Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix faküLTƏSİ Asiya və Afrika ölkələri tarixi kafedrası



Yüklə 71,66 Kb.
səhifə10/21
tarix06.04.2023
ölçüsü71,66 Kb.
#93915
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Asiya-Afrika proqram BDU

8. İRAN.
Birinci dünya müharibəsinin İran üçün nəticələri. Ölkənin beynəlxalq vəziyyəti. Rusiya ilə qeyri-bərabər müqavilələrin ləğvi və rus qoşunlarının İrandan çıxarılması. İngilislərin İranda təkbaşına ağalıq etmək siyasəti. 1919-cu il İngiltərə-İran sazişi. İngiltərə imperializminin müstəmləkə siyasətinə qarşı İran xalqlarının mübarizəsi.
1921-ci il dövlət çevrilişi. 1921-ci il sovet-İran müqaviləsi. I Dünya müharibəsindən sonra ABŞ-İran münasibətləri. A. Milsponun maliyyə missiyası.
Pəhləvilər diktaturasının qurulması. 20-ci illərdə İranın beynəlxalq vəziyyəti. Dünya iqtisadi böhranı dövründə İranın vəziyyətinin pisləşməsi.
30-cu illərin əvvəllərində İngiltərə-İran münasibətlərində İngiltərə-İran Neft Şirkəti (İİNŞ) məsələsi. İİNŞ ilə yeni müqavilə. 30-cu illərdə İranın qonşu müsəlman dövlətləri ilə münasibətləri. Səədabad paktı. İkinci Dünya müharibəsi ərəfəsində İranın xarici siyasəti. Almaniyanın İranda fəallığının artması.
İrana sovet və ingilis qoşunlarının yeridilməsi. İkinci dünya müharibəsi illərində ABŞ-İran münasibətləri. Şahlıq quruluşu ilə ingilis-Amerika imperializmi arasında ittifaqın güclənməsi. İkinci dünya müharibəsinin İranın siyasi vəziyyətinə təsiri.
Azərbaycan və Kürdüstanda milli hökumətlərin qurulması. Milli hökumətlərə İran hökumətinin və böyük dövlətlərin münasibətləri. Sovet-İran sövdələşməsi.
İrana ABŞ ekspansiyasının artması. İranda nüfuz uğ­runda ABŞ-Britaniya ziddiyyətləri. 1947-1950-ci illər İran-ABŞ müqavilələrinin mahiyyəti.
İran nefti ətrafında ABŞ-İngiltərə ziddiyyətləri. Əlavə saziş və onun mahiyyəti. Milli Cəbhənin neftin milliləşdirilməsi uğrunda mübarizəsi. İİNŞ-nin milliləşdirilməsinin siyasi nəticələri.
Cənubi İran neftinin Beynəlxalq neft konsorsiumunun inhisarına verilməsi. Xarici kapitalın ölkədə mövqeyinin güclənməsi. İranın Bağdad paktına qoşulması. İran-ABŞ hərbi-siyasi ittifaqının möhkəmlənməsi. 60-70-ci illərdə İranın beynəlxalq vəziyyəti və Yaxın Şərq regionunda fəallaşması. Qonşu dövlətlərlə əlaqələr.
İslam inqilabı ərəfəsində beynəlxalq vəziyyət. 1978-1979-cu illər inqilabının şərtləri. İslam inqilabına ABŞ-ın münasibəti. Xayzerin missiyasının məqsədi.
1979-cu il fevral hadisələri və monarxiyanın süqutu. İslam respublikasının yaradılması. İslam İnqilabının ixracı məsələsi. “Nə Qərb, nə Şərq” siyasətinin mahiyyəti.
İslam Respublikasının xarici siyasətinin əsas istiqamətləri. ABŞ səfirliyinin tutulması ilə bağlı böhran. İİR-nın beynəlxalq vəziyyəti. “Sivilizasiyaların dialoqu” doktrinasının mahiyyəti.
Atom enerjisindən istifadə məsələsi və ona beynəlxalq münasibətlərə təsiri. Rusiya-İran strateji əməkdaşlıqının mahiyyəti. 2014-cü il seçkilərində islahatçıların qələbəsinin səbəbləri. H. Ruhaninin daxili və xarici siyasəti
”6+1” formatında danışıqların uğurla başa çatması və İran üzərindən iqtisadi blokadanın götürülməsi (2,5,6,8,11,26,29,34,35,37,38,43,50).



Yüklə 71,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin