Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


III FƏSİL. NARKOTİK İSTİFADƏÇİLƏRİNIN SOSİAL-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİNİN EKSPERİMENTAL TƏDQİQİ



Yüklə 69,47 Kb.
səhifə15/17
tarix29.12.2021
ölçüsü69,47 Kb.
#48982
1   ...   9   10   11   12   13   14   15   16   17
Buraxılış işi - NARKOTİK İSTİFADƏÇİLƏRİNİN SOSİAL-PSİXOLOJİ KEYFİYYƏTLƏRİNİN ANALİZİ

III FƏSİL. NARKOTİK İSTİFADƏÇİLƏRİNIN SOSİAL-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİNİN EKSPERİMENTAL TƏDQİQİ

3.1.Tədqiqatın təşkili və keçirilməsi

3.1.1. Tədqiqat iştirakçıları

Tədqiqat AR Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müalicə alan psixoaktiv maddə istifadəçiləri arasında aparılmışdır. Tədqiqatda 40 nəfər psixoaktiv maddə istifadəçisi iştirak etmişdir.

Tədqiqat prosesində iştirakçıların seçimi zamanı aşağıdakı meyarlar nəzərə alınmışdır:

1. Yaş həddi 18-35 yaş aralığı olmalıdır;

2. Psixoaktiv maddələrdən uzun müddət istifadə etməlidir;

3. Sualları adekvat şəkildə cavablandırmağa hazır olmalıdır.

Tədqiqatda 12 qadın, 28 kişi olmaqla 40 nəfər narkotik maddə istifadəçisi iştirak etmişdir. Tədqiq olunanlardan ən kiçiyinin 18, ən böyüyünün isə 34 yaşı var. Tədqiqat obyekti kimi 18-35 yaş aralıqlı narkotik maddə istifadəçisi olan gənclər götürülmüşdür.

Tədqiqat zamanı hər bir iştirakçıya tədqiqatın məqsədləri haqqında ətraflı məlumat verilmiş və etik qaydalara uyğun olaraq tədqiqatın istənilən mərhələsində iştirakdan imtina etmək imkanlarının olduğu qeyd edilmişdir. Əlavə olaraq tədqiqat işinin tamamilə məxfi olması, əldə olunmuş informasiya və məlumatların yalnızca tədqiqatın nəticələri üçün istifadə ediləcəyi istiqamətində iştirakçılara məlumat verilmişdir.

3.1.2. Tədqiqatda istifadə olunmuş metodlar

Tədqiqatın fərziyyəsinə əsasən, narkotik maddələr insanların sosial adaptasiyasına mənfi təsir edərək sosial-psixoloji keyfiyyətlərini aşağı salır.

Tədqiqat zamanı K.Rocers və R.Daymondun sosial-psixoloji adaptasiyanın diaqnostikası metodu keçirilmişdir.

Adıgedən metodika, humanist psixologiyanın qurucularından və liderlərindən biri və şəxsiyyət mərkəzli psixoterapiyanın qurucusu Carl Ransom Rogers və Rosalind E. Diamond tərəfindən 1954-cü ildə tərtib edilmişdir. Metodika ilk 1987-ci ildə psixologiya elmləri namizədi T.V.Snegireva tərəfindən rus dilinə tərcümə edilmişdir. Sosial və psixoloji uyğunlaşmanın diaqnozu üçün ən çox istifadə olunan metodlardan biridir.

Anket 101 ifadədən ibarətdir. Onlardan 37-si şəxsiyyətə uyğunlaşma, 37-si yanlış uyğunlaşma, 26-sı neytral meyarlara cavab verir. Anketdə 6 göstərici olsa da, (uyğunlaşma, başqalarının qəbulu, subyektiv nəzarət, özünü dərk etmə, duyğusal rahatlıq, hökmranlığa can atmaq) bu göstəricilərdən sadəcə uyğunlaşma işlənmişdir. Göstəricilər düstur vasitəsilə hesablanır. Tədqiqat iştirakçısı metodika ilə bağlı məlumatlandırıldıqdan sonra anketdə qeyd olunan ifadənin vərdiş və həyat tərzinə nə dərəcədə uyğun olduğunu təyin etməli və 0-dan 6-a qədər bir bal seçməlidir, burada:




Yüklə 69,47 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin