Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti Kafedra: Azərbaycan dili və pedaqogika



Yüklə 28 Kb.
səhifə8/9
tarix09.06.2023
ölçüsü28 Kb.
#127263
1   2   3   4   5   6   7   8   9
Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ univ-azkurs.org

Məruzə

Məruzə: Məruzə ərəb mənşəli sözdür, bir şeyə düçar olan, uğrayan, məruz qalan anlamındadır. Məruzə bir mövzu haqqında irəlicədən hazırlanıb, söylənilən monoloji nitqdir. Məruzə görülmüş iş (işlər) haqqında ona cavabdeh olan şəxsin, ali orqan və ya vəzifəli şəxs (şəxslər) qarşısında, bir növ, hesabat çıxışıdır. Çıxışdan fərqli olaraq məruzə iştirakçılar arasında geniş müzakirə olunur, ətrafında çıxışlar edilir və yekunda müvafiq qərar qəbul olunur. Faktlar, rəqəmlər, görülən işlər yazılı formada, həcmi qısa və ya geniş, strukturu isə giriş, əsas və son hissədən ibarət olur. Məruzə ədəbi dildə, əsasən, elmi, bəzən də publisistik üslubda yazılır. Məruzədə sahə terminlərinə yer verilir, amma bədii ifadə vasitələrinə yol verilmi. Məruzələrin ən çox üç növü qeyd olunur:

1) Planlaşdırılmış məruzə; İlin yekunlarına həsr olunmuş məruzə; hər hansı bir sahə üzrə hesabat – məruzə;

2) Yubiley məruzəsi. İstər bir şəxsin – alimin, şair və ya yazıçının, ölkə həyatında önəmli yer tutan hadisənin, dövlət xadiminin və s. yubileyinə, ildönümünə həsr olunan məruzə. Bu tipli məruzələr təntənəli xarakter daşıdığından mərasimlərdə tənqidə yer verilmir.

3) Məlumat-hesabat xarakterli məruzə. Dövlət qurumlarının, partiyaların, idarə, müəssisə və təşkilatların hesabat dövründə görülən işlər haqqında məruzəsi.

Mühazirə

Mühazirə. Mühazirə ərəb mənşəli söz olub “hazırlan-ma” mənasındadır. Mühazirə natiqlik üslubunun çətin, lakin ən geniş yayılmış növüdür. Mənası “ali məktəbdə hər hansı bir fənnin bir bölməsi və ya mövzusu haqqında professorun, müəllimin oxuduğu “geniş məlumat” və “hər hansı bir ictimai, siyasi və ya elmi mövzuya aid geniş məlumatlar toplusu” kimi anlaşılır. Tədris mühazirələri problem xarakterində olduğu üçün müəllim (professor və ya dosent) fikirlərini elmi ədəbiyyata əsaslanaraq qurur, mühazirənin sonunda isə istifadə olunmuş ədəbiyyatın siyahısı olur. Tələbələr mühazirəni müzakirə etmirlər, amma mühazirəni oxuyan müəllimə, kütləvi mühazirədə mühazirəçiyə suallar verilə bilər.


Yüklə 28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin