Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix faküLTƏSİ Asiya və Afrika ölkələri tarixi kafedrası



Yüklə 71,66 Kb.
səhifə6/21
tarix06.04.2023
ölçüsü71,66 Kb.
#93915
1   2   3   4   5   6   7   8   9   ...   21
Asiya-Afrika proqram BDU

Kamboca. Birinci Dünya müharibəsindən sonraKambocada sosial-iqtisadi və siyasi vəziyyət.
İkinci Dünya müharibəsindən sonra Kambocada sosial-iqtisadi və siyasi vəziyyət. Fransa İttifaqı daxilində muxtariyyət. Kambocada istiqlaliyyət uğrunda müharibə və müstəqilliyin əldə edilməsi. Cenevrə konfransının qərarları və Kamboca.
Kamboca XX əsrin 70-80-ci illərində. Bitərəfliyə qarşı ABŞ-ın pozuculuq fəaliyyəti. Pol Pot hökumətinin irticaçı tədbirləri. Genosid siyasəti. Vyetnama qarşı iddialar. Vyetnam Sosialist Respublikasının Kambocaya müdaxiləsi: səbəbi, nəticəsi. Kampuçiya Xalq Respublikasının elan edilməsi. Vyetnam qoşunlarının ölkədən çıxarılması. Kamboca məsələsinin dinc nizamlanması: «Evans planı». Kamboca məsələsinə dair beynəlxalq Paris konfransı.
Müasir dövrdə Kambocanın xarici siyasəti.


Tailand (Siam). Birinci Dünya müharibəsindən sonraSiamda (Tailandda) sosial-iqtisadi münasibətlər. Xarici kapitalın mövqeyi. Siam (Tailand) mütləq monarxiyası və onun nisbi müstəqillik kursu. Qeyri-bərabər müqavilələrin ləğvi uğrunda mübarizə.
İkinci Dünya müharibəsi illərində Yaponiya-Tailand (Siam) münasibətləri. «Azad Tai» hərəkatı: yaranması, məqsədi və fəaliyyəti. Tailandda 1944-cü il hadisələri.
İkinci Dünya müharibəsindən sonra Tailandda sosial-iqtisadi və siyasi vəziyyət. Хarici siyasətdə amerikapərəst meyllərin hakim mövqeyi. Tailandın SEATO-da iştirakı.
Müasir dövrdə Tailandın xarici siyasəti. ASEAN ölkələri ilə əməkdaşlıq.


Birma (Myanma). Birinci Dünya müharibəsindən sonra Birmada Britaniya inzibati-idarəçilik sistemi və onun təkmilləşdirilməsi cəhdləri. XX əsrin 30-cu illərində Birmanın idarə edilməsinə dair qəbul edilmiş qanunlar və onların mahiyyəti. Birmada «İcbari bitkilər sistemi»ninin tətbiqi.
İkinci Dünya müharibəsindən sonra Birmada sosial-iqtisadi və siyasi vəziyyət. Xarici siyasətdə Çin Xalq Respublikası və ASEAN ölkələri ilə əməkdaşlıq. Müasir dövrdə Myanmanın xarici vəziyyəti.



Yüklə 71,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin