AZƏrbaycan respublikasinin müvafiq qanunveriCİLİYİNİN



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix09.03.2017
ölçüsü0,64 Mb.
#10816
1   2   3   4   5   6   7   8

2.

 

Tütünə tələbatın azaldılması üçün qeyri-qiymət tədbirləri 

Çərçivə Konvensiyasının 7-ci maddəsi ümumi şəkildə tütündən istifadənin azaldılması 

istiqamətində  hərtərəfli qeyri-qiymət tədbirlərinin səmərəli və mühüm vasitə olduğunu 

vurğulayır. Tütünlə mübarizə sahəsində qeyri-qiymət tədbirləri ayrı-ayrılıqda Çərçivə 

Konvensiyasının 8-13-cü maddələrində öz əksini tapmışdır. 7-ci maddə 8-13-cü maddələr 

üzrə öhdəliklərin yerinə yetirilməsi üçün dövlətlərin zəruri olan qanunverici, icra, inzibati və 

ya digər tədbirlər həyata keçirdiyini qeyd edir. 

 

                                                            



40

 Maddə 188.1.1, Vergi Məcəlləsi. 



17 

2.1.

 

Tütün tüstüsünün təsirindən qorunma 

Çərçivə Konvensiyası 

Maddə 8. Tütün tüstüsünün təsirindən qorunma 

1. Tərəflər etiraf edirlər ki, elmi məlumatlar tütün tüstüsünün təsirinin ölüm, xəstəliklər 

və əlilliyə səbəb olduğunu birmənalı şəkildə təsdiqləyir. 

2. Tərəflərdən hər biri milli qanunvericiliklə müəyyən edilmiş mövcud milli yurisdiksiya 

sahələrində binadaxili iş yerlərində, ictimai nəqliyyatda, qapalı ictimai yerlərdə və müvafiq 

hallarda digər ictimai yerlərdə tütün tüstüsünün təsirindən qorunmanı  təmin edən səmərəli 

qanunverici, icra, inzibati və/və ya digər tədbirlər görür və həyata keçirir, həmçinin bunların 

digər yurisdiksiya səviyyələrində görülməsinə və həyata keçirilməsinə fəal kömək edir. 

 

“Tütün və tütün məmulatı haqqında” Qanun 

Maddə 21.  Tütün məmulatının istehlakına dair məhdudiyyətlər 

21.1. Azərbaycan Respublikasında aşağıda göstərilən yerlərdə siqaret çəkmək 

qadağandır: 

21.1.1. tədris, tərbiyə, səhiyyə, sağlamlıq və  mədəniyyət obyektlərində, habelə idman 

yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda; 

21.1.2. inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi 

yerlər istisna olmaqla, iş yerlərində; 

21.1.3. yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-

iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı 

yerlərdə; 

21.1.4. uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün 

ictimai nəqliyyat növlərində. 

21.2. Mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır. 

21.3. Müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret 

çəkmək üçün xüsusi yerlər ayrılmasını  və görünən yerlərdə “siqaret çəkmək qadağandır” 

xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. 

21.4. Tədris müəssisələri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə  tədris 

proqramlarına tütün məmulatının istehlakının sağlamlığa zərərli təsiri barədə mövzular daxil 

etməlidirlər. - (qismən uyğun gəlir). 

 

Şərh: 

Çərçivə Konvensiyası elmi araşdırmaların tütün tüstüsünün təsirinin ölüm, müxtəlif 

xəstəliklər və  əlilliyə  səbəb olduğunu birmənalı  şəkildə sübut etdiyini vurğulayır.

41

 Öz 


növbəsində  Çərçivə Konvensiyası  Tərəflərdən binadaxili iş yerlərində, ictimai nəqliyyatda, 

qapalı ictimai yerlərdə və müvafiq hallarda digər ictimai yerlərdə tütün tüstüsünün təsirindən 

                                                            

41

 Maddə 8.1, Çərçivə Konvensiyası. 



18 

qorunmağı  təmin edən tədbirlər həyata keçirməyi tələb edir. “Tütün və tütün məmulatı 

haqqında” Qanunun yuxarıda qeyd olunmuş 21-ci maddəsi bir sıra yerlərdə siqaret çəkməyi 

qadağan etsə  də, Çərçivə Konvensiyasının 8-ci maddəsinin həyata keçirilməsinin Rəhbər 

Prinsiplərində qeyd olunur ki, “100%-lik tüstüsüz mühitin təmin edilməsindən başqa digər 

yanaşmalar, ventilyasiya, havanın filtrasiyası, siqaret çəkmək üçün xüsusi ayrılmış yerlərdən 

istifadə edilməsi (ayrıca ventilyasiya sistemləri olan və ya onlarsız) daxil olmaqla, dəfələrlə 

öz səmərəsizliyini sübut etmişdir və mühəndis qərarlarının tütün tüstüsünün təsirindən 

qorumadığını göstərən həm elmi, həm də digər inandırıcı faktlar mövcuddur.”

42

 Odur  ki, 



Rəhbər Prinsipləri də  nəzərə alaraq hesab edirik ki, Azərbaycan Respublikasının 

qanunvericiliyinin Çərçivə Konvensiyasının 8-ci maddəsinə tam uyğunluğunun təmin 

edilməsi, 100%-lik tüstüsüz mühit yaradılması üçün bütün qapalı  məkanlarda siqaret 

çəkilməsi qadağan edilməlidir.

43

 ÜST-nin Qlobal tütün epidemiyası üzrə 2009-cu ilin 



hesabatında qeyd olunduğu kimi 100% tüstüsüz mühit insanları ikincili tütün tüstüsünün 

zərərindən tam qorumanın sübut olunmuş yeganə vasitəsidir.

44

 

Tövsiyələr: 



-

 

Bütün qapalı məkanlarda tütün istehlakı qadağan edilməlidir; 

-

 

“Tütün istehlakının məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 



Qanununun layihəsi üzrə beynəlxalq ekspertiza yaradılmalıdır; 

-

 



“Tütün istehlakının məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 

Qanununun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb qəbul edilməlidir. 

 

2.2.



 

Tütün məmulatlarının tərkibi  

Çərçivə Konvensiyası 

Maddə 9. Tütün məmulatının tərkibinin nizamlanması 

 

Tərəflərin Konfransı  səlahiyyətli beynəlxalq orqanlarla məsləhətləşmə yolu ilə tütün 

məmulatı  və ondan ayrılan məhsulların tərkibinin sınaqdan keçirilməsinin və ölçülməsinin, 

eləcə də bu tərkibin və bunlardan ayrılan məhsulların nizamlanmasının rəhbər prinsiplərini 

təklif edir. Tərəflərdən hər biri səlahiyyətli milli orqanların bəyəndiyi hallarda bu cür sınaq 

                                                            

42

  Guidelines for implementation of Article 8 of the WHO Framework Convention on Tobacco Control 



 

(decision FCTC/COP2(7)). Available at: 

http://www.who.int/fctc/cop/art%208%20guidelines_english.pdf?ua=1

 

43



 Qeyd edək ki, Tütün istehlakının məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanununun 

 layihəsi hazır olsa da Milli Məclisdə müzakirəyə  çıxarılmamışdır; “

Milli Məclisdən sitat: “Azərbaycanda 

 qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasını  nəzərdə tutan “Tütün istehlakının 

 

məhdudlaşdırılması haqqında” qanun layihəsi yaxın iki il ərzində Milli Məclisdə müzakirəyə 



 

çıxarılmayacaq”. Səbəb kimi isə layihə ilə bağlı bir sıra mübahisəli məqamların hələ də həllini tapmaması” 

 göstərilmişdir”. 

Daha  ətraflı bax: A.Bağırov. Tezliklə siqaretə “yox” deyək. 6 iyun 2013. 

 

http://az.trend.az/other/commentary/2158460.html



  

44

  WHO Report on the Global Tobacco Epidemic, Implementing smoke-free environments. MPOWER, 



 2009, 

p. 


26. 

Available 

at: 

http://whqlibdoc.who.int/publications/2009/9789241563918_eng_full.pdf



  

19 

və ölçü, eləcə də nizamlanma üzrə səmərəli qanunverici, icra, inzibati və ya digər tədbirlər 

görür və həyata keçirir. 

“Tütün və tütün məmulatı haqqında” Qanun 

Maddə 12. Tütün məmulatında nikotinin, tütün qatranının və karbon monoksidinin yuxarı 

həddi 

 

12.1. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasında istehsal edilən və 

dövriyyəyə buraxılan tütün məmulatının tərkibində hər ədəd üçün nikotinin, tütün qatranının 

və karbon monoksidinin miqdarının yuxarı həddini respublikanın tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrə müvafiq olaraq müəyyən edir və bu normaların azaldılmasını tənzimləyir. 

12.2. Tütün məmulatı istehsalçıları  tərəfindən Azərbaycan Respublikasının  ərazisində 

istehsal edilmiş və dövriyyəyə buraxılmış tütün məmulatının tərkibində olan nikotinin, tütün 

qatranının və karbon monoksidinin miqdarı barədə ildə bir dəfə müvafiq icra hakimiyyəti 

orqanına məlumat təqdim edilməlidir. 

12.3. Tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon 

monoksidinin miqdarı müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən edilmiş 

laboratoriyalarda istehsalçı  tərəfindən və ya onun hesabına beynəlxalq metodologiya 

əsasında təhlil edilir və testləşdirilir. 

12.4. Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin 

miqdarı barədə  məlumatın tərtibi və  təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunur. - (uyğun gəlir). 

 

Şərh: 

Çərçivə Konvensiyasının 9-cu maddəsi dövlətlərdən tütün məmulatı  və ondan ayrılan 

məhsulların tərkibinin sınaqdan keçirilməsinin və ölçülməsinin, eləcə  də bu tərkibin və 

bunlardan ayrılan məhsulların nizamlanmasını  tələb edir. “Tütün və tütün məmulatı 

haqqında” Qanunun 12-ci maddəsi tütün məmulatında nikotinin, tütün qatranının və karbon 

monoksidinin yuxarı həddinin beynəlxalq müqavilələrə uyğun şəkildə müəyyənləşdirilməsini 

və həmin yuxarı həddin azaldılmasını tənzimləyir. 

Eləcə də “Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin 

miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi Qaydaları” Azərbaycan Respublikasının 

Nazirlər Kabinetinin 11 aprel 2002-ci il tarixli, 61 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin 

qaydalara  əsasən Azərbaycan Respublikasının  ərazisində istehsal edilmiş  və dövriyyəyə 

buraxılmış tütün məmulatının hər bir ədədinin tərkibində nikotinin, tütün qatranının və 

karbon monoksidinin miqdarı barədə məlumat istehsalçı tərəfindən ildə bir dəfə tərtib edilir 

və dekabr ayının 15-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə  təqdim edilir. 

Qaydalara  əsasən tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon 

monoksidinin miqdarı barədə məlumatlarda aşağıdakılar əks etdirilməlidir: 

-

 

tütün məmulatını istehsal edən müəssisənin adı və ünvanı; 



20 

-

 



tütün məmulatının markası; 

-

 



tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin 

ayrılıqda miqdarı; 

-

 

tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin 



miqdarını təhlil edən laboratoriyanın adı; 

-

 



tütün məmulatının laboratoriya müayinə protokollarının surətləri. 

Bu tələb Çərçivə Konvensiyasına  uyğundur, yəni dövlət tütün məmulatlarının istehsalında 

onların tərkibində olan komponentlərin miqdarına nəzarət etməlidir. Odur ki, hesab edirik ki, 

“Tütün və tütün məmulatı haqqında” Qanunun 12-ci maddəsi Çərçivə Konvensiyasına uyğun 



gəlir 

 

Eləcə də aşağıda bax: “Tütün məmulatlarının tərkibinin açıqlanması”  



 

2.3.

 

Tütün məmulatının tərkibinin açıqlanması 

Çərçivə Konvensiyası 

Maddə 10. Tütün məmulatının tərkibinin açıqlanması işinin nizamlanması 

Tərəflərdən hər biri öz milli qanunvericiliyinə uyğun olaraq, tütün məmulatı istehsalçıları 

və idxalçılarından tütün məmulatının tərkibi və bunlardan ayrılan məhsullar barədə hökumət 

orqanlarına açıqlama verməyi tələb edən səmərəli qanunverici, icra, inzibati və digər 

tədbirlər görür və həyata keçirir. Bundan başqa, Tərəflərdən hər biri tütün məmulatının və 

bunlardan ayrıla biləcək məhsulların tərkibində olan zəhərli maddələr barədə ictimaiyyətin 

məlumatlandırılması üçün səmərəli tədbirlər görür və həyata keçirir. 

 

“Tütün və tütün məmulatı haqqında” Qanun 

Maddə 11. Tütün məmulatının tərkibində olan inqrediyentlərin açıqlanması 

11.1. Azərbaycan Respublikasında istehsal olunan tütün məmulatının tərkibində istifadə 

edilən inqrediyentlərin tam siyahısı istehsalçılar tərəfindən müvafiq icra hakimiyyəti 

orqanına təqdim edilən hesabatda əks etdirilir. Siyahıda hər növ tütün məmulatı (məhsul 

markası) üzrə onun adı  və  tərkibindəki inqrediyentlərin miqdarı azalma qaydasında 

açıqlanır. 

11.2. İnqrediyentlərin tam siyahısında hər bir inqrediyentin funksiyası və həddi keçməyən 

miqdarının səviyyəsi göstərilməlidir. 

11.3. Siyahıda hər məhsul markasının növünə nadir xüsusiyyətlər verən tamlı maddələr 

ayrılıqda açıqlanmaya və "təbii" və (və ya) “süni” tamlı maddələr kimi qruplaşdırıla bilər. 

11.4. Müvafiq icra hakimiyyəti orqanı istehsalçılardan məhsulun tərkibində olan 

inqrediyentlər barədə  məlumatları istehlakçılara təqdim etməyi tələb edə  və ya özü çatdıra 

bilər. 

21 

11.5. Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın forması  və 

təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən olunur. - 

(qismən uyğun gəlir; 11.3-cü bənd uyğun deyil). 

Maddə 13. Tütün məmulatı qutularının tərtibatı 

13.3.  İstehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun üstündə 

nikotinin və tütün qatranının miqdarı ... göstərilməlidir. - (tütün məmulatının müvafiq 

komponentləri barədə informasiyanın göstərilməsi tələbi uyğun olsa da miqdarın 

göstərilməsi tələbi uyğun deyil). 

 

Şərh: 

Tütün məmulatının müvafiq komponentləri və onlardan ayrılan məhsullar barədə informasiya 

Çərçivə Konvensiyasının 9 və 10-cu maddələrinin həyata keçirilməsinin natamam Rəhbər 

Prinsiplərində qeyd olunur ki, Tərəflər, məmulatın komponentlərindəki inqrediyentlər daxil 

olmaqla (məsələn, filtr, kağız, yapışqan), istehsalçılar və idxalçılar tərəfindən onların 

hazırladığı  hər bir tütün məmulatında istifadə edilən inqrediyentlər və  hər tütün məmulatı 

vahidində bu inqrediyentlərin keyfiyyəti haqqında məlumatın brendlər fəsiləsinin tərkibində 

olan hər bir brend üzrə hökumət orqanlarına açıqlanmasını  təmin etməlidirlər. Natamam 

Rəhbər Prinsiplərə  əsasən dövlətlər tütün məmulatlarında istifadə edilən inqrediyentlərin 

kateqoriyaları üzrə bölgüdəki maksimal say haqqında və ya yalnız ümumi say barədə 

məlumatın açıqlanması ilə razılaşmamalıdırlar. Çünki bu tütün məmulatının tərkibinin 

düzgün təhlilinin aparılmasını məhdudlaşdıra bilər.

45

 Bu baxımdan hesab edirik ki, “Tütün və 



tütün məmulatı haqqında” Qanunun 11.3-cü maddəsində  əks olunan “siyahıda hər məhsul 

markasının növünə nadir xüsusiyyətlər verən tamlı maddələr ayrılıqda açıqlanmaya bilər” 

müddəası Konvensiyaya uyğun gəlmir.  

Çərçivə Konvensiyasının 11.2-ci maddəsinə əsasən tütün məmulatının hər bir qutusunda və 

qablaşdırma qutusunda milli orqanlar tərəfindən müəyyənləşdirildiyi kimi “tütün 

məmulatının müvafiq komponentləri və onlardan ayrılan məhsullar barədə informasiya 

verilməlidir.” “Tütün və tütün məmulatı haqqında” Qanunun 13.3-cü maddəsinə  əsasən, 

“istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun üstündə nikotin və 

tütün qatranının miqdarı göstərilməlidir” . Bu maddə Konvensiyanın müvafiq tələbinə uyğun 

gəlmir. Belə ki, 11.2-ci maddə tütün məmulatının müvafiq komponentləri və onlardan ayrılan 

məhsullar haqqında məlumat verilməsini tələb etsə  də onların miqdarının göstərilməsini 

tövsiyə etmir. Çərçivə Konvensiyasının 11-ci maddəsinin həyata keçirilməsinin Rəhbər 

Prinsiplərində göstərilir: “Tərəflər tütün məmulatlarının qablaşdırılmasında və 

                                                            

45

 Partial Guidelines for İmplementation of Articles 9 and 10 of the WHO Framework Convention on Tobacco 



 

Control (as adopted by the COP at its fourth session in 2010, with amendments adopted at its fifth session in 

 2012). 

http://www.who.int/fctc/guidelines/Guideliness_Articles_9_10_rev_240613.pdf?ua=1

  


22 

markalanmasında tütünün komponentləri və onlardan ayrılan məhsulların kəmiyyət və 

keyfiyyət məlumatlarında təkid etməməlidirlər, bu bəyanatlar nəzərdə tuta bilər ki, bir ticarət 

markası digərindən az zərərlidir.”

46

 Bu  müddəa onunla əlaqəlidir ki, heç bir halda istehsal 



olunmuş tütün məmulatı onun digərindən daha az zərərli olması kimi yanlış  təəssürat 

yaratmasın. Tütün məmulatının qablaşdırılma zamanı üzərində onun komponentlərinin 

kəmiyyət və keyfiyyət məlumatlarının daxil edilməsi onun digər tütün məmulatları ilə 

müqayisədə daha az zərərli olması kimi səhv fikir yarada bilər. Amma tütün məmulatları 

istənilən keyfiyyətdə və kəmiyyətdə zərərlidir və ona görə də onların qablaşdırılması zamanı 

bu nəzərə alınmalıdır. Göründüyü kimi Çərçivə Konvensiyası  tərəflərdən tütün 

məmulatlarının tərkibində olan komponentlərə  nəzarət etməyi tələb edir, amma bu 

komponentlərin miqdarının tütün məmulatının qablaşdırılmasında və markalanmasında 

göstərilməsini tövsiyə etmir. Beləliklə, “Tütün və tütün məmulatı haqqında” Qanunun 13.3-

cü maddəsində “istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun 

üstündə nikotin və tütün qatranının miqdarı göstərilməlidir” tələbi Konvensiyanın “tütün 

məmulatının müvafiq komponentləri barədə informasiya verilməlidir” tələbinə uyğun gəlsə 

də, komponentlərin miqdarının göstərilməsi tələbi Konvensiyaya uyğun deyil. Öz növbəsində 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 29 aprel 2009-cu il tarixli 

047 nömrəli  Əmri ilə  təsdiq edilmiş AZS 335-2009 “Tütün məmulatları. Qablaşdırma və 

markalanma” Dövlət Standartının (daha sonra Dövlət Standartı) 5.1.1.8 və 5.1.1.10-cu 

bəndləri

47

 də Konvensiyanın müvafiq tələbinə uyğun deyil.  



 

Tövsiyələr:  

-

 



“Tütün və tütün məmulatı haqqında” Qanunun 11.3-cü maddəsi çıxarılmalıdır; 

-

 



“Tütün və tütün məmulatı haqqında” Qanunun 13.3-cü maddəsindən tütün 

məmulatının hər qutusunun üstündə nikotin və tütün qatranının  miqdarının 

göstərilməsi tələbi çıxarılmalıdır. Müvafiq olaraq Dövlət Standartının 5.1.1.8 və 

5.1.1.10-cu bəndləri çıxarılmalıdır. 

 

 

 

 

 

                                                            

46

  Guidelines for implementation of Article 11 of the WHO Framework Convention on Tobacco Control 



 

(decision FCTC/COP3(10), p. 6. Available at 

http://www.who.int/fctc/guidelines/article_11.pdf?ua=1

  

47



 “5.1.1. Fərdi istehlak tarasının üzərindəki informasiyada aşağıdakı məlumatlat olmalıdır: 

 5.1.11.8. 

Məmulatların miqdarı (ədəd). 

 5.1.1.10. 

Çəkilən tütün məmulatlarının tüstüsünün kondensatında olan qatranın, nikotinin və karbon 

 monooksidin 

miqdarı (1 siqaretə milliqramla) haqqında, fərdi istehlak tarasının yan tərəfindənbirinin səthinin 

 

10% tutan yazı.” Eləcə də aşağıda bax: “Xarici qablaşdırma və markalanma” yarımbölümünə. 



23 

2.4.

 

Tütün məmulatının qablaşdırılması və markalanması 

Çərçivə Konvensiyası  

Maddə 11. Tütün məmulatının qablaşdırılması və markalanması 

1. Hər bir Tərəf bu Konvensiyanın onun üçün qüvvəyə mindiyi andan ötən üç il ərzində öz 

milli qanunvericiliyinə müvafiq surətdə səmərəli tədbirlər görür və həyata keçirir, ondan ötrü 

ki: 

(a) tütün 

məmulatının qablaşdırılması  və markalanması tütün məmulatının satışını  nəyin 

bahasına olursa olsun — yalanla, yanlışlığa gətirib çıxaran yolla, ya da aldatma yolu 

ilə stimullaşdırmasın, tütün məmulatının xarakterik xüsusiyyətləri, sağlamlığa təsiri, ondan 

ayrılan məhsulların təhlükəliliyi ilə bağlı yanlış rəy formalaşdıran istənilən 

termin, təsviretmə, ticarət markası, rəmz və ya hər hansı digər işarə  də daxil olmaqla, 

müəyyən tütün məmulatının digər tütün məmulatından azzərərli olması barədə birbaşa və ya 

dolayı yanlış təsəvvür yaradılmasın. Bunlar “aşağı qatran faizli”, “yüngül”, “çox yüngül” 

və ya “yumşaq” kimi 

terminləri əhatə edə bilər; və  

(b) tütün 

məmulatının hər bir qutusunda və qablaşdırma qutusunda, eləcə  də bu qəbil 

məmulatın istənilən qablaşdırma qutusunun səthində  və markalanmış hissəsinin üzərində 

tütünün sağlamlıq üçün zərəri, tütündən istifadənin acı nəticələri barədə xəbərdarlıq verilir 

və digər müvafiq məlumatlar göstərilir. Bu cür xəbərdarlıq və məlumatlar: 

(i) səlahiyyətli milli orqanlar tərəfindən təsdiq edilir, 

(ii) vaxtaşırı dəyişdirilir, 

(iii) iri, 

aydın, yaxşı görünən və asan oxunan olur, 

(iv)  əsas markalanma səthinin 50%-ni və ya daha çox hissəsini tutur, lakin heç bir halda 

əsas markalanma səthinin 30%-dən az hissəsini tuta bilməz, 

(v)  bu cür xəbərdarlıq və  məlumatlar  şəkil və ya piktoqram formasında ola bilər, ya da 

bunları özündə ehtiva edə bilər. 

2. Tütün məmulatının hər bir qutusunda və qablaşdırma qutusunda, eləcə  də bu qəbil 

məmulatın istənilən qablaşdırma qutusunun səthində və markalanmış hissəsinin üzərində bu 

Maddənin 1 (b) bəndində  nəzərdə tutulmuş  xəbərdarlıqlara  əlavə olaraq, milli orqanlar 

tərəfindən müəyyənləşdirildiyi kimi, tütün məmulatının müvafiq komponentləri və onlardan 

ayrılan 

məhsullar barədə informasiya da verilməlidir. 

3. Tərəflərdən hər biri tələb edir ki, bu Maddənin 1 (b) və 2-ci bəndlərində  nəzərdə 

tutulmuş  xəbərdarlıq və digər tekstual informasiya tütün məmulatının hər bir qutusunda və 

qablaşdırma 

qutusunda, eləcə  də bu qəbil məmulatın istənilən qablaşdırma qutusunun səthində  və 

markalanmış hissəsinin üzərində Tərəfin əsas dilində və ya dillərində öz əksini tapmış olsun. 

24 

4. Bu Maddənin məqsədləri üçün “xarici qablaşdırma və markalanma” terminini tütün 

məmulatının pərakəndə satışda istifadə olunan istənilən qablaşdırmasında və 

markalanmasında tətbiq edilir. 

 

“Tütün və tütün məmulatı haqqında” Qanun 



Maddə 13. Tütün məmulatı qutularının tərtibatı 

13.1. Azərbaycan Respublikasının  ərazisində istehsal edilən və dövriyyəyə buraxılan 

tütün məmulatı qutularının tərtibatı beynəlxalq standartların tələblərinə cavab verməlidir. 

Yazılar Azərbaycan dilində çap edilməlidir. 

13.2. Tütün məmulatının istehlakının insanların səhhətinə  zərəri haqqında xəbərdarlıq 

yazısının mətni müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən edilir və siqaret 

qutusunun yan tərəflərinin birində aydın, seçilən (kontrast), qalın hərflərlə, silinməsi 

mümkün olmayan tərzdə çap olunmalı, hər hansı  nəşr materialı  və ya təsvirlə örtülməsinə, 

gizlədilməsinə, qutunun açılması zamanı  zədələnməsinə  və ya arası  kəsilməsinə yol 

verilməməlidir. 

13.3.  İstehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun üstündə 

nikotinin və tütün qatranının miqdarı, habelə məhsulun istehsal olunduğu tarix və onların 18 

yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi göstərilməlidir. 

13.4. İxrac edilən tütün məmulatı qutularının tərtibatı müqavilə şərtlərinə uyğun olaraq 

başqa dildə də aparıla bilər. - (qismən uyğun gəlir). 

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin