Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,96 Mb.
səhifə12/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   8   9   10   11   12   13   14   15   ...   611
qaydalarının pozulması ccxcii[292]
151.1. Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılmasına, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi və ya piyada keçidlərinin keçilməsi, habelə araməsafəsi, dayanma və ya durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və ya motodəbilqələrdən istifadə, sürmə təlimi keçmə, avtomagistralda və ya yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına, səkilərlə və qanunla nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə - ccxciii[293]

on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.ccxciv[294]

151.2. Yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılmasına, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır”, 3.2 “Hərəkət qadağandır” yol nişanları tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yol ayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsinə görə -ccxcv[295]

iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.ccxcvi[296]

151.3. Yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılmasına, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına, qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsinə, yol nəqliyyat hadisəsi yerindən yayınmağa, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə -

qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.ccxcvii[297]

151.4. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 152-1.1-ci, 155.3-cü və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 və daha çox bal toplanmasına görə - ccxcviii[298]

nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

151.5. Bu Məcəllənin 151.1-151.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə-

yüz manatdan yüz qırx manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.ccxcix[299]



Qeyd:

1. Bu Məcəllənin 151.2-ci maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 3 balla, 151.3-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 4 balla qiymətləndirilir.

2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir.ccc[300]

Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin