AZƏrbaycan respublikasinin miLLİ MƏCLİSİ



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix06.09.2017
ölçüsü4,04 Mb.
#29100
1   2   3   4

36

nəvi qiymət verməyə, Azərbaycan xalqına qarşı törədilmiş cinayəti ara­

dan qaldırmağa çağırırdı.

Xocalı hadisələri ilə bağlı müxtəlif sənədlərin qəbulu ilə yanaşı, 

təbii ki, bu  cinayətin təfərrüatının gənc nəslə çatdırılması və bununla 

da yaddaşlara həkk edilməsi üçün tədbir görmək də vacib amillərdən­

dir.  Bu məqsədlə, 2009-cu ilin iyulunda İKT Gənclər Forumu ilə İSES- 

KO  arasında  imzalanmış  anlaşmaya  əsasən,  Xocalı  faciəsi  haqqında 

məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq 

əldə edilib.

Dünya  dövlətlərinin  təcrübəsində  rast  gəlinən  soyqırımıları  ilə 

müqayisədə  yaxın  keçmişdə  baş  vermiş  Xocalı  soyqırımının  tanıdıl­

ması üçün, təbii ki, analoji cinayətlə üzləşmiş digər dövlətlərin təcrü­

bəsinə  nəzər  salmaq,  vacib  məqamlardan  bəhrələnmək  lazımdır.  Bu 

istiqamətdə təbliğat gücləndirilməli, dünya dövlətləri tərəfindən artıq 

tanınmış soyqırımıları ilə Xocalı soyqırımının yanaşı səslənməsi üçün 

tədbirlər həyata keçirilməlidir.

Müasir dövrdə elektron təbliğaün effektli olması nəzərə almarsa, 

"Xocalıya ədalət" kampaniyasının səyi ilə Xocalı qətliamınm admm Is-



37

veçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış mükəmməl "Bey­

nəlxalq Müharibə Qurbanları Memorialı" arxiv layihəsinə daxil edilmə­

si bu  istiqamətdə  görülmüş ən vacib  tədbir kimi  dəyərləndirilməlidir. 

"Beynəlxalq  Müharibə  Qurbanları  Memorialı"  layihəsində  П  Dünya 

müharibəsindən sonra dünyada baş vermiş müharibələr, soyqırımıları 

və qətliamlarm qurbanları olmuş adamların siyahısı verilir, şəkillər və 

faktlarla birlikdə hadisələrin xülasəsi  əks olunur.  XX əsrin ikinci yarı­

sından bu  günədək  soyqırımı və  qətliamlarda həlak  olmuş  insanların 

siyahıyaalma  prosesində  insan  hüquqları  ilə  məşğul  olan  institutlar, 

alimlər,  beynəlxalq və  qeyri-hökumət  təşkilatları,  tədqiqatçılar  iştirak 

edirlər.  Geniş auditoriyaya malik bu  elektron məkanda kampaniyanın 

rəsmi saytına istinad  edilərək,  Dağlıq Qarabağ müharibəsi zamanı er­

məni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla 

öldürülənlərin siyahısının yerləşdirilməsi, faciənin saytın istifadəçiləri­

nə XX əsrin ən dəhşətli  qətliamı kimi təqdim edilməsi çox böyük əhə­

miyyət kəsb edir.

2010-cu  il  yanvarın  31-də  İKT-yə  üzv  dövlətlərin  Parlament  İtti­

faqının Uqandanm  paytaxtı  Kampala  şəhərində  keçirilən  6-cı  sessiya­

sında Azərbaycan  üçün çox mühüm hadisə baş vermişdir.  51  ölkənin 

parlament heyətləri başçılarının iştirak  etdiyi  tədbirdə İslam Konfran­

sı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə  "İKGF ilə İKT Pİ arasında 

əməkdaşlıq"  haqqmda  qətnamə  qəbul  edilmiş,  Xocalı  faciəsi  "Erməni

qarşı cinayət" kimi qiymətləndirilmişdir. Həmçinin, bu sənəddə "Xoca­



lıya  ədalət"  beynəlxalq kampaniyasına həm  milli,  həm  də  beynəlxalq 

səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu 

qətnamənin əsas xüsusiyyəti onun beynəlxalq təşkilatlar tərəfindən Xo­

calı faciəsini "insanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəd olmasıdır. 

Dünya parlamentlərinin dörddə birinə yaxm hissəsini əhatə edən, dün­

yanın ən böyük parlamentlərarası qurumlarından olan İKT Parlament 

ittifaqının belə  qətnamə  qəbul  etməsi  Xocalı  soyqırımının  tanıdılması 

istiqamətində ən uğurlu nailiyyətlərdəndir.

İKT Xarici  İşlər  Nazirləri  Şurasmm  (İKT XİNŞ)  2010-cu  il  maym 

20-də Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş 37-ci sessiyasının ye-

"İnsanlığa

silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı"



38

kun iclasında Dialoq və Əməkdaşlıq uğrunda DCT Gənclər Forumunun 

fəaliyyəti  haqqında  qətnamə  qəbul  edilmişdir.  Bu  qətnamə  ermənilər 

tərəfindən azərbaycanlılara qarşı törədilmiş məqsədli cinayətin beynəl­

xalq  arenada təbliğatı üçün mühüm  əhəmiyyət kəsb edir.  Qətnamədə 

xüsusi  bəndlə  İKT  üzv  dövlətləri,  həmçinin  İKT-yə  bağlı  beynəlxalq 

institutlar  "Xocalıya ədalət"  kampaniyasının fəaliyyətində aktiv iştira­

ka və faciənin həm beynəlxalq, həm də milli səviyyədə insanlığa qarşı 

törədilmiş cinayət kimi tanınmasına çağırılmışdır. Bu ərəfədə siyasi ta­

mtam, kütləvi aksiyaların keçirilməsi və ictimaiyyətlə əlaqə qurmaqdan 

ibarət 3 hissəli "online" aksiyaya da start verilmişdir.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətin­

də  görülmüş işlərin bəhrəsi kimi  "Əbu-Dabi Bəyannaməsinin"  adı  da 

vurğulanmalıdır.  Bu  sənəd  İKT  Parlament  İttifaqı  (İKT  Pİ)  Şurasının

2011-ci ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Da- 

bidə keçirilən 13-cü sessiyasmda qəbul edilmiş, İKT Pİ Şurası üzv döv­

lətləri Xocalı faciəsini  "insanlığa qarşı törədilmiş kütləvi cinayət" kimi 

tanımağa çağıran mühüm sənəddir. Qətnamənin 3-cü bəndində İKT Pİ- 

yə üzv parlamentlərin erməni silahlı qüvvələri tərəfindən Azərbaycan 

Respublikasının Xocalı şəhərində  dinc azərbaycanlı əhaliyə qarşı törə­

dilmiş kütləvi qırğmı insanlığa qarşı törədilmiş cinayət kimi tammaları-



39

na dair ifadə işlənmişdir.  Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə 

milli səviyyədə lazımi qiymətin verilməsinə çağırırlar.

2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına üzv döv-

*   : 


lətlərin  Parlament  ittifaqının  İndoneziyanın  Palembanq  şəhərində  ke­

çirilmiş  7-ci  sessiyasmda  Xocalı  soyqırımı,  ilk  dəfə  olaraq,  beynəlxalq 

səviyyədə tanındı,  "Azərbaycan Respublikasına qarşı  Ermənistan Res­

publikasının  təcavüzü"  adlı  ənənəvi  olaraq  qəbul  edilən  qətnaməyə 

İKGF-nin təşəbbüsü ilə bununla bağlı xüsusi bir bənd əlavə edildi.  Be­

ləliklə, beynəlxalq sənədlər arasmda bu qətnamə ilk dəfə olaraq Xocalı 

faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verir.

"Xocalıya ədalət-Qarabağa azadlıq" beynəlxalq kampaniyası yara­

dıldığı gündən başlayaraq, yalnız Xocalı soyqırımının ildönümü ərəfə­

sində deyil, ilboyu təbliğat xarakterli mühüm tədbirlərə imza atmışdır. 

Belə ki, xarici ölkələrdə Xocalı hadisələrini əhatə edən internet saytları 

istifadəyə  verilmiş,  müxtəlif  səviyyələrdə  rəsm  müsabiqələri  keçiril­

miş,  filmlər  çəkilmiş,  rəsm  sərgiləri  təşkil  olunmuş,  müxtəlif  dillərdə 

kitablar dərc olunmuş, müxtəlif ölkələrin telekanallarında azərbaycanlı 

ziyalıların  Xocalı  ilə  bağlı  müsahibələri  təşkil  edilmiş,  Xocalı  ilə  bağ­

lı  materiallar  xarici  ölkələrin  xarici  işlər  nazirliklərinə,  parlamentləri­

nə, hökumət və  qeyri-hökumət təşkilatlarına,  ictimai-mədəni və təhsil 



müəssisələrinə,  kitabxanalara,  diplomatik  nümayəndəliklərə,  beynəl­

xalq və  regional  təşkilatların  ofislərinə  göndərilmiş,&
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin