Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix faküLTƏSİ Asiya və Afrika ölkələri tarixi kafedrası



Yüklə 71,66 Kb.
səhifə14/21
tarix06.04.2023
ölçüsü71,66 Kb.
#93915
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Asiya-Afrika proqram BDU

Küveyt. Küveytlə Nəcd arasında sərhəd münaqişələri. 1920-ci il əl-Cəhr döyüşü və nəticələri. İbn Səudun Küveytə olan ərazi iddialarından imtina etməsi. Ukayr konfransı. Küveytin Bö­yük Britaniya ilə müasibətləri. “Küveyt Oyl Kompani”nin yaranması. Küveytdə zəngin neft yataqlarının aşkarlanması.
İkinci Dünya müharibəsindən sonra Küveytin siyasi vəziyyəti. 1961-ci ildə Küveytin istiqlaliyyət qazanması. 60-80-ci illərdə Küveytin xarici siyasətinin əsas istiqamətləri. Körfəz Ərəb əmirlikləri ilə münasibətlər.
Küveyt-İraq münasibətləri. 1990-cı ildə İraqın Küveyti işğal etməsi. “Səhrada tufan” əməliyyatı. Küveytin müharibə dövründə məruz qaldığı da­ğıntıların aradan qaldırılması.
90-cı illərdə Küveyt əmirliyinin xarici siyasəti. “Ərəb baharı”nın Küveytə təsiri. Müasir dövrdə Küveyt əmirliyinin xarici siyasəti.


Bəhreyn. Bəhreynin Böyük Britaniyanın protektoratlığına çevrilməsi. Neft uğrunda ingilis və amerikan şirkətləri arasında mübarizə. ABŞ ordu hissələrinin Bəhreyndə yerləşməsi.
İkinci Dünya müharibəsindən sonra Bəhreynin siyasi vəziyyəti. Böyük Britaniyanın Bəhreyni güclü məntəqəyə çevirmək niyyəti. Bəhreynin “qərbləşmə” siyasəti. Bəhreynin müstəqilliyinin elan edilməsi.
70-80-ci illərdə xarici siyasət. Bəhreyn Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının üzvü kimi.
Müasir dövrdə Bəhreynin xarici siyasəti.


Qətər. Qətər Böyük Britaniya protektoratlığı altında. Nəcd hakimi ibn Səudun ərazi iddiaları. 1927- ci il Ciddə müqaviləsi. Qətərdə ABŞ-ın mövqeyinin artması. Qətər İkinci Dünya müharibəsi ərəfəsi və illərində.
İkinci Dünya müharibəsindən sonra Qətərin siyasi vəziyyəti. 1971-ci ildə Qətərin istiqlaliyyət qazanması. Müasir mərhələdə Qətərin xarici siyasəti.


Oman. Böyük Britaniyanın “Pirat sahili”nin yeddi əmirliyi ilə müqavilə imzalaması. Böyük Britaniyanın Müqaviləli Omanı öz təsiri altına alması. Protektoratlığın daxili rayonlarında vəziyyət. ABŞ və Böyük Britaniya­nın Müqaviləli Omanın nefti uğrunda mübarizəsi.
Omanda və Masqatda Böyük Britaniyanın fəallığının artması. Oman və Masqat arasında sülh müqaviləsinin bağlanması. XX yüzilliyin 30-cu illərində Omanda neft yataqlarının aşkarlanması.
Masqat İkinci Dünya müharibəsi illərində.
İkinci Dünya müharibəsindən sonra Oman və Masqatın siyasi vəziyyəti. Əl-Bureymi ilə bağlı münaqişə. Oman sultanlığının yaranması.
70-80-ci illərdə Omanın xarici siyasəti. Ölkənin iqtisadiyyatında neft amilinin rolu. 1981-ci ildə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏDƏŞ) yaranması. Siyasi sistemin təkamülü.
Müasir dövrdə Omanın xarici siyasəti.



Yüklə 71,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin