AZƏrbaycan respublikasinin müvafiq qanunveriCİLİYİNİN



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix09.03.2017
ölçüsü0,64 Mb.
#10816
1   2   3   4   5   6   7   8

Şərh: 

Tütün məmulatının qablaşdırılması və markalanması tütünlə mübarizə sahəsində səmərəli rol 

oynaya biləcək vasitələrdən biridir. Bu məqsədlə tütün məmulatları elə qablaşdırılmalıdır ki, 

onlar tütünün sağlamlığa vurduğu zərər barədə məlumatı ehtiva etsin. Çərçivə Konvensiyanın 

tütün məlumatlarının qablaşdırılması və markalanmasına dair 11-ci maddəsi dövlətlərin tütün 

məmulatlarının qablaşdırılmasında tütünlə mübarizənin səmərəli təmin olunmasını  həyata 

keçirə bilmələri üçün bir sıra tələblər irəli sürür. Həmin tələblərə  əsasən qablaşdırma və 

markalanmada aşağıdakılar nəzərə alınmalıdır: 

-

 



“Xarici qablaşdırma və markalanma” termini tütün məmulatının pərakəndə satışda 

istifadə olunan istənilən qablaşdırılmasını və markalanmasını əhatə edir; 

-

 

Qablaşdırma və markalanmada yanlış  təsəvvür yarada biləcək ifadələrdən istifadə 



olunmamalıdır; 

-

 



Son istifadə tarixi göstərilməməlidir; 

-

 



Qablaşdırma və markalanmada tütünün sağlamlığa vurduğu zərər barədə xəbərdarlıq 

öz  əksini tapmalıdır. Xəbərdarlıq yazısının mətni ilə  də  əlaqədar bəzi tələblər irəli 

sürülür ki, onlar bir qədər aşağıda nəzərdən keçiriləcək. 

 

 


25 

“Xarici qablaşdırma və markalanma” 

Konvensiyanın 11.4-cü maddəsinə əsasən “xarici qablaşdırma və markalanma” termini tütün 

məmulatının pərakəndə satışda istifadə olunan istənilər qablaşdırılmasında və 

markalanmasında tətbiq olunur. Azərbaycan Respublikasının qanununda bu ifadə “tütün 

məmulatı qutusu” olaraq qeyd olunur ki, bu tütün məmulatlarının qutudan başqa digər 

qablaşdırılmasının (məsələn, tütün kisələri,  şəffaf bükmə, qələmdan formasında qutu və s.) 

əhatə olunmasını  məhdudlaşdırır. Ancaq Çərçivə Konvensiyasının 11-ci maddəsinin həyata 

keçirilməsinin Rəhbər Prinsiplərinə  əsasən dövlətlər tütün məmulatlarının onların 

yurisdiksiyasında olan çox müxtəlif növ qablaşdırılmalarının geniş başa düşülməsini təmin 

etməlidirlər.

48

 Əhəmiyyətlidir ki, Dövlət Standartında “tütün məmulatlarının istehlak tarası” 



terminindən istifadə olunur ki, onun növü olaraq müxtəlif materiallardan hazırlanan müxtəlif 

konstruksiyalı qablaşdırma (paçka, qutu, boks, blok və s.) göstərilir. Bu termin və onun tərifi 

Konvensiyanın müvafiq maddəsinə uyğun gəlir. Müvafiq olaraq, “Tütün və tütün məmulatı 

haqqında” Qanunda “tütün məmulatı qutusu” ifadəsinin Dövlət Standartında istifadə olunan 

“tütün məmulatının istehlak tarası” ifadəsi və ya “tütün məmulatı qutusu və qablaşdırma 

qutusu” ifadəsi ilə dəyişdirilməsini tövsiyə edirik. 



Yanlış təsəvvür yaradan ifadələrdən istifadə olunmaması 

11-ci maddənin 1-ci bəndinin (a) yarımbəndinə əsasən tütün məmulatlarının qablaşdırılması 

və markalanması elə  tərtib olunmalıdır ki, qutunun üzərində  əks olunmuş  hər hansı ifadə, 

təsvir, ticarət markası, obraz və ya digər işarə bir tütün məmulatının digər tütün 

məmulatından az zərəli olması barədə birbaşa və ya dolayı yanlış  təsəvvür yaratmasın. 

Konvensiya belə yanlış  təsəvvür formalaşdıran vasitələr sırasına “aşağı qatran faizli”, “çox 

yüngül” və ya “yumşaq” kimi terminlərin istifadə olunmasını da daxil edir. Qeyd edək ki

Azərbaycan Respublikasında  əksər siqaret qutularının üzərində  əks olunmuş  “LSS – tütün 



tüstüsünün iyinin azaldılması Tütün tüstüsünün iyinin azaldılmasına kömək edən yeni 

texnologiya LSS less smoke smell” ifadəsi Konvensiyanın 11.1(a)-ci maddəsinin pozulmasıdır 

və  aşkar surətdə  həmin ifadədən istifadə edərək müəyyən tütün məmulatlarının digərindən 

daha az zərərli olması kimi yanlış  təəssürat yaradılır.  Əhəmiyyətlidir ki, Konvensiyanın 

müvafiq tələbi Dövlət Standartının 5.1.4.5-ci bəndində öz əksini tapıb: "Çəkilən tütün 

məmulatlarının markalanması müəyyən tütün məmulatının digərlərindən daha az ziyanlı 

olduğu haqqında yanlış  təsəvvür yaratmamalı, yəni markalanmada “qatranların miqdarı 

aşağıdır”, “yüngül”, “çox yüngül” və ya “yumşaq” və s. terminlər olmamalıdır.” Amma 

təəssüf ki, bu tələb praktikada düzgün tətbiq olunmur. 



 

Son istifadə tarixi göstərilməməlidir 

Öz növbəsində  Rəhbər Prinsiplərdə qeyd olunur ki, “tütün məmulatlarından istifadənin 

istənilən vaxt təhlükəsiz olması  nəticəsinə  gələrək istehlakçıların aldandığı  və ya yalan 

                                                            

48

 Yenə orada. 



26 

məlumatlandığı hallarda Tərəflərə tütün məmulatlarının qablaşdırılmasında və 

markalanmasında yararlılıq müddətinin sona çatma tarixinin göstərilməsinin qarşısını almaq 

lazımdır.”

49

 Azərbaycan Respublikasında istehsal olunan siqaret qutularında son istifadə 



tarixi göstərilməsə  də, Azərbaycan Respublikasına idxal olunan siqaret qutularında son 

istifadə tarixi göstərilir ki, bu qeyd olunan maddəyə ziddir. Rəhbər Prinsiplərdə  də izah 

olunduğu kimi son istifadə tarixinin göstərilməsi istehlakçıda göstərilən son istifadə tarixinə 

qədər tütündən istifadənin zərərsiz və ya daha az zərərli olacağı kimi yanlış  təsəvvür 

formalaşdırır.

50

 Hesab edirik ki, “Tütün və tütün məmulatı haqqında” Qanunun 13.3-cü 



maddəsində tütün məmulatının hər qutusunun üstündə “məhsulun istehsal olunduğu tarixin 

göstərilməsi” tələbi çıxarılmalıdır. Fikrimizcə bu müddəa son istifadə tarixinin göstərilməsini 

şərtləndirir və  Çərçivə Konvensiyasının tələblərini tam əks etdirmir.  Onu da qeyd edək ki, 

Dövlət Standartının 5.2.1-ci bəndinə  əsasən tütün məmulatının hazırlandığı ay və il tütün 

məmulatları qablaşdırılmış yeşiyin üzərində  həkk olunmalıdır. Rəhbər Prinsiplərdə siqaret 

qutularında deyil, ümumilikdə tütün məmulatlarının qablaşdırılması və markalanmasında son 

istifadə tarixinin göstərilməməsinin tövsiyə olunduğunu nəzərə alaraq hesab edirik ki, Dövlət 

Standartının 5.2.1-ci bəndi də Konvensiyaya qismən uyğundur. 



Tütünün sağlamlığa zərəri barədə xəbərdarlıq 

Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndinin (b) bəndi tütün məmulatının hər bir qutusunun 

və ümumi qablaşdırma qutusunun üzərində tütündən istifadənin sağlamlığa vurduğu zərəri 

təsvir edən xəbərdarlıq  əks etdirilməlidir, eləcə  də buna dair digər məlumatlar da qutunun 

üzərində göstərilə bilər. Konvensiya həmin xəbərdarlıq və  məlumatların qutunun üzərində 

əks olunması üçün aşağıdakı tələbləri irəli sürür: 

-

 

Xəbərdarlıq yazısının mətni səlahiyyətli dövlət orqanın tərəfindən təsdiq olunmalıdır; 



-

 

Xəbərdarlıq yazısının mətni vaxtaşırı dəyişdirilərək istifadə olunmalıdır; 



-

 

Xəbərdarlıq yazısı qablaşdırmanın  əsas görünən hissəsinin 50%-ni və ya daha çox 



hissəsini tutmalıdır; heç bir halda əsas görünən hissəsinin 30%-dən az hissəsini 

tutmamalıdır; 

-

 

Böyük, aydın, görünən və asan oxunan olmalıdır; 



-

 

Xəbərdarlıq yazısında rənglərdən və şəkillərdən istifadə olunması daha yaxşı nəticələr 



verir; 

-

 



Qablaşdırmanın üzərindəki yazılar  ərazisində satışa çıxarıldığı dövlətin  əsas dilində 

olmalıdır. 

 

 

 



                                                            

49

 Yenə orada. 



50

 Bu tələblə bağlı eləcə  də bax: “Tütün məmulatının müvafiq komponentləri və onlardan ayrılan məhsullar 

 barədə informasiya” bölümü. 


27 

Xəbərdarlıq yazısının mətni səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq olunmalıdır 

“Tütün və tütün məmulatı haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən “tütün məmulatının 

istehlakının insanların səhhətinə  zərəri haqqında xəbərdarlıq yazısının mətni müvafiq icra 

hakimiyyəti orqanı  tərəfindən müəyyən edilir”. Bu müddəa Konvensiyanın yuxarıda qeyd 

olunan tələbini tam əks etdirir. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası 

Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası  Prezidentinin  3  sentyabr         

2001-ci il tarixli 573 nömrəli Fərmanına  əsasən həmin müvafiq icra hakimiyyəti orqanı 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir.  



Xəbərdarlıq yazısının mətni vaxtaşırı dəyişdirilərək istifadə edilməlidir 

Rəhbər prinsiplər bu tələbin iki növ dəyişdirilməni  əhatə etdiyini vurğulayır. Eyni vaxtda 

sağlamlığa zərər haqqında bir-neçə xəbərdarlıq və məlumatın mövcud olması və hamısından 

istifadə edə bilmək imkanı; müəyyən vaxt müddətindən sonra xəbərdarlıq və  məlumatın 

məzmununun dəyişdirilməsi. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində bu 

tələbi əks etdirən müddəa yoxdur. 



Yerləşdirmə 

Çərçivə Konvensiyasının 11-ci maddəsinə əsasən tütünün zərəri haqqında məlumat qutunun 

əsas görünən hissəsinin 50%-ni və ya daha çox hissəsini tutmalıdır; heç bir halda qutunun 

əsas görünən hissəsinin 30%-dən az hissəsini tutmamalıdır. “Tütün və tütün məmulatı 

haqqında” Qanunun 13.2-ci maddəsinə  əsasən “siqaret qutusunun yan tərəflərinin birində 

aydın, seçilən (kontrast), qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmalı, hər 

hansı  nəşr materialı  və ya təsvirlə örtülməsinə, gizlədilməsinə, qutunun açılması zamanı 

zədələnməsinə  və ya arası  kəsilməsinə yol verilməməlidir”. Eləcə  də Dövlət Standartına 

əsasən istehlak tarasının üzərindəki informasiyada “siqaret çəkməyin ziyanı haqqında, çəkilən 

tütün məmulatlarının ... istehlak tarasının hər bir böyük trəfinin sahəsinin 30%-ini tutan, 

“Siqaret çəkmək Sizin sağlamlığınıza ziyan vurur” xəbərdarlıq yazısı”

51

 olmalıdır: -



Göründüyü kimi bu tələb Çərçivə Konvensiyasına  uyğundur. Bununla belə, xəbərdarlığın 

qablaşdırmanın üzərində tutduğu yerin artırılmasını, 50% və ya daha çox müəyyən edilməsini 

daha məqsədəmüvafiq hesab edirik. Eləcə  də müvafiq müddəa “Tütün və tütün məmulatı 

haqqında” Qanunda da öz əksini tapmalıdır.  

Konvensiyanın 11-ci maddəsinin həyata keçirilməsinin Rəhbər Prinsiplərdə qeyd olunur ki, 

müvafiq xəbərdarlıq və məlumatın yerləşdirilməsi və tərtib üsulu “maksimal görünüşü təmin 

etməlidir”. Eləcə də Rəhbər Prinsiplər araşdırmalara əsaslanaraq onu da vurğulayır ki, “belə 

xəbərdarlıq və  məlumatlar qutuların üz və  əks tərəfinin alt hissəsindən daha çox üst 

hissəsində daha görünən olur. Rəhbər Prinsiplər müvafiq xəbərdarlıq və  məlumatın 

dövlətlərdən aşağıdakı şəkildə yerləşdirilməli olmasının tələb olunmasını bildirir:  

                                                            

51

 Bax: Dövlət Standartı, Bənd 5.1.1.9 və 5.1.2. 



28 

“- qablaşdırılmanın  əksər növlərinin üz tərəfinin istehlak üçün daha görünüşlü 

olduğunu nəzərə alaraq, sağlamlıq üçün zərər haqqında xəbərdarlıqların və 

məlumatların böyük görünüşünü təmin etmək üçün hər bir ayrıca qutu və 

qablaşdırılmanın yalnız bir tərəfində deyil, üz tərəfində olduğu kimi əks tərəfində də 

(və ya ikidən çoxdursa, bütün əsas üz tərəflərində);  

- görünüşü artırmaq üçün əsas markalanmış  səthin aşağı hissəsindən daha çox əsas 

markalanmış səthdə, xüsusilə yuxarı səthdə; və  

- beləliklə qablaşdırılmanın adi qaydada açılması zamanı sağlamlığa zərər haqqında 

xəbərdarlığın mətni və ya təsviri pozulmasın və ya örtülməsin.” 

Dövlət Standartının 5.1.3.2 və 5.1.2.3-cü bəndlərində göstərilir ki, “Siqaret çəkməyin ziyanı 

haqqında xəbərdarlıq yazısı  fərdi istehlak tarasının böyük tərəflərinin aşağı hissəsində, 

taranın aşağı  qırağına mümkün qədər yaxın yerləşdirilməlidir. Siqaret çəkməyin ziyanı 

haqqında xəbərdarlığın mətni ağ fonda, qalınlığı 1 mm olan qara rəngli çərçivənin içərisində 

qalın, qara Helvetika şrifti ilə çap olunmalıdır. Şriftin ölçüsü xəbərdarlıq yazısının müəyyən 

edilmiş  çərçivədə yerləşdirilməsinin mümkünlüyü nəzərə alınmaqla maksimal olmalı, yazı 

aydın və asan oxunan olmalıdır”. Bu müddəa Çərçivə Konvensiyasının tələblərinə uyğundur. 

Bununla belə, “Tütün və tütün məmulatı haqqında” Qanunun 13.2-ci maddəsində 

xəbərdarlığın qutunun “yan tərəflərinin birində” yerləşdirilməsi tələbi Konvensiyaya uyğun 

gəlmir  və Konvensiyaya tam uyğunluğun təmin olunması üçün həmin ifadə  “əsas görünən 

hissəsində” ifadəsi ilə əvəz olunmalıdır.  



Böyük, aydın, görünən və asan oxunan olmalıdır 

Qanunun 13.2-ci maddəsində  xəbərdarlıq və  məlumatın “aydın, seçilən (kontrast), qalın 

hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmalı, hər hansı  nəşr materialı  və ya 

təsvirlə örtülməsinə, gizlədilməsinə, qutunun açılması zamanı  zədələnməsinə  və ya arası 

kəsilməsinə yol verilməməlidir” müddəası Konvensiyanın bu tələbinə uyğun gəlir. 

Qeyd edək ki, Qanunun 13.1-ci maddəsinə  əsasən “Azərbaycan Respublikasının  ərazisində 

istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatı qutularının tərtibatı beynəlxalq 

standartların tələblərinə cavab verməlidir.” Bu maddə Qanunun Konvensiyanın tələblərini 

tam və ya heç əks etdirməyən müddəalarının Azərbaycan Respublikasında tütün məmulatı 

qutularının tərtibatı zamanı nəzərə alınmalı olmasının labüd edir.  



Rəng və şəkillər  

Çərçivə Konvensiyasının 11-ci maddəsinin həyata keçirilməsinin Rəhbər Prinsiplərində qeyd 

olunur ki, ağ-qara təsvirlərdən fərqli olaraq rəngdən istifadə edilməsi sağlamlığa zərər 

haqqında xəbərdarlıqların və  məlumatların illüstrasiya edilmiş elementlərinin ümumi 

görünüşünə  təsir edir. Ona görə  də  Tərəflərə sağlamlığa zərər haqqında xəbərdarlıqların və 

məlumatların illüstrasiya edilmiş  ağ-qara elementlərinin çapından daha çox tam rəngli (dörd 



29 

rəngli) olmasını  tələb etmək lazımdır. Tərəflər sağlamlığa zərər haqqında xəbərdarlıqların və 

məlumatların mətn elementlərinin görünüşünü gücləndirmək və oxunuşunu maksimum həddə 

çatdırmaq üçün fon və  mətnin ziddiyyətli rənglərini seçməlidirlər. Bu tələb Azərbaycan 

Respublikasının qanunvericiliyində öz əksini tapmır. 

 

Dil 

Konvensiyanın 11.3-cü maddəsi tütünün insan sağlamlığına vurduğu zərər haqqında 

xəbərdarlıq və digər məlumatlar dövlətin  əsas dilində olmasını  tələb edir. Azərbaycan 

Respublikasının Qanununun 13.1-ci maddəsi və Dövlət Standartının 5.1.4.1-ci bəndi bu 

tələbə uyğun gəlir. Qanuna əsasən Azərbaycan Respublikasının ərazisində istehsal edilən və 

dövriyyəyə buraxılan tütün məmulatı qutularının üzərindəki “yazılar Azərbaycan dilində çap 

edilməlidir.” Dövlət standartında da istehlak tarasının üzərindəki informasiyanın Azərbaycan 

Respublikasının dövlət dilində olması tələbi öz əksini tapır.  

 

Tövsiyələr: 

-

 

“Tütün və tütün məmulatı haqqında” Qanunun 13-cü maddəsində göstərilən “tütün 



məmulatı qutusu” ifadəsi “tütün məmulatı qutusu və qablaşdırma qutusu” və ya 

Dövlət Standartında istifadə olunmuş “tütün məmulatının” istehlak taraşı ”ifadəsi ilə 

əvəz edilməlidir; 

-

 



“Tütün və tütün məmulatı haqqında” Qanunda tütün məmulatlarının 

qablaşdırılmasında yanlış  təsəvvür yaradan ifadələrdən istifadə edilməsi qadağan 

edilməlidir; 

-

 



Dövlət Standartının 5.1.4.5-ci bəndinin praktikada düzgün tətbiq olunması  təmin 

olunmalıdır;  

-

 



Qanunvericilikdə tütün məmulatı qutusu və qablaşdırma qutusunda son istifadə 

tarixinin göstərilməsi qadağan olunmalı, eləcə  də 13.3-cü maddədə göstərilən 

məhsulun istehsal olunduğu tarixin göstərilməsi tələbi çıxarılmalıdır; 

-

 



Qanunvericilik tütün məmulatının qablaşdırılması zamanı istifadə olunan xəbərdarlıq 

yazısının mətninin vaxtaşırı dəyişdirilərək istifadə edilməsi tələbini əks etdirməlidir; 

-

 



“Tütün və tütün məmulatı haqqında” Qanunda “xəbərdarlıq yazısının tütün məmulatı 

qutusunun və ya qablaşdırma qutusunun əsas görünən hissəsinin 50%-ni və ya daha 

çox hissəsini tutması, heç bir halda qutunun əsas görünən hissəsinin 30%-dən az 

hissəsini tutmamalıdır” tələbi öz əksini tapmalıdır; 

-

 



Dövlət Standartında xəbərdarlıq yazısının qablaşdırma qutusunda 30% yerinə 50% 

və ya daha çox yer tutması ilə əvəz olunması tövsiyə olunur.  

-

 



Qanunvericilik tütünün sağlamlığa zərəri barədə  xəbərdarlığın rəngli və  şəkillərlə 

tərtib olunması tələbini əks etdirməlidir. 

 


30 

2.5.

 

Tütün sənayesinə dair informasiyanın əlçatanlığı və ictimai iştirakçılıq 

Çərçivə Konvensiyası 

Maddə 12

.

 Maarifləndirmə, informasiyanın ötürülməsi,  əhalinin hazırlanması  və 

məlumatlandırılması 

Hər bir Tərəf müvafiq hallarda bütün mümkün informasiya ötürmə vasitələrindən istifadə 

etməklə, tütünə qarşı mübarizə  məsələləri barədə  əhalinin məlumatlandırılması sistemini 

möhkəmləndirir və  dəstəkləyir. Bu məqsədlə  Tərəflərdən hər biri aşağıdakı  məsələlərdə 

yardımçı olmağa yönəlmiş  səmərəli qanunverici, icra, inzibati və digər tədbirlər görür və 

həyata keçirir: 

(a) tütündən istifadənin və tütün tüstüsünün, ona adətkarlıq da daxil olmaqla, sağlamlıq 

üçün təhlükəsi barədə  əhalinin maarifləndirilməsi və  məlumatlandırılmasına dair 

proqramlara geniş yol açılmasına; 

(b) 14.2-ci Maddədə göstərildiyi kimi, tütündən istifadənin və tütün tüstüsünün sağlamlıq 

üçün təhlükəli olması, eləcə də tütündən istifadəyə son qoyulmasının, tütünsüz həyat tərzinin 

üstünlükləri barədə əhalinin məlumatlandırılmasına; 

(c) tütün sənayesi haqqında bu Konvensiyanın məqsədlərinə aid ən müxtəlif informasiyanın 

milli qanunvericiliyə uyğun şəkildə əhali üçün əlçatan olmasına; 

(d) səhiyyə  işçiləri, icmalardakı  işçilər, sosial sahə  əməkdaşları, kütləvi informasiya 

vasitələrinin peşəkar işçiləri, müəllimlər, qərar qəbul edən  şəxslər, rəhbər işçilər və digər 

müvafiq  şəxslər üçün nəzərdə tutulan proqramlara - tütünə qarşı mübarizəyə hazırlıq üzrə 

səmərəli və lazımi proqramlara və ya məlumatlılığın yüksəldilməsi və maarifləndirmə 

proqramlarına; 

(e) tütünə qarşı mübarizə sahəsində sektorlararası proqramların və strategiyaların işlənib 

hazırlanması  və  həyata keçirilməsi barədə tütün sənayesi ilə bağlı olmayan dövlət və özəl 

müəssisələrin və qeyri-hökumət təşkilatlarının məlumatlandırılmasına və onların bu işlərdə 

iştirakına; 

(f) tütün istehsalı  və tütündən istifadənin insanların sağlamlığına mənfi təsiri, həmçinin 

bunun mənfi iqtisadi və ekoloji nəticələri ilə bağlı  əhalinin məlumatlandırılmasına və bu 

məlumatların insanlar üçün əlçatan olmasına. 

 

“Tütün və tütün məmulatı haqqında” Qanun 

Maddə 11. Tütün məmulatının tərkibində olan inqrediyentlərin açıqlanması 

11.4. Müvafiq icra hakimiyyəti orqanı istehsalçılardan məhsulun tərkibində olan 

inqrediyentlər barədə  məlumatları istehlakçılara təqdim etməyi tələb edə  və ya özü çatdıra 

bilər. - (qismən uyğun gəlir). 

 

 

 

31 

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu 

Maddə 29. İnformasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsi  

29.1.  İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə 

təmin etmək, çoxnömrəli informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai 

vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş  aşağıdakı 

informasiyaları açıqlamalıdır:  

29.1.1. ümumiləşdirilmiş statistik məlumatlar ... ;  

29.1.7. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin rəhbər orqanlarında 

çalışanların adları və soyadları, elektron poçt ünvanları;  

29.1.12. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin fəaliyyətinə dair hesabatlar, 

onların gəlirləri və xərcləri barədə məlumatlar;  

29.1.14.  ətraf mühitin vəziyyətinə,  ətraf mühitə ziyan vurulmasına və  təhlükəli ekoloji 

təsirlərə dair məlumatlar;  

29.1.24. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin, həmçinin, normativ hüquqi 

aktlarla və ya müqavilə  əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət 

göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik 

olduqları informasiyalar;  

29.1.25. əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud 

təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və 

onların qiymətlərinə, həmin  şərtlərdə  və qiymətlərdə  dəyişikliklərə aid informasiyalar - 

şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 

gün qalmış; ... - (qismən uyğun gəlir)

 

Maddə 37. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinə 

qoyulan məhdudiyyətlər  

37.1. Bu Qanunun 9.1-ci maddəsində göstərilən informasiya sahibləri aşağıdakı 

informasiyaları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilməzlər:  

37.1.5. ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin, mədəniyyətin, iqtisadiyyatın, o 

cümlədən nəqliyyatın və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;  

37.1.6. informasiya sahibinin fəaliyyəti haqqında hesabatlar, o cümlədən vəzifələrin 

yerinə yetirilməsinin keyfiyyəti və buraxılan nöqsanlar barədə;  

37.1.20. informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəlikləri haqqında;  

37.1.22. istehlakçıların qanuni maraqlarının müdafiəsi ilə bağlı olaraq malların və 

xidmətlərin keyfiyyəti haqqında;  

37.1.24. ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət 

nəticəsində  ətraf mühitin komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, 

onların qiymətləndirilməsi,  ətraf mühitin mühafizəsi və  səmərəli istifadəsinə yönəldilmiş 

tədbirlər və xərclər barədə; - (qismən uyğun gəlir)

 

32 

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu 

Maddə 11.

 

Sağlamlığa təsir göstərən amillər haqqında vətəndaşların məlumat almaq 

hüququ 

Vətəndaşların sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat 

almaq hüququ vardır və bu məlumatlar vətəndaşlara kütləvi informasiya vasitələri ilə, yaxud 

bilavasitə onların sorğularına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 

İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları  və halları gizlədən vəzifəli 

şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. - (uyğun gəlir)

 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin