Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,96 Mb.
səhifə21/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   17   18   19   20   21   22   23   24   ...   611
qaydalarını pozma cdxlviii[448]
204-2.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların və digər zəruri məlumatların vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi, dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz manatadək cərimə edilir.

Maddə 205. Əmtəə nişanlarından qanunsuz istifadə edilməsi

Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə, bu az miqdarda ziyan vurduqda -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz otuz manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir.cdxlix[449]

Maddə 206. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulması

206.0. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulmasına, yəni:

206.0.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, yaxud emitent tərəfindən açıqlanması (dərc edilməsi) qanunla nəzərdə tutulan məlumatların açıqlanmamasına, onların açıqlanması (dərc edilməsi) qaydasına və müddətinə riayət edilməməsinə;

206.0.2. qiymətli kağızların emissiyasının keçirilməsi üçün müəyyən edilmiş tələblərin emitent tərəfindən pozulmasına və ya emitentin buraxılışı dayandırılmış qiymətli kağızların yerləşdirilməsi üzrə əqdlər bağlamasına;

206.0.3. qiymətli kağızlar sahiblərinin reyestrinə yazıların daxil edilməsindən qanunsuz olaraq imtina edilməsinə və ya reyestrə dürüst olmayan məlumatların daxil edilməsinə və ya reyestrdən çıxarışın verilməsi müddətlərinin pozulmasına, reyestr saxlayıcısının, qiymətli kağızlar sahibinin və ya onun adından fəaliyyət göstərən şəxsin, yaxud qiymətli kağızların nominal saxlayıcısının digər qanuni tələblərini yerinə yetirməməsinə;

206.0.4. gəlirlərin ödənilməsi üçün emitentin öhdəlik daşımadığı qiymətli kağızlara görə peşəkar iştirakçılar tərəfindən investora istənilən formada gəlirin vəd edilməsinə;

206.0.5. qiymətli kağızların buraxılışı zamanı emitent tərəfindən dürüst olmayan və təhrif olunmuş məlumatların göstərilməsi nəticəsində investora zərər vurulmasına;

206.0.6. qiymətli kağızlar buraxılışının açıq yerləşdirilməsi üçün qanunla müəyyən olunmuş həcmdə və qaydada elan edilməli olan məlumatları elan etməyən emitentlərin həmin qiymətli kağızları reklam etməsinə və ya investorlara təklif etməsinə;

206.0.7. buraxılışı dövlət qeydiyyatından keçməmiş qiymətli kağızların qiymətli kağızlar bazarında yerləşdirilməsinə, reklam edilməsinə və istənilən formada investorlara təklif edilməsinə, onlarla əqdlərin bağlanmasına;

206.0.8. dövlət qeydiyyatından və əlavə qeydiyyatdan keçirilməsi qanunla nəzərdə tutulan qiymətli kağızlarla bağlı əqdlərin dövlət qeydiyyatına alınması üçün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.cdl[450]

Maddə 207. Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarının pozulması

Qiymətli kağızların buraxılması (emissiyası), qeydiyyatı və yerləşdirilməsi qaydalarının pozulmasına görə -

vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.cdli[451]

Maddə 208. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulması

Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.cdlii[452]

Maddə 209. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulması

Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulmasına görə -

vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.cdliii[453]

Maddə 210. Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulması

Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.cdliv[454]

Maddə 211. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması

Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər qırx beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.cdlv[455]

Maddə 212. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadəcdlvi[456]

İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə -

fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.



Qeyd:

1. Bu Məcəllənin 212-ci maddəsində “insayder” dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu Məcəllənin 212-ci maddəsində “az miqdarda” dedikdə yeddi min manatadək olan məbləğ başa düşülür.

Maddə 213. Hesabatın verilməsindən imtina etmə və ya yayınma

Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat sənədlərinin və ya onların fəaliyyəti barədə təqdim edilməli olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud onların təqdim edilməsi müddətinin pozulmasına görə -

vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.cdlvii[457]

Maddə 214. Məlumatların açıqlanması qaydalarının pozulması

Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya emitent və ya qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin, formanın və qaydanın pozulmasına görə - cdlviii[458]

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər doxsan manatdan iki yüz manatadək miqdarda cərimə edilir.cdlix[459]

Maddə 215. Sənədlərin saxlanılması qaydalarının pozulması

Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.cdlx[460]

Maddə 216. Qiymətli kağızlarla girov qaydalarının pozulması

Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun və digər girovun dövlət qeydiyyatına alınması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.cdlxi[461]

Maddə 217. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulması

Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə -

vəzifəli şəxslər qırx beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.cdlxii[462]

Maddə 218. Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin, sığorta və təminat standartlarının pozulması

Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin sığorta və təminat standartlarının pozulmasına görə -

vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.cdlxiii[463]

Maddə 219. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina etmə

Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.cdlxiv[464]

Maddə 220. Səhmdarın hüquqlarının pozulması

Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə -

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.cdlxv[465]

Maddə 221. Reklam haqqında qanunvericiliyin pozulması

221.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə, bu az miqdarda ziyan vurduqda - cdlxvi[466]

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz altmış manatdan iki yüz manatadək miqdarda cərimə edilir.cdlxvii[467]

221.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə -

fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.cdlxviii[468]

221.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq icra hakimiyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks reklamın yayılmamasına görə -cdlxix[469]

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir. cdlxx[470]

221.4. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan iki yüz manatadək miqdarda cərimə edilir. cdlxxi[471]

Maddə 221-1. Lotereyalar haqqında qanunvericiliyin pozulması cdlxxii[472]

221-1.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:

221-1.0.1. keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına;

221-1.0.2. keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edilmiş stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;

221-1.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə—

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.cdlxxiii[473]

Maddə 222. Valyuta tənzimi qaydalarının pozulması

222.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.cdlxxiv[474]

222.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək miqdarda cərimə edilir.cdlxxv[475]

222.3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə -

vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən iyirmi faizinədək miqdarında, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən otuz faizinədək miqdarında cərimə edilir. cdlxxvi[476]

222.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığına görə -

vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək miqdarda, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək miqdarında cərimə edilir.

Maddə 223. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması

Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirlərini təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu az miqdarda ziyan vurduqda -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.cdlxxvii[477]



Qeyd: Bu maddədə "az miqdarda ziyan vurduqda" dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür.cdlxxviii[478]

Maddə 223-1. Qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün təqdim edilməməsi cdlxxix[479]

223-1.1. Qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.cdlxxx[480]

223-1.2. Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələr və qərarlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə -

min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.cdlxxxi[481]

Maddə 223-2. Denominasiya zamanı pul nişanlarının dəyişdirilməsi qaydalarının pozulması cdlxxxii[482]

223-2.0. Azərbaycan Respublikasının pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı:

223-2.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilmənin müddətləri, məbləğləri, yaxud subyektləri üzrə məhdudiyyətlərin qoyulmasına;

223-2.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqının tutulmasına görə -

vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında cərimə edilir.

M a d d ə 223-3. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi

Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə -

vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında cərimə edilir. cdlxxxiii[483]
Maddə 223-4. Əmanətlərin sığortalanması qaydalarının pozulması cdlxxxiv[484]
Əmanətlərin Sığortalanması Fonduna sığorta haqları üzrə qanunvericiliklə müəyyən edilmiş ödənişlərin Mərkəzi Bankın müəyyən etdiyi müddətdə tam ödənilməməsinə görə-

vəzifəli şəxslər min manat miqdarında cərimə edilir. cdlxxxv[485]


Maddə 223-5. Bank fəaliyyəti sahəsində qadağan olunmuş, məhdudlaşdırılmış və ya


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin