AZƏrbaycan respublikasinin müvafiq qanunveriCİLİYİNİN



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix09.03.2017
ölçüsü0,64 Mb.
#10816
1   2   3   4   5   6   7   8

3.

 

 Tütündən asılılıq və tütündən istifadənin dayandırılması 

Çərçivə Konvensiyası 

Maddə 14. Tütündən asılılıq və tütündən istifadənin dayandırılması ilə bağlı tələbatın 

azaldılması tədbirləri 

1. Hər bir Tərəf milli şəraiti və prioritetləri nəzərə almaqla, elmi məlumatlar və  ən 

yaxşı  təcrübəyə  əsaslanan lazımi, hərtərəfli və kompleks rəhbər prinsipləri hazırlayır və 

yayır, tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın adekvat müalicəsinin 

təmin edilməsinə kömək üçün səmərəli tədbirlər görür. 

2. Bu məqsədə nail olmaq üçün hər bir Tərəf çalışır ki: 

a)

 

tədris müəssisələri, tibbi-sanitariya qurumları, iş yerləri və idman tədbirlərinin 

keçirildiyi yerlər də daxil olmaqla, tütündən istifadənin dayandırılmasına kömək etməyə 

yönəldilmiş səmərəli proqramlar hazırlayıb həyata keçirsin; 

b)

 

tütündən asılılığın diaqnostikası  və müalicəsini, həmçinin tütünün istifadəsinin 

dayandırılması ilə əlaqədar məsləhət xidmətlərini müvafiq hallarda səhiyyə işçilərinin, icma 

nümayəndələrinin və sosial işçilərin iştirak etdikləri milli səhiyyə  və maarifləndirmə 

proqramlarına, planlarına və strategiyalarına daxil etsin; 

c)

 

tibbi-sanitariya yardımı müəssisələrində  və reabilitasiya mərkəzlərində tütündən 

asılılığın diaqnostikası, profilaktikası, müalicəsi və  məsləhətlərin verilməsi üzrə 

proqramlar hazırlasın; və 

d)

 

22-ci Maddəyə uyğun olaraq, dərman preparatları da daxil olmaqla, tütündən 

asılılığın müalicəsinin və müalicə qiymətlərinin  əlçatan olması üçün digər Tərəflərlə 

əməkdaşlıq etsin. Bu cür preparatlara və onların komponentlərinə  dərman vasitələri, 

onların qəbulu, habelə müvafiq hallarda diaqnostika üçün istifadə olunan preparatlar 

daxil ola bilər. 

Çərçivə Konvensiyasının 14-cü maddəsi dövlətlərin üzərinə tütündən asılılıq və tütündən 

istifadənin dayandırılması ilə bağlı  tələbatın azaldılması üçün zəruri tədbirlər həyata 

keçirmək öhdəliyi qoyur. 14-cü maddənin həyata keçirilməsinin Rəhbər Prinsiplərində qeyd 

olunur ki, tərəflər tütünçəkmədən imtina etməni motivasiya edən, eləcə  də bu asılılığı 

tərgitmək istəyən tütün istifadəçiləri üçün lazımi dəstəyi təmin edən infrastruktur 

yaratmalıdırlar.

76

 Bu sahədə müvafiq siyasət qəbul edilməli, tütün asılılığından xilas olmaq 



üçün müvafiq müalicə xidmətləri mövcud olmalıdır. 

 

 



                                                            

76

  Guidelines for Implementation of Article 13 of the WHO Framework Convention on Tobacco Control 



 

(decision FCTC/COP4(8)). Available at: 

http://origin.who.int/fctc/Guidelines.pdf

  


41 

Azərbaycan Respublikasında 2011-2015-i illər üçün Tütünlə mübarizə üzrə Milli 

Strategiyanın layihəsi

77

 hazırlanmış olsa da qəbul edilməmişdir. Milli strategiyanın 



layihəsində göstərildiyi kimi Azərbaycanda tütündən imtina üçün dəstək təsisatı yoxdur. 

Siqareti atmaq üçün istifadə edilən dərman vasitələrinin əldə olunmasında çətinliklər vardır. 

Eləcə  də tibb personalının tütün çəkməkdən imtina xidmətinin təşkili üzrə biliklərinin 

inkişaf etdirilməsinə ciddi ehtiyac vardır.

78

 

Onu da qeyd edək ki, çox əhəmiyyətlidir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə  və 



İslahatlar Mərkəzi tərəfindən Tütünçəkmədən imtina etmə üzrə klinik protokol

79

 



hazırlanmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 27 fevral 2012-

ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bununla belə, Azərbaycan Respublikasında 

14-cü maddənin həyata keçirilməsi daha çox tədbirlər həyata keçirilməlidir.

  

 

Tövsiyələr: 

-

 



Tütünlə mübarizə üzrə Milli Strategiyanın qəbul edilməsi; 

-

 



tütünçəkmədən imtina etməni motivasiya edən, eləcə  də bu asılılığı  tərgitmək istəyən tütün 

istifadəçiləri üçün lazımi dəstəyi təmin edən infrastrukturun yaradılması üçün müvafiq 

qanunvericiliyin təmin edilməsi. 

 

4.

 

Tütün təchizatının azaldılması ilə bağlı tədbirlər 

 

4.1.

 

Tütün məmulatının qeyri-qanuni ticarəti 

Çərçivə Konvensiyası  

Maddə 15Tütün məmulatının qeyri-qanuni ticarəti 

1.  Tərəflər etiraf edirlər ki, qaçaqmalçılıq, qeyri-qanuni istehsal və saxtalaşdırma 

halları daxil olmaqla, tütün məmulatı ilə qeyri-qanuni ticarətin bütün növlərinin ləğv 

edilməsi, həmçinin subregional, regional və qlobal sazişlərlə yanaşı milli 

qanunvericiliyin işlənib hazırlanması və həyata keçirilməsi tütünə qarşı mübarizənin zəruri 

tərkib hissələridir. 

2. Hər bir Tərəf tütün məmulatının mənşəyinin müəyyənləşdirilməsində  Tərəflərə 

kömək etmək üçün və milli qanunvericiliyə  və müvafiq iki tərəfli və çoxtərəfli sazişlərə 

uyğun olaraq sapma nöqtəsinin müəyyənləşdirilməsində, habelə tütün məmulatının 

hərəkətinin və hüquqi statusunun monitorinqinin sənədləşdirilməsinin və  nəzarətinin 

həyata keçirilməsində Tərəflərə kömək etmək üçün tütün məmulatının bütün qutularının və 

                                                            

77

 Milli Strategiyanın layihəsinin tam mətni üçün bax: 



 

http://www.isim.az/isim/newsdocs/21092010/TC_Strategy_FINAL_3_Sep_2010.pdf

  

78

 Yenə orada. Səh. 11. 



79

 Tütünçəkmədən imtina etmə üzrə klinik protokol. Redaktor C.Məmmədov. Bakı, 2012, 44 səh. 



42 

qablaşdırma qutularının, bu cür məmulatın istənilən xarici qablaşdırma qutusunun 

markalanmasını  təmin etmək məqsədilə  səmərəli qanunverici, icra, inzibati və digər 

tədbirləri görür və həyata keçirir. Bundan başqa, hər bir Tərəf: 

(a)

 

öz daxili bazarında pərakəndə  və topdansatış üçün nəzərdə tutulan tütün 

məmulatının hər bir qutusunda və qablaşdırma qutusunda aşağıdakı mətnin yazılmasını 

tələb edir: “Ancaq (ölkənin, milli, regional və ya federal ərazi vahidinin adı göstərilir) 

satılmasına icazə verilir”. Yaxud tələb edir ki, təyinat məntəqəsini göstərən və ya bu 

məmulatın daxili bazarda satılmaq üçün qanuni yolla gəlib-gəlməməsinin orqanlar 

tərəfindən müəyyən edilməsini asanlaşdıran başqa bir effektiv nişan sistemi olsun; və 

(b)

 

müvafiq hallarda gələcəkdə paylaşdırma sistemini qoruyacaq və daha sonra qeyri-

qanuni ticarət hallarının istintaqına kömək edəcək praktiki izləmə sisteminin və izləmə 

rejiminin yaradılması məsələsinə baxır. 

3.

 

Hər bir Tərəf bu Maddənin 2-ci bəndində sözügedən qablaşdırmanın üstündəki 

məlumatın və ya markalanmanın aydın və/və ya əsas dildə, yaxud dillərdə olmasını tələb 

edir. 

4.

 

Tütün məmulatının qeyri-qanuni ticarətini ləğv etmək üçün hər bir Tərəf: 

(a)

 

tütün məmulatının transsərhəd satışının, həmçinin qeyri-qanuni ticarətinin 

monitorinqini və məlumatların toplanmasını həyata keçirir, bundan başqa, müvafiq hallarda 

milli qanunvericiliyə  və  tətbiq edilməsi mümkün olan ikitərəfli və çoxtərəfli müqavilələrə 

uyğun olaraq, gömrük, vergi orqanları  və digər orqanlar arasında məlumat mübadiləsi 

aparır; 

(b)

 

saxta və qaçaqmal siqaretlər də daxil olmaqla, tütün məmulatının qeyri-qanuni 

ticarətinin qarşısının alınmasına yönəlmiş qanunvericilik aktlarını  qəbul edir və ya onları 

əlaqədar sanksiyalar və islah tədbirləri ilə möhkəmləndirir

(c)

 

müsadirə edilən istehsal avadanlığının, saxta və qaçaqmal siqaretlərin və digər tütün 

məmulatının, praktiki cəhətdən mümkündürsə, ekoloji təmiz üsullar tətbiq olunmaqla 

məhv edilməsinin və ya daxili qanunvericilik əsasında onlardan qurtulmanın təmin 

edilməsi üçün lazım olan addımları atır; 

(d)

 

vergisiz və ya rüsumsuz rejimdə anbarda saxlanılan və ya daşınan tütün məmulatının 

saxlanması  və paylaşdırılmasının monitorinqi, sənədləşdirilməsi və bunlara nəzarət 

məqsədilə öz yurisdiksiyası daxilində tədbirlər görür və həyata keçirir; və 

(e) tütün məmulatının qeyri-qanuni ticarətindən  əldə edilən gəlirlərin müsadirəsi 

üçün zəruri tədbirlər görür. 

5. Tərəflər, müvafiq hallarda, bu Maddənin 4(a) və 4(d) yarımbəndlərinə uyğun olaraq 

toplanan məlumatları 21-ci Maddəyə əsasən, Tərəflərin Konfransına təqdim etdikləri dövri 

məruzələrdə cəmləşdirilmiş şəkildə əks etdirirlər. 

6.

 

Tərəflər, tütün məmulatının qeyri-qanuni ticarətinin ləğv edilməsi məqsədilə müvafiq 

hallarda və milli qanunvericiliyə  əsasən, təhqiqat, istintaq və  məhkəmə icraatına dair 

məsələlərdə milli təşkilatlar, həmçinin  əlaqədar regional və beynəlxalq hökumətlərarası 

43 

təşkilatlar arasında  əməkdaşlığa kömək edirlər. Tütün məmulatının qeyri-qanuni 

ticarətinə qarşı mübarizə  məqsədilə regional və subregional səviyyələrdə  əməkdaşlığa 

xüsusi diqqət yetirilir. 

7.

 

Hər bir Tərəf qeyri-qanuni ticarətin qarşısını almaq məqsədilə tütün məmulatının 

istehsalına və paylaşdırılmasına nəzarət etmək və ya onları nizamlamaq üçün müvafiq 

hallarda lisenziyalaşdırma da daxil olmaqla, gələcək tədbirlərin görülməsinə  və  həyata 

keçirilməsinə çalışır. 

 

“Tütün və tütün məmulatı haqqında” Qanun  

Maddə 15. Tütünün və tütün məmulatının ticarəti 

 15.1.  Azərbaycan Respublikasında keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə 

və gigiyenik normativlərə cavab verən, müvafiq sertifikatları olan tütün və tütün məmulatı 

ticarət dövriyyəsinə daxil edilə bilər. 

 

15.2. Tütünün və tütün məmulatının ticarəti Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq topdan və pərakəndə satış formasında həyata keçirilir. 

 15.3. Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur: 

 15.3.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; 

 15.3.2. tütün məmulatı aksiz markası ilə markalanmadıqda; 

 15.3.3.  tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən 

edilmiş yuxarı həddən çox olduqda; 

15.3.4. tütün məmulatının qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri 

barədə xəbərdarlıq yazısı olmadıqda; 

15.3.5. tütün məmulatının markalanması  və qutularının tərtibatı müvafiq normativ 

sənədlərin tələblərinə uyğun aparılmadıqda;  

15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda; 

15.3.7. avtomatlar vasitəsilə satıldıqda; 

15.3.8. siqaret, papiros və siqarillalar ədədlə satıldıqda. 

15.4. Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən 

sənədi tələb etmək hüququ vardır. 

15.5. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və  mədəniyyət obyektlərində, habelə  uşaq və 

yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. 

15.6. Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 

yaşına çatmamış  şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün 

məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır. - 

(qismən uyğun gəlir). 

 

 

 

44 

 

Maddə 16. Tütünün və tütün məmulatının dövriyyədən götürülməsi 

16.1. Tütünün və tütün məmulatının qeyri-qanuni dövriyyədən götürülməsi Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

16.2. Tütün və tütün məmulatı dövriyyədən aşağıdakı hallarda götürülür: 

16.2.1. qanuni istehsalı və dövriyyəyə daxil edilməsi barədə sənədləri olmadıqda; 

16.2.2. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; 

16.2.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda və ya saxta markalarla 

markalandıqda; 

16.2.4. tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin 

miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda; 

16.2.5. tütün məmulatının tərkibinə daxil edilmiş inqrediyentlərin açıqlanmasına dair 

tələblər pozulduqda; 

16.2.6. tütün məmulatı qutularının tərtibatı qanunvericiliklə müəyyən olunmuş qaydada 

aparılmadıqda; 

16.2.7. məhsulun istehlak keyfiyyəti itirildikdə; 

16.2.8. məhsulun sahibsiz olması müəyyən edildikdə; 

16.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

16.3. Qeyri-qanuni dövriyyədən götürülmüş tütün və tütün məmulatı bu Qanunun 16.2.4-

cü, 16.2.5-ci və 16.2.7-ci maddələrində göstərilən hallarda qanunvericiliklə nəzərdə tutulmuş 

qaydada müsadirə edilir və  məhv olunur, digər hallarda isə müəyyənləşdirilmiş qaydada 

istifadə edilir. - (uyğun gəlir). 

 

Maddə 17. Tütünə və tütün məmulatına dair normativ sənədlər 

17.1. Tütünə və tütün məmulatına dair normativ sənədlər onların istehsal, tədarük, emal, 

saxlanma, daşınma, qablaşdırma, markalanma və satış qaydalarını, şərtlərini və normalarını 

nizamlayan standartları və tələbləri müəyyən edir. 

17.2. Azərbaycan Respublikasında istehsal edilən, habelə respublikaya gətirilən tütünün 

və tütün məmulatının keyfiyyət göstəriciləri qüvvədə olan normativ sənədlərin tələblərinə 

cavab verməlidir. 

17.3. Tütünə və tütün məmulatına dair normativ sənədlərin tələblərinə əməl olunması bu 

sahədə sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. - 

(qismən uyğun gəlir). 

 

Vergi Məcəlləsi 

Maddə 89. Əmlakın siyahıya alınması 

89.13. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə 

markalanmış malların siyahıya alınması aşağıdakı qaydada həyata keçirilir:  

45 

89.13.1. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası 

ilə markalanmış malların siyahıya alınması vergi ödəyicisinin həmin mallar barəsində 

hüquqlarının elə  məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış aksiz 

markası ilə markalanmalı olan markalanmamış  və ya saxta aksiz markası ilə markalanmış 

mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik deyildir.  

89.13.2. Aksiz markaları ilə markalanmalı olan malların həmin markalarla 

markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satışı  və ya saxlanılması 

aşkar edildikdə (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün 

məmulatlarının) ümumi miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və 

ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin 

bütün növlərinin və tütün məmulatlarının) miqdarı müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən təsdiq edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və sahibkarlıq 

fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların 

səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt vergi orqanının 

nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir. 

Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, aktı 

imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır.  

89.13.3. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası 

ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün 

məmulatlarının) müvafiq icra hakimiyyəti orqanı  tərəfindən təsdiq edilmiş formaya uyğun 

olan siyahısı  tərtib edilir. Siyahıda həmin malların adı, fərqləndirici  əlamətləri, mənşə 

mənbəyi, alış və satış qiymətləri, vergi orqanının adı, siyahıya almanı həyata keçirən vəzifəli 

şəxslərin adı, soyadı və atasının adı, siyahıya almanın həyata keçirildiyi tarix və yer, vergi 

ödəyicisi və onun nümayəndəsi haqqında məlumat, müşahidəçilər və  dəvət olunmuş 

mütəxəssislər haqqında məlumatlar əks etdirilir.  

89.13.4. Aksiz markaları ilə markalanmalı olan markalanmamış  və ya saxta aksiz 

markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin 

və tütün məmulatlarının) mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli 

şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir.  

89.13.5. Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsində göstərilən inzibati 

xətalara yol vermiş  vəzifəli  şəxs (şəxslər) barəsində  həmin Məcəlləyə müvafiq olaraq 

protokol tərtib olunur.  

89.13.6. Tərtib olunmuş aktın, siyahının və protokolun surətləri vəzifəli şəxsə verilir.  

89.13.7. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası 

ilə markalanmış malların siyahıya alınmasını  həyata keçirən vergi orqanının nümayəndəsi 

həmin malların siyahıya alınması prosesində vergi ödəyicisinin və ya onun nümayəndəsinin 

iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.  

46 

89.13.8. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası 

ilə markalanmış malların siyahıya alınması prosesində vergi orqanının nümayəndəsi vergi 

ödəyicisinə və ya onun nümayəndəsinə hüquq və vəzifələrini izah etməlidir. - (uyğun gəlir). 

 

“Tütün və tütün məmulatı haqqında” Qanunun 15-ci maddəsi, eləcə  də Vergi Məcəlləsinin 

Aksiz markası ilə markalanmalı olan markalanmamış  və ya saxta aksiz markası ilə 

markalanmış malların siyahıya alınması qaydalarını müəyyən edən 89-cu maddəsi 

ümumilikdə Çərçivə Konvensiyasının müvafiq maddəsinə uyğun gəlir. Tütün məmulatlarının 

qeyri-qanuni ticarəti mövzusu tütünə qarşı mübarizənin digər sahələri ilə bilavasitə əlaqədar 

olduğu üçün digər maddələrin uyğunluğu əsasında da nəzərdən keçirilməlidir. Qeyd edək ki, 

15.2-ci maddənin (a) bəndində ifadə olunmuş “ancaq (ölkənin ... adı göstərilir) satılmasına 

icazə verilir” mətninin hər bir dövlətin daxili bazarında pərakəndə  və topdansatış üçün 

nəzərdə tutulan tütün məmulatının hər bir qutusunda və qablaşdırma qutusunda yazılması 

tələbi “Tütün və tütün məmulatı haqqında” Qanunun müvafiq maddəsində öz əksini 

tapmayıb. Eləcə  də Azərbaycan Respublikasında tütün məmulatının transsərhəd satışının, 

qeyri-qanuni monitorinqini və  məlumatların toplanılmasını  həyata keçirilməsini, gömrük, 

vergi və s. orqanlar arasında məlumat mübadiləsinin aparılmasını  təsbit edən hər hansı 

qanunvericilik aktı mövcud deyil.  

Onu da qeyd edək ki, 12 noyabr 2012-ci il tarixində  Tərəflər Konfransı  Çərçivə 

Konvensiyasının Birinci Protokolunu, Tütün məmulatlarının qeyri-qanuni ticarətinin ləğv 

edilməsi haqqında Protokolu

80

qəbul etdilər. Protokol tütün məmulatlarının qeyri-qanuni 



ticarətinin bütün formalarının aradan qaldırılması  məqsədi daşıyır və bu istiqamətdə 

görülməli olan milli tədbirləri və beynəlxalq  əməkdaşlıq vasitələrini  əks etdirir. 9 yanvar 

2014-cü il tarixi üçün Protokol 53 dövlət və Avropa İttifaqı  tərəfindən imzalanmışdır.

81

 



Protokola tərəf olmaq üçün Çərçivə Konvensiyasının tərəf dövlətləri Protokolu imzaladıqdan 

sonra onun ratifikasiya olunması haqqında sənədi saxlanmaq üçün BMT-nin Baş Katibinə 

təqdim etməlidirlər. Tütün məmulatlarının qeyri-qanuni ticarətinin ləğvi istiqamətində daha 

effektiv tədbirlər görə bilmək və beynəlxalq  əməkdaşlığı gücləndirmək üçün

 

Azərbaycan 



Respublikasının da Protokolu müvafiq qaydada imzalaması  və ratifikasiya etməsi tövsiyə 

olunur. 

 

Eləcə də bax: Qanunvericiliyin Çərçivə Konvensiyasının 6, 11, 16 və 19-cu maddələrinə 

uyğunluğuna dair şərhlər. 

 

                                                            

80

  Protocol to Eliminate İllicit Trade in Tobacco Products. 



 

http://apps.who.int/iris/bitstream/10665/80873/1/9789241505246_eng.pdf?ua=1

  

81

 



http://www.who.int/fctc/protocol/ratification/en/

  


47 

Tövsiyələr: 

-

 



Qanunvericilikdə

 daxili bazarda pərakəndə və topdansatış üçün nəzərdə tutulan hər bir 

tütün məmulatı qutusunda və qablaşdırma qutusunda “ancaq Azərbaycan 

Respublikasında satılmasına icazə verilir” mətninin  əks olunması  tələbi təsbit 

olunmalıdır; 

-

 



Azərbaycan Respublikasında tütün məmulatının transsərhəd satışının, qeyri-qanuni 

monitoinqini və məlumatların toplanılmasını həyata keçirilməsini, gömrük, vergi və s. 

orqanlar arasında məlumat mübadiləsinin aparılmasını  təsbit edən hər hansı 

qanunvericilik aktları qəbul edilməlidir; 

-

 



Azərbaycan Respublikasının Tütün məmulatlarının qeyri-qanuni ticarətinin ləğv 

edilməsi haqqında Protokolu  müvafiq qaydada imzalaması  və ratifikasiya etməsi 

tövsiyə olunur. 

 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin