdirilməsində dövlət və özəl sektorun oynadığı rola görə dünya ölkələrini üç qrupa bölmək olar:


  • Birinci qrup ölkələr – səhiyyə sistemində güclü dövlət müdafiəsi saxlanılır;

  • İkinci qrup ölkələr – səhiyyə xərcləri əsasən özəl sektorun hesabına təmin olunur;

  • Üçüncü qrup ölkələr – səhiyyə xidmətləri hər iki sektorun hesabına həyata keçirilir.

Almaniyada səhiyyənin maliyyələşdirilməsi ayrı ayrı mənbələrdən daxil olan vəsaitlərin konsolidasiyası yolu ilə həyata keçirilir. Burada icbari tibbi sığorta fondları dövlət büdcəsi, işəgötürənlərin köçürmələri və işçilərin ödənişləri hesabına formalaşır. Tibbi sığorta ödənişlərinin orta ölçüsü əmək haqqı fondunun 13 faizi qədər təşkil edir.

Almaniya Avropanın ən qədim universal səhiyyə sisteminə malik olan ölkələrdən biri olmaqla, tibbi sığorta haqqında ilk qanunvericilik bu ölkədə 1883-cü ildə qəbul edilib. Hal hazırda əhalinin 85% i tibbi sığortadan istifadə edir. Dünya Səhiyyə Təşkilatınının rəqəmlərinə görə ölkə səhiyyə sisteminin 77%-i dövlət, 23%-i isə özəl maliyyə mənbələri hesabına maliyyələşir. Aşağı gəlirli işçilərin tibbi sığorta xərcləri qismən hökümət tərəfindən onlara geri qaytarılır. Ortalama xəstəxanada qalmaq müddəti Almaniyada yaxın illərdə 14 gündən 9 günədək aşağı düşüb. Bunun əsas səbəbi kimidə bir sıra ekspertlər 1995-2005 ci illər arasında dərman vasitələrinin qiymətində baş verən kəskin artımlarla (60%) əlaqələndirirlər. Səhiyyə xəcləri ümumiyyətlə 2005-ci ildən etibarən illik ÜDM in 10-12%-ni təşkil edir. Digər Qərbi Avropa ölkələri ilə müqayisədə bu xeyli böyük rəqəm hesab edilsədə, ABŞ dan bu xərclər 1,5 dəfə azdır.

Ölkə səhiyyə sisteminin uğuru kimi digər ölkələrdən fərqli olaraq tibbi sahədə aparılan işlərin daha mütəşşəkkil təşkil olunduğunu demək olar. Almaniya gözlənilən həyat müddətinə görə (78 il) dünyada 3-cü yeri tutur və uşaq ölümünün ən az mövcud olduğu ölkələrdən biridir.

Almaniyada həm dövlət həm də özəl tibbi sığorta xidmətləri uğurla fəaliyyət göstərir. Bütün maaş alan işçilər dövlət tibbi sığortasından istifdadə etməyə məcburdurlar. İllik gəliri 50000 evrodan artıq olan şəxslər yalnız özəl tibbi sığorta xidmətindən yararlana bilərlər.

1965-ci ildə Kanadada səhiyyəyə çəkilən xərclərin ÜDM-də payı 6,5 faiz olmaqla ABŞ-dakına bərabər idisə, 1990-cı illərdə bu göstərici 8,7 faizə qədər olmuşdu. Bununla belə, Kanandada səhiyyə xidmətlərinin keyfiyyəti xeyli dərəcədə yaxşılaşmışdır. 2001-ci ildə bu ölkədə səhiyyə xərcləri ölkənin ümumi milli məhsulunun 9,7 faizinin təşkil etmişdi. Kanadada müalicə-profilaktika müəssisələrinə vəsait yalnız Milli sığorta sistemindən daxil olur. Burada tibbi sığortanın 2 planı mövcuddur. Birinci plan stasionar xidmətləri, ikincisi isə həkimlərin xidmətlərini əhatə edir.

Səhiyyə xidmətlərinə çıxışın sosial tibbi sığorta vasitəsilə təmin edilməsi praktikası ilk dəfə 19-cu əsrdə Almaniyada tətbiq edilib. İlkin variantda sığortalama prosesinə dövlətin hər hansı müdaxiləsi olmayıb. Sənayeləşmənin inkişafı nəticəsində iri şirkətlərin yaranması ilə belə şirkətlərin işçiləri tərəfindən yaradılmış səhiyyə fondları şirkət sahibləri tərəfindən dəstəklənməyə başlandı. Bunun nəticəsində bir neçə və ya bütün işçilərin sağlamlıqlarının sığortalanmsını nəzərdə tutan model ortaya çıxdı. Soaial sığorta haqları əhalinin hamısı və ya bir hissəsi üçün məcburi xarakter daşıyır. Sosial tibbi sığorta haqları digər növ məcburi vergi və ya yığımlardan fərqlənir. Macarıstan, Slovakiya, Xorvatiya və Estoniyada sığorta vəsaitləri vahid milli tibbi sığorta fonduna, Belçikada isə vahid sosial sığorta fonduna toplanır.

Ümumiyyətlə Avropada sosial tibbi sığorta 2 müxtəlif variantda mövcuddur.:



  • Bismark modelinə əsaslanan Qərbi Avropa Sosial Sığorta Modeli;

  • Sovet sisteminin çöküşündən sonra Mərkəzi və Şərqi Avropa ölkələrində yaranan model.

Almaniyanın müasir tibbi sığortası səhiyyə sisteminin təşkilinin Bismark modelinin əsas prinsiplərini əsasən qoruyub saxlayıb. Səhiyyənin maliyyələşdirilməsi ayrı-ayrı mənbələrdən daxil olan vəsaitlərin konsolidasiyası yolu ilə həyata keçirilir. Belə ki, müalicə-profilaktika müəssisələrinin aldıqları vəsaitlər aşağıdakı mənbələr hesabına baş verir:



  • 60 faizi – icbari tibbi sığorta, bunun da 25 faizi işçilərin ailə üzvlərinin sığortalanması;

  • 10 faizi – könüllü tibbi sığorta;

  • 15 faizi – dövlət büdcəsi;

  • 15 faizi – vətəndaşların şəxsi ödənişləri.

Özəl tibbi sığorta pullarının yığımı müstəqil özəl təşkilatlar – özəl kommersiya sığorta şirkəti və ya özəl qeyri-kommersiya sığorta şirkəti və fondları tərəfindən həyata keçirilə bilər. Özəl tibbi sığorta dövlət tərəfindən qismən subsidiyalaşa bilər. Bu Avstriya, İrlandiya və Portuqaliyada nəzərə çarpır. Almaniya və Hollandiyada özəl sığortaçıların vergilərdən azad olması təcrübəsi mövcuddur. Lakin, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya, Finlandiya, Fransa və İsveçrədə özəl sığortaçılar vergidən azad deyillər.

Kanadada Milli sığorta sistemində 3 qrup fondların vəsaitləri toplanır:



  • Federal fondların və əyalət büdcələri fondlarının vəsaitləri;

  • Özəl sığorta şirkətlərinin vəsaitləri;

  • Könüllü ianələr.

Fransada əhalinin icbari tibbi sığorta proqramları ilə əhatə olunma səviyyəsi yüksək olmasına (əhalinin 80 faizindən çoxu belə proqramlarla əhatə olunub) baxmayaraq, icbari sığorta fondu sığortalanan tibbi xidmətlər üzrə məsrəflərin yalnız 75 faizini ödəyir. Müalicə xərclərinin tam ödənilməsi üçün icbari tibbi sığortadan əlavə olaraq həm də könüllü tibbi sığortanın olması zəruridir. Xəstələnmə, həmçinin əmək qabiliyyətinin müvəqqəti və ya uzunmüddətli itirilməsi hallarında icbari tibbi sığorta hesabına həm də dərmanların dəyərinin 70-90 faizi ödənilir. Fransada sığorta cəmiyyətləri federasiyasına 90 sığorta şirkəti daxildir. Onlar icbari tibbi sığortaya əlavə olaraq sağlamlığın sığortası üzrə əhaliyə əhatəli şəkildə xidmətlər təklif edirlər. Beləliklə, Fransada pasiyent tibbi xidmətləri bilavasitə özü ödəyir, icbari tibbi sığorta isə onun məsrəflərinin bir hissəsinin əvəzini ödəməklə bazar iqtisadiyyatı şəraitində tibbi yardım əhali üçün müəyyən qədər əlçatan edir.

Ötən əsrin 90-cı illərində bir neçə ölkədə yeni yaradılmış tibbi sığorta sxemi çərçivəsində xərclərin bölüşdürülməsinə dair tədbirlər planı quruldu. Bu ölkələrə Albaniya, Bolqarıstan, Slovakiya və Xorvatiya daxildir. Qərbi Avropa ölkələri kimi bu ölkələrdə də xərclərin bölüşdürülməsi dərman reseptlərinin ödənişi zamanı tətbiq edilirdi. Istifadəçilərin payı dərman ləvazimatlarına çəkilən xərclərdə yüksəlməyə başladı.


Yaponiya ümummilli miqyasda sosial sığortanı tətbiq edən ilk Asiya ölkəsidir. Sosial sığorta bu ölkədə 1961-ci ildə tətbiq edilmişdir. Yaponiyada səhiyyə xərcləri ümumi milli məhsulun təqribən 7 faizi miqdarındadır. Ölkə əhalisinin böyük əksəriyyəti tibbi sığortanın 2 əsas sisteminin fəaliyyəti ilə əhatə olunub:

  1. ərazi prinsipi üzrə qurulmuş sağlamlığın sığortasının milli sistemi;

  2. istehsal prinsipi üzrə qurulmuş muzdla işləyənlərin sığortası sistemi.

Yaponiyada tibbi sığorta sistemindən əlavə bir sıra ictimai fondlar da mövcuddur.
SSRİ-də ilkin səhiyyə xidməti məhz ilkin tibbi-sanitar xidməti kimi təqdim edilirdi. SSRİ dağıldıqdan və yeni müstəqil dövlətlər yarandıqdan sonra həmin ölkələrin əksəriyyətində səhiyyə sisteminin yenidən qurulması prioritet vəzifələrdən birinə çevrildi. Belə ki, bu ölkələrin hamısının səhiyyəsində bir sıra oxşar problemlər mövcuddur. Lakin onların hamısı üçün ən başlıca problem ənənəvi sovet sistemindən irsən keçmiş kəskin maliyyə çatışmazlığıdır. Bu ölkələrdə səhiyyənin maliyyələşdirilməsinin əsas yükü dövlət büdcəsinin üzərinə düşür. Həmin dövlətlərdə tibbi sığorta sistemi hələ də ya ümumiyyətlə formalaşmayıb, ya da kifayət qədər inkişaf etməyib. Əhalinin əksəriyyətinin yaşayış səviyyəsi aşağı olduğundan onların müalicə xərclərini birbaşa ciblərindən ödəmə imkanları da məhduddur. Buna çox az qisminin imkanı çatır. Nəticədə əhalinin çox hissəsi vaxtlı-vaxtında həkim müayinəsindən keçə bilmədiyindən ümumi xəstələnmə hallrı çoxalır, xəstəliklərin daha kəskin mərhələlərə keçməsi və müalicə məqsədləri üçün borclanma halları durmadan artması baş verir. Amma inkişaf etmiş dövlətlərdə tibbi sığorta sistemi geniş yayılmışdır.

Ölkədə səhiyyə islahatlarının aparılması və müasir dövrün tələblərinə cavab verən milli səhiyyə sisteminin formalaşdırılması üçün qeyd olunan istiqamətlərdə dərin araşdırmaların aparılması zəruridir. Mərkəzi və Şərqi Avropa, həmçinin keçmiş SSRİ ölkələrində makroiqtisadi vəziyyət səhiyyənin sosial tibbi sığorta yolu ilə maliyyələşdirilməsinə imkan vermir. Bir çox ölkələrdə vətəndaşların hərtərəfli pulsuz tibbi xidmət almaq hüququnun ölkə konstitusiyası ilə təsbit olunması kimi kommunist dönəmindən miras qalmış yanaşmalar saxlanmaqdadır. Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi ilə birbaşa bağlılığı olan vergi növü tətbiq olunmasa da, bu sistemin əsas maliyyə mənbələrindən biri kimi büdcə vəsaitləri çıxış edir.


2000-ci ildə büdcədən səhiyyəyə ayrılan 40,9 milyon manat ümumi xərclərin 5,4 faizini təşkil edirdisə, 2008-ci ildə bu rəqəmin 332 milyon manata qalxmışdı. Lakin buna baxmayaraq, ümumi xərclərdə səhiyyənin payı 3,9 faizə düşüb. Yalnız 2004-2005-ci illərdə bu göstərici 2000-ci ilin səviyyəsində olub. Qalan illərdə aşağıdüşmə tendensiyası hiss edilib.

2001-ci ildə büdcədən səhiyyəyə ayrılan xərclər 42 milyon manat, 2002-ci ildə 44,8 milyon manat, 2003-cü ildə 55,3 milyon manat, 2004-cü ildə 73,5 milyon manat, 2005-ci ildə 115,3 milyon manat, 2006-cı ildə 162 milyon manat, 2007-ci ildə 257,2 milyon manat olub. Amma bu artım xüsusilə səhiyyə işçilərinin əməkhaqlarında öz əksini tapmayıb. Bir dəyişiklik mərkəzləşdirilmiş xərclərin artırılmasıdır. 2006-cı ildə səhiyyə xərclərinin böyük hissəsi yerli xərclərə yönəldilirdi. Yalnız 30 faizi mərkəzləşdirilmiş xərclər üçün – yəni səhiyyənin idarə edilməsi ilə bağlı məsələlərə saxlanırdı. Amma hazırda mərkəzləşdirilmiş xərclər səhiyyəyə ayrılan vəsaitin 60,9 faizini təşkil edir ki, bu da birbaşa tibbi xidmətə ayrılan vəsaitin iki dəfə azalmasıdır.



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin