Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti



Yüklə 138,68 Kb.
səhifə2/10
tarix02.01.2022
ölçüsü138,68 Kb.
#42331
1   2   3   4   5   6   7   8   9   10
İdris Antik serbest is

Romalılarda teatrın yaranması onların m. ö. III əsrdə yaşadıqları mədəniyyət sahəsindəki tarixi dönüşlə sıx bağlı idi. Bu dönüşə III-cü əsrin 70-ci illərində romalıların Cənubi İtaliyanın yunan şəhərlərini, həmin əsrin ortalarında isə Siciliya sahillərindəki ellin şəhərlərini özlərinə tabe etmələri səbəb olmuşdur. Horasinin təbirincə desək, “Əsir alınmış Yunanıstan, sərt Latiuma incəsənət gətirməklə, vəhşi qaliblərini öz əsirinə çevirdi” (Namələr, II, 1, 156-157). Romalılar özlərindən qat-qat üstün mədəniyyətlə qarşılaşaraq, onun öz mədəni həyatlarının, az qala, bütün sahələrini dəyişdirən güclü təsirini hiss etdilər.

  • Romalılarda teatrın yaranması onların m. ö. III əsrdə yaşadıqları mədəniyyət sahəsindəki tarixi dönüşlə sıx bağlı idi. Bu dönüşə III-cü əsrin 70-ci illərində romalıların Cənubi İtaliyanın yunan şəhərlərini, həmin əsrin ortalarında isə Siciliya sahillərindəki ellin şəhərlərini özlərinə tabe etmələri səbəb olmuşdur. Horasinin təbirincə desək, “Əsir alınmış Yunanıstan, sərt Latiuma incəsənət gətirməklə, vəhşi qaliblərini öz əsirinə çevirdi” (Namələr, II, 1, 156-157). Romalılar özlərindən qat-qat üstün mədəniyyətlə qarşılaşaraq, onun öz mədəni həyatlarının, az qala, bütün sahələrini dəyişdirən güclü təsirini hiss etdilər.
  • Məsələn, romalılar inanclarında qeyri-adi qırıqlığa və mücərrədliyə, həmçinin primitiv politeizm xüsusiyyətlərinə malik dinlərini köklü şəkildə dəyişirlər. Hər halda, rəsmi din haqqında bunu dəqiq demək olar. O, bütünlüklə ellin tanrılarının antropomorf obrazlarını mənimsəyir və indi yenilənmiş Roma tanrıları öz yunan qardaşlarından yalnız adlarına görə fərqlənirdilər. Romalılar yunanlardan həm də bu tanrılara sitayiş formalarını əxz edirlər. Yunan mifologiyası ilə tanışlıq romalıları öz əfsanəvi keçmişlərini bu miflərlə əlaqələndirməyə sövq etdi: alov bürümüş Troyadan Qərbə qaçan Çar Priamın oğlu Eney (əslində, Eney Anhis və Afroditanın oğludur – red.) latın çarlarının şəcərəsini başlamış oldu. Maddi mədəniyyət və məişət də dəyişikliklərə məruz qalır. Xüsusilə də, Roma cəmiyyətinin yüksək, hakim dairələrində. Zəngin Roma evlərində əsir düşmüş yunanlara uşaqların təlim-tərbiyəsi tapşırılır. Yunan dilini mükəmməl bilmək və yunan ədəbiyyatı ilə tanışlıq Roma respublikasının əsilzadələri üçün zəruri ədəb qaydalarına çevrilir. Romanın tanınmış dövlət xadimləri arasında nəinki yunan dilində sərbəst danışan, hətta bu dildə düşünüb yazmağa üstünlük verənlər peyda olur.
  • Məhz bu cür düşüncə tərzinə malik xadimlərin təsiri ilə Roma hökuməti m. ö. 240-cı ildə Roma xalqının qüvvələrini xeyli gərildən Birinci Pun müharibəsinin zəfərlə başa çatmasını təntənəli bayram şənlikləri ilə qeyd etmək haqqında qərar qəbul etdi. Şənliklər zamanı yunan nümunələri əsasında, ancaq latın dilində faciə də tamaşaya qoyulmalı idi.

Yüklə 138,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin