Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix faküLTƏSİ Asiya və Afrika ölkələri tarixi kafedrası


HİND-ÇİN VƏ CƏNUB-ŞƏRQİ ASİYA ÖLKƏLƏRİ



Yüklə 71,66 Kb.
səhifə5/21
tarix06.04.2023
ölçüsü71,66 Kb.
#93915
1   2   3   4   5   6   7   8   9   ...   21
Asiya-Afrika proqram BDU

4. HİND-ÇİN VƏ CƏNUB-ŞƏRQİ ASİYA ÖLKƏLƏRİ.
Birinci Dünya müharibəsindən sonra Hind-Çində və Cənub-Şərqi Asiyada sosial-iqtisadi və siyasi vəziyyət.Regionun müstəmləkəçilərin aqrar-xammal əlavəsinə çevrilməsi. Vyetnam, Laos və Kambocanın statusu. 1929-1933-cü illər dünya iqtisadi böhranı və Hind-Çin, Cənub-Şərqi Asiyaölkələri.
İnqilabi hərəkatın genişlənməsi. Siyasi partiyaların yaranması və fəaliyyəti. Vahid cəbhə uğrunda mübarizə.
Hind-Çin İttifaqı və Cənub-Şərqi Asiya İkinci Dünya müharibəsi illərində. Fransanın müharibədə məğlub olması və Yaponiya tərəfindən Hind-Çin İttifaqının və Cənub-Şərqi Asiyanın işğalının həyata keçirilməsi. Regionda Yaponiya siyasətinin xarakterik cəhətləri. Regionda elan edilmiş «müstəqilliyin» mahiyyəti. Milli-etnik problemlər. Antiyapon cəbhəsinin və ordunun yaranması.
Hind-Çin və Cənub-Şərqi Asiya ölkələri İkinci Dünya müharibəsindən sonra. Müharibədən sonra regionun strateji əhəmiyyətinin artması. Metropoliyaların müstəmləkə rejimlərini bərpa etmək cəhdləri və onların nəticələri. Region ölkələrinin siyasi idarəçilik formaları. İki sistemə – sosializm və kapitalizm sistemlərinə daxil olan ölkələr və onların inkişaf yolları. ASEAN təşkilatı: yaranması, fəaliyyəti, regionda yeri və rolu.


Vyetnam. Birinci Dünya müharibəsindən sonraVyetnamda sosial-iqtisadi və siyasi vəziyyət. XX əsrin 20-30-cu illərində inqilabi hərəkatın genişlənməsi. Vahid cəbhə uğrunda mübarizə.
Vyetnam İkinci Dünya müharibəsi illərində. Ölkənin yaponlar tərəfindən işğalı və oyuncaq Vyetnam imperiyasının yaranması. «İkili protektoratlıq». Vyetnam Azadlıq Liqasının yaranması və «ikili protektoratlığa» qarşı mübarizə.
İkinci Dünya müharibəsindən sonra Vyetnamda sosial-iqtisadi və siyasi vəziyyət. Vyetnam Demokratik Respublikasının (VDR) elan edilməsi. Dalatda Vyetnam-Fransa danışıqları və onların nəticələri.
Fransanın Hind-Çinə müdaxiləsi və onun nəticələri. Hind-Çinə dair Cenevrə konfransı və onun qərarları. ABŞ-ın Cənubi Vyetnama müdaxiləsi. Cenevrə sazişinin pozulması.
Vyetnam müharibəsi: səbəbləri, başlanması, gedişi və nəticələri. Sayqon rejimi və ABŞ-ın bu rejimə yardımları. L.Consonun «Sakit okean doktrinası» və onun mahiyyəti. «Vyetnamı sakitləşdirmək siyasəti»nin iflası. Cənubi Vyetnam Respublikası inqilabi hökumətinin yaradılması. R.Niksonun «Quam doktrinası» və ABŞ-ın müharibəni «vyetnamlaşdırmaq siyasəti»nin puça çıxması. Paris sülhü.
Paris sülhünün pozulması və Sayqon rejiminin süqutu. Vyetnamın birləşdirilməsi və Vyetnam Sosialist Respublikasının (VSR) elan edilməsi.
Müasir dövrdə Vyetnamın xarici siyasəti. Dostluq və əməkdaşlıq haqqında SSRİ-VSR müqaviləsi. Çin Xalq Respublikasının Vyetnama təcavüzünün iflası. ABŞ-la diplomatik münasibətlərin bərpası. Xarici siyasətdə «praqmatizm xətti» və onun mahiyyəti.


Laos. Birinci Dünya müharibəsindən sonraLaosda sosial-iqtisadi və siyasi vəziyyət. İnzibati-idarəçilik sistemi. 1923-cü il qanunu və onun mahiyyəti. Laos İkinci Dünya müharibəsi illərində.
Laosun müstəqilliyinin elan edilməsi. Fransanın Laosda müstəmləkə rejimini bərpa etmək cəhdləri. 1945-1954-cü illərdə Laos xalqının milli-azadlıq hərəkatı.
1954-cü il Cenevrə konfransı və Laosun müstəqilliyinin tanınması. ABŞ-ın Laosa müdaxiləsi və Cenevrə sazişinin pozulması.
Laosa dair 1962-ci il Beynəlxalq müşavirəsi və ölkənin bitərəfliyi haqqında Cenevrə müqaviləsi. Koalisiyalı hökumətin təşkili. Laosda ABŞ-ın «Xüsusi müharibə»sinin iflası. Milli birliyin əldə edilməsi və sülhün bərpası haqqında razılaşma.
Müasir dövrdə Laosun xarici siyasəti. Xarici siyasətdə regional əməkdaşlığa üstünlük verilməsi.



Yüklə 71,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin