Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti Kafedra: Azərbaycan dili və pedaqogika



Yüklə 0,76 Mb.
səhifə1/16
tarix02.01.2022
ölçüsü0,76 Mb.
#42477
  1   2   3   4   5   6   7   8   9   ...   16
AD sərbəst iş No 1

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Kafedra: Azərbaycan dili və pedaqogika

Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

SƏRBƏST İŞ N 1

Fakültə: Metallurgiya və materialşünaslıq

İxtisas: Materiallar mühəndisliyi

Qrup: 470a

Kurs: 1

Tələbə: Mirzəyev Əkbər

Müəllim: Piriyeva Lalə

Mövzu: Monoloji və Dialoji nitq

BAKI-2021

Monoloji vƏ diAloji nitq

Şifahi nitqin iki forması vardır: monoloji nitq və dialoji nitq. Danışıq səsi formasında özünü göstərən monoloji nitq son dərəcə fəal və sərbəst şifahi nitq növüdür. Monoloji nitq iki formada – şifahi və yazılı şəkildə öz ifadəsini tapır. Şifahi monoloji nitq yazılı monoloji nitqdən əvvəl uzun əsrlərlə fəaliyyət göstərib, öz dövrünün natiqləri tərəfindən nümunələr kimi eşidilib, insanlara ya informasiya verib, ya da onlara həyat hadisələrinin mahiyyətini izah edib, onları sözün qüdrəti ilə inandırıb, nəyəsə təşviq edib, haraylayıbdır. Şifahi monoloji nitq, əsasən qısa, yığcam və konkret, yazılı monoloji nitq isə həcminə görə geniş və böyükdür. Yazılı monoloji nitq yazıçının, şairin, alimin, publisistin kitabları şəklində meydana gəlir. “Sirlər xəzinəsi” Nizaminin, “Leyli və Məcnun” Füzulinin, “Hekayəti-mərdi-xəsis və yaxud Hacı Qara” M.F.Axundzadənin, “Ölülər” C.Məmmədquluzadənin, “Aygün” S.Vurğunun, “Böyük dayaq” M.İbrahimovun, “Bir gəncin manifesti” M.Cəlalın monoloqudur, yəni bu əsərlərin hər biri bir sənətkar tərəfindən yazılmışdır. Lakin bu əsərlərdə istənilən qədər monoloq da var, dialoq da. Həmin monoloq və dialoqlar əsərlərdə ayrı-ayrı personajların dilində səsləndirilir. Nitq üçün monoloji və dialoji formalar səciyyəvidir. Bu anlayışlar monoloq və dialoq sözlərindəndir.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin