Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Su - kimya sənayesində. 
Suyun ümumi analizi
. Su, kimya sənayesində əsas xammal kimi işləndiyi kimi, 
həm də universal həlledici, istilikdaşıyıcısı və katalizator kimi tətbiq olunur. Sular iki 
böyük qrupa bölünür: 1) təbii sular, 2) sənaye sular.
Təbii sular isə üç qrupa bölünür: 1. Atmosfer suları. 2. Səth suları. 3. Yeraltı 
sular. 
Atmosfer suyu ən təmiz su hesab edilir. Onun içərisində az miqdarda hava ilə 
birlikdə olan həll olmuş qazlar, şəraitindən asılı olaraq mexaniki qatışıqlar, azot 


13 
oksidləri, az miqdarda hidrogen sulfit, sulfit və sulfat anhidridi, bəzi üzvi qarışıqlar da 
olur.
Səth suları əsasən çay, göl və dəniz sularından ibarətdir. Bu suların tərkibində 
mexaniki və digər qarışıqlar daha çoxdur. Səth sularında həmişə kalsium – 
hidrokarbonat, maqnezium – hidrokarbonat, natrium – hidrokarbonat və kalium – 
hidrokarbonat, sulfat və xloridlər və s olur. 
Məişətdə və texnikada istifadə olunan sularda mezaniki qarışıqların, həll olan 
duzların, qazların və mikroorqanizmlərin miqdarı müəyyən olunmuş limitdən çox 
olmamalıdır. 
Suyun əsas keyfiyyət göstəriciləri onun codluğu, ümumi duzluluğu, şəffaflğı, 
oksidləşmə qabiliyyəti və kimyəvi reaksiyalarından ibarətdir. Codluq dedikdə suyun 
tərkibində olan kalsium maqnezium ionlarının ona verdiyi xüsusi xassələt toplusu başa 
düşülür. Suyun codluğu üç cür olur: müvəqqəti , daimi və ümumi codluq.
Müvəqqəti codluq fiziki üsullarla aradan qaldırıla bilən codluqdur. Belə suda 
kalsium və maqneziumun bikarbonatları olan və suyu qaynatdıqda onlar asanlıqla
sudan ayrılır.
Ca(HCO
3
)
2
= CaCO
3
↓ + H
2
O
+CO
2
MgH(CO
3
)
2
= MgCO
3
+ H
2
O
+CO

MgCO
3
+ H
2
O = Mg(OH)
2
↓ + H
2
O
+CO

Daimi codluğa malik olan suda kalsium və maqneziumun xloridləri, sulfatları, 
nitratları və silikatları olur. Ümumi codluğu, suda olan kalsium və maqneziumun bütün 
duzları – xloridləri, sulfatları, bikarbonatları, nitrat və silikatları yaradır. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin