Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti Kafedra: Azərbaycan dili və pedaqogika



Yüklə 28 Kb.
səhifə6/9
tarix09.06.2023
ölçüsü28 Kb.
#127263
1   2   3   4   5   6   7   8   9
Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ univ-azkurs.org

Çıxış kiçik vaxt kəsiyində, 2-3 dəqiqə ərzində, adətən, plansız, konspektsiz söylənilir. Lakin elmi konfranslarda hansısa fakta, cədvəl, düstur və rəqəmlərə ehtiyac olarsa, çıxış edən şərh edəcəyi məsələni müəyyən plan üzrə qeydlər əsasında apara bilər. Natiq üçün əsas keyfiyyət onun yaddaşıdır. Yaddaşı güclü olan savadlı adamın həmişə deməyə sözü olur, çıxışını maraqlı qurur, faktlardan yerli-yerində, məqamında istifadə etməyi bacarır. Açıq havada, izdihamlı kütlə qarşısında və ya böyük auditoriyada canlı təmas şəraitində çıxış edənlər yeri gəldikcə əl-qol hərəkətlərindən, mimikadan da faydalana bilir. İfadəli hərəkətlər sözlə ifadə olunan mənanı nəzərə çatdırarkən məna-ya ekspressivlik verir, nitqi daha təsirli edir. Mimika yunanca “təqlid” mənasında olub üz hərəkətləri anlamında işlənir. Danışıq zamanı bədən hərəkətləri – qaşı oyatmaqq (təəcüb, maraq anlamında), göz vurmaq (öz aramızda, razılıq), başı aşağı salmaq və ya yuxarı qaldırmaq (razılıq və ya narazılıq), şəhadət barmağı silkələmək (hədə-qorxu), üz-gözü turşutmaq (narazılıq), əlini boğazına aparmaq (yalvarmaq), əlini sinəsinə və gözünün üstünə qoymaq (razılıq) və s. Müəyyən mənaya sözün iştirakı olmadan əlavə çalar verir. Belə Mimika və jestikulyasiya söylənilən fikrə uyğun olmalıdır. Danışanın əl-qol hərəkətlərindən istifadə etməsi, üz, qaş hərəkətlərini icra etməsi, dodaqlarını çeynəməsi, göz eləməsi, dodağını dişləməsi, ağzını marçıldatması (şirin və ya turş, acı nəyəsə işarə etməsi) və s. şifahi nitqdə əlavə emosiya, təsir vasitəsidir və məqamında şəraitdən asılı olaraq müsbət sayılsa da, ciddi məsələlər barədə danışarkən bunlar yol verilməzdir. Monoloji nitqdə ifadəli hərəkətlərdə müəyyən ölçü gözlənilməli, lüzumsuz mimika və jestlərdən istifadə olunmamalıdır. Ekran və efir şəraitində natiq mimika və jestlərdən deyil, fonetik normalar daxilində intonasiya vasitələrindən istifadə etməklə öz çıxışının təsirli olması qayğısına qalmalıdır. O, çıxışlarında ədəbi dilin gözəlliyini nümayiş etdirib dinləyicilərə estetik zövq verməli, onların şüurunu, hisslərini oyatmalı, igidlərimizin qəhrəmanlığının, vətənpərvərliyinin təbliğinə çalışmalıdır.


Yüklə 28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin