Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Mexaniki texnologiya
– maddələrin kimyəvi tərkibinin və daxili quruluşunun
dəyişmədiyi emal proseslərini öyrənən elmdir. Mexaniki texnologiyada materialın 
forması, yəni, xarici görünüşü və fiziki xassələri dəyişir. Məsələn, ağacdan mebelin 
hazırlanması, metaldan maşın hissələrinin hazırlanması və s. mexaniki texnologiyaya 
aid olan proseslərdir.
Kimyəvi texnologiya
– maddələrin kimyəvi tərkibinin vədaxili quruluşunun və 
onunla bağlı olan kimyəvi xassələrinin dəyişdiyi prosesləri öyrənir.
Kimya texnologiyası iki hissəyəbölünür:
1. Qeyri – üzvi maddələr texnologiyası;
2. Üzvi maddələr texnologiyası;
Qeyri – üzvi maddələr texnologiyasıqeyri 
- üzvi maddə-lərin istehsal
proseslərini öyrənir. Kimyəvi texnologiyanın bu bölməsi mineral turşular, duzlar,
gübrələr, qələvilər, silikat materialları, əzzaçılıq preparatları, əlvan, nadir və qara 



metallar, mineral boyalar, bir sıra qazlar və reaktivlərin istehsalını vəistehsal 
vasitələrini əhatəedir.
Üzvi maddələr texnologiyası
spirtlər, üzvi turşular, aldehid və ketonlar,
kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə preparatları, plastik kütlələr,
kimyəvi liflər, sintetik kauçuklar, yanacaqlar, sintez vəkoks qazları və habelə bir çox 
üzvi sintez məhsullarının alınması proseslərini öyrənir.
Texnologiyanın hər iki bölməsi (mexaniki və kimyəvi) ümumi prinsip və 
qanunauy ğunluqlara əsaslanır. Başqa sözlə, eyni bir kimya müəssisəsində qeyri –
üzvi və üzvi istehsal prosesləri birgə aparılır. Belə zavodlarda kimyəvi
proseslərləyanaşı, fiziki proseslər dəgedir. Qaz, maye vəbərk maddələrin ayrılması,
bərk maddələrin xırdalanması, istilik mübadilə prosesləri belə proseslərdəndir.
İndi kimya texnologiyası yeni məzmun kəsb edir. O, nə-zəri elmdən dəqiq elmə 
çevrilmişdir. Kimya texnologiyasının özünə məxsus qanunları vardır ki, həmin 
qanunlar kimya, fizika, fiziki–kimya, riyaziyyat və sənaye iqtisadiyyatının əsas 
qanunlarına əsaslanır


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin