Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Yüklə 3.18 Mb.
səhifə1/5
tarix16.02.2017
ölçüsü3.18 Mb.
  1   2   3   4   5




İqtisadi və Sosial İnkişaf Mərkəzi

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



İcbari Tibbi Sığortanın Tətbiqi Səhiyyə Sisteminin İnkişafının Əsas Elementi Kimi: Ictimai Maarifləndirmə Kampaniyası
LAYİHƏSI ÇƏRÇİVƏSİNDƏ

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı hesabına

İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanmışdır

BAKI Sentyabr 2009
İqtisadi və Sosial İnkişaf Mərkəzi

Şirin Mirzəyev 76 "a"/ 33,


Bakı Az1002, Azərbaycan
Telefon: (99412) 597 0691

(99412) 495 4248


Faks (99412) 4373240
Email; cesd@aztelekom.net

cesd.az@gmail.com

Web; http://www.cesd.az



İcbari Tibbi Sığortanın Tətbiqi Səhiyyə Sisteminin İnkişafının Əsas Elementi Kimi: Ictimai Maarifləndirmə Kampaniyası
Müəlliflər Rəyçi: Elçin Rəşid

Vüqar Bayramov, i.e.n.  Ekspert: Yaşar Həbiboğlu Zeynalov

Kənan Kərimzadə

Günay Əkbərova

Elmi Redaktor: Vüqar Bayramov

Kitabın nəşri Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD- www.cesd.az) tərəfindən hazırlanıb
İSBN
Kitab tədqiqatçılar, səhiyyə sektorunda fəaliyyət göstərənlər və hökumət qurumları üçün nəzərdə tutulmuşdur. Kitabdan ali məktəb tələbə, aspirantlar və müəllimlər də faydalana bilər.
Kitab Pulsuz Paylanır
The book is free of charge
© İqtisadi və Sosial İnkişaf Mərkəzi
İqtisadi və Sosial İnkişaf Mərkəzi

Bakı şəhəri


Şirin Mirzəyev 76 “a”/33
Tel: (99412) 4954248 (99412) 597 0691
Fax: (99412) 4373240
Email: cesd@aztelekom.net
Website: www.cesd.az
Bakı 2009

MÜNDƏRİCAT
Ön Söz............................................................................................................4

Azərbaycanda Tibbi Sığortanın Tətbiqi.............................................................4

Azərbaycanda Tibbi Sığortanın Tətbiqi İmkanları.............................................8

Beynəlxalq Təcrübə........................................................................................16

Sığorta Bazarının İnkişaf Xüsusiyyətləri.........................................................35

Tibbi Sığorta Haqqında Azərbaycan Respublikasının Qanunu........................42

MDB Ölkələrində Səhiyyə Sisteminin Ümumi Görünüşü.................................46

Azərbaycanda Sığorta Haqları və Sığorta Ödənişləri........................................51

Nəticə və Təkliflər............................................................................................55

Layihə Çərçivəsində Həyata Keçirilmiş Tədbirlər.............................................58

Mənbələr.......................................................................................................66

ÖN SÖZ

İcbari tibbi sığorta hal-hazırda əksər inkişaf etmiş və hətta inkişaf etməkdə olan ölkələrinin səhiyyə sisteminin əsasını təşkil edir. Yəni insanlar öz sağlamlıqlarını sığorta etdirir, xəstələnəndə isə müalicənən pulunu həmin sığorta şirkəti ödəyir. 1999-cu il ildə Azərbaycanda İcbari Tibbi Sığorta haqqında qanun qəbul edilib. Ancaq müəyyən maliyyə və texniki problemlərdən onun tətbiqi mümkün olmayıb. Həm də bu qanuna həmin vaxt 2005-ci ilədək veto qoyulmuşdu. Ümumiyyətlə, tibbi sığorta xüsusən maddi imkanları aşağı olan əhali kateqoriyalarının tibbi probleminin həllində müsbət rol oynayır. Sığorta elə bir vasitədir ki, hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir.


Üzərində veto olmuş qanuna görə, hər bir vətəndaş öz sağlamlığını sığorta etdirə bilər. Bunun üçün o sadəcə hər ay dövlət büdcəsinə sığorta ödənişləri edir və istədiyi vaxt heç bir haqq ödəmədən müalicə ala bilir. Hələlik Azərbaycanda bir sıra şirkətlər özəl klinikalarla müqavilə bağlayıb, tibbi sığorta xidmətləri təklif edirlər. Sığorta ödənişləri yüksək olduğu üçün həmin xidmətdən əsasən imkanlı şəxslər və ölkədə işləyən əcnəbilər istifadə edirlər. Qanunda tibbi sığortanın əsas iki növü müəyyənləşib. İcbari sığorta zamanı hökumət, könüllü tibbi sığorta zamanı isə vətəndaşın özü pul ödəyir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta əlavə müqavilə əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir. İşləməyən vətəndaşlar üçün isə sığortanı müvafiq icra hakimiyyəti orqanları və müəyyən sosial proqramlar çərçivəsində yerli özünüidarəetmə orqanları təmin etməlidir.


Azərbaycanda Tibbi Sığortanın Tətbiqi
1999-cu ildə Azərbaycanda tibbi sığorta haqqında qanun qəbul edilsə də, həm ölkə rəsmillərinin, həm də mütəxəssislərin fikrincə, bu istiqamətdə islahatlar davam etdirilməsinə ehtiyac vardır. Azərbaycanın səhiyyə büdcəsində artım olsa da, ÜDM-də səhiyyə büdcəsinin xüsusi çəkisi hələ də azdır. Səhiyyə xərclərinin təşkilatı quruluşlarda 95,3%-i Səhiyyə Nazirliyi, 2,3%-i Səhiyyə Nazirliyinin Milli Onkoloji Elmi Mərkəzi, 1,9%-i Dövlət Dəmiryol İdarəsi və 1,7%-i digər təşkilatların payına düşür. Səhiyyə xərclərinin 2008-ci il üzrə funksional strukturunda 55,6%-i səhiyyə sahəsinə aid edilən digər xidmətlər, 15,7%-i poliklinika və ambulatoriyalar, 0,8%-i səhiyyə sahəsində tətbiqi tədqiqatlar və 2%-i səhiyyə sahəsində digər xidmətlər təşkil edir. Ev təsərrüfatlarının büdcəsində isə 2007-ci ilin yekunlarına əsasən Azərbaycanda ev təsərrüfatlarının məcmu xərclərdə səhiyyə xərcləri orta hesabla 3,4% dir. Bu xərclərin adambaşına düşən məbləği ev təsərrüfatlarının ölçüsündən asılı olaraq dəyişir. Belə ki, adambaşına düşən səhiyyə xərcləri 1 nəfərlik ev təsərrüfatında 10,9 manat, 2 nəfərlik - 6,8 manat, 3 nəfərlikdə - 4,5 manat, 4 nəfərlikdə isə 3,2 manatdır.
İcbari tibbi sığorta ilə baza xidmətlər paketi büdcədən maliyyələşən və imtiyazlı əhali kateqoriyası üçün sığorta məbləğinin mərkəzləşmiş formada dövlət tərəfindən ödənilməsi məsələsi nəzərdən keçirilir. Hazırda minimum səhiyyə xidmətlərinin müəyyənləşdirilməsi üzrə də işlər davam etdirilir.
2008-ci il yanvar ayının 1-inə olan məlumata görə Azərbaycanda bütün ixtisaslar üzrə həkimlərin sayı 32,4 min nəfər, orta tibbi işçilərinin sayı 62,2 min nəfər, əhaliyə ambulatoriya – poliklinika yardımı göstərən müalicə müəssisələrinin sayı 1 692 təşkil edib. 2005-ci ildən başlayaraq Azərbaycana gələn böyük neft pullarının hesabına dövlətin maliyyə imkanları əhəmiyyətli dərəcədə genişləndiyindən dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin həcmi də ildən ilə sürətlə artmaqdadır. Bütün bunlara baxmayaraq, tibbi xidmətlərin ödənilməsində əhalinin ödənişlərinin payı hələ də 70-75 faizə çatır.
Diaqram 1



Mənbə: Səhiyyənin maliyyələşdirilməsində mövcud durum (Azərbaycan Səhiyyə sektorunun icmal sənədi. Dünya Bankı, 2007)

2008-ci ildə 11 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı ”nın təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur. Bu qərara aşağıdakılar daxildir:



  1. Səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi;

  2. Səhiyyənin maliyyələşdirilməsinin islahat prosesinin normativ huquqi tənzimlənməsi;

  3. Qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və Nazirlər Kabineti yanında icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin potensialının inkişafı;

  4. Səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi;

  5. Tədris və maarifləndirmə;

  6. Monitorinq və qiymətləndirmə.


Plana əsasən Səhiyyə və Maliyyə nazirlikləri 2008-ci ildə səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin (ilkin tibbi xidmətin maliyyələşdirilməsi, stasionarların maliyyələşdirilməsi, səhiyyənin maddi-texniki bazasının vəziyyəti və sair) monitorinqini aparacaq. İl ərzində Səhiyyə, Maliyyə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövcud əməkhaqqı sistemini (əməkhaqqını müəyyən edən amillər, orta aylıq əməkhaqqının səviyyəsi, əməkhaqqının əməyin nəticəsinə olan stimula təsiri və s.) qiymətləndirməlidir.
Tədbirlər Planına görə, 2009-2010-cu illərdə icbari tibbi sığorta daxilində yeni maliyyələşdirmə sisteminin tətbiqini təmin edən məlumat bankının formalaşdırılması və səhiyyə üzrə vahid informasiya sisteminin yaradılmasına aid təkliflər hazırlanacaq.
“Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası ”na görə, səhiyyəyə ayrılan dövlət vəsaitlərindən istifadədə səmərəliliyin yüksəldilməsinə nail olmaq üçün bu sahədə əsaslı islahatların aparılması mühüm əhəmiyyət kəsb edir. Səhiyyənin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi və icbari tibbi sığortanın tətbiq olunması səhiyyə islahatlarının əsas istiqamətlərindəndir.
Azərbaycan Respublikasında İcbari tibbi sığorta sisteminin hüquqi bazasına aşağıdakılar daxildir:


  • “Tibbi sığorta haqqına” Azərbaycan Respublikasının Qanunu (Bakı şəhəri, 28 oktyabr 1999-cu il)

  • Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Bakı şəhəri, 07 dekabr 2007-ci il)

  • Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması barədə Sərəncamı (27 dekabr 2007-ci il)

  • “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı (Bakı şəhəri, 10 yanvar 2008-ci il)

  • “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (№179 Bakı şəhəri, 11 avqust 2008-ci il).



İcbari tibbi sığorta sistemində sığorta edənlər – İşləməyən vətəndaşlar üçün – müvafiq icra hakimiyyəti orqanları və müvafiq sosial proqramlar çərçivəsində yerli özünüidarə orqanları; İşləyən vətəndaşlar üçün – mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Qanuna görə, icbari tibbi sığorta sistemində sığorta edənlər işləyən vətəndaşlar üçün məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icbari tibbi sığorta haqları ödəyirlər.

  • İcbari tibbi sığorta haqları icbari tibbi sığorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən edilir.

  • İşləməyən təqaüdçü, idarə və təşkilat ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliyyəti olmayanlar, uşaqlar, tələbələr və büdcə təşkilatlarının işçiləri üçün icbari tibbi sığorta haqları tibbi xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən büdcə və sosial müdafiə fondlarının vəsaiti hesabına ödənilir.

Könüllü tibbi sığortada sığorta-haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.


Azərbaycanda Tibbi Sığortanın Tətbiqi İmkanları
Əvvəlcə bir təsnifatı nəzərdən keçirək. Ölkəmizin sığorta haqqında qanunvericiliyinə görə sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələri, sığorta obyekti baxımından isə şəxsi sığorta və əmlak sığortası sahələri mövcuddur. Hər bir sığorta sahəsi də öz növbəsində müəyyən sığorta siniflərindən ibarətdir.

Şəxsi sığorta sahəsinə şəxsin

– həyatı;

– sağlamlığı;

– əmək qabiliyyəti;

– pensiya təminatı.

ilə bağlı əmlak maraqlarının sığortalanması daxildir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər.


Tibbi sığorta - tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə sığorta olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərə görə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinifidir.
Fərdi qəza və xəstəlik sığortası və tibbi sığorta müqavilələri bir çox hallarda işəgötürən tərəfindən öz işçilərinin xeyrinə bağlanır. Bu tibbi sığortada daha tez-tez rast gəlinən haldır.
Tibbi sığorta sığorta olunanın sığorta müqaviləsində nəzərdə tutulmuş xəstəliyə məruz qalmasına görə müayinə və müalicə olunmasına görə tibb müəssisələrinin göstərdiyi xidmətlərlə, habelə dərman vasitələrinin alınması ilə əlaqədar yaranan xərclərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Heç kim özünün və ya başqa bir şəxsin həyatının və ya bədən üzvünün (məsələn, ayağının, gözlərinin və s.) həqiqi maddi dəyərini müəyyənləşdirə bilməz. Bu səbəbdən maliyyə təzminatı prinsipi tibbi sığorta istisna olmaqla, şəxsi sığortaya aid olan sığorta siniflərinə aid edilmir. Tibbi sığortada isə şəxsin çəkdiyi tibbi xərclər maliyyə cəhətdən ölçülə bilir.

Ölkədə səhiyyə xərcləri ilə bağlı aparılan araşdırmalara görə, əhalinin tibbi sığorta sisteminə keçidə hazır olmamasıyla bağlı arqumentlər yanlışdır. Belə ki, dövlət büdcəsindən maliyyələşən poliklinika və ya xəstəxanalarda xidmət pulsuz olsa da, vətəndaşlar onsuz da əksər hallarda bunun üçün qeyri-rəsmi haqq ödəyirlər. Tədqiqatlar nəticəsində məlum olub ki, əhali tibbi xidmətlərə görə ödənişlərin 75 %-ni öz cibindən edir. Bunların 5 %-i qanuni, 70 %-i isə qeyri-rəsmi ödənişlərdir. Tibbi xərclərin yalnız 25 %-ni dövlət ödəyir. Belə olan halda, əhalinin öz sağlamlığına görə etdiyi ödənişlərin leqallaşdırılması büdcəyə daha çox xeyir verə bilər.


Sığortanın könüllü olmasına baxmayaraq, Azərbaycanda həm də məcburi sığorta proqramları mövcuddur. 1999-cu ildə "Sığorta haqqında" Qanun qəbul edildikdən sonra icbari sığortaya aid bir sıra qanunlar qəbul edilib. Bu qanunlar müəyyən kateqoriyalı vətəndaşların sosial müdafiəsinə yönəldilib. Məsələn, bunların arasında ən geniş yayılanı "Avtonəqliyyat sahiblərinin üçüncü şəxs qarşısında məsuliyyətlərinin məcburi sığortası" haqqında Qanundur. 1999-cu ildə "Tibbi sığorta haqqında" Qanun qəbul edildi. Hazırda bir sıra müəssisələrdə və özəl şirkətlərdə tibbi sığortanın inkişaf etdiyini müşahidə etmək mümkündür.
Səhiyyənin dövlət tərəfindən maliyyələşdirilməsinə bir sıra müxtəlif yanaşmalar var. Dövlətin konkret olaraq bu sahədə fəaliyyətini dəstəkləyən iqtisadçılar onun əsas rolunun sistemi maliyyələşdirməkdən başqa səhiyyənin idarəedilməsində müdaxiləni vacib sayırlar. Digərləri isə dövlət müdaxiləsini lazımsız və uzunmüddət üçün səmərəsiz hesab edirlər.
Ölkəmizdə keyfiyyətli səhiyyə xidmətlərinə əhalinin bərabər çıxış imkanları məhduddur, təklif olunan səhiyyə xidmətlərinin keyfiyyəti isə aşağı səviyyədədir.

İcbari tibbi sığorta tətbiq ediləndən sonra hansı tibb müəssisəsi yaxşı işləsə, hansı müəssəyə vətəndaşlar çox müraciət etsə, həmin müəssəsi sığortadan çox vəsait əldə edəcək. Hansı müəssələrə ki, insanlar müəyyən səbəblərdən müraciət etmirlər və etməyəcəklər, onlar sığortadan vəsait əldə etməyəcəklər.


Səhiyyənin maliyyələşdirilməsinin büdcə və büdcəxarici vəsait hesabına aparılması bütün dünyada icbaridir. Sığorta səhiyyəsi isə bu sistemin ən mühüm və geniş yayılmış növüdür: Özəl, dövlət və «munisipal» səhiyyə sistemi tam formalaşdırılmalı və bunlar arasında qarşılıqlı münasibət sistemi təmin olunmalıdır. Sığorta təbabəti iki cürdür: icbari (məcburi) tibbi sığorta və könüllü tibbi sığorta. Məcburi tibbi sığorta daha geniş yayılmış xəstəlikləri, daha münasib diaqonostika, müalicə, bərpa, qulluq xidmətlərini, doğuşu və təxirəsalınmaz yardımı əhatə edir. Bu proqramın maliyyələşdirilməsi üçün xüsusi mənbələr var. Təxmini belə təsnifləndirmək olar: ilk qrupa təqaüdçülər, uşaqlar, tələbələr, çoxuşaqlı analar aiddir. Yəni o insanlar ki, onların gəlir mənbəyi yoxdur. Bu insanlar üçün dövlət, xeyriyyə fondları, himayədarlardan vəsait ayrılır. Konkret büdcədən də bu kateqoriyaya aid olan insanlar üçün vəsait ayrılmalıdır. İkinci qrupa qeydiyyatdan keçmiş işsizlər daxildir. Bunlar üçün əmək birjalarından vəsait ayrılmalıdır. Üçüncü qrupa işçilər, qulluqçular aiddir. Onlara müəssisələrdən əmək haqlarından çıxmaq şərti ilə vəsait ayrılır. Dördüncü qrupa yüksək maaşlı dövlət məmurları və biznesmenlər daxildir. Onlar bu sığortanı öz maaşlarından maliyyələşdirirlər.

Qeyd edək ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyi ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərə dəstək məqsədilə 2008-ci ildən müvafiq tədqiqat proqramı həyata keçirir. Proqram çərçivəsində qurumun layihələr və tədqiqatlar şöbəsi tərəfindən səhiyyə sahəsi təhlil edilib.


Araşdırmadan məlum olub ki, səhiyyə xidmətlərində stasionar xidmət hələ də prioritet olmaqda davam edir. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin 35 faizi ilkin tibbi yardıma, 65 faizi isə stasionar müalicəyə ünvanlanır. Dövlət büdcəsində səhiyyə xərclərinin payı aşağı düşüb. Bu əsasən hərbi və investisiya yönümlü xərclərin daha çox artırılması ilə bağlı olub. Hesablamalara görə, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər və cibdən ödənişlər 2007-ci ildə adambaşına 67 manat təşkil edib.
Hər 100 min nəfərə bütün səbəblərdən ölənlərin sayı 2003-cü ildə 603.9-dan 2007-ci ildə 634.1-dək, yəni 5 faiz yüksəlib. Bu əsasən əhalinin profilaktik müayinələr və müalicə üçün tibb müəssisələrinə getdikcə daha az müraciət etməsi, həmçinin ətraf mühitin çirklənməsi ilə bağlıdır. Bunu rəsmi məlumatlar da təsdiqləyir. Əgər 2003-cü ildə əhalinin 38 faizi profilaktik müayinədən keçibsə, 2007-ci ildə bu göstərici 35 faiz olub.
Hesabatda qeyd olunur ki, Avropa ölkələri ilə müqayisədə Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən çarpayı sayı da 1,3 dəfə yüksəkdir və xəstəxana çarpayılarının il ərzində istifadə olunduğu günlərin orta nisbəti 30-40 faiz səviyyəsindədir. Bundan başqa, ilkin tibbi-sanitariya yardımı göstərən həkimlərin nisbəti Avropa ölkələri ilə müqayisədə 2 dəfə aşağıdır. Tibbi xidmət göstərən özəl səhiyyə müəssisələrinin sayı 300-dən yuxarıdır. Onların 37 faizi həkim profilaktikası, 18 faizi xəstəxana, 14 faizi diş həkimi profilaktikası xidmətləri, 31 faizi isə sağlamlığın müalicəsi üzrə digər xidmətlər göstərir.
Təhlilə əsasən, tibbi xidmətlərin göstərilməsində özəl tibb müəssisələrinin payı 10 faizdən aşağıdır. Özəl tibbi xidmət göstərən müəssisələrin 80 faizə yaxını Bakı şəhərində yerləşir. Belə ki, bölgələrdə özəl tibb müəssisələrinin şəbəkəsi zəif inkişaf edib. Qiymətləndirmələr göstərir ki, perspektivdə ölkənin turizm rayonlarında - Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala və Gəncə-Qazax və s. rayonlarda özəl tibb müəssisələrinin inkişafı daha səmərəli olacaq.
Sığorta razılığının istənilən tipində bütün tərəflər öz risklərini minimallaşdırmağa can atırlar. Tibbi sığortada istehlakçılarda və sığortaçılarda sığorta riskinin idarəetməsi fərqli şəkildədir. İstehlakçının nöqteyi-nəzərindən, şəxs (və ya ailə) maliyyə itkilərinə qarşı müdafiə üçün tibbi xidmətin gələcək istifadəsi üçün xəstəlikdən sığortanı alır. Sığortaçının nöqteyi-nəzərindən, bundan onun götürdüyü riski minimallaşdırmaq üçün metodlar çoxluğunu istifadə edir, nə vaxt ki sağlamlığı təmin edərək istehlakçılara əhatə, inandırmaq ki, o qazanclı biznes idarə edir. Bir metod xidmətlərin qabaqcadan müəyyən edilmiş yığımının nəticəsi olan o xərcləri yalnız əhatə etməkdir. Riski məhdudlaşdırmaq üçün başqa metod sağlamlıq əhatəsini əldə etməyə sağlam adamları həvəsləndirir, görünür ki, çünki sağlam adamlar xəstə adamlar kimi çoxlu tibbi xidmətə ehtiyac duymaz. Sığortaçı tərəfindən istifadə edilən metodlar istehlakçı hər şəxs və ya obyekt eyni məqsədə malikdirlər: gələcəkdə riski minimallaşdırmaq
Qeyd edək ki, bütün ekspertlərə ünvanlanan tibbi xidmətin əlçatanlığı sizi qane edirmi sualına cavabda ekspertlərini fikrini 2 əks qrupda təsnifləşdirmək olar. Birincilər (bu qrupa QHT rəhbərləri, müstəqil ekspertlər və özəl tibbi xidməti sahəsində çalışanları daxil etmək olar) bu istiqamətdə problemlərin qaldığına, hökumətin bu sahədə əhəmiyyətli nəticələr əldə etməsi üçün ciddi səylər göstərilməli olduğuna və tibbi xidmətlərə əlçatanlığının ərazicə bərabər paylanmağını təmin etməli olduğunu vurğulayırlar. İkincilər (bu qrupa dövlət tibb müəssisələrində çalışanlar və səhiyyə nazirliyi ilə birbaşa və ya dolayı əlaqədə fəaliyyət göstərənlər daxildir) tibbi xidmətlə təminat səviyyəsinin qənaətbəxş olduğunu göstəriblər.
Təbii ki keçid ölkələrinin səhiyyə sisteminin əsas problemlərindən biri qeyri-rəsmi ödənişlərin varlığııdır. Dövlət səhiyyə müəssisələrində qeyri-rəsmi ödənişlərin aradan qaldırılması üçün iqtisadi və təşkilati mexanizmlər hazırlanmalı və həyata keçirilməlidir. Müşahidələr göstərir ki, dövlət səhiyyə sektorunda qeyri-rəsmi ödənişlərin aradan qaldırılmasının ən səmərəli vasitəsi iqtisadi mexanizmlərin tətbiqidir. Təbii ki, burada tibb işçilərinin yüksək əməkhaqqı ilə təmin edilməsi mühüm rol oynayır. Bunun isə tibbi sığorta sistemi vasitəsilə təmin edilməsi mümkündür. Ekspertlərə görə, qeyri-rəsmi ödənişlərin mənfi fəsadları haqqında tibb işçiləri arasında fəal məlumatlandırma kampaniyalarının aparılması da səmərəli ola bilər. Araşdırmalara görə, dövlət və özəl tibb müəssisələrində "Pasient həmişə haqlıdır!" devizinə əməl edilməsi də vacibdir. Çünki səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasında bu, əsas amildir. Lakin müşahidələr göstərir ki, bir neçə özəl tibb müəssisəsi istisna olmaqla, demək olar, əksər tibb müəssisələrində bu devizə riayət edilmir. Odur ki, göstərilən keyfiyyətsiz tibbi xidmətlərin fəsadlarına məsuliyyət mexanizmi də yaradılmalı və ona nəzarət gücləndirilməlidir. Təhlillər göstərir ki, hazırda tibb işçilərinin səhvləri üzündən pasientlərin sağlamlığını itirməsi - antisanitariya və məsuliyyətsizlik nəticəsində viruslu xəstəliklərə yoluxma, maddi maraqlar və peşəkarlıq səviyyəsinin aşağı olması üzündən düzgün təyin olunmayan müalicə reseptləri hallarına ölkədə tez-tez rast gəlinir. Amma buna görə həkimlər və tibb müəssisələri, demək olar, heç bir məsuliyyət daşımır. Bundan başqa, özəl səhiyyə sistemində tibbi xidmətlərin qiyməti tənzimlənməli və müəssisələrlə pasientlər arasında müqavilələrin bağlanmasına nəzarət gücləndirilməlidir. Belə ki, səhiyyə qanunvericiliyində tariflərin subyektlər arasında bağlanan müqavilə çərçivəsində razılaşma ilə müəyyənləşdirilməsi nəzərdə tutulub. Amma gerçəklikdə bu təcrübəyə, demək olar, rast gəlinmir. Bildiyimiz kimi, 2008-ci ildən icbari tibbi sığorta sisteminin yaradılmasına başlanılıb. Əczaçılıq sahəsi tam özəlləşdirilib, özəl tibb müəssisələrinin fəaliyyəti üçün qanunvericilik bazası yaradılıb, tibbi sığortanın tətbiqi ilə bağlı qanun qəbul edilib. Amma hələ də tibbi sığorta sistemi yaradılmayıb. Ekspertlərin sözlərinə görə, Azərbaycan səhiyyə sektorunun son 18 ildəki inkişafında dünyada mövcud olan əksər modellərdən müəyyən elementlər istifadə edilərək qarışıq bir model yaradılıb. Bu da ölkədə səhiyyə sektorunda xidmətlərin keyfiyyətinin və kadrların peşəkarlıq səviyyəsinin aşağı düşməsi və qeyri-rəsmi ödənişlərin geniş şəkildə yayılması ilə nəticələnib. Belə ki, orta və uzunmüddətli perspektiv üçün tibbi sığorta sisteminin tətbiqi və səhiyyə sahəsində islahatlar aktuallaşmalıdır. Qeyri-rəsmi ödəmələr ölkədə rəsmi ödəmələrlə birlikdə əhalinin yoxsul təbəqələrinin səhiyyə xidmətlərindən istifadə imkanlarını məhdudlaşdırır. Eyni zamanda aşağı gəlirli təbəqənin, habelə qeyri-rəsmi pul ödəmək imkanında olan ayrı ayrı qrup vətəndaşların göstərilən tibbi xidmətlərə inamının getdikcə aşağı düşməsi onları ya özünü müalicəyə vadar edir, ya da onlar sadəcə olaraq vaxtında həkimə müraciət etmirlər. Bunun da nəticəsi olaraq həmin insanlarda yaranan xəstəliklər əksər hallarda ya xroniki hal alır, ya da xəstəliklərin daha ağır mərhələsinə keçməklə vətəndaşlərın müalicə üçün daha böyük məbləğlərdə vəsait ödəmələrinə gətirib çıxarır.
Yaxın perspektivdə dövlət büdcəsindən səhiyyə sahəsinə investisiya qoyuluşları və cari xərclərin dinamik şəkildə artması gözlənilir. Amma orta və uzunmüddətli perspektivdə səhiyyə xərclərinin artım sürəti aşağı düşəcək. Bu baxımdan, özəl sektorun indidən səhiyyəyə investisiyaların qoyulmasına cəlb edilməsi üçün müvafiq dövlət qurumları lazımi tədbirlər həyata keçirməlidir. Bundan başqa, nazirliyin tabeliyində olan iri tibb müəssisələri özünümaliyyələşdirmə sisteminə keçirilməli, onlara maliyyə müstəqilliyi verilməli və idarəetmə təkmilləşdirilməlidir. Çünki icbari tibbi sığortanın tətbiqi zamanı bu, əsas şərtlərdən biridir. İndiki halda səhiyyə müəssisələri icbari tibbi sığorta sistemi ilə işləmək qabiliyyətində deyil.
İcbari tibbi sığorta sisteminin tətbiqi zamanı xarici təcrübədən istifadə edərkən Azərbaycan gerçəklikləri diqqətlə öyrənilməli və nəzərə alınmalıdır. Ən əsası, icbari tibbi sığorta sistemi vasitəsilə tibbi xidmətlərin göstərilməsinə özəl tibb müəssisələri də cəlb edilməlidir. Onun tətbiqi zamanı rəqabət təmin oluna, bu da öz növbəsində xidmətlərin keyfiyyətinə müsbət təsir göstərə bilər. Bundan əlavə sistemin tətbiqi ilə bağlı nəzarət mexanizmi də yaradılmalıdır. Çünki icbari tibbi sığorta sistemi ilə işləyəcək müəssisələrin göstərdiyi tibbi xidmətlərin keyfiyyəti vaxtaşırı yoxlanılmalı və buna nəzarət gücləndirilməlidir. Ekspertlərin fikrincə, işləyənlərin əməkhaqlarından icbari tibbi sığorta sistemi yığımlarının sistemi də formalaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, ölkədə məşğul əhalinin yalnız 1,6 milyon nəfərini hazırda tibbi sığortaya cəlb etmək mümkündür. Çünki məşğul əhalinin digər hissəsi qeyri-rəsmi çalışır. Bütün bu məsələlər indidən nəzərə alınmalı və müvafiq tədbirlər həyata keçirilməlidir.
Каталог: new -> wp-content -> uploads -> 2011
uploads -> İqtisadi və Sosial İnkişaf Mərkəzi (cesd)
uploads -> Sağlamlıq imkanları məhdud şəxslərin müdafiəsi ilə bağlı
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
uploads -> Sağlamlıq imkanları məhdud insanlar üçün sosial müavinətlər, tibbi xidmət və maddi yardım
uploads -> Kənd Təsərrüfatı İlində Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumu Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
uploads -> ƏӘlilləәrin hüquqlarının təәmin edilməәsi
2011 -> Better Research, Better Policy, Better Reform


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə