Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ



Yüklə 2,96 Mb.
səhifə14/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   10   11   12   13   14   15   16   17   ...   611
nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop

maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən

istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi cccvi[306]
152-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə -

səksən manatdan yüz manatadək miqdarda cərimə edilir.cccvii[307]

152-1.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə -

yüz iyirmi manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.cccviii[308]

152-1.3. Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 bal toplanmasına görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılır.

152-1.4. Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yüz yetmiş manatdan iki yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.cccix[309]

Qeyd: Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində göstərilən xətalara yol verilməsi 5 balla qiymətləndirilir.
Maddə 152-2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin