AZƏrbaycan respublikasinin miLLİ MƏCLİSİ



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix06.09.2017
ölçüsü4,04 Mb.
#29100
1   2   3   4

12

1951-ci il  12  apreldə Knessetin  qəbul  etdiyi  qətnamə ilə  27 aprel Ho- 

lokost  qurbanlarının  anım  günü  kimi  qeyd  edilir.  Ermənilərin  "soy- 

qırımı,/  iddiaları təhlil  edildiyi zaman  da,  Ermənistan parlamentinin 

qondarma erməni soyqırımını  tanıyan qanun  qəbul  etmədiyi məlum 

olur. Lakin hər iki ölkənin beynəlxalq aləmdə təbliğat prosesinə nəzər 

saldıqda, uğurlu nəticələr əldə etdikləri müşahidə edilir.

Azərbaycan Respublikası Milli Məclisinin Xocalı faciəsini soyqı­

rımı kimi tanıyan qərarlarından sonra yenidən eyni mahiyyətli qərarm 

qəbul edilməsi soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması 

prosesində inandırıcı olmaz və ciddiyyətini zədələyə bilər. Bunun əvə­

zində, Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımı mə­

sələsini ölkə daxilində və beynəlxalq aləmdə gündəmdə tutmaq üçün 

Xocalı soyqırımı ərəfəsində ölkə və dünya ictimaiyyətinə müraciətlər 

və bəyanatlar qəbul etməsi daha məqsədəuyğun sayıla bilər.  Konkret 

olaraq,  Milli  Məclisin  Xocalı  soyqırımının  20  illiyi  ilə  əlaqədar  qəbul 

edəcəyi qərar həm soyqırımı faktının bir daha təsdiq edilməsi, həm də 

bu  soyqırımının  beynəlxalq  səviyyədə  tanıdılması və  günahkarların 

məsuliyyətə cəlb olunması istiqamətində Azərbaycanın dövlət və qey­

ri-dövlət  qurumlarmm,  qeyri-hökumət  təşkilatlarmm  qarşısında  du­

ran vəzifələrin, həyata keçirilməli olan işlərin bir daha qeyd olunması 

baxımından xüsusi əhəmiyyət daşıyacaqdır.

Soyqırımının tanınması qısa müddət ərzində mümkün deyildir. 

Hər şeydən əvvəl, soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən qə­

bul edilməsi üçün ölkə daxilində və beynəlxalq hüquqda mövcud olan 

sənədləri toplamaq, sistemləşdirmək, məsələ ilə məşğul olan beynəl­

xalq məhkəməyə  müraciət etmək və  ən əhəmiyyətlisi təbliğat prose­

sində ardıcıllığa və qərarlılığa riayət etmək zəruridir.

13


XOCALI SOYQIRIMI 

BEYNƏLXALQ CİNAYƏT  KİMİ

Xocalı  faciəsinin  beynəlxalq  səviyyədə  soyqırımı  kimi  tanınma­

sı istiqamətində aparılan kampaniyanın bu il daha intensiv və sistemli 

xarakter daşıdığı aşkar sezilir, indi rəsmi dövlət strukturları ilə yanaşı, 

həm ölkədəki ictimai təşkilatlar, həm də xaricdəki Azərbaycan diasporu 

bu məsələdə xüsusi fəallıq göstərir. Lakin ekspertlər aparılan təbliğatın 

effektiv nəticə verməsi üçün siyasi mülahizələrdən çox, beynəlxalq hü­

quqa əsaslanmağın vacibliyini qeyd edirlər.  Hesab olunur ki, mövcud 

beynəlxalq hüquqi aktlar Xocalı faciəsinin soyqırımı kimi tanınmasına 

tam əsaslar yaradır.

Azərbaycan  baş vermiş  faciənin  soyqırımı  aktı  olduğunu  təsdiq 

edən  faktların  beynəlxalq  hüquq  normaları  əsasında  geniş  tədqiqini 

aparmalı, onun nəticələrinin dünyada təbliğinə, nüfuzlu mütəxəssislə­

rin iştirakı ilə  müzakirələrin  aparılmasına  çalışmalıdır.  Xocalı  soyqırı­

mı ilə bağlı erməni mənbələrində əksini tapan faktlardan geniş istifadə 

edilməlidir. 1997-ci il martın 24-də BMT-nin İnsan Haqqları Təşkilatının 

direktoru Holli Kartnerin Ermənistanın BMT-dəki təmsilçisi Abrlianm 

Xocalıda baş vermiş hadisə haqqındakı məktubuna cavabı Xocalı  soy­

qırımının kimlər tərəfindən törədildiyinə dair beynəlxalq səviyyədə bir 

sübutdur.  Kartner  cavab  məktubunda  yazır:  "Xocalıda  yaşananlar  və 

Xocalıdan  köçən  azərbaycanlıların  ifadələri  sizin  iddialarınızı  dəstək­

ləmir. Bundan başqa, sizin məktubunuzda bilərək və ya bilməyərək bi­

zim  qəbul  etmədiyimiz  iddiaları  "biz  dəstəkləyirik"  kimi  verməyiniz 

də bizləri narahat etmişdir. Biz hələ də Xocalıda dinc əhalinin öldürül­

məsində Qarabağ ermənilərinin məsuliyyət daşıdığını düşünürük".

Genosid (soyqırımı) ifadəsi ilk dəfə 1944-cü ildə yəhudi əsilli pol­

şalı alim Rafael Lemkin (sonralar ABŞ-m baş prokuroru olub) tərəfindən 

işlədilmişdir.  Hazırda  əksər  mənbələr bu  ifadənin Ш Reyx  tərəfindən



14

yəhudi əsilli insanların kütləvi şəkildə məhv edilməsinə istinadən irəli 

sürüldüyünü bildirirlər. Bəzi tədqiqatçılar isə bu terminin maraqlı döv­

lətlərin sifarişi ilə sözdə "erməni soyqırımı "na hüquqi don geyindirmək 

üçün  hazırlandığını,  lakin  siyasi  proseslərdəki  dəyişikliklər  üzündən 

reallaşmadığım iddia  edirlər.  Genosid ifadəsi yunan dilində  olan  "ge- 

nos", yəni  "soy"  sözü ilə  latın mənşəli  "ride", yəni  "öldürmək,  məhv 

etmək" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu ifadə 1945-ri ildə 

Nürnberq tribunalı tərəfindən müharibə cinayətkarlarının günahlandı­

rılması üçün istifadə edilmişdir. 1946-cı ildə BMT-nin Baş Assambleyası 

tərəfindən qəbul olunmuş 96 (I) nömrəli qətnamədə soyqırımı anlayışı­

na aşağıdakı tərif verilmişdir:  "Qətl halı bir nəfərin öldürülməsi olduğu 

halda, soyqırımı bir qrup insanı yaşamaq hüququndan məhrum etmək 

deməkdir".

Tarix boyu  baş vermiş  silahlı  münaqişələrin  səbəbləri  fərqli  olsa 

da,  onlarm nəticələri  çox zaman dinc əhalinin kütləvi şəkildə  öldürül­

məsi ilə səciyyələnir. Müəlliflər bu cür qətliamlarm bəzən təsadüf, diq­

qətsizlik və ya yanlışlıq səbəbindən baş verdiyini  qeyd  etsələr  də,  bir 

çox hallarda bu hərbi cinayətlər bilərəkdən və ya düşünülmüş şəkildə 

törədilir.  Burada məqsəd qarşı tərəfə sarsıdıcı, fiziki və psixoloji zərbə 

vurmaq olur. Bu halda artıq söhbət soyqırımı cinayətindən gedir. Xocalı 

qətliamı müharibə şəraitində baş versə də, onu müharibə şəraitində baş 

vermiş digər qətl hallarından fərqləndirmək lazımdır.  Belə ki,  o,  qeyd 

olunduğu kimi, təsadüf və ya ehtiyatsızlıq səbəbindən deyil, məhz bilə­

rəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.

Qətliamm  soyqırımı  kimi  tanınması  üçün  onun  rəsmi  şəkildə 

qərara  alınması  və  bilərəkdən  bir  qrup  insanın  öldürülməsi  məqsə­

di ilə həyata keçirilməsi şərtdir.  Bu halda öldürülmüş insanların say­

ca  çox  olmaları  vacib  deyildir.  Bəzi  mənbələr  hadisənin  miqyası  ilə 

bağlı fərqli nüansların  olduğunu,  Xocalıda baş vermiş qırğm zamanı 

ölənlərin saymm çox olmadığını bildirsələr də, tarixdə bu kimi hadi­

sələrin  (Sonqmi,  Vyetnam;  Xatın,  Belarus;  Lidiçe,  Çexiya)  soyqırımı 

kimi  tanınması  təcrübəsi  vardır.  Yəni  düşünülmüş  şəkildə  bir  qrup 

insanın məhv edilməsi faktı soyqırımım müharibə və  insanlığa  qarşı 

digər  cinayətlərdən  fərqləndirir.  Bu  halda  soyqırımı  cinayətini  törə­



9

15

dənin  məqsədi  sadəcə  bir  şəxsi  deyil,  bütövlükdə  onun  aid  olduğu 

qrupu da məhv etməkdir.

Bir qrup insanın düşünülmüş şəkildə məhvi ilə nəticələnən təqib 

halları  müəyyən  fərqli  formalarda  olduğu  üçün  soyqırımının  hansı 

şəraitdə  baş  verməsini  dəqiqləşdirmək  lazımdır.  Keçmiş  Yuqoslavi­

yaya  dair  aparılan  məhkəmənin  qanunvericiliyinə  əsasən,  insanların 

kütləvi  şəküdə  öldürülməsinin  soyqırımı  kimi  qəbul  olunması  üçün 

həmin insanların hansısa ümumi xüsusiyyətlərə malik olması və  on­

ların  məhz  həmin  xüsusiyyətlər  səbəbindən  öldürülməsi  şərtdir.  Bu 

xüsusiyyətlər  aşağıdakılardır:  dini,  etnik,  milli və irqi.  Əks halda, bir 

qrup insanın siyasi  baxışlarma  görə  və ya başqa  səbəblərdən kütləvi 

şəkildə  təqib  edilməsi  soyqırımı  kimi  qəbul  edilmir.  Yəni  sadalanan 

dörd  şərtdən  biri  sübut  olunmadığı  təqdirdə,  soyqırımından  söhbət 

gedə bilməz.

Soyqırımı anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 

dekabr  1948-ci il tarixli 260 A (Ш) saylı qətnamə ilə qəbul etdiyi  "Soy­

qırımı  cinayətinin  qarşısmm  alınması  və  cəzalandırılması  haqqında" 

Konvensiya ilə müəyyən edilir və hər hansı milli, etnik, irqi və ya dini 

qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə  aşağıdakı hərə- 

kətiəri bildirir:



a)  belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;

b) belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq 

yetirilməsi;

c) hər hansı belə bir qrup üçün qəsdən onun  tam və ya qismən  məhvinə 

hesablanmış həyat şəraitinin yaradılması;

d) belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesab­

lanmış  tədbirlər;

e) uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

Soyqırımı  cinayətinin  baş  verdiyini  iddia  etmək  üçün  yuxarıda 

göstərilən şərtlərdən biri kifayətdir.

Xocalı  soyqırımı  baş  verdiyi  zaman  Ermənistan  soyqırımı  kon­

vensiyasına üzv deyüdi.  Yəni ilk baxışdan belə  anlaşıla bilər ki,  onun

16


 ТВ



^1

İ

m



 Sİ? I

k

-



1

beynəlxalq hüquqa əsasən soyqırımı törətməmək öhdəliyi yoxdur. Yu­

qoslaviya  da  məhkəmə  qarşısında  məhz  bu  amilə  əsaslanaraq,  etiraz 

edirdi. Lakin məhkəmə həmin etirazı rədd edərək bildirdi ki, soyqırımı 

konvensiyasmda nəzərdə tutulmuş müddəalar bütün müasir cəmiyyət­

lər tərəfindən tanınmışdır və bu müddəalar  dövlətlər üçün  "erga om- 

nes" dəyərinə malikdir, yəni dövlətlər heç bir hüquqi öhdəlikləri olma­

dığı halda belə soyqırımı törətməkdən boyun qaçırmalıdırlar. Başqa bir 

tərəfdən isə soyqırımının rədd edilməsi prinsipi bəşəri bir dəyərdir,  o, 

beynəlxalq hüququn ən ali prinsiplərindən olub "jus cogens"  (yəni bü­

tün dövlətlər üçün məcburi olan) keyfiyyətinə malikdir.

Beynəlxalq  Ədalət  Məhkəməsinə  görə,  soyqırımı  konvensiyası 

həm dövlətlərə soyqırımı törətməyi qadağan edir, həm də onların üzə­

rinə soyqırımı cinayətinin baş verməsinin qarşısını almaq öhdəliyi qo­

yur. Soyqırımının qarşısım almaq dövlətlərə verilmiş ayrıca məcburi bir 

öhdəlikdir və dövlətlər mümkün olan bütün vasitələrdən istifadə edə­

rək,  onun baş verməsinin qarşısını  almalıdırlar.  Yəni soyqırımının baş 

verməsindən xəbərdar olan dövlət onun qarşısını almaq məqsədilə əlin­

dən  gələni  etmirsə,  o, bu  cinayət üçün məsuliyyət  daşıyır.  Həmçinin, 

dövlətlər öz qanunvericiliyinə tabe olmayan, amma üzərində müəyyən 

təsiri  olan  insanların  da  soyqırımı  törətməsinin  qarşısım  almalıdırlar. 

Beləliklə,  yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq,  bu  nəticəyə  gəlmək 

olar ki, Ermənistan həm düşünülmüş şəkildə soyqırımı cinayətini törət­

diyi, həm də onun qarşısım almaqda heç bir istək nümayiş etdirmədiyi 

üçün məsuliyyət daşıyır. Bu sonuncu məsuliyyəti Rusiya Federasiyası­

na da aid etmək olar. Əsasən də ona görə ki, Rusiya Xocalı soyqırımının 

baş verəcəyindən  xəbərdar  olduğu  halda,  onun  qarşısmı  almaq üçün 

nəinki heç bir addım atmamış, hətta onun tabeliyində olan hərbi hissə 

bu cinayətin törədilməsində fəal iştirak etmişdir.

Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsi qeyd edir ki, soyqı­

rımı  cinayəti  müəyyən bir  qrupun məhv  edilməsinə  aid  olduğu  üçün 

"qrup" anlayışının hüquqi tərifim dəqiqləşdirmək vacibdir. Yəni soyqı­

rımı konvensiyasının 2-ci maddəsində nəzərdə tutulan qrup üzvlərinin 

öldürülməsinin  hansı  formalarının  soyqırımı  cinayətinə  uyğun  olma­

sım müəyyən etmək lazımdır.  Bunun üçün Beynəlxalq Ədalət Məhkə-

:


məsi aşağıdakı şərtləri təyin edir: hədəfə alman qrupun vacib bir hissəsi 

məhv edilsin. Yəni qrupun məhv edilən hissəsi o qədər vacib olmalıdır 

ki, bu hal həmin qrupun varlığına ciddi təhlükə yaratsın.  Beləliklə, Xo­

calıda yaşayan əhalinin vacib bir hissəsinin məhv edilməsini nəzərə ala­

raq, bu birinci şərtin Xocalıya uyğun olmasını iddia etmək olar.  Başqa 

bir şərt kütləvi qırğının müəyyən bir coğrafi əraziyə aid olmasıdır, yəni 

hədəfə alman qrupa aid olan insani arm bütün dünyada məhv edilmə­

si  vacib  deyil.  Müəyyən bir  ərazidə  həmin  qrupun  üzvlərinin  kütləvi 

öldürülməsi soyqırımı cinayətinə uyğun gəlir. Bu şərti Xocalıda törədi­

lən qırğınla müqayisə edəndə məlum olur ki, Beynəlxalq Ədalət Məh­

kəməsinin tələb etdiyi kimi, Xocalı soyqırımı müəyyən bir ərazidə baş 

vermişdir,  yəni  giriş-çıxışı  məhdudlaşdırılmış  Xocalı  şəhərində.  Bun­

dan əlavə, soyqırımı  törədənin imkanlarım da nəzərə  almaq lazımdır, 

çünki erməni silahlı qüvvələri niyyətlərini həyata keçirmək üçün bütün 

imkanlara malik idilər, yəni köməksiz və xilas olmağa imkanı olmayan 

insanlar hərbçilər tərəfindən odlu silahlarla kütləvi şəkildə qətlə yetiril­

mişlər. Beləliklə, bu nəticəyə gəlmək mümkündür ki, Xocalı qətliamma 

soyqırımı ifadəsini qeyd-şərtsiz aid etmək olar. Belə ki, həmin qətliam, 

birincisi,  Ermənistan dövlətinin əvvəlcədən  düşünülmüş siyasəti nəti­

cəsində baş vermişdir.  Burada hərəkətin mənfi nəticələri ilə bağlı cina­

yətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq 

tələb olunur. Xilas olmağa can atan azərbaycanlı mülki əhalinin əvvəl­

cədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pu­

lemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırımı niy­

yətini sübut edir.  Bu  cinayətin məhz azərbaycanlı milli  qrupuna qarşı 

yönəlmiş olduğu göz önündədir. İkincisi, oradakı insanlar azərbaycanlı 

olduqları üçün öldürülmüşdür.  Bu sonuncu amil həmin qətliamm baş 

verməsində ayrı-seçkiliyin olmasmı üzə çıxarır və beynəlxalq hüquqda 

qadağan  olunmuş  aparteid,  irqçilik,  ksenofobiya və  s.  kimi  cinayətlə­

rə  uyğun  gəlir.  Həmin  cinayətləri  qadağan  edən beynəlxalq  sənədlər 

Ermənistan  Respublikasının  məsuliyyətə  cəlb  olunmasına  əsas  verir. 

Bundan əlavə, işğal  olunmuş ərazilərdə  tarixi maddi-mədəniyyət abi­

dələrinin də məhv edilməsini və terrora məruz qalmasını nəzərə alaraq 

Azərbaycan Ermənistana qarşı həm maddi, həm də mənəvi soyqırımı 

iddiaları irəli sürməlidir.

M.S. V


  M'ıi i] 11 • ‘İİ  1 i  <

 

N-axçlvan  Д\  .xt.ir  I  v.:>,■ 



!ı 

KİTABXANASI



19

1. BMT Baş Assambleyası tərəfindən 260 A (Ш) saylı qətnamə ilə 

qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısı­

nın almması və ona görə cəzalar" Konvensiyası.

2.  Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizam­

namədə soyqırımı cinayətinə birbaşa isnad edilməsə də, soyqırımı təş­

kil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayət­

lər kimi tövsif olunur).

3.  Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə  Nizamna­

məsi (maddə 4).

4.  Beynəlxalq  Cinayət Tribunalının  Ruanda üzrə  Nizamnaməsi 

(maddə 1).

5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6).

6. Azərbaycan Respublikasmm Cinayət Məcəlləsi (maddə 103).

7.  Azərbaycan  Respublikası  Prezidentinin  "Azərbaycanlıların 

soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.

Xocalı  hadisələrinin  soyqırımı  cinayəti  kimi

tanınmasının  hüquqi  əsasları:

20


Beynəlxalq hüquq soyqırımı cinayəti ilə bağlı bunları müəyyən 

etmişdir:

1. Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalan­

dırılması qaçılmazdır.

i



2.  Cinayət tərkibi təkcə soyqırımı aktının törədilməsi deyil, həm



də  soyqırımı  törədilməsi  məqsədi  ilə  sui-qəsd,  soyqırımının  törədil­

məsinə  birbaşa  və  açıq  şəkildə  təhrikçilik,  soyqırımı  törədilməsinə 

qəsd və soyqırımda iştirakdır.

3. Soyqırımı törətmiş şəxslərə universal yurisdiksiyanm prinsip­

ləri tətbiq edilməlidir.

4.  Soyqırımı  cinayəti  törədilərkən  əmrin  icrasına  istinad  etmək 

məsuliyyətdən azad etmir.

5. Rəhbərlər soyqırımı cinayətinin qarşısının alınması üzrə hərə­

kətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.

6.  Cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti soyqırımı 

cinayətlərinə tətbiq edilmir.

7. Soyqırımı cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqi­

nə yol verilir.

8.  Soyqırımı cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb 

edilmələri üçün tələb edən ölkəyə verilməlidirlər.

*



Xocalı soyqırımı nəticəsində  1948-ci il  10  dekabrda  elan olunan



• 

•  •


BMT Baş Məclisinin insan Hüquqları Umumi Bəyannaməsinin aşağı­

dakı maddələri pozulmuşdur:

Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və di­

gər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bü­

tün hüquq və azadlıqlara malik olmalıdır.

Maddə  3.  Hər  kəsin  yaşamaq,  azadlıq  və  şəxsi  toxunulmazlıq 

hüququ var.



Xocalı  hadisələrinin  soyqırımı  kimi

tanınmasının  hüquqi  nəticələri:

21

Maddə  5.  insan  ləyaqətini  alçaldan,  insaniyyətlikdən  kənar  və

qəddar hərəkətlər qadağandır.

•  •

Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qa­

dağandır.



Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və 

insanın əmlakdan özbaşma məhrum edilməsi qadağandır.

Azərbaycan Respublikasının hüquq-mühafizə  orqanları tərəfin­

dən beynəlxalq hüquq normalarma uyğun soyqırımı, deportasiya, iş­

gəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılmış, 

nəticədə 1 yanvar 2011-ci il tarixədək sülh və insanlıq əleyhinə müha­

ribə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqori­

yasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törət­

miş 48 nəfər, cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində 

cəlbetmə qərarları çıxarılmışdır. Məhkəmə qərarlarma əsasən, onlarm 

barələrində  həbs  qətimkan  tədbiri  seçilmiş,  axtarışları  elan  edilmiş, 

bununla bağlı müvafiq sənədlər aidiyyəti orqanlara göndərilmişdir.



22

Soyqırımı törətmiş şəxslərin 

beynəlxalq  məsuliyyəti

Soyqırımı cinayəti baş vermişsə, onun məsuliyyəti, eyni zamanda, 

həm dövlətə, həm də həmin cinayətin baş verməsində bilavasitə iştirak 

etmiş şəxslərə aid edilir. Bunun üçün beynəlxalq hüquq tələb edir ki, hər 

bir dövlət öz daxili qanunvericiliyinə soyqırımı cinayətində təqsirli bili­

nən şəxslərin məsuliyyətini təyin edən müddəalar daxil etsin. Bu vasitə 

ilə soyqırımı cinayətini törədən şəxslərin məsuliyyətdən yayınmasının 

qarşısı  alınmalıdır,  çünki  Nümberq  tribunalının  məşhur  cümləsində 

də deyildiyi kimi:  "Bir cinayəti qeyri-müəyyən orqanlar yox, müəyyən 

şəxslər törədirlər". Bu cür yanaşma Beynəlxalq Ədalət Məhkəməsi tərə­

findən də qəbul edilmişdir və o, beynəlxalq hüquqda ikili məsuliyyətin, 

yəni eyni zamanda dövlətin və şəxsin məsuliyyətinin mümkünlüyünü 

qəbul  edir.  Beləliklə,  Xocalıdakı  soyqırımı  cinayəti üçün yalnız  Ermə­

nistan  Respublikası  deyil,  həm  də  onun baş verməsində  iştirak  etmiş 

erməni  məmurları  da  məsuliyyət  daşıyırlar.  Amma  təəssüf ki,  həmin 

şəxslər nəinki cəzasız qalıblar, hətta onların bir qismi bu gün Ermənis­

tan  Respublikasının hakimiyyət orqanlarında  məsul vəzifələr  daşıyır­

lar. Bunun üçün Azərbaycanın diaspor və ictimai təşkilatları Xocalı soy­

qırımında iştirak etmiş şəxslərin xaricə səyahətləri zamanı məsuliyyətə 

cəlb edilməsini həmin dövlətlərdən tələb etməlidirlər. Bu praktika artıq 

bir neçə Avropa ölkəsində baş tutmuşdur. Misal üçün, Belçikada, İsveç­

rədə və Kanadada Ruanda soyqırımında təqsirli bilinən şəxslərə  qarşı 

cinayət işi açılmış, onlar məhkəmə qarşısmda cavab verməli olmuşlar.

Soyqırımının tanınması  qısa  müddət ərzində  mümkün  deyildir. 

Hər  şeydən  əvvəl,  soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən  qə­

bul edilməsi üçün ölkə daxilində və beynəlxalq hüquqda mövcud olan 

sənədləri toplamaq, sistemləşdirmək, ilk mərhələdə məsələyə müttəfiq 

dövlətlərin  parlamentlərində  hüquqi-siyasi  qiymətin  verilməsinə  nail 

olmaq, mütəmadi olaraq beynəlxalq təşkilatlarda soyqırımı cinayəti ilə 

bağlı  məsələləri  gündəmə  gətirmək,  təbliğat  prosesində  ardıcıllığa  və 

qərarlılığa riayət etmək zəruridir.

23


XOCALI SOYQIRIMININ  BEYNƏLXALQ 

ALƏ M D Ə  TANIDILMASI  PROBLEMİ

Daha öncə də qeyd olunduğu kimi, Xocalı soyqırımının mahiy­

yətinə  dair Azərbaycan  dövlətinin mövqeyi  ilə  bağlı  ölkə  daxilində 

aparılan  müzakirələrin  yekunlaşdırılması  Xocalı  soyqırımının  bey­

nəlxalq səviyyədə tanınması istiqamətində görülən və həyata keçiri­

ləcək işlərin effektivliyi baxımından zəruri şərtdir.

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  davam 

etdikcə Xocalı soyqırımının beynəlxalq səviyyədə  tanıdılması xüsu­

si  önəm  kəsb  edir.  Bu,  Dağlıq  Qarabağın  həqiqətən  də  Azərbaycan 

torpaqları  olduğu  faktının,  azərbaycanlıların  bu  münaqişədə  zərər­

çəkən  tərəf  qismində  olmasının  beynəlxalq  ictimaiyyət  tərəfindən 

mütləq şəkildə qəbul olunması baxımından praktiki əhəmiyyətə ma­

likdir.  Başqa sözlə,  Dağlıq Qarabağ münaqişəsi reallıqlarının dünya 

ictimaiyyətinə çatdırılması və Xocalı soyqırımının tanıdılması prose­

si paralel aparılmalıdır.

Regionda və beynəlxalq aləmdə Xocalı soyqırımının beynəlxalq 

hüquq və Cenevrə Konvensiyası çərçivəsində tanıdılması strategiya­

sının doğru hazırlanması və hədəf qruplarla davamlı təbliğatm apa­

rılması vacib amillərdən biri kimi qəbul edilməlidir. Bu mənada, gö­

rüləcək işlərin dövlətlərin və regionların xüsusiyyətlərinə görə təsnif 

edilməsi vacibdir.  Bu baxımdan,  dövlət, hökumət və qeyri-hökumət 

təşkilatlarının  bu  istiqamətdə  razılaşdırılmış  fəaliyyət  planının  ha­

zırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

M D B   ölkələri

Keçmiş Sovet Respublikaları təxminən  100 il Azərbaycanla bən­

zər tarixi paylaşdıqları üçün bu coğrafi məkanda Xocalı soyqırımının

24


tanıdılması fəaliyyəti uğurlu nəticə verə bilər. Rusiya istisna olmaqla,

•  •


Belarus,  Ukrayna,  Qazaxıstan,  Özbəkistan,  Türkmənistan,  Qırğızıs­

tan,  Gürcüstan  və  Baltikyanı  dövlətlər  Azərbaycanın  məqsədyönlü 

təbliğatına  etinasız  qalmazlar.  Burada  Baltikyanı  dövlətlərdən Litva­

da,  Cənubi  Qafqaz  dövlətlərindən  Gürcüstanda  sovet  qoşunlarının 

bənzər qırğınlar törətməsi bu  ölkələri  sözügedən məsələdə Azərbay­

cana yaxınlaşdıran əsas məqamlardan biridir.  Qeyd  olunan dövlətlə­

rin  daxilində  mütəmadi  şəkildə  aparılan  təbliğat kampaniyası  yaxm 

gələcəkdə  olmasa  da,  orta  və  uzun  müddətdə  istənilən nəticənin  əl­

də  edilməsinə  gətirib  çıxara  bilər.  Bu  məsələ  xüsusilə  Azərbaycanın 

həmin ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarının qarşısında 

prioritet kimi qoyulmalıdır.

Belarus  və  Ukrayna  ilə  siyasi,  iqtisadi  və  hərbi  sahələrdə  sıx 

əməkdaşlıq,  Azərbaycanın  bu  ölkələrin  bəzi  iqtisadi,  xüsusilə  enerji 

problemlərinin  həll  edilməsində  göstərdiyi  yardım  bu  ölkələrdə  də 

müsbət nəticə əldə etməyə imkan verə bilər.

Gürcüstan  daxilində  aparılan  təbliğat prosesində Azərbaycanın 

bu  ölkəyə hər zaman siyasi və iqtisadi dəstək verməsi, xüsusilə Rusi­

yanın 2008-ci ildə Gürcüstana silahlı müdaxiləsindən sonra yaranmış 

ciddi  iqtisadi  və  siyasi  problemlərin  fonunda  Azərbaycanın  Gürcüs­

tana  dəstəyi  və  bundan  sonra  göstəriləcək  dəstək  müqabilində  belə 

bir tələbin irəli sürülməsi və təbliğatın aparılması müsbət nəücə verə 

bilər.


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin