Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Yasmin Alibhai Brown demografik rəngarənglik prinsipi



Yüklə 164,32 Kb.
səhifə3/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   2   3   4   5   6   7   8   9   ...   33
multikultur.COVİD-19

2. Yasmin Alibhai Brown demografik rəngarənglik prinsipi

Yasmin Alibhai-Brown demoqrafik rəngarəngliyi Britaniya timsalında multikulturalizmin 3S (sari, samosa, steeldrum) modeli adlandırır. Sari - hindistanlı qadınalrın istifadə etdikləri geyim forması, samosa – yenə hindistanlılarda yemək növü, steeldrum – yamaykalılarda zərb musiqi alətidir. Bu, sadəcə mədəni müxtəlifliyin təzahür formasıdır və müəllif qeyd edir ki, əgər bütün britonlar samosa yesələr və steeldrum çalınmasına qulaq assalar bu həmin geyim, yemək və musiqinin qorunub saxlanmasına şərait yaradar, lakin onların məsnub olduqları etnik qrupların problemlərinin həllinə səbəb ola bilməz. Multikulturalizmin ədalətin və bərabərliyin siyasi fəlsəfəsi olması iddiası ona normativ yanaşmadan doğur. 1990-cı illərdən başlayaraq multikulturalizm barədə debatlar siyasi fəlsəfənin predmetinə çevrildi. Bu zaman filosofların qarşılarına qoyduqları məqsəd qrup hüquqlarının və mədəni fərqliliklərin tanınmasını ehtiva edən tutarlı ədalət nəzəriyyəsinin yaradılması idi. Siyasi fəlsəfə kimi multikulturalizm liberalizmlə, xüsusilə də liberal universalizmlə qarşılaşır


. Liberalizmə görə insan azad iradəli rasional agentdir və onun azadlıqları yalnız fərdi hüquqların təminatı vasitəsilə həyata keçirilə bilər. Belə isə hər şeydən üstün tutulan fərdi azadlıqlar həmçinin hamıya eyni cür münasibətin sərgilənməsini, hər hansı özünəməxsusluqların nəzərə alınmamasını şərtləndirir. Multikulturalizmə fərqliliklərə və qrup üzvlüyünə dəyər verən kommunitar perspektivdən yanaşanlar belə hesab edirlər ki, eyniliyi və vahid yanaşmanı təbliğ edən liberalizm fərdin hüquqlarını önə çəkməklə kifayətlənir, halbuki fərd sosial münasibətlərdən kənarda deyil. Fərdi və qrup fərqliliklərinin uyğun şəkildə tanınması isə fərdi qabiliyyətlərin inkişafı, habelə sosial həyatda demokratik və düzgün iştirak üçün şərait yaradır. İnsanların müstəqil və özünə-inamlı kimliyi yalnız başqaları ilə dialoqda və özünəməxsus, fərqli icmanın bir parçası olmaq hissi ilə birlikdə yaranır. İstənilən fərd məxsusi sosial və mədəni qruplardan asılıdır və məhz bu amil həmin şəxsin mahiyyətini təşkil edir.

Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin