Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti



Yüklə 138,68 Kb.
səhifə5/10
tarix02.01.2022
ölçüsü138,68 Kb.
#42331
1   2   3   4   5   6   7   8   9   10
İdris Antik serbest is

Qney Nevi ilk növbədə özünün “Pun müharibəsi” adlı irihəcmli poeması ilə məşhurlaşmışdısa da, dramaturgiya sahəsində də uğurları yox deyildi. Onun kontaminasiya edilmiş faciələri – “İfigeniya”, “Troya atı”, “Likurq”, həmçinin bəzi Orta və Yeni Attika komediyalarına, xüsusilə də Difil, Filemon və Menandrın məhəbbət mövzulu komediyalarına yazılmış təbdilləri məşhur idi. Bundan əlavə, Nevi Roma dramaturgiyası üçün yeni – bilavasitə yunan nümunələrinin təsiri altında, amma Roma tarixindən götürülmüş süjetlər və romalı qəhrəmanların iştirakı ilə yaradılmış faciə janrının əsasını qoyur.

  • Qney Nevi ilk növbədə özünün “Pun müharibəsi” adlı irihəcmli poeması ilə məşhurlaşmışdısa da, dramaturgiya sahəsində də uğurları yox deyildi. Onun kontaminasiya edilmiş faciələri – “İfigeniya”, “Troya atı”, “Likurq”, həmçinin bəzi Orta və Yeni Attika komediyalarına, xüsusilə də Difil, Filemon və Menandrın məhəbbət mövzulu komediyalarına yazılmış təbdilləri məşhur idi. Bundan əlavə, Nevi Roma dramaturgiyası üçün yeni – bilavasitə yunan nümunələrinin təsiri altında, amma Roma tarixindən götürülmüş süjetlər və romalı qəhrəmanların iştirakı ilə yaradılmış faciə janrının əsasını qoyur.
  • Bu faciələr Roma dramaturgiya tarixinə pretekstalar adı ilə daxil oldu. Romada yüksək vəzifəli şəxslərin geyimləri preteksta adlanırdı. Nevinin faciələrində baş qəhrəmanlar tamaşaçı önündə bu cür geyimlərdə çıxış etdiklərinə görə belə adlanırdılar. Bizə çatan məlumatlara görə, Nevinin qələmindən iki belə əsər çıxmışdır: Roma dövlətinin əsasını qoymuş əfsanəvi qəhrəmana həsr olunan “Romul” faciəsi və m. ö. 222-ci ildə qallar üzərində qələbə qazanmış Roma konsulu Marselli vəsf edən “Klastidium” faciəsi. Nevi bəzi tanınmış şəxsiyyətləri tənqid etdiyi cəsarətli şeirləri ilə də şöhrət tapmışdır. Onun öz dövrünün Afriaklı Ssipion kimi qüdrətli xadiminə və geniş təsir dairəsinə malik Metellər nəslinin nümayəndələrinə qarşı yönəlmiş şeirlərinin fraqmentləri məlumdur. Metellərə qarşı çıxışları Neviyə baha başa gəlir. Onu həbs edirlər və o, həbsdən xalq tribunlarının köməkliyi ilə böyük çətinliklə azad olunur.
  • Nevinin ardınca üç dramaturq gəlir: Kvint Eni (m. ö. 239-169-cu illər), Mark Pakuvi (m. ö. 220- təxminən 130-cu il) və artıq m. ö. II əsrdə anadan olmuş Lüsi Aksi. Bu müəlliflərin əsərlərindən bizə çox az fraqmentlər gəlib çatmışdır ki, bu da, sözügedən dramaturqların yaradıcılığı haqqında yalnız səthi təsəvvür yaratmağa imkan verir. Məlumdur ki, Kvint Eni Esxilin “Evmenidlər”i, Evripidin bir neçə faciəsi əsasında işlənmiş pyeslərin, həmçinin bir sıra pretekstaların müəllifidir. Mark Pakuvi, Enidən fərqli olaraq, Evripidin yalnız bir faciəsini işləyib tamaşaya qoymuşdu, o, Sofokla daha çox üstünlük verirdi. M. ö. 168-ci ildə konsul Emili Pavelin Pidna döyüşündə Makedoniya çarı Persey üzərində qazandığı qələbəni vəsf edən “Pavel” pretekstasını da o yazmışdır. Lüsi Aksi ən məhsuldar Roma dramaturqlarından sayılırdı. Bizə onun əllidən çox faciəsinin adı məlumdur. Bu əsərlər V əsrin üç dahi Afina faciənəvisinin əsərlərinin işlənmiş versiyaları idi. Lüsi Aksi bir çox pretekstaların da müəllifidir.

Yüklə 138,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin