Mövzunun aktuallığı



Yüklə 45,23 Kb.
səhifə1/15
tarix11.05.2022
ölçüsü45,23 Kb.
#57499
  1   2   3   4   5   6   7   8   9   ...   15
İmarət Diplom işi-converted

GİRİŞ



Mövzunun aktuallığı. Mövzunun aktuallığı roman əsasında əsərdə istifadə olunmuş frazeologiya və onun transformasiya növlərinin təhlili və əsərin frazeoloji tərkibinin Azərbaycan dilinə tərcüməsi zamanı istifadə edilmiş transformasiya üsullarını aşkara çıxarmaqdan ibarətdir. Tədqiqat işində Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanının frazeoloji tərkibinin Azərbaycan dilinə tərcüməsində istifadə olunmuş transformasiya növləri aşkar edilmişdir. İlk öncə, frazeologiya termininə aydınlıq gətirilmişdir. Dilçilik nöqteyi-nəzərindən frazeoloji birləşmələrin əsaslı izahı verilmişdir. Əsərdəki frazeoloji birləşmələrin transformasiyası məsələsinə məxəz dildəki mətnlə hədəf dilə çevrilmiş mətn arasındakı fərqləri müqaisə edərək onların təhlilinə əsaslanır. İngilis və Azərbaycan dillərinin fərqli dil ailələrinə, dil quruluşuna və lüğət tərkibinə malik olmaları frazeoloji birləşmələr kontekstində transformasiyanın müxtəlif növlərindən yararlanmağı labüd etmişdir.

Mövzunun aktuallığı frazeoloji birləşmələrin transformasiyanın nəzəri və praktik cəhətdən təhlili, araşdırılması ilə müəyyən edilir. İngilis dilindən Azərbaycan dilinə kifayət qədər tərcümələr edilməsinə baxmayaraq, onların tərcümə nəzəriyyəsi baxımından izahının verilməsi vacibdir. Praktik edilən tərcümələr nəzəriyyəyə söykənməlidir. Belə ki, öz dilimizlə ingilis dili arasında qrammatik, leksik struktur fərqliliklərinin olması dilin frazeologiyasının təhlili zamanı da aydın nəzərə çarpır, bədii ədəbiyyatda bu cür tərcümələr əsasən mütərcimə çətinlik yaradan məqamlardan biri kimi qəbul edilir.




Yüklə 45,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin