Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix faküLTƏSİ Asiya və Afrika ölkələri tarixi kafedrası



Yüklə 71,66 Kb.
səhifə13/21
tarix06.04.2023
ölçüsü71,66 Kb.
#93915
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
Asiya-Afrika proqram BDU

Səudiyyə Ərəbistanı. Nəcd əmiriİbn Səudla Hicaz kralı Hüseyn arasında ziddiyyətlərin kəskinləşməsi. Səudiyyə Ərəbis­tanı krallığının yaranması. Krallığın beynəlxalq əlaqələrinin genişlənməsi. Səudiyyə Ərəbistanı-Yəmən arasında münaqişə. 1934-cü il Taif sül­hü. İbn Səudun islahatları. “Standart Oyl of Kaliforniya”­nın Səu­diyyə Ərəbistanı ərazisində neft axtarışına konsessiya al­ması. Səudiyyə Ərəbistanının Almaniya və İtaliya ilə münasibətləri. Səudiyyə Ərəbistanı-ABŞ əlaqələrinin inkişafı. ARAMKO-nun yaranmasi.
II Dünya müharibəsindən sonra Səudiyyə Ərəbistanının xarici siyasətində neft amili. Səudiyyə Ərəbistanının ABŞ-la iqtisadi və siyasi sahədə əməkdaşlığı. Səudiyyə Ərəbistanının dünyanın ən böyük neft ixrac edən ölkəyə çevrilməsi. ARAMKO-nun fəaliyyəti. Səudiyyə Ərəbistanın 1962-ci il Şimali Yəmən hadisələrinə münasibəti.
XX əsrin 70-80-ci illərində Səudiyyə hökumətinin xarici siyasəti. Səudi Ərəbistanının Yaxın Şərq probleminin həllində mövqeyi. İranda İslam inqilabı və onun Səudiyyə Ərəbistanına təsiri. Səudiyyə Ərəbistanının OPEK və İƏT-da fəaliyyəti, müsəlman dünyasında rolunun artması. 90-cı illərdə Səudi Ərəbistanı-ABŞ münasibətləri. Səudiyyə Ərəbistanı ərəblərarası münasibətlərdə.
11 sentyabr 2001-ci il ABŞ-da terror hadisəsi və Səudiyyə Ərəbistanı.
XXI əsrdə Səudiyyə Ərəbistanının regionda fəallaşması. İrandan sanksiyaların götürülməsindən sonra Səudiyyə-İran qarşıdurmasının güclənməsi və bunun Yəməndə vətəndaş müharibəsinə təsiri. Neftin kəskin ucuzlaşması və Səudiyyə Ərəbistanının OPEK çərçivəsində fəallaşması ().


İordaniya. Britaniya mandatlığında Transiordaniya əmirliyinin yaranması. Maan və Əkabənin Transiordaniyaya birləşdirilməsi. 1928-ci il müqaviləsinin mahiyyəti.Transiordaniyanın Haşimi İraqı və digər ərəb ölkələri ilə münasibətləri. Ərəb legionunun yaranması. Transiordaniya II Dünya müharibəsi illərində.
İkinci Dünya müharibəsindən sonra İordaniyada siyasi vəziyyət. İordaniya Haşimi Krallığının yaranması. Birinci ərəb-İsrail müharibəsi və İordaniya üçün nəticəsi. Kral Abdullahın qərbpərəst siyasəti.
Kral Təlalın xarici siyasəti. İordaniya kral Hüseynin hakimiyyəti illərində. İordaniya-ABŞ münasibətləri. Fələstin probleminin daxili-siyasi vəziyyətə təsiri. 1967-ci il ərəb-İsrail müharibəsi və onun nəticələri. FMH-nın ölkədə fəaliyyəti. “Qara sentyabr” hadisəsi və onun nəticəsi. Yaxın Şərq probleminin nizamlanmasında İordaniyanın mövqeyi və danışıqlar prosesində iştirakı.
İordaniya ərəblərarası münasibətlər sistemində. Kral Abdullahın xarici siyasəti. “Ərəb baharı” və İordaniya.


Yəmən. Ölkənin bölünməsi. Şimali Yəmənin Böyük Britaniya ilə münasibətləri. 1937-ci il İtaliya ilə müqavilə. İkinci Dünya müharibəsi ərəfəsində imam Yəhyanın siyasi kursunun dəyişməsi. Ədənin Şimali Yəmən mühacirlərinin siyasi fəaliyyət mərkəzinə çevrilməsi. 1943-cü ildə Almaniya və İtaliya vətəndaşlarının ölkədən çıxarılması. Ədənin hərbi-strateji əhəmiyyəti. Ədənin idarəsi. Şərq və Qərb protektoratlığı.
İkinci dünya müharibəsindən sonra Şimali və Cənubi Yəmənin siyasi vəziyyəti. Hakimiyyət uğrunda mü­barizə. İmam Əhmədin xarici siyasəti. Yəmən Ərəb Respublikasının (YƏR) yaranması. Abdullah əs-Səlal iqtidarının xarici siyasəti. YƏR-in Misir və Səudiyyə Ərəbistanı ilə münasibətləri.
YXDR-SSRİ münasibətləri. 70-80-ci illərdə YXDR sosial-iqtisadi və siyasi kursu. Şimali və Cənubi Yəmənin birləşməsi.
“Ərəb baharı” və Yəməndə siyasi dəyişikliklər. Yəməndə böyük dövlətlərin maraqlarının toqquşması. Xausilərin fəallaşması və vətəndaş müharibəsinin yenidən alovlanması.



Yüklə 71,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin