AZƏrbaycan respublikasinin miLLİ MƏCLİSİ



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix06.09.2017
ölçüsü4,04 Mb.
#29100
1   2   3   4

Türkiyə

Türkiyə  ilə  münasibətlər  çərçivəsində  Xocalı  soyqırımının hü­

quqi  cəhətdən  tanıdılması  məsələsi  digər  dövlətlərlə  müqayisədə 

daha  ciddi  nəticələr vəd  edir.  Belə  ki,  bu  ölkənin  Ermənistanla  cid­

di  problemləri  vardır.  1990-cı  ilə  qədər  dünyadakı  erməni  diaspo­

ra təşkilatları, bu tarixdən sonra isə  Ermənistan Respublikası dünya 

miqyasında qondarma erməni soyqırımının tanıdılması istiqamətin­

də  Türkiyəyə  qarşı  aktiv  təbliğatını  davam  etdirir  və  özlərinə  görə 

uğurlu nəticələr əldə edirlər. Belə ki, Qərbi və Şərqi Avropanın, Latın

25


Amerikasının bir çox dövlətlərinin  əyalət və  mərkəzi parlamentləri, 

ABŞ-m  ayrı-ayrı  ştatlarının  məclisləri  qondarma  erməni  soyqırımı­

nı  tanıyan  qanunlar  qəbul  etmişdir.  Son  zamanlarda  isə  qondarma 

erməni  soyqırımını  inkar  edənlərin  cəzalandırılması  haqqında yeni 

qanunlar  müzakirə  və  qəbul  edilir.  Xüsusilə  Fransa  parlamentinin 

bu barədə yeni qanun layihəsini qəbul etməsindən sonra gərginləşən 

Türkiyə-Fransa  münasibətləri  nəzərə  almarsa,  Türkiyə  Böyük  Mil­

lət  Məclisi  istiqamətində  təbliğatın  sürətləndirilməsi  vacibdir.  Hər 

halda, Türkiyənin  Ermənistan ilə münasibətlərini qaydaya salacağı­

na ümid edildiyi üçün bu günə qədər TBMM Xocalı soyqırımını qə­

bul etməmiş ola bilər. Ancaq İsveçrənin qondarma soyqırımını inkar 

edənlərin  cəzalandırılması  haqqında  qanun  qəbul  etməsi,  xüsusilə 

Fransadakı  proseslər  vəziyyəti  dəyişə  bilər.  Azərbaycan  bu  məsələ 

ilə  bağlı  sadəcə  Türkiyə  parlamentində  deyil,  eyni  zamanda,  KİV- 

lərdə də geniş təbliğat kampaniyasına başlamalı və bu proses ardıcıl 

xarakter daşımalıdır.

5  fevral  2012-ci  ildə  Türkiyənin  baş  naziri  Xocalı  soyqırımını 

tanıdığını bildirərək,  "Azərbaycan və  Türkiyə  deputatlarının  bütün 

dünyanın  Xocalı  qətliammı  soyqırımı  kimi  tanıması  üçün  birlik­

də  çalışacağıq.  Bizim hər  zaman  yetərli  qədər  düşmənlərimiz  olub. 

Azərbaycan  bizim  qardaşımızdır  və  qardaşımızın  çiyni  hər  zaman 

bizimlədir"  demişdir.

Türkiyəyə yönəlmiş təbliğat mərhələsində TBMM-də Azərbay­

can  əsilli  millət  vəkillərinin  Xocalı  soyqırımını  məclis  gündəminə 

gətirməsi  əhəmiyyətli  məqamlardan biridir.  Türkiyədə  belə  fikirlər 

səsləndirilir ki, Türkiyə  dünyada  qondarma  "erməni  soyqırımı"  id­

diası ilə üzləşib və müxtəlif ölkələr bu  iddiaları tanıyıb, belə bir və­

ziyyətdə  Türkiyə  Xocalı  soyqırımını  tanıya  bilməz,  çünki  belə  mə­

sələlərlə  tarixçilərin  məşğul  olmasına  tərəfdar  olduğunu  dəfələrlə 

bəyan edib.

TBMM-də bu  məsələni dəstəkləyən siyasi qrup və şəxslərlə  də 

sıx  təmaslar  qurulmalı,  onların  da Azərbaycan həqiqətlərini  və  Xo­

calı soyqırımını məclis gündəminə  gətirmələri istiqamətində iş apa­

rılmalıdır. Türkiyədə KİV-lərlə işləməyi bacaran qruplar təşkilatlan-



26

dırılmalı,  Türkiyə  mətbuatı  və  telekanallarında  məqsədyönlü  işlər 

görülərək, Azərbaycanı təbliğ edən proqramların hazırlanmasına və 

yazıların dərc olunmasına səy göstərilməlidir.

Sözsüz ki, ümumən lobbi fəaliyyətinin diqqətlə nəzərdən keçi­

rilməsi, beynəlxalq aləmdə bu  istiqamətdə cərəyan edən hadisələrin 

dinamizminin tam şəkildə dəyərləndirilməsi konkret nəticənin əldə 

olunması baxımından mühüm  məqamdır.  Belə  ki, lobbiçilik bir ins­

titutdur  və  fəaliyyəti  mütəmadi  olmadığı  təqdirdə,  ciddi  nəticələr 

əldə etmək çətindir. Mövsümlük fəaliyyət heç bir zaman qənaətbəxş 

deyildir və ola da bilməz. Bu baxımdan Diasporla İş üzrə Dövlət Ko­

mitəsinin üzərinə ciddi məsuliyyət düşür.

2011-ci  ildə  Xocalı  soyqırımı Türkiyə  Böyük Millət Məclisində 

müzakirə  edildiyi  zaman  bəzi  millət vəkilləri  Azərbaycanın  Xocalı 

soyqırımını  hüquqi  cəhətdən  tanımadığını  bəyan  edərək  məsələyə 

neqativ  münasibət  bildirmişdilər.  Ancaq  nə  Holokost  haqqında  İs­

rail Knessetində, nə də qondarma erməni soyqırımı haqqında Ermə­

nistan  parlamentində  qanun  qəbul  edilib.  Məsələyə  bu  aspektdən 

baxıldıqda,  TBMM  də  PKK-nı  rəsmən  terror  təşkilatı  kimi  tanımır, 

ancaq onun terrorçu mahiyyətini mütləq şəkildə qəbul edir.

Onu  da  qeyd  etmək  lazımdır  ki,  ermənilərin  Türkiyədə  uzun 

illər  ərzində  yaşaması  səbəbindən  erməni  diasporu  təbliğatının  bu 

ölkədəki  sahəsi  və  gücü  Azərbaycan  diasporuna  nisbətən  daha  üs­

tündür.  Türkiyənin  bir  sıra  KİV-lərində  mütəmadi  olaraq,  hər  gün 

Ermənistan haqqında müsbət imic formalaşdıran informasiyalar ya­

yımlanır, xüsusilə qətlə yetirilmiş Hrant Dinkin ölüm günü və məh­

kəməsinin  eyni  vaxta  təsadüf  etdiyi  dövrdə  televiziya  və  mətbuat 

Türkiyə  ictimai  rəyinə  yönəlmiş  "psixoloji  təb liğ atın ı  müvəffəqiy­

yətlə  davam  etdirir.  Xocalı  soyqırımı  və  ümumən  Azərbaycan  mə­

sələləri  isə  ya  gündəmə  gətirilmir,  ya  da  dezinformasiya  xarakterli 

informasiyalar  verilir.  Türkiyədə  fəaliyyət  göstərən  Azərbaycan  ic­

maları bu məsələni gündəmə gətirməyə çalışsalar da, hələ ki, istəni­

lən nəticəni  əldə  etməmişlər.  Digər  tərəfdən,  Türkiyədəki Azərbay­

can  icmalarında  konkret  məsələlərə  dair  fikir  ayrılıqlarının  olması 

da ümumi  işə  xələl  gətirən  əsas  amillərdən biridir.  Azərbaycan hö-



27

kuməti  təbliğat prosesində  belə  bir  fərqə  qətiyyən  fikir  verməməli, 

Azərbaycan icmalarını vahid ideya ətrafında birləşdirmək üçün on­

larla  geniş  şəkildə  əməkdaşlıq  etməli  və  zəruri hallarda ümumi  işə 

xeyir gətirəcək bütün layihələri maliyyələşdirməlidir.

Bundan  başqa,  Türkiyənin  müxtəlif  şəhərlərində  tələbə  təşki­

latları  da  fəaliyyət göstərir.  Bu  təşkilatlarla  da məqsədyönlü  fəaliy­

yət göstərilərsə,  ayrı-ayrı  şəhər və  universitetlərdə  uğurlu  nəticələr 

əldə etmək mümkündür. Belə ki, tələbə təşkilatlarının yerli icra haki­

miyyətləri və bələdiyyələrlə  ortaq layihələr hazırlaması və  müxtəlif 

tədbirlər  təşkil  etməsi  Xocalı  soyqırımının  tanıdılması  baxımından 

əhəmiyyətlidir. Yuxarıda qeyd olunanlar Azərbaycana ən yaxın olan 

və  onu  ən  yaxşı  tanıyan  Türkiyə  dövləti  və  xalqının  Xocalı  faciəsi­

ni soyqırımı kimi tanıması üçün zəruri amillər kimi qiymətləndirilə 

bilər.  Türkiyə  bu  soyqırımını  rəsmi  şəkildə  qəbul  etmədikcə  Xocalı 

soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində görülən 

işlər natamam qalacaq və sözsüz ki, digər ölkələr də bu məqama xü­

susi diqqət yetirəcəklər.

A v ro p a   və  A m erika

Avropada  və  Amerikada  Xocalı  soyqırımını  tanıtmaq  üçün 

dövlət qurumları  ilə  bərabər bu  ölkələrdə  yaşayan Azərbaycan  (cə­

nubi azərbaycanlılar da daxil olmaqla) və Türkiyə icmalarının poten­

sialından da geniş istifadə  etmək zəruridir.  Belə ki, digər regionlara 

nisbətən Avropa və Amerikada yaşayan azərbaycanlıların sayı daha 

çoxdur və bəziləri tanınmış şəxslərdir.  Doğrudur, Avropa və Ameri­

kada Azərbaycan həqiqətlərini  təbliğ  etmək bir  qədər  çətindir.  Belə 

ki,  təxminən  100 ilə yaxındır  erməni  diaspor təşkilatları  və  20  ildən 

çoxdur ki,  Ermənistan dövləti bu  regionda təbliğat aparır və ictimai 

rəydə müəyyən fikir formalaşdıra biliblər.

Amma bu o demək deyildir ki, Azərbaycanın məqsədyönlü təb­

liğatı müəyyən zamandan sonra belə heç bir nəticə verməyəcək. Hər 

şeydən  əvvəl  bilinməlidir  ki,  Avropa  və  Amerikada  təbliğat  fəaliy­

yətində  ermənilər  xeyli  irəlidədirlər.  Ancaq  bu  gün  Azərbaycan

28


dövlətinin maddi imkanlarından, xaricdə yaşayan azərbaycanlıların 

maddi və  əqli  potensialından tam şəkildə  istifadə  etməklə,  bu  fərqi 

əhəmiyyətli  dərəcədə  azaltmaq və  hadisələrin  məcrasını  dəyişmək 

olar ki,  əslində son illər ərzində baş verən proseslər bu  dəyişikliyin 

başladığını deməyə əsas verir.

Avropada aparılan təbliğat nəticəsində bəzi uğurlar əldə edilsə 

də,  bununla  kifayətlənmək olmaz.  Hollandiyanın  Haaqa  şəhərində 

hərbi  məzarlıqda  Xocalı  qurbanlarının  xatirəsinə  heykəl  qoyulub, 

əlbəttə, bu heykəlin məzarlıqda yox, şəhərdə qoyulması daha yaxşı 

effekt verərdi.  Lakin bunun  özü  də  ciddi  bir  hadisədir və  məqsəd­

yönlü  təbliğatla  istənilən  nəticənin  əldə  oluna  biləcəyini  göstərən 

nümunədir.  Bu istiqamətdə fəaliyyətin davam etdirilməsi ilə bir ne­

çə ildən sonra şəhər mərkəzində  də xatirə abidəsinin qoyulması ta­

mamilə mümkündür.  Əsas bu yöndə təbliğatın ardıcıl olmasıdır.

ABŞ-a  yönəlmiş  təbliğat  fəaliyyətində  prioritet  məsələ  Senat, 

Nümayəndələr  Palatası,  ştatların  qanunvericilik  orqanları  və  qey­

ri-hökumət  təşkilatları  ilə  aparılan  iş  olmalıdır.  Xüsusilə  erməni 

lobbisinin  təcrübəsi  nəzərə  almarsa,  prosesə  ilk  öncə  ştatların  qa­

nunvericilik  orqanlarından  başlayaraq,  Xocalı  soyqırımını  ştatlarda 

tanıtmaqla, sonradan Konqresin gündəminə gətirilməsi də alternativ 

və nəticə verə biləcək yollardan biridir.  Xocalı soyqırımı ildönümlə­

rində ABŞ-dakı Azərbaycan icmaları bu  ölkənin qeyri-hökumət təş­

kilatları ilə birlikdə tədbirlər təşkil  edərək, bu soyqırımı yaşadıqları 

ştatların  vətəndaşlarına,  yerli  icra  hakimiyyətləri  və  bələdiyyələrin 

nəzərinə çatdıra bilərlər.  Bu barədə, eyni zamanda, ABŞ-da yaşayan 

müsəlman icmaları ilə də əməkdaşlığın konturları müəyyən edilmə-



m  •

li və  həyata  keçirilməlidir.  Ümumiyyətlə,  Xocalı  soyqırımının ABŞ- 

m mərkəzi və əyalət məclislərində tanıdılması istiqamətində erməni 

diaspor təşkilatlarının taktika və strategiyası geniş şəkildə  araşdırıl­

malı və dəyərləndirilməlidir.

29


M eksika  və  Pakistan

Ermənistan Xocalı soyqırımının tanınmasının mümkün olmadı­

ğını bildirərək, Azərbaycanın bu istiqamətdə  apardığı təbliğata  ma­

ne  olmaq  istəsə  də,  Meksika  Senatının  Xocalı  soyqırımını  tanıması 

olduqca  təqdirəlayiqdir.  Avropa  dövlətlərində  illərdir  təbliğat  apa­

rılmasına  baxmayaraq,  bu  istiqamətdə  ciddi  nəticə  əldə  edilməyib. 

Meksika  Senatının  belə  qərar  qəbul  etməsi  isə  Xocalı  soyqırımının 

beynəlxalq aləmdə tanınması yönündə atılan ilk addımdır.

S e n a te  of Pakistan 

Foreign Relations Committee

« M

O tf< *  ш  } у  



C o m m itte e s O 'A ce. A lo tu t 

a v q p p o

. 0 3   la o m o o p d . To».  Q3l»?77J974. Гол  OV  9??Д973

February  i. 2012

RESOLUTION

ihe  fo 'O 'g n   Relations  Committee  of  Senate  met  on  February  l.  201?  ot 

2.Э0  pm   to  discuss  ‘'Pakistan’s  relations  with  Azcrpoiion". 

The  Committoe 

unanimously passed a  resolution which is os follows:

i) 

The  Foreign  Relations  Committee  condem ns  the  occupation  of 



Azerbaijani  territories by Armenia and  the a o n o o d n  committed by 

Armenian  arm ed  forces  in  the  Azerbaijani'  Town  of  Kholoiy  on 

February 26.  1992 against civilian population.

ii] 


The  Committee  re-offirms  the  sovereignty a n d   territorial  Integrity of 

the  Republic  ot  Azerbaijan  within  intornationoty  recognized 

borders.

id] 


The Committee  dem ands Implementations  of resolutions of  the  UN 

Security  Council  o n d   the  UN  Gencrol  Assembly  on  immediate, 

com plete  a n d   unconditional  withdrawal  of  aB  Armenion  forces 

from  a i  the  occupied  territories  ot  Azerbojan  o n d   calls  upon  the 

international  community  and  international  organizations  to  urçe 

Armenia  for  implementations of  those  decisions.  The  infernotionc! 

community m ay aiso Fa responsibdty for this genocide.

iv) 


The Committee supports the efforts of the Republic of Azerbaijan to 

resolve  Iho  ArmenlarvAzerbaijan  Nogorno-Karobokh  conflict  by 

peacoful means.

30


f

V

 

C<4V ,





 

X



^ W s > ^ £ ? * z ~

  /


*ч, 

/

^•%



.  

°*


Meksika  Senatından  sonra  Pakistan  Senatının  Xarici  əlaqələr 

Komitəsinin də Xocalı soyqırımını tanıması məsələyə tamamilə yeni 

bir  canlılıq  qazandırdı.  Pakistanın  hər  zaman  Azərbaycanın  yanın­

da  olması  və  beynəlxalq  aləmdə  Azərbaycanı  başqa  heç  bir  dövlə­

tin  dəstəkləmədiyi  qədər  dəstəkləməsi  yüksək  qiymətləndirilir.  Bir 

nüansı  qeyd  etmək  vacibdir.  Pakistan  Ermənistanı  müstəqil  dövlət 

olaraq tanımır.  Bu, Azərbaycana verilən ən böyük dəstəkdir və  ana­

loqu yoxdur.

Meksika və Pakistan nümunəsi göstərir ki, beynəlxalq təşkilat­

lar çərçivəsində görülən işlərlə yanaşı, ictimai rəyi Azərbaycana mü­

nasibətdə müsbət olan ölkələrdəki fəaliyyətin gücləndirilməsi Xocalı 

soyqırımının  beynəlxalq  səviyyədə  tanınması  məsələsində  olduqca 

zəruri şərtlərdən biridir və bu prosesi xeyli asanlaşdıra bilər.  Bu ba­

xımdan, Meksika və Pakistanı mühüm bir başlanğıc kimi qiymətlən­

dirmək lazımdır.

31


İslam  Ə m əkd aşlıq  Təşkilatı

islam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament ittifaqı-





Ш 

nm (IƏT PI) 7-ci sessiyası Indoneziyanm Palembanq şəhərində keçiri­



lib. Təşkilat İƏT-ə üzv olan 51  ölkənin parlamentlərini özündə birləş­

dirir və müvafiq olaraq, Afrika, Asiya və Ərəb regionunda iki ildə bir

dəfə öz sessiyasmı keçirir.

• 

____ 



Islam  Konfransı  Gənclər  Forumunun  (IKGF)  'Azərbaycan  Res­

publikasına  qarşı  Ermənistan  Respublikasmm  təcavüzü"  adlı  ənənə­

vi  olaraq  qəbul  edilən  qətnaməyə  İKGF-nin  təşəbbüsü  ilə  xüsusi  bir 

bənd əlavə edilib:  "Konfrans üzv ölkələrin parlamentlərini 2012-ci il­

dən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan silahlı 

qüvvələri  tərəfindən dinc azərbaycanlı  əhaliyə  qarşı həyata keçirilən 

və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanıma­

ğa  çağırır  və  Xocalı  soyqırımını  törədənləri  məsuliyyətə  cəlb  etməyi 

tələb edir".

İKGF-nin irəli sürdüyü əlavələrdən sonra konfrans yekun hesa­

batda qurumun Katibliyinə üzv ölkələrin parlamentlərinin  "Xocalıya



32

ədalət" kampaniyasına milli və beynəlxalq səviyyədə dəstək göstəril­

məsinə çağıran bu qətnamənin həyata keçirilməsini diqqət mərkəzin­

də saxlamağı tapşıran müvafiq qərar qəbul edib.

Beynəlxalq sənədlər  arasında ilk  dəfə  olaraq bu  qətnamə  Xoca-

•  

___   __  



lı  soyqırımına siyasi-hüquqi  qiymət verir.  IƏT PI  öz sıralarmda dün­

ya parlamentlərinin dörddə birini cəmləşdirir və dünyanın ən böyük 

beynəlxalq  parlamentlərarası  qurumlarındandır.  Sözügedən  termin 

Xocalı soyqırımının erməni millətçiləri tərəfindən Azərbaycan xalqına 

qarşı  aparılan  siyasətin  tərkib  hissəsi  kimi  beynəlxalq  səviyyədə  ta­

nınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi 

baxımından keyfiyyətcə yeni mərhələ açacaq.

Əlbəttə,  bütün  bunlar  təqdirəlayiqdir  və  Azərbaycan  üçün  irə­

liyə  doğru  atılan  bir  addımdır.  İƏT-ə  üzv  olan  ölkələrə  Xocalı  soy­

qırımını  tanımaq təklifi,  əlbəttə,  nəticəsiz  qalmayacaq.  Bu  məsələnin 

uzun zaman diqqətdə saxlanılması, hər iclas və ya konfransda bənzər 

qərarların  alınması  və  bəyanatların  verilməsi  üzv  dövlətlərin  Xocalı 

soyqırımını tanıması üçün mühüm zəmin hazırlayır.

Xocalı soyqırımının tanıdılmasında müəyyən zaman məhdudiy­

yəti olmamalıdır. Bu, uzun, ağır, məşəqqətli bir yoldur. Bu istiqamətdə 

təbliğat mövsümlük olmamalı və mütəmadi  olaraq həyata keçirilmə­

lidir. Yəhudi Holokostunu müharibədən sonra Nürnberq Məhkəməsi 

təşkil edildiyi üçün tanıtmaq problem olmadı. Ancaq "erməni soyqırı­

mı" iddialarını təsdiqləyən heç bir hüquqi sənəd olmadığı üçün ermə­

nilərin  demək  olar  ki,  bütün  dünyada  apardıqları  təbliğat  təxminən 

80 ildən sonra uğurlu nəticə verməyə başladı.  Bu baxımdan:  "Son 20 

ildə hansı dövlət soyqırımını tanıdı? Nəticəsi nə oldu?" kimi suallarm 

əvəzinə, "Son 20 ildə Xocalı soyqırımının tanınması üçün nələr edildi, 

nələr  əskik  qaldı?  Strategiyamız  doğru,  yoxsa yanlış idi?"  suallarına 

cavab axtararaq daha ciddi nəticələr əldə etmək olar.

Bu  prosesdə  Meksika  və  Pakistan  Senatının  Xocalı  soyqırımını 

tanımaları ilk uğurlu nəticədir. Bu nəticə əsla yetərli qəbul edilməli və 

digər  dövlətlərin  də  Xocalı  soyqırımını  tanımaları  istiqamətində  sti- 

mulverici amil olaraq dəyərləndirməlidir.



33

"XOCALIYA ƏDALƏT-QARABAĞA AZADLIQ"

BEYNƏLXALQ KAMPANİYASI

Azərbaycan xalqına  qarşı  törədilmiş  ən  ağır  cinayətlərdən  olan 

Xocalı soyqırımının dünyada tanıdılması Azərbaycan dövləti qarşısın­

da duran ən vacib məsələlərdəndir. Bunun üçün həm ölkədaxili, həm 

də ölkədən kənarda planlı, sistemli və ardıcıl siyasət həyata keçirilmə­

lidir.  Müvafiq  dövlət  orqanları  tərəfindən  artıq  bir  sıra  sənədlər  qə­

bul olunmuşdur. Xarici təbliğat məsələləri isə, əsasən, xaricdə yaşayan 

azərbaycanlıların, diaspor təşkilatlarının üzərinə düşür. Azərbaycanın 

müxtəlif ölkələrdə olan diaspor təşkilatları tərəfindən sistemli olmasa 

belə,  tanıdılma  istiqamətində,  əsasən,  Xocalı  soyqırımının  ildönümü 

ərəfəsində  müxtəlif  tədbirlər  həyata  keçirilirdi.  Lakin  bu  tədbirlərin 

vahid konsepsiyaya müvafiq - sistemli həyata keçirilməsi daha məqsə­

dəuyğundur.  Bu  baxımdan,  Azərbaycan  torpaqlarının  Ermənistanın 

işğalçı siyasətinə məruz qalması faktının və Xocalı həqiqətlərinin dün­

ya  dövlətlərində  tanıdılması,  cinayətkarların beynəlxalq ifşasma nail 

olunması məqsədilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasın­

dakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatı Gənclər Fo­

rumunun  (İKGF)  Mədəniyyətlərarası  Dialoq  üzrə  Baş  Koordinatoru 

Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış kampaniya xüsusi əhəmiy­

yət kəsb edir.

"Xocalıya  ədalət-Qarabağa  azadlıq"  adlanan  beynəlxalq  kam­

paniyanın  rəsmi  elan  olunması  2008-ci  il  mayın  8-nə  -  Şuşa  şəhəri­

nin  işğalmm  ildönümünə  təsadüf  edir.  Kampaniyanın  yalnız  İslam 

Konfransı  Təşkilatı  (2011-ci  ilin  iyun  ayından  etibarən  təşkilatın  adı 

İslam Əməkdaşlıq Təşkilatma dəyişdirilib)  dövlətlərini deyil, Avropa 

və Amerika dövlətlərini də əhatə edəcəyi planlaşdırılmışdır.  Hazırda 

kampaniyanın fəaliyyəti 35-dən artıq IKT və həmçinin, Avropa və La­

tın Amerikası ölkələrini əhatə edir.



34

60-а  yaxın  dövləti  özündə  cəmləşdirən  ЕҜТ və  ya  islam  Əmək­

daşlıq  Təşkilatı  (İƏT)  müsəlman  ölkələrin  dövlət və  hökumət başçı­

larının  konfransmda  yaranmış,  hazırda  Birləşmiş  Millətlər  Təşkilatı 

(BMT) ilə sıx əməkdaşlıq edən təşkilatlardandır. Azərbaycan Respub­

likasının İƏT ilə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici 

siyasət kursunun prioritet məsələlərindən olmaqla, strateji əhəmiyyət 

kəsb  edir.  Dünyada baş verən proseslərdə  gənclərin  aktiv iştirakı və 

fikir mübadiləsi üçün zəmin yaratmaq məqsədilə Azərbaycan dövləti­

nin irəli sürdüyü qətnamə əsasında İKT Gənclər Forumu yaradılmışdır. 

Məhz bu  qurumun vasitəsilə  "Xocalıya ədalət-Qarabağa azadlıq" bey­

nəlxalq kampaniyası yarandığı gündən etibarən, bir sıra dövlətlərdə ef­

fektiv xarici təbliğat tədbirlərini həyata keçirir.

İKT ilə Azərbaycan arasında mövcud uğurlu əməkdaşlığın nümu­

nəsi kimi qeyd etmək olar ki, hələ  "Xocalıya ədalət-Qarabağa azadlıq" 

beynəlxalq kampaniyasının rəsmi elan olunmasından öncə İKT xarici iş­

lər nazirlərinin 2007-ci ilin may ayında keçirilmiş sessiyasında İKT Gənc­

lər Forumunun təşəbbüsü ilə Xocalı faciəsinə siyasi qiymət verilmişdi.

"Xocalıya  ədalət-Qarabağa  azadlıq"  beynəlxalq  kampaniyasının 

rəsmi  elan  olunmasından  sonra  isə  qurum  bir  sıra  tədbirlərin  həyata 

keçirilməsi istiqamətində aktiv fəaliyyətə başlamışdır.

2008-ci il maym 17-də İstanbulda İKT-nin Əməkdaşlıq və Dialoq 

uğrunda  Gənclər  Forumu  və  İSESKO-nun  təşkilatçılığı  ilə  keçirilmiş 

İKT ekspertlərinin ikigünlük iclasmda "Xocalıya ədalət-Qarabağa azad­

lıq"  kampaniyası  ekspertlər  tərəfindən  dəstəklənmiş,  26  fevral  Xocalı 

soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının 

xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olunmuş­

dur.  Bu  qərar Azərbaycan üçün çox mühüm əhəmiyyət daşıyırdı.  Belə 

ki, Qərb ölkələrinin çox zaman tətbiq etdikləri ikili standartlar, dünyada 

son  zamanlar  müşahidə  olunan islamofobiya  meyilləri  müsəlmanlara 

qarşı törədilmiş soyqırımı  cinayətlərinin lazımi  qiymətini  almamasma 

səbəb olduğu bir vaxtda BMT ilə sıx bağlılığı olan, dünyada özünəməx- 

sus yeri olan IKT-nin mütəxəssisləri tərəfindən Xocalı hadisələrinə belə 

bir qiymətin verilməsi "Xocalıya ədalət-Qarabağa azadlıq" kampaniya­

sının gərgin və uğurlu fəaliyyətindən xəbər verirdi.



35

Bunun ardınca, Dialoq və Əməkdaşlıq Uğrunda islam Konfransı 

Gənclər Forumu tərəfindən islam ölkələrində vahid soyqırımı qurban­

ları gününün təsis edilməsi təklifi də İKT rəhbərliyinə təqdim olunmuş, 

2008-ci il 22 iyulda İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessi­

yasında qəbul edilmiş qətnaməyə əsasən, İKT üzvü olan ölkələrdə hu­

manitar faciələrin  qurbanlarının xatirə  günü  təsis  edilmişdir.  Faciənin 

soyqırımı kimi tanıdılması, bəşəriyyətə qarşı bu ağır cinayətə siyasi qiy­

mət verilməsi, soyqırımı həqiqətlərinin İKT ölkələrində yayüması haq­

qında siyasi qərar, Gənclər Forumunun təşəbbüsü və Azərbaycan Res-

•  


publikası Xarici işlər Nazirliyinin dəstəyi ilə IKT-yə üzv ölkələrin xarici 

işlər nazirlərinin 35-ci sessiyasında və beynəlxalq təşkilata üzv ölkələrin 

11-ci zirvə görüşündə qəbul edilən qətnamələrdə əksini tapdı.

Kampaniyanın  digər  nailiyyəti  Xocalı  soyqırımına  siyasi  qiymət 

verməyə  səsləyən  qətnamənin  qəbulu  ilə  əlaqədardır.  İKT-nin  2009- 

cu  ilin  may  aymda  keçirüən  36-cı  iclasmda  qəbul  edilmiş  qətnamədə 

"Xocalıya ədalət-Qarabağa azadlıq" beynəlxalq kampaniyasına 57 ölkə 

yüksək  səviyyədə  siyasi  dəstək verdi.  Qətnamə  həm  İKT  dövlətlərini 

kampaniyada fəal iştirak etməyə, həm də dünya birliyini siyasi və mə­



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin