Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

 
 
 
 
Kimya sənayesində enerji. 
Kimyavi texnoloji proseslər enerjinin udulması, ayrılması və ya onun
qarşılıqlı çevrilməsi ilə müşayiət olunur. Kimyəvi proseslərdə enerji reaksiyaların
aparılması və köməkçi əməliyyatların yerinə yetirilməsinə sərf olunur.
Bu səbəbdə də hər bir kimya istehsalında enerji sərfi baş verir. Enerji sərfi
dedikdə istehsal olunana məhsulun vahid həcminə və ya ketləsinə sərf olunan
kilovat - saatla, kilocoulla və ya sərf olunan yanacağın ton, kiloqram, yaxud
kummetrlərlə ölçülən enerji miqdarı başa düşülür. Müxtəlif kimya istehsalının


11 
enerji tutumuda müxtəlif olur. Onların bəziləri yüksək, bəziləri isə nisbətən kiçik
enerji tutumuna malikdir.
Enerji növləri. 
Texnoloji proseslərdə baş verən və ya sistemə xaricdən
verilən enerjilərin aşağıdakı əsas növlərinə rast gəlmək olar:
1. 
Elektrik enerjisi
. Kimya müəssələrində elektrik enerjisindən müxtəlif
məqsədlər üçün istifadə edilir: elektroliz proseslərinin aparılması, müxtəlif
maddələrin əridilməsi və qızdırılması, yüksək temperatur şəraitində üzvi
maddələrin sintez edilməsi, tozu və ya duman tipli tüstü və ya qazların
çökdürülməsi elektrik enerjisindən istifadə etməklə yerinə yetirilir. Xammalın və
digər kimyəvi maddələrin xırdalanması, yumuşaldılması, maddələrin qarışdırılması, 
süzülməsi, nasosların, kompressorların və vintilyatorların işi elektrik enerjisinin
müxtəlif mühərriklərdə mexaniki enerjiyə çevrilməsinin nəticəsidir.
2. 
İstilik enerjisi
. Bu enerjidə elektrik enerjisi tələb olunan məqsədlər üçün
sərf edilir. İstilik enerjisindən istifadə etməklə əritmə, buxarlandırma, həll etmə,
qızdırma, çökdürmə, qurutma, distillə və s. prosesləri həyata keçirilir.
3. 
Kimyəvi enerji 
əsasən qalvanik elementlərin və akkumuliyatorların işini
təmin edir. Qalvanik elementlərdə, eləcədə akkumuliyatorlarda kimyəvi enerji
elektrik enerjisinə çevrilir. Kimyəvi enerji faydalı iş əmsalının böyük olması
cəhətdən daha sərfəlidir.
4. 
İşıq enerjisi
. Kimya sənayesində müxtəlif növ fotokimyəvi reaksiyaların
həyata keçirilməsimdə geniş tətbiq olunur. Üzvi komya kürsundan məlum olan
üzvi birləşmələrin halogenləşməsi, yaxud hidrogen və xlorun sintezindən hidrogen 
- xloridin alınması kimi və başqa proseslər işıq enerjisinin təsiri ilə baş verir. 
Bundan başqa fotoelektrik hadisələrində işıq enerjisi elektrik enerjisinə çevrilir ki,
bundanda texnoloji proseslərin idarə olunmasında və prosesə avtometik nəzarət
edilməsində geniş istifadə olunur. 
5.
Daxili nüvə enerjisi 
müxtəlif nüvə çevrilmələri zamanı alınır. Məsələn, 
hidrogen nüvələrindən helium nüvəsinin sintezində küllü miqdarda nüvə enerjisi
ayrılır.
Radioaktiv - kimyəvi prosesləri həyata keçirmək, onlara analitik və avtomatik
nəzarət etmək, eləcədə tənzimləmək məqsədi ilə nüvə enerjisi tətbiq edilir. Bir
sıra polimerləşmə prosesləri radioaktiv şüalanma hesabına baş verir. Hazırda dinc
məqsədlərlə və sülhü qoruyub saxlamaq üçün ölkəmizdə nüvə enerjisindən daha
çox istifadə ediir.
Kimya müəssisələri küllü miqdarda enerji sərfi tələb edir. Odur ki, enerjidən
səmərəli istifadə edilməzsə, müəssisənin istehsal etdiyi məhsulun maya dəyəri
yüksələr. Ona dörədə məhsulun maya dəyərinin aşağı düşməsinə təsir edən əsas
amillərdən biri enerjidən səmərəli istifadə edilməsidir. Enerjidən səmərəli istifadə
etməyin əsas meyarı enerjidən istifadə əmsalı
(η) 
ilə müəyyən olunur. 


12 
Enerjidən istifadə əmsalı dedikdə alınan məhsulun vahid həcminə və ya
kütləsinə sərf olunacaq nəzəri hesablanmış enerjinin praktikada real sərf olunana
enerjiyə nisbəti başa düşülür: 
𝜂 =
𝓌
𝑛ə𝑧
𝓌
𝑟𝑒𝑎𝑙
∙ 100%
Burada:
𝓌
𝑛ə𝑧
- sərf olunacaq enerjinin nəzəri miqdarı; 
𝓌
𝑟𝑒𝑎𝑙
- real sərf olunan enerji. 
Qeyd edək ki, real sərf olunana enerji həmişə nəzəri hesablanmış enerjidən
çox olur (
𝓌
𝑟𝑒𝑎𝑙
˃ 
𝓌
𝑛ə𝑧
). Bunun əsas səbəbi istifadə zamanı enerji itkisinə yol
verilməsidir. 
Kimyəvi texnoloji proseslərdə istilikdə istifadə dərəcəsi istiliyin faydalı iş
əmsalı ( 
𝜂
i
) ilə ifadə olunur. İstiliyin faydalı iş əmsalı əsas kiməvi reaksiyalara
bilavasitə sərf olunan istiliyin (Q
r
), ümumi sərf olunan istiliyə (Q
üm
) nisbəti ilə
təyin edilir. 
𝜂
𝑖
=
𝑄
𝑟
𝑄
ü𝑚
∙ 100%
Enerji mənbələri. Kimya sənayesi müxtəlif növ enerji mənbələrindən istifadə
edir. Belə enerji mənbələrindən daş kömürü, nefti, təbii qazları, hidro - və atom
elektrik stansiyalarını göstərmək olar. Yanacaqların dəyəri onların yandıqda əmələ
gətirdikləri enerjinin miqdarı ilə ölçülür.Yanacağın enerji dəyəri onun 1kq - nın və
ya 1m
3
- nin yaratdığı enerji ilə xarakterizə olunur. 
Müxtəlif enerji mənbələrinin praktikadatətbiq olunması təkcə onların enerji
dəyəri ilə deyil, həm də onların ehtiyatı, coğrafi yerləşməsi və asan əldə
edilməsindən asılıdır. Hazırda ən mühüm enerji mənbələrindən biri mineral
yanacaqlardır. Mineral yanacaqlar xüsusi çəkisi dünya enerji balansında 80% təşkil
edir. Bu mənada birinci yeri daş kömür, ikinci yeri neft, üçüncü yeri təbii qaz,
dördüncü yeri isə torf tutur. 
İndi yanacağı yalnız enerji mənbəyi kimi baxılmır. Kömür, neft, daş kömür
və təbii qazlar, həm də kimyəvi xammallardandır. Onların kimyəvi emalı zamanı
müxtəlif kimyəvi maddələr alınır. Beləliklə, yanacaqlardan həm kimyəvi xammal,
həm də enerji mənbəyi kimi istifadə edilir. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin