Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti Kafedra: Azərbaycan dili və pedaqogika



Yüklə 28 Kb.
səhifə5/9
tarix09.06.2023
ölçüsü28 Kb.
#127263
1   2   3   4   5   6   7   8   9
Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ univ-azkurs.org

Dialoqun mikrodialoq və makrodialoq formaları da vardır. Mikrodialoq bir neçə şəxsin qısa mükalimələrindən ibarət olur. Mikrodialoqlara bədii əsərlərdə, epik növə daxil olan şifahi ədəbiyyat nümunələrində - təmsil, nağıl, əfsanə, lətifə və dastanlarda, eləcə də yazılı ədəbiyyat nümunələrində - xatirə, oçerk, hekayə, novella, povest və romanlarda rast gəlirik. Makrodialoq bədii əsərlərin bütün quruluşunu əhatə edir. Dram əsərləri makrodialoq əsasında yaradılır. Dialoji nitqin 5 dialoq forması qeyd edilir:


  • monoloji dialoq; 2) söhbət və ya danışıq dialoqu;

      3) sual-cavab dialoqu; 4) müsahibə dialoqu; 5) müzakirə dialoqu.

      Monoloji dialoqun iştirakçıları söhbət gedən hadisəni, məsələni, şəxsi və ya hər hansı əşyanı bütün təfərrüatı ilə söyləyir, onlara öz mənfi və ya müsbət münasibətini bildirir, haqqında danışılan şəxsi, əşya və hadisəni öz müsahibinə - qulaq asana müxtəlif sübut və dəlillərlə çatdırırlar. Dialoji dialoqda intonasiyanın tez-tez dəyişməsi bədii vasitə kimi, əlavə sözlərə müraciət olunmadan danışığın emosionallığını, təsir gücünü artırır. Dialoji nitqin sual-cavab dialoqunda fikrin dinləyiciyə aydın çatdırılmasında danışanın zəngin söz ehtiyatına malik olması və dilin qayda-qanunlarına mükəmməl yiyələnməsi başlıca məsələdir.

Monoloji nitqin növləri.Çıxış

Monoloji nitqin natiqlik üslubunda ən çox yayılmış növləri çıxış mühazirə və məruzədir. Çıxış məişət üslubunun ən geniş yayılmış növüdür. Monoloji nitqin bu növü daha çox prezident yanında ilin yekunları və ya istehsalatın hər hansı bir sahəsinə aid toplantıda, nazirlərin hesabatında, yığıncaqlarda və iclaslarda səsləndirilir. Məsul şəxs qarşısında başqalarının monoloji nitqi çıxış adlanır. Ali məktəb rəhbərliyinin səlahiyyətli nümayəndələrinin (rektor, prorektor, tədris hissə müdiri, dekan, dekan müavini, kafedra müdiri və b.), orta və peşə məktəblərinin, lisey və kolleclərin, mənzil-istismar sahələrinin, idarə, müəssisə və təşkilatların başçılarının sinifdə, auditoriyada, iclas zalında, kabinetdə ümumiyə xitabən danışması, toy məclisində masabəyi və qonaqların təbrik üçün söz deməsi, mərasimlərdə, mitinqlərdə, Bir tikilinin, qurğunun açılışında, hər hansı bir görüşdə deyilən qısa, yığcam, bəzi hallarda geniş fikirlər toplusu çıxışdır.Çıxışda söz alıb danışanın nitqi hansı münasibətlə deyilməsindən çox asılıdır. Söz sahibinin mövqeyi, həyatda tutduğu yer, yaxınlıq, dostluq münasibəti, harada kimin və ya kimlərin qarşısında söz deməsi kimi məsələlər çıxışın ahənginə, tonuna ciddi təsir göstərir. Natiq qəmli, kədərli hadisələrdən kəsik-kəsik, fasilələrlə danışır, sözlərində, cümlələrində ləngiyir, amma təntənəli, bayram görüşlərində, ad günləri və yubileylərdə sürətli ritmlə danışır, bəlağətli və fəsahətli çıxışı ilə məclisi şənləndirir, adamlarda yaxşı əhval-ruhiyyə, xoş ovqat yaratmağa çalışır. Üç hissədən – giriş, əsas hissə və sonluqdan ibarət çıxış o vaxt razılıqla qarşılanır ki, natiq özündən əvvəl çıxış edənlərin dediklərini təkrarlamadan, dilin fonetik, leksik vasitələrindən qrammatik normalar daxilində fikrini orijinal şəkildə ifadə edə bilir.


Yüklə 28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin