Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix faküLTƏSİ Asiya və Afrika ölkələri tarixi kafedrası



Yüklə 71,66 Kb.
səhifə15/21
tarix06.04.2023
ölçüsü71,66 Kb.
#93915
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Asiya-Afrika proqram BDU

Birləşmiş Ərəb Əmirlikləri. 1971-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranması. BƏƏ-nin Qərb dövlətləri və ABŞ-la iqtisadi və hərbi əməkdaşlığının inkişafı. 1994-cü ildə ABŞ və BƏƏ arasında hərbi əməkdaşlığa dair müqavilənin bağlanması. 2000-2018-cı illərdə BƏƏ-nin xarici siyasəti.


Yaxın Şərq böhranı və onun həlli yolları. Yaxın Şərq böhranının yaranmasının ilkin şərtləri. Fələstin problemi və onun həlli. Baltimor proqramı (1942). BMT-nin İsrail və Fələstin dövlətlərinin yaradılmasına dair qətnaməsi.
1948-1949-cu illərdə ərəb-İsrail müharibəsi və onun nəticələri.
“Süveyş böhranı” və onun nəticələri.
Yaxın və Orta Şərqdə qaçqınlar problemi: yaranması, həlli yolları.
Fələstin Azadlıq Təşkilatının (FAT) və Fələstin Azadlıq Ordusunun (FAO) yaranması və fəaliyyəti.
1967–ci il “Altı günlük müharibə” və Yaxın Şərq böhranının daha da dərinləşməsi.
1973-cü il ərəb-İsrail müharibəsi və nəticələri. Kemp-Devid müqaviləsi.
1985-ci ildə kral Hüseyn və Y. Ərafat arasında bağlanan müqavilənin mahiyyəti. Prinsiplər Bəyənnaməsi və onun mahiyyəti. Cenevrə sazişi. “Yol xəritəsi”. FAT ilə İsrail arasında imzalanmış Oslo müqaviləsi. “Torpaq əvəzinə sülh” prinsipi və onun mahiyyəti. Fələstin muxtariyyətinin yaranması. Dövlət və hökumət strukturlarının təşkili. İntifadanın ikinci mərhələsi.
Y.Ərəfatın ölümü və FMH-də yeni qüvvələr nisbəti. 2006-ci il parlament seçkiləri və «HƏMAS»ın qələbəsi. Sosial və siyasi böhranın dərinləşməsi. Məkkə razılaşmaları. «Milli birlik» höküməti. Fələsinin gələcək inkişafına dair baxışlar. Anapolis beynəlxalq konfransı və nəticələri.
Fələstin problem müasirbeynə lxalq və regional münasibətlər sistemində.
“Ərəb baharı” və Yaxın Şərq böhranının daha da dərinləşməsi. İŞİD problemi. Suriya münaqişəsi və onun həlli yolları (2,4,,5,11,12,14, 15,16,17,18,20,26,35,41,42,43).


11. İSRAİL BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ.
II Dünya müharibəsi illərində hərbi əməliyyatların Fələstində vəziyyətə təsiri. İngilis – Amerika birgə komissiyasının fəalliyyəti. Fələstin məsələsi BMT-də. BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarı – Fələstinin iki hissəyə bölünməsi.
Ərəb – Yəhudi qarşıdurmasının güclənməsi. Davud Ben - Qurion tərəfindən “İstiqlaliyyət bəyannaməsi”nin elan edilməsi.
İlk xarici siyasət addımları (“Eyniləşdirilməyən” xəttin həyata keçirilməsi). İsrailin BMT-yə üzv qəbul edilməsi. ABŞ və Qərb ölkələri ilə münasibətlərin inkişafı. Asiya, Afrika və Latın Amerikası ölkələri ilə münasibətlər.
1956-cı il Süveyş böhranı və İsrail dövlətinin xarici siyasəti. “Üçlər təcavüzü”ndən sonra Yaxın Şərq regionunda ABŞ-ın mövqelərinin güclənməsi.
60-cı illərin ortalarında ABŞ – İsrail hərbi əməkdaşlığı. Qərbi ölkələri ilə strateji əməkdaşlıq və İsrailin xarici ticarətində onların rolu.
“Altı günlük müharibə” və nəticəsi. Sosialist ölkələrinin (Rumıniya istisna olmaqla) İsrail ilə diplomatik münasibətləri kəsməsi.
1973-cü il “оktyabr müharibəsi”.
1979-cu ildə Vaşinqtonda sülh müqaviləsinin (Sadat - Begin) imzalanması. Kemp – Devid sövdələşməsi və Ərəb dünyası. Qərbi Avropa ölkələri ilə münasibətlər.
1982-ci il İsrail – Livan hərbi münaqişəsi.
İshaq Rabin hökumətinin xarici siyasəti.
1983-cü ilin sonunda ABŞ ilə İsrailin arasında strateji əməkdaşlığa dair xüsusi sazişin imzalanması. 1990-cı illərdə İsrail – ABŞ münasibətləri. Qərb ölkələri ilə hərbi, texniki – iqtisadi və ticarət əlaqələrinin genişlənməsi.
FMH ilə danışıqlar və Oslo müqaviləsinin (Rabin-Ərəfat) imzalanması. “Torpaq əvəzinə sülh” və onun mahiyyəti.
İsrail-Rusiya münasibətləri. İsrail-Türkiyə əməkdaşlığı.
Müasir dövrdə İsrailin xarici siyasəti.
Azərbaycan-İsrail əlaqələri (2,4,11,12,26,35,41,42,43).



Yüklə 71,66 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin